65.Mail proqramı ilə iş
Yeni məktub hazırlamaq üçün Windows Live Mail proqramı pəncərəsində panellər lentinin Home (Əsas) əlavəsi açılır və Email message (Elektron poçt məlumatı) düyməsi basılır. Nəticədə məlumat hazırlamaq üçün xüsusi məktub blankı da əks olunmuş pəncərə ekrana çıxır və burada yeni məlumat hazırlamaq olar Bu pəncərədə əks olunmuş panellər lentinin üç əlavəsi var: Message (Məlumatlar), İnsert (Yerləşdirmək), Options(parametrler)
66.Texnologiya anlayışı. İnformasiya texnologiyaları
Son illərdə «Kompyuter texnologiyası» və "İnformasiya texnologiyası" terminlərindən geniş istifadə olunur. «Texnologiya» yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Cəmiyyətin informasiya resurslarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin tələblərinə çavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə məqsəd insan tərəfindən analiz edilmək və onun əsasında qərar qebul etmek ücün informasiya istehsalıdır. Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır: - kompüterlə interaktiv (dialoq) rejimində işləmək; - proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi); - həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi. İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir.
67 .İnformasiya-kommunikasiya texnologiyalarının komponentləri.
İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır. Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar: 1) verilənlərin emalı texnologiyası; 2) idarəetmənin informasiya təminatı texnologiyası. Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. darəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir
Do'stlaringiz bilan baham: |