132
YOD ELEMENTİNİN XASSƏLƏRİNƏ
ƏSASLANARAQ NEFT-QAZ YATAQLARININ
AXTARILMASI
Magistr: Elmi rəhbər:
İsmayılzadə Kamal Həsən oğlu dos.Pənahov.R.Ə
II kurs, qrup A2247
Böyük miqdarda toplanmış karbohidrogen olan çökmə
süxurların sulardakı yodun mənbəyi, çökən və əmələgəldikdən
sonra neftə çevrilən ərazidəki sularda yod ilə zənginləşməyə
səbəb olan üzvi maddə, formalaşmış suların cəmi yod
konsentrasiyasında güclü bir yoxlanmaya malikdir. Eyni
zamanda, yod ilə zəngin bu sular karbohidrogen miqrasiyasına
vasitəçilik edirlər. Yod ilə zəngin yerüstü və yeraltı sular
kontinental mühitdə, neft-qaz yataqları təşkil edən hövzələrdə
tapılırlar. Dərinliklərdən tapılan neft-qaz yataqlarından
tektonik, vulkanik və digər geoloji hadisələrin təsiri ilə yer
səthinə miqrasiya edən yodla və karbohidrogenlərlə zəngin lay
suları, yerüstü suları və yeraltı suyu akvatoriyalarında təyin
edilə bilən yod miqdarının artımına səbəb olurlar. Bu köçün ən
önəmli isbatı, yodla zəngin yerüstü və yeraltı sularının eyni
zamanda neft karbohidrogenləri ilə də zəngin olmaqlarıdır.
Çünki, kontinental ərazidə neft-qaz laylarının suları həm yodla
həm
də
karbohidrogenlərlə
zəngindir.
Karbohidrogen
sızıntılarının yer səthində çox böyük yod tərkibli su əmələ
gətirməsi patensiyalı yodur. Çünki, xam neftin tərkibində yod
çox az miqdarda olur. Bizə məlum olan neftli hövzələrin
geoloji və hidrokimyəvi verilənləri, yodla zəngin yerüstü və
yeraltı sular ilə dərin neft layları arasındakı əlaqəni isbatlayır.
Yod ilə zəngin sularda, neft əsaslı karbohidrogenlərin miqdarı
normal həddən çox olur [1 səh.122].
Yer üzündəki neft və ya təbii qazın istismar edilən
sahələrdə olan lay sularının hamısı duzlu deyildir. Lakin demək
133
olar ki, hər lay suyunun tərkibində yod vardır. Yod ilə zəngin
neft və qaz yataqlarında lay suyunun əsas bir hissəsi duzlu və
ya şoran su olur. Lakin, neftli hövzələrdəki yodla zəngin lay
suları, şirin su və yaxud da dəniz suyu ilə qarışa bilər. Yod ilə
zəngin duzlu neft və qazın lay sularının şirin su ilə qarışması
zamanı, yodla zəngin şirin olmayan su tipini formalarşdırır. Bu
səbəblə, hər hansısa bir sahədə yodla və karbohidrogenlərlə
zəngin hər hansısa bir su növündə, yerüstü və yeraltı suların
tapılması, hövzədə kəşv edilə biləcək neft və qaz yataqlarının
varlığı önəmli bir əlamətdir [2 səh.26]. Bu tip məlumat,
araşdırma işləri üçün çox vacibdir. Təklif edirəm ki, axtarışı
aparılan yataqların kəşviyyat işlrinə yod veilənlərinə
əsaslandırılsın, çünki yodun vasitəsi ilə aparılacaq hesabatlar
daha dəqiq və yüksək ehtimal edilən nəticələr verəcək.
Do'stlaringiz bilan baham: