Konfransinin


NEFT MƏHSULLARININ QƏLƏVİLƏŞDİRİLMƏSİ



Download 3,58 Mb.
Pdf ko'rish
bet207/303
Sana31.12.2021
Hajmi3,58 Mb.
#255728
1   ...   203   204   205   206   207   208   209   210   ...   303
Bog'liq
kONFRANS 67 KİTAB

 

NEFT MƏHSULLARININ QƏLƏVİLƏŞDİRİLMƏSİ 

PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASINDA 

TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİNİN TƏTBİQİ 

 

Magistr:                                                  Elmi rəhbər:                 

Əlimov Ramazan Nəbiyeviç          dos. T.M.Məhərrəmova 

II kurs, qrup A6117 

 

Neftin  emalı  prosesləri,  o  cümlədən,  neft  məhsullarının 

qələviləşmə  prosesi  tezalışan  yanar  və  toksik  maddələrin 

iştirakı  ilə  həyata  keçirildiyi  üçün  bu  tip  obyektlərin 

layihələndirilməsi  zamanı  təhlükəsizlik  qaydalarına  əməl 

olunması  məcburuyyəti  yaranır.  Hal-  hazırda  hazırlanan 

layihələrin  Fövqəladə  Hallar  Nazirliyi  tərəfindən  aparılan 



297 

 

ekspertizadan  keçirilməsi  qanun  ilə  tələb  olunur.  Odur  ki, 



yuxarıda  qeyd  etdiyim  obyektlərdə  və  həmçinin  xüsusi 

partlayış  və  yanğın  təhlükəli  proseslərin  layihələndirilməsi 

işlərinin  aparılması  zamanı  təhlükəsizlik  məsələləri  ortaya 

qoyulur.  

Texnoloji  obyektlərin  təhlükəsizlik  sistemləri  adətən 

aşağıdakılardan  ibarət  olur:  Fire&Gas  (yanğın  siqnalizasiyası, 

avtomatik  yanğınsöndürmə,  qaz  təzahürünün  aşkarlanması  və 

qazlanmanın  aradan  qaldırılması)  və  ESD  (avtomatik  qəza 

dayandırma)  sistemləri.  Bu  sistemlər  adlarından  göründüyü 

kimi  yanğın  və  qazlanmanın  siqnallanması  və  aradan 

qaldırılması,  həmçinin  prosesin  qəza  vəziyyətinə  yaxınlaşdığı 

zaman,  onun  təhlükəsiz  hala  gətirilməsi  məsələlərini  həll  edir. 

Qeyd  etmək  lazımdır  ki,  bu  sistemlər  iki  ayrı  idarəetmə 

şkaflarında  yerləşir və hər biri müstəqil idarəetmə alqoritminə 

malikdir.  Hər  şkafda  müvafiq  sistemin  vericilərindən  gələn 

siqnalları  emal  edən  və  idarəetmə  əmrlərini  hasil  edən 

proqramlaşdırılan məntiqi kontroller (PMK) və onun modulları 

yerləşir.  Bu  kontrollerin  çıxışı  siqnalları  yanğın  söndürmə 

qurğularına,  yanğın  qaz  balonlarının  çıxışında  yerləşən 

siyirtmələrə,  qazlanmanı  aradan  qaldıran  ventilyatorlara, 

prosesi  təhlükəsiz  hala  gətirən  idarəetmə  klapanlarına 

göndərilir.  Təhlükəsizlik  sistemlərinə  qoyulan  tələblərə  görə 

hər  sistem  şkafında  ehtiyat  (redundant)  kontrollerin  olması 

məcburidir. Əsas (master) kontrollerin sıradan çıxması zamanı 

idarəetmənin  avtomatik  olaraq  ehtiyat  kontrollerə  ötürülməsi 

nəzərdə  tutulmuşdur.  Həmçinin  hər  sistem  şkafı  fasiləsiz  qida 

mənbəyi  ilə  təmin  olunmalıdır.  İdarə  etmə  şkaflarının  toz  və 

nəmişliyə  qarşı  dözümlülüyü  təyin  edən  mühafizə  dərəcəsi 

minimum  IP  66  (qapalı  otaqlarda  yerləşməsi  şərti  ilə) 

olmalıdır. 

Bu  işdə  Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodunun  2 

№-li  sexində  yerləşən  Merikem  qurğusunda  ESD  sisteminin 

tətbiq  edilməsinin  imkanları  araşdırılmışdır.  Mövcud  sistemdə 



298 

 

2001-ci  ildə  Merikem  firması  tərəfindən  hər  bir  separatorda 



təzyiqin qalxmasının qarşısını  alan və  qazatqı sisteminə  açılan 

klapanlar  (PSV)  nəzərdə  tutulmuşdur.  Prosesin  nisbətən  aşağı 

təzyiq  və  temperaturda  getdiyi  nəzərə  alınaraq  qəza 

dayandırma  klapanları  prosesin  məhsul  xəttinin  giriş  və 

çıxışında, həmçinin müxtəlif növ məhsullar (benzin, kerosin və 

dizel)  üçün  qələviləşmə  separatorları  arasındakı  xətlərdə 

qoyulması nəzərdə tutulmuşdur. Qeyd edək lazımdır ki, bu işdə 

ESD  sistemi  üçün  SIL2  və  SIL3  təhlükəsizlik  səviyyələrinə 

malik  avadanlıq  (məsələn,  təzyiq  siqnallayıcısı,  səviyyə 

siqnalizatoru,  PMK  və  s.)  götürülmüşdür  və  texnoloji 

avadanlıqların da bu səviyyəyə malik olması tələb olunur, əks 

halda  ESD  sisteminin  yalnız  avtomatika  hissəsinin  tətbiq 

edilməsi  mənasız  olacaqdır.  Bu  proses  kompleks  şəkildə 

aparılmalıdır. ESD sisteminin vericiləri ehtiyat rolunu oynayır, 

yəni,  əgər  avtomatik  idarə  etmə  sisteminin  (PCS)  vericisi 

sıradan çıxarsa, bu sistem onu sığortalayır. 

Fire&Gas  sisteminin  sahə  avadanlıqlarına  tüstü,  istilik, 

alov  və  qaz  detektorları,  jokey  nasosları,  yanğınsöndürmə 

balonlarının  siyirtmələri,  robotlaşmış  lafet  qurğuları  (alov 

mərkəzinə  lazerli  tuşlamanı  həyata  keçirir)  və  ventilyatorlar 

aiddir. 

Bu 


sistemlərin 

ayrı-ayrı 

idarəetmə 

şkaflarında 

yerləşməsinə  və  müstəqil  alqoritmlərə  malik  olmasına 

baxmayaraq,  yuxarı  səviyyədə  onlar  vahid  Mərkəzləşdirilmiş 

Nəzarət  və  İdarəetmə  Sistemində  biri-biri  ilə  inteqrasiya 

olunur.  Məsələn,  əgər  hər  hansı  bir  xətdə  yanğın  baş  verərsə, 

bu  hadisə  yanğın  detektorları  tərəfindən  aşkarlanır  və 

Fire&Gas  sisteminə  ötürülür  və  müvafiq  yanğınsöndürmə 

tədbirlərini  görmək  üçün  bu  sistemin  PMK-i  müvafiq  idarə 

edici  siqnallar  hasil  edilir,  eyni  zamanda  isə  bu  məlumatlar 

ESD  sisteminə  ötürülür  və  yanğına  səbəb  olan  qaz  sızmasının 

baş verdiyi xətdəki klapan bağlanır. Başqa bir misal kimi, hər 

hansı  bir  xəttdə  qaz  sızması  olduqda  təzyiq  düşür  və  bu  hal 



299 

 

ESD sisteminin təzyiq vericisi tərəfindən siqnallanır və  həmin 



xətt  bağlanır,  eyni  zamanda  bu  informasiya  Fire&Gas 

sisteminə  ötürülür  və  əgər  texnoloji  xətt  qapalı  məkanda 

yerləşirsə, qazlanmanın aradan qaldırılması üçün ventilyatorlar 

işə salınır.  

Mərkəzləşdirilmiş  Nəzarət  və  İdarəetmə  Sistemində 

ümumilikdə  dörd  sistem  inteqrasiya  edilmişdir:  Fire&Gas, 

ESD,  PCS  və  CCTV.  Axırıncı  videomüşahidə  sistemidir.  Bu 

sistem  şkaflarının  hamısı  2  №-li  sexin  operator  otağından 

ayrılacaq  texniki  otaqda  yerləşdirilməlidir.  Operator  otağında 

isə bu sistemlərin avtomatlaşdırılmış iş yerləri olacaqdır. 

Bu işdə neft emalı proseslərinin mövcud təhlükələrindən 

qorunması  üçün  yuxarıda  qeyd  etdiyim  sistemlərin  tətbiqi 

texniki-iqtisadi  cəhətdən  əsaslandırılmışdır.  Bu  sistemlər 

prosesin  normal  getdiyi  zaman  illərlə  susmuş  vəziyyətdə  qala 

bilər,  lakin  onların  bir  dəfə  işə  düşməsi  ilə  müxtəlif  dərəcəli 

qəzaların  qarşısını  almış  olur  və  bu  da  həmin  sistemlərin 

reallaşdırılmasına çəkilən bütün xərcləri on qatı ilə üstələyir. 

Bu  sistemlərin  tətbiqi  ilə  işçi  personalın,  orada  yerləşən 

qiymətli  cihaz  və  avadanlığın  təhlükəsizliyi  və  həmçinin 

SOCAR  şirkətinin  beynəlxalq  arenada  reputasiyası  qorunmuş 

olur.  

 


Download 3,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   203   204   205   206   207   208   209   210   ...   303




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish