QAZMA MƏHLULUN UDULMASI ,QAZ TƏZAHÜRÜN
BAŞ VERMƏSİNƏ QARŞI TƏDBİRLƏRİN TƏHLİLİ
Tələbə: Elmi rəhbər:
Mirzəyev Elçin Araz oğlu Ass.Qədəşova E.V.
IV kurs ,qrup 283.5
Qazma zamanı ən dəqiq planlaşdırılmış quyularda belə
problemlərə rast gəlinir . Quyuda baş verən ən ciddi problemlər
aşağıdakılardır :
Lülənin yayınması , borunun nasazlığı , borunun
tutulması quyu lüləsinin dayanıqsızlığı , qazma məhlulunun
çirklənməsi , formasiyanın zədələnməsi , hidravliki yarılmalar ,
lülənin təmizlənməməsi ,maye dövranının itməsi ,tərkibində
hidrogen-sulfid olan formasiyalar , avadanlıq və işçilərlə bağlı
problemlər, gilli məhlulun kaoqulasiyası və s.
Ən ciddi problemlərdən biri də maye dövranının
itməsidir. Qazma işləri gedən zaman qazma məhlulu udulması
hadisəsi baş verərsə məhlul dövranının kəsilməsi ,uçulma baş
verən zonadan yuxarıda qaz, neft,su təzahürlərinin baş verməsi
,qazma kəmərinin tutulması , kavernaların və ya yarıqların
genişləməsi, təzyiq və temperatur balansının pozulması və s.
kimi ciddi problemlər baş verə bilər .Udulma prosesi bir çox
amillərdən asılıdır .Qazma məhlulunun udulmasının əsas
səbəbləri aşağıdakılardır:
Yüksək keçiriciliyə malik laylar (formasiyalar),təbii
kavernaları olan formasiyalar, tükənmiş, formasiyalar,
eysimoloji
və
geoloji
proseslər
nəticəsində
yaranmış
yarıqlar,qazma məhlulunun vurulma təzyiqinin yüksək
olması,təzyiqlər balansının pozulması və s.
Maye dövranının udulmasının qarşısının alınma üsulları
Ümumiyyətlə qazma məhlulunun dövranın itməsinin
qarşısını tam olaraq almaq qeyri mümkündür . Lakin bəzi
problemlərin xüsusəndə sonradan yaranmış dəliklərin ,qazma
54
zamanı baş vermiş udulmanın qarşısını almaq və ya problemin
təsirini əhəmiyyətli dərəcədə almaq olar.
Məhlulun sıxlıq və özüllüyünü lazımi ölçüdə saxlamaq;
qazma zamanı həlqəvi fəzada sürtünmə təzyiqi itkisini
minimuma endirməklə;lüləni təmiz saxlamaqla;
qazma məlumatlarına tam dəqiq riayət etmək, geofiziki
tədqiqatlar nəticəsində alınmış göstəriciləri nəzərə almaq ;
keçid zonalarında zəif formasiyaları mühafizə etmək ;
dəliklərin və kavernaların xüsusi məhlullarla bağlanması ;
yarıqların xarakteristikasına uyğun olaraq xüsusi tədbirlərin
görülməsi və s. Bu üsullardan biri elastiki deformasiya
qabiliyyəti yüksək borularla yarıqların izoliyasiyasıdır .
Bunun üçün əvvəlcə geofiziki tədqiqatla yarılma baş
verən zona müəyyənləşdirilir. Müəyyən olunmuş zona
genişləndirici balta vasitəsilə genişləndirilir. Genişləndirilmiş
zonaya elastiki deformasiya qabiliyyəti yüksək olan xüsusi
boru endirilir və genişləndirici vasitəsilə borunun diametri
böyüdulür .Bununlada yarılma zonası izolyasiya edilir . Bu
üsulun mənfi cəhəti uzunluğu böyük olan yarıqların
izoliyasiyasında səmərəli olmamasıdır. Bundan başqa hal
hazırki qazma zamanı qazma məhlulun un itkisinin qarşısını
almaq ,udulma zonalarının bağlanılması üçün xüsusi kimyəvi
birləşmələrdən istifadə edilir .Bu cür maddələr LCM (lost
circulation materials )adlanır .
Qazma məhlulunun udulması zamanı baş verən
problemlərdən biri də udulma baş verən zonadan yuxarıda
yerləşən kollektor laylarda təzahür prosesinin getməsidir . Bu
neft,qaz,su və ya bunların qarışığının təzahürü ola bilər
.Məlumdur ki qaz laylrının sıxışdırma müqaviməti digər laylara
nisbətən az olduğu üçün qaz laylarında təzahür daha sürətlə
gedəcək .
Aparılan təhlillər nəticəsində qazma prosesində bu
əngəliliklərə qarşı yuxarıdakı təkliflər irəli sürülür .
55
Do'stlaringiz bilan baham: |