DƏNİZ NEFT-QAZ QURĞULARININ QALIQ
İSTİSMAR RESURSLARININ
QİYMƏTLƏNDİRİLMƏSİ
Magistr: Elmi rəhbər:
Fərzəliyev Əlizadə Ərəstun oğlu dos. R.Ə.İsmayılov
I kurs, qrup A2128
Texniki diaqnostika işləri həyata keçirilməklə dəniz neft-
qaz
mədən
hidrotexniki qurğularının qalıq istismar
resurslarının qiymətləndirilməsində məqsəd diaqnoz olunan
obyektin sonrakı istismar imkan və şərtlərinin müəyyən
edilməsi və bunun nəticəsində sənaye və həmçinin ekoloji
təhlükəsizlik şəraitinin təmin edilməsidir
. Qoyulmuş
məqsədə çatmağın təmin olunması üçün texniki diaqnostikanın
əsas məsələləri aşağıdakılardan ibarətdir:
- qüsur və normativ sənədlərlə uyğunsuzluqların aşkar
edilməsi, onların baş vermə səbəbləri və bunun əsasənda da
obyektin texniki vəziyyətinin müəyyən edilməsi;
- texniki vəziyyətin qiymətləndirilməsi və qalıq
resursunun təyini (obyektin iş qabiliyyətinin qorunub
saxlanılması müddətinin və həmçinin yükgötürmə
qabiliyyətinin verilmiş ehtimalla təyin edilməsi).
Texniki diaqnostikanın ən ümdə problemi isə məhdud
informasiya şəraiti daxilində texniki nasazlığın müəyyən
edilməsidir
.
Qalıq istismar resurslarının qiymətləndirilməsi məqsədilə
aparılan texniki diaqnostika işləri dəniz stasionar
platformaların dayaq blokları konstruksiyalarında,dəniz
stasionar platformaların yuxarı tikililərində, estakadayanı
meydançalarında, dəniz estakada xətlərində, müxtəlif təyinatlı
dəniz meydança və qurğularında aparılır
.
Texniki diaqnostika işlərinin ardıcıllığı bir neçə
mərhələlərdən ibarət olur.İlkin olaraq müayinə obyektlərinin
43
(platformalar, estakada xətləri, estakadayanı meydançalar və s.)
layihə və istismar prosesi sənədlərinin analiz edilməsi , əsas
yükgötürən
element
və
hissələrin
müəyyənləşdirilməsidir.Sonra yoxlanılacaq qurğunun vizual
müayinə ilə tədqiq edilməsidir ki bunlara da zədələrin və
qüsurların, ən zəif olan elementlər və hissələrin
müəyyənləşdirilməsi
aiddir.Növbəti
mərhələ
qurğunun
instrumental tədqiq edilməsidir. Bu zaman əsas hissə və
elementlərin faktiki olan qalınlıqlarının ölçülməsi prosesi
həyata keçirilir.Bundan sonra aparılmış vizual müayinə və
həmçinin instrumental ölçmələrin nəticələrinin analiz edilməsi
və obyekt(və ya qurğunun) əsas başlıca yükgötürən element və
hissələrinin
faktiki
olan
həndəsi
parametrlərinin
müəyyənləşdirilərək qiymətləndirilməsi və həmçinin ilkin
layihə parametrlərilə müqayisəli şəkildə analiz edilməsi həyata
keçirilir.Daha sonrakı mərhələ isə obyektin və onun əsas
yükgötürən element və hissələrinin faktiki olan parametrlərinə
görə normativ sənədə uyğun olan hesablamara əsasən qalıq
istismar
resurslarının
qiymətləndirilməsidir.Son
olaraq
obyektin cari texniki vəziyyəti və həmçinin sonrakı təhlükəsiz
istismarın mümkün olması haqqında rəy və təkliflərin
işlənməsi həyata keçirilir
.
Hesablamanın nəticəsinə əsasən təkliflər verilir və qeyd
olunan təkliflər yerinə yetirildikdən sonra hidrotexniki
qurğunun yük götürmə qabiliyyəti müəyyən olunur və yüklə
birlikdə ümumi çəkisi hesabat nəticəsində alınmış şəkidən az
olan maşın və mexanizmlərin hərəkətinə icazə verilir.Bununla
da təhlükəsiz istismar iş şəraiti təmin olunur
.
Do'stlaringiz bilan baham: |