AİLƏ TƏSƏRRÜFATLARININ ALTERNATİV ENERJİ
MƏNBƏLƏRİNDƏN İSTİFADƏSİNİN SƏMƏRƏLİLİYİ
Tələbə: Elmi rəhbər
Əhmədov Siracəddin Əhmədalı oğlu dos. İ.S.Rüstəmov
III kurs, qrup 711.6
Alternativ enerji mənbələrindən istifadə günümüzün
aktual mövzularından biridir. Alternativ enerjidən istifadənin
əsas məqsədi həm ətraf mühitin çirklənməsinin qarşısını almaq,
həm də bu məqsədlə elektrik enerjisi istehsal etməkdir.
Müəyyən qurğu və avadanlıqların köməyi ilə günəşdən,
küləkdən, biokütlədən, dəniz dalğalarından enerji almaq
mümkündür. Bu enerji mənbələrindən ən geniş istifadə
olunanlarından biri də günəşdir. Dünya üzərində bir sıra ölkələr
günəş enerjisini elektrik enerjisinə çevirirlər. Bu məqsədlə
Azərbaycanda da bir sıra addımlar atılmış, günəş elektrik
stansiyaları yaradılmışdır. Günəşdən elektrik enerjisi alınması
yalnız dövlət və ya özəl şirkətlər tərəfindən deyil, hər hansı ev
təsərrüfatı da bu prosesi həyata keçirə bilər. Ev təsərrüfatları
günəş panelləri vasitəsilə müəyyən enerji istehsalına nail ola və
istehlak xərclərinə qənaət edə bilərlər. Əlbəttə bu sistemin
tətbiqi ilə birbaşa mənfəət əldə etmək mümkün deyil. Yalnız
müəyyən vaxt keçdikdən sonra (təxminən 4-8 il arası)
panellərdən mənfəət əldə etmək mümkündür. Statistikaya
əsasən, ABŞ-da ailələr 20 il ərzində günəş panellərindən
(10000 Vt-lıq) istifadə nəticəsində (bir ev üzrə orta göstərici)
Los Angelesdə 49549 dollar, San Fransiskoda 36441 dollar,
Nyu Yorkda 28088 dollar və Çikaqo 21175 dollar elektrik
enerjisinə qənaət etmişdirlər. İndi isə Vaşinqton şəhərində bir
ailənin 300 Vt-lıq bir günəş paneli vasitəsilə illik qənaətini
hesablayaq.
354
Vaşinqtonda günlük günəş radiyasiyası təxminən 4.61
kVt/m
2
–dır. Buradan alınır:
300 Vt = 0.3 kVt
0.3*4.61=1.383 kVt/saat 300 Vt-lıq günəş paneli
vasitəsilə günlük istehsal həcmidir.
İllik istehsal həcminin tapılması üçün isə alınan ədəd ilin
günlərinin sayına uyğun olaraq 365-ə vurulur. Buradan illik
istehsalın həcmi təqribən 505 kVt/saat -a bərabərdir. Ailənin
illik mənfəətini tapmaq üçün isə alınmış ümumi istehsal
həcmini elektrikin vahid sərfiyyat qiymətinə ($/kV) vurmaq
lazımdır(Vaşinqton şəhərində bu qiymət 0.08 dollara
bərabərdir). Buradan alınır:
505*0.08=40.4$
Göründüyü kimi bir ev təsərrüfatı 300 Vt-lıq bir sistemlə
il ərzində 40.4 dollar pula qənaət etmişdir. Rəqəm kiçik görünə
bilər, amma nəzərə almaq lazımdır ki, bu yalnız 1 paneldən
alınan mənfəətdir. Panellərin sayı artdıqca mənfəətin həcmi də
artacaqdır.
Azərbaycan Resbuplikası daxilində bu sistem öz xərcini
təxminən 5-8 il arası bir müddətə ödəyə bilər. Onlayn ticarət
saytlarında keyfiyyətli günəş panelinin ortalama qiyməti 100 $
civarındadır.
Cədvəl 1.
Günəş panelindən istifadənin səmərəliliyinin şəhərlərarası müqayisəsi.
Şəhərlər
Vaşinqton
Bakı
Günəş radiyasiyası, kVt/m
2
-la
4.61
4.55
1 kVt/saat-ın qiyməti,
manatla
0.14
0.07
Günlük istehsal kVt-la (300 Vt-
lıq 4 ədəd günəş paneli
vasitəsilə)
5.532
5.46
İllik istehsal, kVt-la
2019
1993
İllik qənaət, manatla
282.6
139.5
355
1200 Vt-lıq bir sistem qurmaq üçün çəkiləcək xərclər: 680
manat, 150 manat akkumulyator, 200-250 arası digər xərclər.
Buradan alınır:
Ümumi xərclər-940 manat, illik qənaət 139.5 manat, sistemin
öz xərcini ödəmə müddəti - 940/139.5=6.7 il.
Sistemin öz xərcini ödəmə müddəti panellərin sayından asılıdır.
Mən bu sistemi 4 ədəd 300 Vt-lıq paneli nəzərə alaraq
hesablamışam. Müəyyən zaman keçdikdən sonra sistemdən
ediləcək qənaət kifayət qədər böyük olacaqdır.
Ədəbiyyat
1. www.news.energysage.com
2. www.answers.energysage.com
3. www.quora.com
Do'stlaringiz bilan baham: |