7. Baroczy C. J., A. I. Ch. E. J. preprint, №37, 8th. National Heat Transfer
120
ölkələrdə neft va qaz hasilatının artması ilə yanaşı bu təbii
sərvətlərin nəqli və saxlanması məsələsi diqqət mərkəzinə
gətirilir. Bildiyimiz kimi, neft və qaz hasilatı ilə məşğul olan
şirkətlər əldə edilən gəlirin yüksək, xərclərin aşağı olması,
həmçinin nəql ediləcək məhsulun itkisiz və tez bir zamanda
istehlakçıya çatdırılması üçün ən əlverişli nəql üsulunu
seçməyə çalışırlar. Bu nöqteyi-nəzərdən neftin və qazın boru
kəmərləri ilə nəqlini qeyd edə bilərik. Boru kəmərləri ilə nəql
digər nəql üsullarına nəzərən bir sıra üstün cəhətlərə malik
olduğuna görə əlverişli üsul sayıla bilər. Bu vasitə ilə nəql
zamanı heç bir qəza, təmir işləri və fövqəladə hal baş verməzsə
nəql prosesi demək olar ki, fasiləsiz olaraq davam edir.
Sualtı boru kəmərlərinin layihələrdirilməsi zamanı əsas
məsələlərdən biri də bu boru kəmərlərinin işlənməsidir. Boru
kəmərlərinin
işlənməsi dedikdə borunun materialının,
diametrinin seçilməsi, birləşmələrin təyini, korrozziyadan
mühafizə üsulları, ballastın növü, materialı və boruların
birləşmə seksiyalarının birləşmədirilməsi üçün lazımi qaynaq
üsullanın seçilməsi başa düşülür. Verilmiş inşaat norma və
qaydalarına əsasən, boru kəmərlərini
i
təşkil edən boruların
tikişli və ya tikişsiz olması seçilməlidir. Sualtı boru
kəmərlərinin tikintisi üçün alüminium ərintilərindən də istifadə
edilir. Bundan başqa qeyri-metal yüksək möhkəmlikli
plastiklərdən borular hazırlanır. Plastik borular normaya uyğun
sıxılma, dartılma və ayilməyə hesablanmış olur.Korroziyaya
davamlı olmaq məqsədi ilə şüşə lifli borulardan istifadə olunur.
Şüşə lifli borular adətən qısa məsafələrdə nəql üçün istifadə
olunur. Parafinli neft və neft məhsullarının nəqli üçün içərisinə
şüşə səth çəkilmiş polad borulardan, epoksid qətranı əsasında
istehsal olunmuş şüşə çəkilmiş plastik borulardan istifadə
edilir.
Müasir dövrdə sualtı boru kəmərlərinin çəkilməsi 4 əsas
üsul ilə həyata keçirilir: “S” üsulu ilə, “J” üsulu ilə, boru
çəkmə üsulu və “baraban” üsulu ilə. “S” üsulu əsasən dayaz
121
sularda həyata keçirilir. Bu üsul dərinliyi 100metrə qadər olan
su hövzələrində tətbiq edilir. “S” üsulu ilə boru çəkmə zamanı
dərinliyin artması ilə xərclərin artmasının əsas səbəbi
“stringer” adlanan qurğunun uzanmasıdır. Bu üsulun üstünlüyü
gəmi üzərində borunun bir neçə hissəsinə qaynaq edə bilmək
imkanının olmasıdır. “J” üsulu əsasən dərin sularda tətbiq
edilir. Borular suya dik vəziyyətdə salınır. Qaynaq işlərini
yalnız qüllə hissəsinda aparmaq mümkündür. “S” üsuluna görə
bu üsul daha maliyyətli hesab edilir. 3-cü üsul boru çəkmə
metodu adlanır. Boru çəkmə metodu həmçinin özü-özlüyündə
4 yerə ayrılır. Bunlara su səthindən çəkmə, suyun dibindən
çəkmə, dibə yaxın yerdən çəkmə və ortadan çəkmə metodları
aid edilir. “S” boru çəkmə metodu kimi bu metod da dərin
olmayan su hövzələrdində istifadə edilir. Diametri 14”-dən çox
olan boru kəmərlərinin çəkilişi üçün bu metod “S” boru çəkmə
ilə əvəzlənir. İqtisadi nöqteyi-nəzərdən olduqca digər
metodlara nisbətən daha əlverişli olması ilə fərqlənir. Mənfi
cəhəti tətbiq olunacaq metodların məhdudiyyət təşkil etməsidir.
Sonuncu üsul olaraq “baraban” üsulunu qeyd edə bilərik. Bu
üsuldan diametri 14”-dən az olan boru kəmərlərinin çəkilməsi
zamanı istifadə edilir. Çəkiləcək boru barabana dolanır və gəmi
üzərində heç bir məcburi hal olmazsa qaynaq işi görülmədən
suya endirilir.
Do'stlaringiz bilan baham: