76 Informasiya resursları. İnsanların müxtəlif ehtiyaclarının ödənməsinə xidmət edən hər şey Resurs adlanır.Resursların 2 növü var.
Maddi resurslar
2. Qeyri-maddi resurslar
İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda saxlanılanbiliklərdir. İnformasiya resursları – elektron hesablama maşınlarında (EHM) xüsusitəşkil və emal edilmış, istehsalatda, texnikada, cəmiyyətin idarəçiliyində istifadəolunan informasiyadır. Başqa sözlə, informasiya texnologiyaları vasitəsilə yaradılanvə emal edilən informasiyadır. Dərslərimizi hazırlayarkən dərsliklərimizdən,kitabxanalardakı əlavə ədəbiyyatdan, internetdən və s. kimi informasiya resurslarından istifadə edirik. Müasir cəmiyyətdə son vaxtlar informasiya resurslarınınəksəriyyəti elektron daşıyıcılarda, İnternetdə yerləşdirilir. İnternetin koməyi ilə hərkəs istənilən movzuda informasiyanı cox asanca əldə edə bilər. İnformasiyaresurslarını toplayıb gələcək nəsillərə ötürmək üçün kitablardan, optik disklərdən,fləş- yaddaşdan, video kassetlərdən, aidio kasetlərdən , internetdən və s. istifadəolunur. İnformasiya resursları bu mövzular üzrə qruplaşdırıla bilər:təhsilresursları,qanunlar, statistik resurslar və s.
77Elmi texniki tərəqqi
Elmi-texniki tərəqqi –
1)elmin nailiyyətlərindən istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi;
2)istehsal proseslərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, insanların tələbatlarının daha yaxşı ödənilməsi məqsədilə təsərrüfatda, istehsalda elm vətexnikanın, texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqidir.
78.Kompüterləşmənin əsasları
79.Informatika fənninin əhəmiyyəti və vəzifələri
İnformatika (en. informatics ~ ru. информатика ~ tr. bilişim) – verilənlərin toplanması, saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur.İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt. İngilisdilli ölkələrdə “informatika”termininin əvəzinə “computer science” terminindən istifadə olunur.İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması vəkompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimalnəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.[1] İnformatikanın inkişaf istiqamətləri:
-İnformasiya nəzəriyyəsi;
-Yeni aparat vasitələrinin (hardware) işlənməsi;
- Proqram təminatının (software) işlənməsi;
-Proqramlaşdırma dilləri;
-Kompüter şəbəkəsi;
-Süni intellekt sistemləri və s.
Do'stlaringiz bilan baham: |