8
olan metalların tutumunun dəyişməsi böyük intervalda olur.
Buna baxmayaraq adətən mədənlərdən verilən filizin tərkibində
metalın orta tutumunun müəyyən sabit həddi planlaşdırılır.
Buna görə də müxtəlif tərkibli filizlər şixta edilir, yəni aşağı
tərkibli filiz yuxarı tərkibli filizə qarışdırılaraq ortalaşdırılır.
Şixtalaşdırma müxtəlif məntəqələrdə yerinə yetirilir. Bu iş
müxtəlif diblərdən çıxarılan filizlərin qarışdırılması ilə və ya
filiz anbarlarında və bunker təsərrüfatında həyata keçirilə bilər..
Ortalaşdırma tələb olunan dağ-mədən müəssisələrində
işlənmədə olan blokların və ya diblərin sayı xeyli çox olur ki,
bu da öz növbəsində istər kasıb və istərsə də zəngin sahələrdə
işləyən blokların və diblərin işlənmə intensivliyini azaldır.
Göstərilən çatışmazlığı aradan qaldırmaqdan ötrü
mədəndə filizlərin ortalaşdırılmasından imtina etmək və bu işin
zənginləşdirmə fabriklərində xüsusi ortalaşdırma anbarları
yaratmaqla həyata keçirmək mümkündür. Çoxkomponentli
filizlər olarsa onları növlər üzrə ayrı-ayrılıqda və optimal
rejimdə zənginləşdirmək mümkündür ki, bu isə öz növbəsində
metalların çıxımını xeyli artırmasına gətirib çıxara bilər.
Müxtəlif tərkibli filizlərin (oksidləşmiş və sulfidli) ayrılıqda
çıxarılması və ayrılıqda emalı sahəsində aparılan təcrübi-
sənaye yoxlamaları onların praktiki olaraq mümkünlüyünü və
iqtisadi cəhətdən məqsədəuyğunluğunu göstərir.
Bu üsulun tətbiqi filiz kütləsindən istifadə dərəcəsini
yüksəltməklə bərabər, eyni zamanda metal istehsalına çəkilən
xərclərin azalmasına şərait yaradır. Bu sahədə əsas üstünlük
mineral xammallardan kompleks istifadə olunmasıdır. Bir çox
dağ-mədən müəssisələrində son illər faydalı qazıntıların tərkibi
nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Kompleks filizlərdən
ibarət olan yataqlarda bu azalma filizin zənginləşməsi zamanı
çıxarılan metalların sayının çoxalması və metalların çıxımının
yüksəldilməsi nəticəsində kompensasiya oluna bilər.
Filizin birgə çıxarıldığı dağ-mədən müəssisələrinin bir
çoxunda zənginləşdirmədən əvvəl filizin çeşidlənməsi həyata
9
keçirilir ki, bu da nəticədə metalın çıxımının yüksəlməsinə
səbəb olur. Elm və texnikanın nailiyyətlərinə söykənən yeni
çeşidləmə üsulları mövcuddur. Bunlardan əlvan və nadir metal
filizlərinin çeşidlənməsində tətbiq olunan ağır suspenziyada
filizlərin zənginləşdirilməsidir.
Zənginləşmə prosesinin ən perspektivli istiqamətlərindən
biri də dağ süxurlarının nüvə-fiziki xüsusiyyətlərindən istifadə
üsuludur. Bu üsul müxtəlif şüalanmalarla (elektron, neyrtron,
rentgen, ultrabənövşəyi, infraqırmızı, radiodalğaların və s.)
qarşılıqılı təsiri nəticəsində onlarda yaranan xüsusiyyətə
əsaslanır. Radioaktivliyi olmayan faydalı qazıntıların
radiometrik zənginləşdirmə üsulu hazırda geniş tətbiq olunur.
İstehsalatda foto-neytron, rentgenlüminisent, fotolüminisent,
maqnitometrik, neytron-radiyasiyalı və digər üsullar öz
tətbiqini tapmışdır.
Adıçəkilən üsulların tətbiqi mineralların müxtəlif
xüsusiyyətinə görə ayırmağa əsaslanır. Bu üsullarla asbesti,
bariti, kalsiti, meli, misi, nikeli, gümüşü, almazı, çöl şpatını,
qızılı,ilmeniti, maqneziti, seoliti, vanadiumu və s. ayırmaq olar.
Filizlərin ilkin çeşidlənməsi nəticəsində boş süxurların 10-
30%-ə qədərini ayırmaq olur. Tullantı məhsullarının təkrar
emalı əlavə faydalı komponent çıxımına imkan verir.
Aşağı
tərkibli
(kondisiyadan
aşağı)
filizləri,
tullantıxanalarda toplanmış dağ kütləsinin tərkibindəki faydalı
komponentləri yer səthində topa aşındırma üsulu ilə,
tuullantıxanadakı dağ kütləsini isə bilavasitə tullantıxanada
aşındırmaqla tərkibindəki metalları çıxarmaq mümkündür .
Do'stlaringiz bilan baham: