106.Əməliyyat sisteminin təyinatı və əsas funksiyaları
Əməliyyat sistemi (ing. Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.Əsas funksiyalar:
- Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
- Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi
- kompüterin əməli yaddaşının idarə edilməsi
- kompüterin sabit yaddaşının idarə edilməsi
- İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması
107.Əməliyyat sisteminin növləri fəaliyyəti. Yaddaşla idarəetmə
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarəetməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür vəbütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır. Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista/7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistemi olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.
108.Mətn prosessorunun imkanları
Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadəolunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür.
109.Mətn prosessoru üçün ümumi olan anlayışlar
Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadəoluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər vədigər sənədlər yaratmaq mümkündür. Windows ƏS-da mətn prosessoruna Wordpad daxildir. Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1, LibreOffice Writer və s. misal göstərmək olar. Windows ƏS-da mətn prosessoruna Ofis Proqramları siyahısına daxil olan Microsoft Word-ün genişlənməsi isə .doc-dur. Çarpaz platformada işləyən LibreOffice Writer-nin genişlənməsi isə .ott vəya .otf-dur
Do'stlaringiz bilan baham: |