99
Yuxarıda qeyd etdiyim kompressor istismar üsulu nefti
quyu dibindən quyu ağzına qaldırmaq üçün effektiv üsullardan
biridir.Kompressor istismar üsulu sıxılmış hava və qazın
yüksək təzyiq altında sıxılaraq quyuya vurulması nəticəsində
neftin çıxarılması prosesidir.Quyuya vurulan reagentlərin
növünə görə kompressor istismar üsulu iki növə bölünür:
1)Sıxlımış havanın quyuya vurualaraq neftin çıxarılması-Erlift
2)Sıxılmış qazın quyuya vurularaq neftin çıxarılması-Qazlift
Erlift istismar üsulu çox geniş yayılmamışdır.Buna səbəb
quyuya vurulan sıxılmış havanın neftən ayrılmış müyyən
miqdarda qazla birləşərək partlayış törədən qarışıq əmələ
gətirməsidir. Bunun əksi olaraq qazlift istismar üsulu geniş
yayılmışdır.Qazlift istismar üsulu yatağın göstəricilərindən və
geoloji-texniki şəraitdən asılı olaraq fasiləsiz qazlift istimar
üsulu və fasiləli qazlift istimar üsullarına bölünür.
Fasiləsiz qazlift istismar üsulu sıxılmış qazın quyuya
vurularaq fasiləsiz olaraq neftin quyu dibindən qaldırılması
prosesidir.
Fasiləli qazlift istismar üsulu sıxılmış qazın fasilələrlə
quyuya vurularaq neftin quyu dibindən qaldırlması prosesidir.
Hal-hazırda kompressor üsulu ilə istismar olunan yataqların
əksəriyyəti insan əli dəymədən avtomatlaşdırılmış şəkildə
həyata
keçrilir.Qazlift
quyularının
avtomatlaşdırılması
quyudakı şəraitdən asılı olaraq sıxılmış qazın quyuya
avtomatik şəkildə vurulmasını nəzərə alır.
Quyuların vaxtaşırı
işləməsi zamanı, hər bir quyu üçün müəyyən edilmiş proqrama
əsasən qazın verilməsilə həyata keçirilir. Qazın quyuya
verilməsi prosesi müəyyən
təzyiqə hesablanmış elektrik
kontaktlı manometrdən alınan siqnala əsasən dayandırılır.
Mənim toxunacağım əsas məsələ fasiləli və fasiləsiz qazlift
istismar üsulu ilə istismar olunan quyularda neftin tərkibində
olan qeyri nyuton mayelərin neftin hərəkətinə maneə törətməsi
və müxtəlif təhlükəli hallar yaratmasıdır.Hal-hazırda Qeyri-
Nyuton mayelərlə,yəni Asfalten,Qətran və Parafin çöküntüləri
100
ilə mübarizə əsas məsələrdən biridir.Bunun üçün də neft-qaz
quyularını istismar edərkən bu halların yaranmaması üçün
müxtəlif tədbirlər həyata keçrilir.
Fasiləli və fasiləsiz qazlift istismar üsulu ilə neft qaz
quyularını istismar edərkən quyuya vurulan sıxılmış qaza
müxtəlif həlledici reagentlər vurmaq lazımdır.Quyuya vurulan
reagentləri
ayrı şəkildə deyil,qarışıq şəkildə vurmaq
lazımdır.Bunun üçün quyuya vurulacaq reagentləri,yəni
Metanol,Sulfanol və Kanifolu müəyyən faiz həddində götürüb
tərkib hazırlamaq lazımdır.Tərkib şəklində vurulan reagentlər
quyuda olan qeyri nyuton mayeləri həll edir, birinci və ikici
cərgə boruların divarında sürüşkən səth yaradır.Bunun
nəticəsində quyu optimal rejimini bərpa edir və minimum qaz
sərfi
ilə
yüksək
hasilat
əldə
edilir.
Görülən işlərin nəticəsi olaraq quyuya vurulan qaz
sərfi,kompressor stansiyasında kompressorların qızması və
əlavə xərclərin cəkilməsi nəzərə çarpacaq dərəcədə azalmış
olur.Kompressor stansiyasının və istismar olunan quyuların
təhlükəsizliyi təmin olunur.Bu halın da yaranması neft
sənayesində ən arzuolunan haldır.
Do'stlaringiz bilan baham: