Jak Lui David



Download 17,3 Kb.
Sana21.11.2022
Hajmi17,3 Kb.
#869563
Bog'liq
Документ Microsoft Word


Jak Lui David
Romantizm cərəyanının nümayəndəsi Ejen Delakrua və inqilabi klassizmin banisi olan Jak Lui Davidin əsərlərindəki Fransa inqilabının əsas iştirakçılarından olan Şarlotta Cardodan bəhs etmək istərdim . Güman ki , tarixi ədəbiyyatda bir çoxunuz Fransa inqilabı zamanı tez-tez eşidilən Şarlotta Cardo haqqında oxumusuz. Mən isə daha fərqli aspektdən incəsənət nəzərindən araşdırdım və maraqlı faktlar aşkar etdim. Ayrıca əsərləri tarixi və nəzəri cəhətdən təhlil etməyə çalışacam.
Belə ki , romantizmin şedevr əsəri olan “Azadlıq barikadası”nda təsvi edilən qadın fərziyyələrə görə Fransa inqilabı zamanı Maratı bıçaq zərbəsi endirən Şarlotto Cardodur .
İlk öncə Delekruanın “Azadlıq barrikadası” əsərinə qısa da olsa nəzər salaq .
Delakrua 1830-cu il də Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında “Azadlıq barrikadası” (“Azadlığa aparan xalq”) əsərini yaratmışdır. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Rəsmdə, azadlığın rəmzi olan bir qadın, bir əlində Fransız bayrağı, digər əlində isə bir tüfəng daşıyaraq arxasından gələn inqilabçı insanlara barrikadaları aşmaqda liderlik edir. Bu qadın ehtimal ki , Fransa inqilabının ən fəal üzvlərindən Şarlotto Cardodur.
Bir yanında yoxsulları təmsil edən, hər iki əlində də bir tapança daşıyan on-on iki yaşlarında bir uşaq, o biri yanında burjuaları təmsil edən, əli tüfəngli, başında silindr şapka olan bir adam vardır. Onlar qarşıdurma içindəki bir şəhərdə, yerdəki yaralıların və ölülərin arasından gedirlər. Bu əsər müasir rəsm sənətinin ilk siyasi rəsmi olaraq qəbul edilir. Əsərdəki əli sılahlı uşaq fiquruna Viktor Hüqonun Səfillər romanındakı Qavroş xarakterindən təsirləndiyi düşünülür. Tənqidçilər, əsərdə azadlığı paltarı çirkli və yarı-çılpaq bir qadın olaraq rəmzləşdirilməsini tənqid etmişdilər. İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal Fransız hökuməti tərəfindən 3000 frank ödənərək alınmışdır. Krala özünü taxta gətirən İyul İnqilabını və inqilabı yaradan xalqı xatırladacaq bir əsər olaraq Lüksemburq Sarayında sərgilənməsi uyğun görülmüşdür. Ancaq təhrikedici xüsusiyyətdə bir siyasi mesaj daşımaqda olan bu əsər, yalnız bir neçə ay Saray Muzeyində qala bilmiş, başlanğıcda əsəri çox sevən Kral Luis Flipp siyasi gələcəyindən narahat olmağa başlayınca bu rəsmdən narahat olub onu sarayından atmaq istəmişdir. Rəssamın əsərinin geri almasına və xalasına göndərməsinə icazə verilmişdir. 1848 inqilabı nəticəsində III Napolyon başçı seçildiyində, “Azadlıq barrikadası” yenidən sərgilənmişdir. 1874 dən etibarən Luvrda sərgilənməyə başlanmışdır. Delakrua qardaşına yazmış olduğu məktubda deyirdi : “Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm”.


Normandiyalı aristokrat, məşhur dramaturq Pyer Kornelin ulu nəvəsi Şarlotta Kordeölkəni qana bulamış respublikan terrorunun qabağını almaq üçün siyasi qətlə əl atmağa qərar veir. Bir müddət o tərəddüd edirdi: Robespyer ya Marat? Laki Jan Pol özü öz hökmünü yazdı: o, sahibi olduğu “Xalqın dostu” qəzetində guya əksinqilabi qəsd hazırlayan daha 260 000 monarxistin başlarını inqilaba qurban verməyə çağıran bir məqalə dərc etdi. Qətldən qabaq yazılmış “Qanun və sülh dostları fransızlara çağırışda” Korde xüsusi ilə qeyd edirdi ki, ancaq öz təşəbbüsü ilə hərəkət edib və “qəddarı öldürməyə” heç kəslə əlbir olmadan özü qərar verib. Şarlottanın zərbəsi vannada uzanan Maratın sağ körpücük sümüyünün altına təsadüf etdi, bıçaq, birinci və ikincı qabırğanın arasından keçərək yuxu arteriyasını zədələdi. Ölüm çox tez baş verdi. Qatil qaçmağı heç düşünmədi, çünki inanırdı ki, ölümdən sonra mütləq cənnətə düşüb Yuli Sezarın qatili Brut ilə görüşəcək. Onu 4 gündən sonra gilyotinada qətlə yetirdilər. Lakin, siyasi qətllərin tarixində çox vaxt olduğu kimi, Şarlotta Kordenin qəsdi zorakılığı dayandırmadı, əksinə, terrorun güclənməsinə gətirib çıxardı. Öldürülmuş qəhrəmanı təsvir etməyi Konvent məşhur solçu və fransız klassisizminin yaradıcısı rəssam Jak-Lui Davidə tapşırdı. David Maratın yaxın dostu idi və yaşayışını çox yaxşı bilirdi amma 14 oktyabr 1793-cü ildə bitirilmiş “Maratın ölümü” heç də “hadisə yerindən foto” deyil. Bəzi detalları rəssam Maratın asketizmini qeyd etmək üçün qəsdən təvsir etməyib (məsələn pistoletlər və divardan asılmış Fransanın xəritəsini). Əsərdəki bütün əşyalara rəssam həndəsi düzgünlük və harmonik proporsiyalar vermişdir, bunlar isə təsvirə heykəl monumentallığı bəxş etdi. Vanna sarkofaqa oxşadı, mələfə – kəfənə, Marata masa qismində xidmət edən taxta tumba isə qəbir daşına. Maratın üzü – portretdir, bədəni isə model üzərindən çəkilib . Başqa cür davranmağa rəssama əsas məqsəd – rəhbərin qəhrəmanlaşdırması – icazə vermirdi, inqilabçının bədənini isə ona çox əzab verən ekzema çirkin hala salmışdı. Məhz buna görə o ziyarətçiləri (Həmçinin Şarlotta Kordeni) müalicəvi vannada oturaraq qəbul edirdi. Bütün kompozisiyada isə İsanın çarmıxdan düşürülməsi və ağlanması səhnələrinə allüziya mövcuddur. Lakin bununla da rəsm əsərinin məna qatları bitmir. Marat bu əsərdə antik qəhrəman kimi təqdim olunub. İnqilabi incəsənətdə Romanın Respublika dövrünə aid süjetlər tətbiq olunurdu, burada vətəndaş cövmərdliyi xüsusi ilə qiymətləndirilirdi. Onun üçün mələfəni roma toqası kimi də qəbul etmək olar. Konvent Marata möhtəşəm dəfn mərasimi təşkil etmişdir: prossesiyanı gül-çiçəkli qızlar və məşəlli uşaqlar müşayət edirdi. Lakin bununla da rəsm əsərinin məna qatları bitmir. Marat bu əsərdə antik qəhrəman kimi təqdim olunub. İnqilabi incəsənətdə Romanın Respublika dövrünə aid süjetlər tətbiq olunurdu, burada vətəndaş cövmərdliyi xüsusi ilə qiymətləndirilirdi. Onun üçün mələfəni roma toqası kimi də qəbul etmək olar. Konvent Marata möhtəşəm dəfn mərasimi təşkil etmişdir: prossesiyanı gül-çiçəkli qızlar və məşəlli uşaqlar müşayət edirdi. Beləliklə, Davidin əsərini üç məna baxımından qiymətləndirmək olar: bu həm altar obrazı, həm antik qəbirüstü abidə, həm də tarixi portretdir.
Download 17,3 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish