21.Əməliyyat sistemi anlayışı.
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemi fərdi komputerlərin vacib elementlərindən biridir. Əməliyyat sisteminin köməyi ilə komputer və istifadəçi arasında dialoq yaranır, əməli və sabit yaddaş qurğuları işə qoşulur, kompüter idarə olunur, istənilən proqram işə düşür. Əsas funksiyalar: Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi, Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi, Kompüterin əməli yaddaşının idarə edilməsi, Kompyuterin sabit yaddaşının idarə edilməsi, İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması. Əlavə funksiyalar: Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi, Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması, Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqəninqurulması(şəbəkə), Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması. Qoşulmaların idarə edilməsi. Əməliyyat sistemlərinin təsnifatı .Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli; prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu; prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli; interfeysin tipinə görə: əmrli və obyektyönlü; informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
22. Ms DOS əməliyyat sistemi.
DOS - sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi "Disk əməliyyat sistemi" deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub, əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir. DOS ƏS birməsələlidir və aşağıdakı xüsusuyyətlərə malikdir : Istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyi ilə interfeys həyata keçirilir; Sistemin İBM tipli müxtəlif kompüterlərdə işlənməsini təmin etmək üçün struktur modulluğu; Sistemin işlənməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt). DOS –un xarici əmrləri – ayrıca fayllar şəklində ƏS ilə qoyulur. Bu proqramlar qulluqçu xarakterini daşıyır. Buna misal olaraq:disketlərin yoxlanışı, formatlaşdırılması və s. göstərmək olar.
Do'stlaringiz bilan baham: |