Magistratura məRKƏZİ” ƏLİyev rəŞad babasəLİm oğlu



Download 0,61 Mb.
bet2/5
Sana19.04.2017
Hajmi0,61 Mb.
#7065
1   2   3   4   5

1.2.İqtisadi təhlükəsizliyin təmin edilməsində gömük xidmətindən istifadənin rolunun artması.
Ölkəmizdə bazar iqtisadiyyatının formalaşması, sahibkarlığın inkişafının təmin edilməsi və beynəlxalq iqtisadi əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər iqtisadiyyatımızın yenilənməsinə, güclənməsinə təkan vermişdir.

Azərbaycan Respublikasında iqtisadi təhlükəsizliyin təmin olunması ilə Dövlət Gömrük Komitəsi bilavasitə məşğul olur belə ki, dünya təcrübəsinə nəzər saldıqda da görə bilərik ki, məhz bu qurum əksər milli iqtisadiyyatların iqtisadi təhlükəsizliyinin əsas aparıcı strukturudur.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında gömrük xidmətinin özünəməxsus yeri və mövqeyi vardır. Ölkəmizdə aparılan güclü islahat dalğası gömrük sahəsində də islahatlara səbəb olmuşdur. Bu da məhz, ümummilli liderimiz Heydər Əliyevin uzaq görənliyindən irəli gəlirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən üç ay sonra Gömrük Kommitəsi yaradılmışdır. Məqsəd sürətlə inkişaf edən iqtisadiyyatımızın təhlükəsizliyinin daha da gücləndirilməsi idi.

Beləki, iqtisadi təhlükəsizlik yüksək keyfiyyətli idarəçilik, iqtisadi maraqların qorunmasının və s. kimi məsələlər milli və beynəlxalq səviyyədə təmin olunmasıdır.

İqtisadiyyatımızın ildən-ilə ticari əlaqələrinin genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və s. bu kimi iqtisadi islahatlar Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşməsinə və yeni Gömrük Məcəlləsinin qəbul edilməsinə gətirib çıxarmışdır.

Dövlət Gömrük Xidmətinin sədri A.Ə.Əliyevin dediyi bir fikri əsas gətirə bilərik ki, “... Bugün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır”. (15,səh.4)

İqtisadi təhlükəsizlik ölkənin resurslarının qorunması, tarazlaşdırılmış və dinamik artımın, sosial inkişafın, iqtisadi təhlükəsizliyin qorunmasını təmin edən iqtisadi, siyasi və hüquqi kompleks şərtləri əhatə edir. Sözsüz ki, bu şərtlərin hər birində olan problem iqtisadi təhlükəsizliyin pozulmasıdır. Beləki, ölkənin resurslarının (bura həm enerji, həm ərzaq, həm də digər mallar daxildir) nəzarətdə saxlanılması, həmçinin ekologiyanın qorunması kimi vacib məsələlər iqtisadi təhlükəsizliyin təmin olunmasına bərabərdir. Yəni, əgər ölkədə ərzaq problemi yaranarsa, ekoloji vəziyyət dəyişərsə bu iqtisadiyyatın təhlükə riskinin artmasına səbəb olar.

Ölkəmizdə həyata keçirilən gömrük siyasəti ölkədaxili bazarın beynəlxalq normalara uyğunlaşması və milli iqtisadiyyatın inkişafının təmin olunması və s. kimi məsələlər üzərində hazırlanmışdır.

Professor A.Şəkərəliyevin fikrinə əsasən: “Gömrük siyasəti ölkənin iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir.

İqtisadi təhlükəsizlik–ümumilikdə iqtisadiyyatın ölkənin sosial, siyasi, müdafiə qabiliyyətinin və mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edən bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli yollarını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici təsirlərdən azad olmaması və kifayət qədər zərərdən qoruna bilməsi qabiliyyətini nəzərdə tutur.” (51, səh.26)

Gömrük xidməti iqtisadi təhlükəsizlikdə beynəlxalq ticarət əlaqələri zamanı qarşıya çıxa biləcək riskin aradan qaldırılmasıdır.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, qonşu Türkiyədə iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük xidmətinin xüsusi yeri vardır. Beləki, iqtisadi təhlükəsizlik üçün gömrük xidməti bir neçə rejimə ayrılmışdır. Məsələn,



  1. Anbar rejimi-malın saxlanılması və dövrüyəyə buraxılması üçündür.

  2. Daxildə emal-ölkədə istehsal oluna biləcək malın həcmidir.

  3. Gömrük nəzarətində emal-ölkə iqtisadiyyatı üçün lazım olan miqdarda istehsal.

  4. Müvəqqəti idxal-hər hansı bir malın daimi deyil, müvəqqəti şəkildə idxal olunması nəzərdə tutulur.

  5. Xaricdə emal-bir malın ən ucuz istehsal olunan ölkədə emalı nəzərdə tutulur. (79, səh.46)

Dünyada iqtisadiyyatdan bir silah kimi istifadə olunması, başqa sözlə desək iqtisadi savaşların yayılması hər bir ölkə üçün iqtisadi təhlükəsizliyin vacibliyini artırır. Bugün bir ölkəni, bir dövləti yıxmaq üçün onun iqtisadiyyatını zədələyirlər.

Gömrük xidmətinin iqtisadi təhlükəsizliyə təsir imkanlarından biri də hər bir idxal olunan malın hansı ölkəyə göndərilməsidir. Gömrük sahəsində belə bir fikir var: “hər bir malı istənilən ölkəyə göndərilməsi mümkün deyil”. Yəni, hər bir ölkə gömrük xidməti vasitəsilə iqtisadiyyatı üçün təhlükə yaradacaq malların idxal və ixracına nəzarət edə bilir.

Qloballaşan dünya ticarətində istehsal imkanlarının rəqabətli bir hala gətirilməsi hər hansı bir malın ucuz başa gələn ölkədə istehsal olunub digər ölkələrə idxal edilməsinə imkan yaradır. Beynəlxalq şirkətlərin bu avantajlardan istifadə edə bilməsi üçün hər bir ölkənin iqtisadiyyatı və gömrük xidməti bu prosesə nəzarət edir.

Respublikamızda Dövlət Gömrük Komitəsinin (DGK) əsasnaməsində iqtisadi təhlükəsizliyin təmin olunması probleminə aşağıdakı kimi yanaşılmışdır:



  1. Gömrük Komitəsinin əsas funksiyaları istiqamətində və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;

  2. Gömrük Komitəsinin hüquqları əsasında-milli təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının qorunması, daxili bazarın və Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası gömrük orqanlarının iştirakını təmin etmək və s. (18)

Dövlət sərhət gömrük keçid məntəqəsində də aparılan hər bir xidmətin məqsədi iqtisadi təhlükəsizliyin təmin olunmasıdır.

Ölkəmizdə iqtisadi təhlükəsizliyin təmin edilməsinin hüquqi əsasları 2004-cü ilin iyulunda qəbul edilmiş “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanunu”nda qeyd olunduğu kimi ölkənin iqtisadi sahədə milli maraqları artırılmasından və iqtisadiyyatın inkişafı onun hüquqi əsaslarının təkmilləşdirilməsindən ibarətdir. (6)

Bildiyimiz kimi iqtisadi təhlükəsizliyin hərtərəfli təmin olunması ölkədə yürüdülən siyasətdən və gömrük sərhəd xidmətindən çox asılıdır. Yəni ölkəyə daxil və xaric olunan malların müəyyənləşdirilməsi, onlara rüsumları və qaydaların qoyulması kimi məsələlər iqtisadi təhlükəsizliyin təmin olunmasına bir başa təsir edir.

Ölkəyə idxal və ixrac olunan malların rüsumları haqqında “Gömrük ekspertizası” dərsliyindəki fikrə diqqət edək: “.... rüsumlar yerli və dünya qiymətlərinin fərqinə və ya bu fərqə uyğun müəyyənləşdirilir. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi ilə gömrük rüsumlarının dərəcələri arasında müəyyən asılılıq mövcuddur. Beləki, inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının dərəcələri aşağı olur. Çünki inkişaf etmiş istehsal etdiyi məhsulun rəqabət qabiliyyəti yüksək olduğu üçün, daxili bazarın yüksək rüsumlar hesabına qorunmasına, ixracın əlavə tədbirlərlə stimullaşdırılmasına və büdcənin gəlir hissəsinin gömrük ödənişləri hesabına doldurulmasına ehtiyac qalmır.” (46, səh.9)

Beləliklə, deyə bilərik ki, hər bir məhsul üçün müəyyən olunmuş rüsumlar həm ölkənin iqtisadi inkişafını, həm də təhlükəsizliyini təmin edir.

Belə ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədilə ənənəvi idxal rüsumlarından ölkənin iqtisadi maraqlarına tam uyğun şəkildə istifadə olunması çox vacib məsələdir. Bu öz növbəsində dövlət siyasətinin əsasını təşkil edən daxili mənafelərin təmin olunmasını, xarici təzyiqlərin və süni qiymət artmalarının qarşısının alınmasını həyata keçirir. İnkişaf etmiş ölkələrin təcrübəsində idxal rüsumları dövlət gəlirlərinin artırılması və müxtəlif xərclərin ödənilməsi üçün əsas mənbələrdəndir. Gömrük rüsumları çox sadə olmaqla yanaşı, onun yığılması əmtəələrin dövlət sərhədini keçdiyi zaman verilən neqativ hallardan asılı olaraq müəyyən çətinliklərlə əlaqədardır. Qiymət mexanizmləri əsasında müəyyən edilən gömrük rüsumları iqtisadi təhlükəsizliyin təmin edilməsi kim, ölkənin istehsal-satış sferasına xarici təsirin səviyyəsini azaldır. Sənaye cəhətdən inkişaf etmiş ölkələr gömrük-qiymət mexanizmi vasitəsilə özlərinin iqtisadi təhlükəsizliyini qorumaq və daxili bazarlarda yerli istehlakçıların maraqlarına cavab verən daha səmərəli qiymətləndirmə mexanizmdən istifadəni önəmli edir. İxracat qiymətinin idxalat qiymətinə nisbəti əsasında müəyyən olduğu nəzərə alsaq onların ölkə üçün tam sərfəli olması üçün iqtisadi şəraitdən asılı olaraq bazar münasibətlərinə cavab verən qiymətləndirmə mexanizmi çevik sürətdə tənzimlənməlidir. Bu amil iqtisadi inkişafın təhlükəsizliyini təmin edən qanunvericilik bazasının dünya standartlarına inteqrasiya olunmasından və ölkənin iqtisadi inkişafının düzgün qiymətləndirməkdən asılıdır. İqtisadi inkişafın davamlı olması sənaye sahələrində işçi qüvvəsinin miqrasiyasının qarşısını almağa, digər əlaqədar təsərrüfatların təhlükəsizliyinin təmin olunmasında və bazara uyğun qiymətləndirmə amillərinin tətbiqinə əsas verir. Eyni zamanda ölkədə maddi resursların istehsala geniş sürətdə cəlb olunması işçi qüvvəsinin səmərəli istifadə istiqamətlərini yüksəltməklə, hər bir işçinin əməyinin qiymətləndirilməsi proseslərində mühüm keyfiyyət dəyişikliklərin baş verməsilə nəticələnəcəkdir ki, buna yeniyeni iş yerlərinin yaradılmasına xidmət edir.

Azərbaycan Respublikasının gömrük xidməti xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və gömrük siyasətinin həyata keçirilməsinin ən mühüm qurumudur. Respublika icra hakimiyyəti sisteminə daxil olan gömrük xidməti Prezident və hökumət tərəfindən gömrük orqanları qarşısında qoyulan məsələləri həll etməyə qabil olan hüquqi baza və gömrük infrastrukturuna malikdir. Gömrük xidmətinin dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasında rolu ildən-ilə artır və belə ki, dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsinin tə'min edilməsində mühüm faktora çevrilir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün əsas vasitələrdən biri də gömrük orqanlarının güclü struktura malik olmasıdır. bu struktur rəhbəlik, mərkəzi aparat, sistemə daxil olan gömrük orqanları və təşkilatlardan ibarətdir. Mərkəzi aparata isə aşağıdakılar aiddir: 1.Sistemə daxil olan gömrük orqanları:



  • Bakı Baş gömrük idarəsi;

  • Hava nəqliyyatında baş gömrük idarəsi;

  • Xəzər dənizində Azərbaycan Respublikasının iqtisadi mənafelərinin mühafizə idarəsi;

  • Enerji gömrük idarəsi;

  • Aksiz gömrük idarəsi;

  • Avtonəqliyyat gömrük idarəsi;

  • Sumqayıt gömrük idarəsi;

  • Naxçıvan MR gömrük komitəsi;

  • Naxçıvan şəhər gömrük idarəsi;

  • Culfa gömrük idarəsi;

  • Sədərək gömrük idarəsi;

  • Tovuz gömrük idarəsi;

  • Gəncə gömrük idarəsi;

  • Xudafərin gömrük idarəsi;

  • Balakən gömrük idarəsi;

  • Yevlax gömrük idarəsi;

  • Xaçmaz gömrük idarəsi;

  • Əli-Bayramlı gömrük idarəsi;

  • Astara gömrük idarəsi;

  • Biləsuvar gömrük idarəsi.

2. Gömrük orqanlarının təşkilatları isə aşağıdakılardır:

  • azərterminalkompleks»Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik;

  • mərkəzi laboratoriya;

  • ümümdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi;

  • idman-sağlamlıq mərkəzi.

Bu qarşılıqlı münasibətlər sisteminin mərkəzində rəisi, şöbələri və gömrük postları ilə gömrükxana dayanır. Bu da təsadüfi deyil, çünki gömrük fəaliyyətinin əsas məsələləri burada həll edilir. (6, s. 35)

K.F.Heydərovun fikrini əsaslandırsaq deyə bilərik ki,”Hər bir dövlətə iqtisadi əlaqələr vasitəsilə dünya təsərrüfat sisteminə fəal surətdə qoşularaq bir tərəfdən özlərinin müvafiq təbii ehtiyatları olmadığı halda cəmiyyətin tələbatını tam ödəmək, iqtisadiyyatın səmərəli quruluşunu təmin etmək, digər tərəfdən isə iqtisadiyyatda qazandıqları əlverişli üstünlükləri dünya təsərrüfatı sistemində reallaşdırmaq üçün imkan yaradılmışdır. Suverenlik əldə etmiş respublikalarda, o cümlədən Azərbaycanda istər daxili iqtisadi əlaqələrin, istərsə də xarici iqtisadi əlaqələrin inkişafına real zəmin yaradılmışdır. Müasir bazar iqtisadiyyatı şəraitində ölkələrin hər hansı bir sahədə üstünlüklərinə baxmayaraq, hər bir ölkə ərazisində mövcud olan təbii əmək ehtiyatlarından səmərəli və müştərək istifadə etməklə, qarşılıqlı anlaşma şəraitində iqtisadi inkişafa təkan verməklə bərabər, iqtisadi əlaqələrin daha geniş formada inkişafına səbəb olur. İqtisadiyyatın qloballaşdığı yeni minillikdə Azərbaycan dünyanın universal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa qurumlarla hərtərəfli əməkdaşlıq edir. (21, s. 175)

Belə ki, Avropa İttifaqına on beş ölkə daxildir ki, bunlarında ən güclüsləri Fransan, İngiltərən, Finladiyan və s. əhatə edir. Bu gömrük sistemi milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamağa və onları tətbiq etməyi nəzərəd tutur. Bu ittifaq üçün qəbul olunan vahid gömrük tariflərinin çox hissəsi qeyri-ərzaq mallarına şamil edilir və gətirilən malın dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az hissəsi isə malın çəkisinə,həcminə və s. nisbətən dəyər ifadəsilə müəyyənləşdirilir. Gömrük tarif sistemi tənziminin mühüm vasitələrindən biri də antidempinq rüsumlarının tətbiq edilməsidir.

Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması Avropa Birliyinə daxil olan ölkələrlə xarici-iqtisadi əlaqələri xeyli genişləndirmişdir. Avropa Birliyi ölkələrinin standartlarına cavab verə biləcək yeni Gömrük Məcəlləsinin son variantı Avropa Gömrük Təşkilatının dəstəyi ilə işlənib həzırlanmış və yaxın zamanda Milli Məclisin müzakirəsinə veriləcəkdir. Azərbaycan gömrük təşkilatı Avropa Birliyinin TACİS və TRASEKA proqramları çərçivəsində gömrük sisteminin inkişafı və modernləşdirilməsi sahəsində də ardıcıl olaraq işlər görür və müxtəlif təyinatlı layihələr hazırlayıb təqdim edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün idxal-ixrac əməliyyatları üzrə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini beynəlxalq normalara uyğun qurmaq istiqamətində müvafiq tədbirlər görülür.

Azərbayca Respublikasının xarici iqtisadi fəaliyyətinin dövlət tənzimlənməsində gömrük-tarifi mühüm yer tutur. Hal-hazırda ölkəmizda gömrük-tarif tənzimlənməsi 20 iyun 1995-ci ildə qəbul olunmuş “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Bu qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük-tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir. (8)

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkədə tarif tənzimlənməsinin məqsədləri aşağıdakı kimi müəyyən olunmuşdur:



  • Azərbaycan Respublikası üzrə idxalın strukturunu səmərələşdirmək;

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;

  • Azərbaycan Respublikasının iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq. (8)

Ölkədə qoyulan gömrük-tarifinin məqsədlərinə aşağıdakılar aid edilır:

  • İdxalın əmtəə strukturunu səmərələşdirmək

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək.

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət keçirmək.

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişiklikləri üçün şərait yaratmaq.

  • İqtisadiyyatı xarici rəqabəti mənfi təsirindən qorunmaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq. (8)

Ölkədə iqtisadi təhlükəsiliyi təmin edilməsində gömrük tariflərinin düzgün tətbiqinin xüsusi mövqeyə vardır. Gömrük-tarifi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

Belə ki, gömrük-tarifi dünyanın bütün ölkələrində istifadə olunur. Milli tariflərlə yanaşı, regional (məhəlli) ticarət-iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları çərçivəsində vahid gömrük tarifləri sistemi vardır. Bu ittifaqın iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük gömrük tariflərini ləğv edib üçüncü dövlətlə ticarətdə ümumi gömrük tarifi müəyyən edirlər.Həmin birliklərdən biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı altında yaratdıqları birlikdir.

Ümumiyyətlə, tətbiq edilən tarifin effektivliyini tarif tənzimlənməsinin tərkib hissəsi kimi çıxış edən bir neçə mühüm istiqamətdən asılıdır. Bunlar, əsasən, tətbiq edilən gömrük rüsumları növlərinin seçilməsi, tariflərin strukturunun formalaşdırılması, tarif təsnifatı sisteminin işlənilməsi,gömrük rüsumu tutulması məqsədilə idxal olunan malların mənşə ölkəsinin və malın gömrük dəyərinin müəyyənləşdirilməsi metodikasının hazırlanması istiqamətləridir.

Ölkə üçün gömrük-tarifinin bir neçə rolu vardır. Bunlardan biri iqtisadi roludur ki, rüsumlar, malın qiymətinə təsir edərək və milli bazarı qoruyaraq,kapital yığımına, iqtisadiyyatın ayrı-ayrı sahələrində mənfəətin normasına və yaranma templərinə aktiv təsir göstərir, istehsalın milli və beynəlxalq şəraitlərindəki fərqləri tarazlaşdırır. Bu tarifinin qiymətyaradıcı rolu (idxal malının qiymətini artıran dəyər baryerinin yaradılması) daha çox nəzər çarpır. Bu rol mallar üzrə müxtəlifdir. Bəziləri (xammal,yarımfabrikatların bəzi növləri) üzrə az əhəmiyyətli, digərləri (hazır sənaye məmulatları və kənd təsərrüfatı malları) üzrə isə çox əhəmiyyətlidir.

Gömrük tariflərinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq olunan meyarlar nəzərə alınmaqla, eləcə də bir sıra dövlətlərin təcrübəsindən istifadə edilməklə Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Gömrük tarifi” layihəsi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” 12 aprel 2001-ci il tarixli qərarı ilə təstiq edilmişdir. “Azərbaycan Respublikasının Gömrük Tarifi” harmonik sistem üzrə qurulmuş və 97 mal qrupunu əhatə etmişdir.Bu da beynəlxalq təcrübəyə və standartlara tam cavab verməklə yanaşı tarif sistemində şəffaflıq yaratmışdır. “Azərbaycan Respublikasının Gömrük Tarifi” respublika iqtisadi artım, müəssisələrin bərabərhüquqlu rəqabət əsasında inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmışdır.Əsas hədəf ümumbəşəri dəyərlər,qlobal proseslər və milli maraqlar nəzərə alınmaqla uzunmüddətli dövr üçün ölkədə dinamik sosil-iqtisadi inkişafın davamlılığını təmin etməkdən,başqa sözlə, dayanıqlı inkişaf modelinə keçməkdən ibarətdir. Azərbaycanın mövcud vəziyyətində isə uzunmüddətli dövrdə davamlı inkişafın təmin olunması ilkin və son emal sahələri arasında qarşılıqlı uyğunsuzluğun aradan qaldırılması, eləcə də istehsalın qeyri-neft məhsulları hesabına genişləndirilməsini tələb edir. Göstərilən yüksək inkişaf səviyyəsinə nail olunduğu halda Azərbaycanın xarici bazarlardan asılılığı bir qədər zəifləyər və Azərbaycan dünya bazarında bərabər hüquqlarla rəqabət aparmaq imkanı əldə edə bilər. Digər tərəfədən də, respublikamızın müharibə şəraitində olmasını nəzərə alaraq, hərbi təhlükəsizliyin təmin edilməsi məqsədilə silah-sürsat idxalına aşağı tarif dərəcələri müəyyənləşdirilmişdir. İdxal mallarına tətbiq edilən tarif səviyyələrinin strukturu göstərir ki,gömrük-tarif mexanizmi hazırlanarkən tarif eskalasiyası, yəni malların emal dərəcələri artdıqca tətbiq edilən rüsum dərəcələrinin də artımı nəzərə alınmışdır.

Belə ki, ölkəmizdə xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin ikinci mühüm üsulu kimi qeyri-tarif tənzimlənmə çıxış edir. Hal-hazırda Azərbaycan malların idxalına heç bir kvota və ya kəmiyyət məhdudiyyəti tətbiq etmir.

Danılmaz faktdır ki, Azərbaycanda dövlətçiliyin inkişafı, daxili və xarici siyasətdə, iqtisadi və siyasi sahədə əldə etdiyimiz naliyyətlər ümummilli liderimiz Hehdər Əliyevin adı ilə baglıdır. 1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzülün qarşısı alınmış,iqtisadi sabitlik bərqərar edilmiş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu əhəmiyətli dərəcədə artmış və iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Təkcə bir faktı demək kifayətdir ki, müvəffəqiyətlə aparılan iqtisadi və struktur islahatlar nəticəsində 1996-2003-cü illər ərzində ümumi daxili məhsul 90 % artmışdır. Bu göstəricinin artım dinamikası 2006-cı ildə 115 % təşkil etmişdir.

Ölkədə iqtisadi islahatların müvəffəqiyətlə həyata keçirilməsində iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasətinin də bilavəsitə rolu vardır. Gömrük siyasətində təşkil edilməsində gömrük vergiləri əhəmiyyətli rol oynayır. Gömrük vergiləri gömrük işinin atributlarından sayılır və ölkədə iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Azərbaycanda baş verən iqtisadi proseslər son illərdə olduğu kimi, 2008-ci ildə də dövlət budcəsinə, onun strukturuna, gəlir və xərclərinin dinamikasına öz müsbət təsirini göstərmişdir. Nəticədə dövlətin büdcə vergi siyasəti əsasən makroiqtisadi sabitliyin təmin olunmasına və onun möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə, həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və dövlət başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq makroiqtisadi sabitlik təmin edilmiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmış, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır. Ölkə iqtisadiyyatında 1996-cı ildən başlanmış tərəqqi davam edərək iqtisadi və sosial həyatda yeni nailiyyətlərlə əlamətdar olmuş, bu prosesləri əyani nümayiş etdirən makroiqtisadi göstəricilər yüksəlmişdir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi fəaliyyətə başladığı 20 il ərzində özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə olunması, eləcə də xarici-iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli şərait yaradılması məqsədilə yeni infrastrukturlar, ixtisaslaşdırılmış gömrük idarələri, postlar yaradılmış, gömrük orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazası möhkəmləndirilmişdir. Son illər gömrük nəzarətinin və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının, habelə maliyyə intizamının möhkəmləndirilməsi sahəsində görülən tədbirlər büdcə gəlirlərinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolunu xeyli artırmışdır.

Dövlət Statistika Komitəsi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin daha da artırılması, mövcud problemlərin aradan qaldırılması, ölkədə sahibkarlığın inkişafına əlverişli şərait yaradılması və ona mane olan müdaxilələrin qarşısının alınması sahəsində ölkə Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrə əməl olunması, həmçinin digər funksiyalarla yanaşı, fiskal funksiyanın, eləcə də büdcə daxilolmalarında gömrük vergi və rüsumları üzrə müəyyən edilmiş proqnozların yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edir.

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:



  • Advaler–malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;

  • Spesifik rüsum–mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;

  • Kombinə edilmiş rüsum–hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu. (8)

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara, mövsümi rüsumların altı aya qədər tətbiq olunmasına qanun icazə verir. Ölkəməzin iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq oluna bilər: xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.

Bir çox ölkələrin tariflərinin strukturu hazır məhsulun milli istehsalçılarını qorusa da xammal və yarımfabrikat idxalına elə də maneçilik törətmir. Buna tarif eskalasiyasının köməyilə nail olunur. Tarif eskalasiyası dedikdə əmtəələrin emal səviyyəsinin artımı başa düşülür.Xammaldan hazır məhsula tərəf hərəkət etdikcə rüsum dərəcələri nə qədər çox yüksəlirsə hazır məhsul istehsalçılarının xarici rəqabət müdafiə səviyyəsi bir o qədər yüksək olur. Tarif dərəcəsi o qədər yüksək ola bilər ki, idxalı tamamilə dayandıra və bu ölkəyə ixracı xarici istehsalçılar üçün faydasız edə bilər. Buna görə də ortaya tarifin optimal səviyyəsinin müəyyən edilməsi məsələsi çıxır. Bu adətən milli iqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif səviyyəsi başa düşülür.İdxal tarifi özündə daxili bir ziddiyyət özünü yerli istehsalçıların və istehlakçıların maraqlarının üst-üstə düşməsində göstərir. Bir tərəfdən istehsalçılar tarifin tətbiq edilməsində maraqlıdırlar. Bu onlara arzuolunmaz beynəlxalq rəqabətdən qorunmağa imkan verərdi. Digər tərəfdən işdən kənar müddətdə istehlakçı kimi çıxış edən həmin istehsalçılar idxal tarifində maraqlı deyillər. Çünki idxal tarifi daha aşağı qiymətlə idxal əmtəəsini əldə etmək imkanını məhdudlaşdırır.Ümumilikdə, son on illikdə tarif dərəcələrinin ümumi səviyyəsi aşağı düşmüşdür.

Hər bir ölkədə rüsumlar qoyulma obyektinə görə gömrük 3 qrupa bölünür və bunlar aşağıdakılardır: 1) idxal-ölkənin daxili bazarına sərbəst dövriyyə üçün buraxılan idxal mallarına qoyulan rüsumlar. Rüsumların ən üstün forması olub,bütün dünya ölkələri tərəfindən milli istehsalçıları xarici rəqabətdən qorumaq üçün tətbiq olunur. Müxtəlif ölkələr öz inkişafının ayrı-ayrı mərhələlərində idxal rüsumlarının köməyi ilə vergi gəlirlərini təmin ediblər,lakin onların kəmiyəti sonradan kəskin azalıb. Məsələn, gəlir vergisi əgər XIX yüzilliyin axırlarında ABŞ büdcə mədaxilinin 50%-ni idxal gəlirləri ilə doldururdusa, hal-hazırda idxal gəlirləri büdcə mədaxilinin 1,5%-ni təşkil edir. 2) ixrac-ölkənin gömrük ərazisindən kənara çıxarılan mallara qoyulan rüsumlar. Adətən çox nadir hallarda yerli qiymətlə dünya bazar qiymətləri arasında kəskin fərq olduqda ,büdcə mədaxilini artırmaq üçün istifadə olunur. İxrac rüsumları malın dünya bazarındakı dəyərini artırdığından, onun rəqabət qabliyyətini aşağı salır. Başqa hallarda isə,ölkələr yerli xammalın ölkədən axının qarşısını almaq üçün tətbiq olunur. 3) tranzit-ölkə ərazisindən keçirilib aparılan mallara qoyulan rüsumlar. Bu rüsumların miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Mənşəyinə görə gömrük rüsumları aşağıdakı kimi təsnif edilir:

-avtonom;

-konvension;

-preferensial (güzəştli). (8)

Belə ki, avtonom rüsumlar-ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada tətbiq olunan rüsumlardır. Adətən gömrük tarifinin tətbiqi ölkə parlamenti tərəfindən qəbul olunan qanunla,gömrük rüsumlarınındərəcələri isə ölkə höküməti tərəfindən qəbul olunmuş qərarla həyata keçirilir. Konvension (müqavilə yolu ilə)-ikitərəfli və ya çoxtərəfli razılaşmalar əsasında tətbiq olunan rüsumlardır. Preferensial-çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə ölkələrin mallarına mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı dərəcələrin tətbiq olunduğu rüsumlardır.

Sözsüz ki, bütün bunlar ölkədə iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük xidmətinin rolunu artırır. Belə ki, gömrük xidmətinin əsas məqsədi dövlət maraqlarının nəzərə alınmasını, iqtisadi təhlükəsizlik və s. kimi məsələlərin əhatə olunmasını təşkil edir.


Download 0,61 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish