İmpuls
Cismin kütləsinin onun sürətinə olan hasili cismin impulsu adlanır
𝑝⃗ = 𝑚𝜐⃗
Cismin impulsu — Vektorial kəmiyyətdir;
— İstiqaməti sürətin istiqaməti ilə üst-üstə düşür;
— Ölçü vahidi
𝑘𝑞 ⋅ 𝑚
[𝑝] = [𝑚] ∙ [𝜐] = 1 .
𝑠𝑎𝑛
Cismin başlanğıc impulsu:
𝑝0 = 𝑚𝜐0.
Cismə təsir edən qüvvənin təsir müddətinə olan hasilinə qüvvə impulsu deyilir
𝐹⃗ ⋅ 𝑡.
Qüvvə impulsunun ölçü vahidi:
[𝐹 ⋅ 𝑡] = 𝑁 ⋅ 𝑠𝑎𝑛.
Qüvvə impulsu cismin impulsunun dəyişməsinə bərabərdir:
𝐹⃗𝑡 = 𝛥𝑝⃗ ⇔ 𝐹⃗ ∙ 𝛥𝑡 = 𝑝⃗ − 𝑝⃗0 ⇔ 𝐹⃗𝑡 = 𝑚𝜐⃗ − 𝑚𝜐⃗0
𝐹⃗𝑡 = 𝑝⃗ − 𝑝⃗0 düsturundan cismin son impulsunu tapırıq
𝑝⃗ = 𝑝⃗0 + 𝐹⃗𝑡
İmpulsun saxlanma qanunu
Bir biri ilə qarşılıqlı təsirdə olub başqa cisimlərlə qarşılıqlı təsirdə olmayan cisimlər sisteminə qapalı sistem
deyilir.
Do'stlaringiz bilan baham: |