(2-1-2) DÖVLӘTLӘRLӘ ӘLAQӘ
Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə`yin olunmazdan əlavə Әrəbistan yarmadası ilə Həbəş, Әmarat, Qəssan və digər məntəqələr arasında bə`zi ixtilaflar meydana gəlmişdir:
1-Iki böyük imperatorluq, yə`ni Rum və Iranla aparılan uzun müddətli mübarizələr;
2-Parçalanma və daxildə mövcud olan sabitsizlik.
Hirə və Qəssanın Rum və sonra Iran imperatorluqları tərəfindən təcavüzə mə`ruz qalaraq öz müstəqilliyini itirmələri və Ne`man ibn Munzirin Iran imperatorluğu tərəfindən Hirəyə padşah tə`yin olunduğunu buna misal çəkmək olar.
Qureyşin düşmənçiliklərinə baxmayaraq, Peyğəmbər (s) qonşu ölkələrlə Islam tə`limləri əsasında əlaqələr yaradır və onlarla səmimi münasibətdə olmağa çalışırdı. O, hər hər şeydən çox haqqa, ədalətə yer verərək qonşu ölkələrin rəhbərlərinə məktub göndərər, saziş bağlayar və bu yolla ilk dəfə olaraq qarşılıqlı əlaqələrin əsasını qoyardı. Bəhreyn, Həmir, Qəssan, padşahlarına, Oman əhalisinə, I və II Nəcaşiyə, Rum imperatoruna və sair məntəqlərə göndərdiyi məktublar, bir daha dövlətlərarası əlaqələrə xüsusi diqqət yetirməsindən xəbər verir.
Qədim zamanlardan bəri ticarət mərkəzinə çevrilmiş və müxtəlif millət və qəbilələrinin ticarət karvanlarının gediş-gəliş etdikləri Məkkə şəhəri həm mövqeiyyət, həm də özünün müqəddəsliyi ilə daim diqqəti cəlb etmiş və mühüm əlaqələr mərkəzinə çevrilmişdir. Bütün bunlar isə Peyğəmbər (s)-a bu şəhərdə fəaliyyət göstərib, Islam dinini təbliğ etməyə yaxından kömək edirdi. Göndərilmiş məktublardan bir neçəsinə diqqət yetirin.
Allah peyğəmbəri Məhəmməddən (s) Həbəşə padşahı Nəcaşiyə:
Bağışlayan və mehriban Allahın adı ilə
"Sən bizimlə sülh şəraitindəsən. Sənin üçün hər şeyə sahib olan, bütün ehtiyacları aradan qaldıran, eyb və nöqsanlardan uzaq olan, qorxu və nigarançılıqları insanlardan dəf edən və onlara ruzi verib yaşadan Allaha həmd və səna edirəm. Şəhadət verirəm ki, Isa Məryəmin oğlu, Allahın ruhu və kəlamı olmuşdur. Allah onu pak, iffət və ismətli olan Məryəmin bətninə salmış və Məryəm onunla hamilə olmuşdur. Allah-təala Adəmi öz əlləri ilə düzəldib üfürərək, ona can verdiyi kimi öz ruhundan Məryəmədə üfürüb Isanı yaratdı.
Mən səni şəriki olmayan Allaha tabe olmağa davam etməyə və mənim davamçılarımdan olub, gətirdiyim səmavi kitaba iman gətirməyə də`vət edirəm və bu bir həqiqətdir ki, mən Allah tərəfindən göndərilmiş haqq peyğəmbərlərdənəm... Әmim oğlu Cəfəri bir neçə nəfər şəxslə sənin yanına göndərirəm. Onlar sənin yanına gəldikdə, qəbul et və inadkarlığı kənara qoy. Mən səni və sənin tabeçiliyində olanları Allaha doğru çağırıram. Mən Allahın əmrini çatdırıb, öz xeyirxahlıq və tövsiyələrimi sənə bildirdim. Elə isə, nəsihətimi qəbul et. Allahın salamı olsun Hidayət yolunu tutmuş şəxslərə"17.
Rum imperatoru Herakla göndərdiyi məktubda isə deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə.
Allah peyğəmbəri Məhəmməddən (s) Rum padşahı Herakla: "Haqq yolunu tutmuş şəxslər heç vaxt çətinliklərlə üzləşməzlər. Allaha həmd və səna etdikdən sonra səni Islamı qəbul etməyə də`vət edirəm. Islamı qəbul et və beləliklə, bütün pislik və xoşagəlməz şeylərdən uzaq ol. Islamı qəbul et və beləliklə, Allah-təala sənə iki dəfə mükafat versin. Әgər mənim təklifimi rədd edərsənsə bil ki, bütün camaatın günahı sənin boynunda olacaqdır. Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kələməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək! Әgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "Indi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq"18.
(2-1-3) PEYĞӘMBӘRIN (S) ZAMANINDA RUM VӘ IRAN IMPERATORLUQLARI ILӘ YARADILAN ӘLAQӘLӘR
Daxili keşməkeşlərə baxmayaraq, Rum və Iran imperatorluqları ətraf məntəqələri öz nəzarətləri altında saxlayır və bu imperatorluqlara hakim olan padşahlar özlərini hamıdan üstün tutaraq, özlərini “Ilahi əmanət” adlandırır və onlara tabe olmağı hamıya vacib hesab edirdilər. Iranda Әnuşirvanın və Rumda Yunestinyanusun hakimiyyətini buna misal çəkmək olar.
Ardı-arası kəsilmək bilməyən qarşıdurma və qanlı müharibələrə düçar olmuş bu iki imperatorluq, bə`zən müvvəqəti olaraq bir-birləri ilə sülh sazişləri bağlasalar da, bir-birlərinə bəslədikləri kin-küdurət və düşmənçilik hissi heç vaxt onlara daimi sülh şəraitində yaşamağa imkan vermirdi.
Әrəbistan yarmadasının o dövrki iqtisadi vəziyyəti və olduqca pis abu-həvası bu iki imperatorluğun nəzərindən uzaqda qalmasına və oraya qoşun yürütməmələrinə səbəb olmuşdur. Belə ki, mövcud şərait onlarda belə bir böyük əraziyə nəzarət etməyə maraq belə doğurmurdu.
Istər Rum, istərsə də Iran imperatorluqları səhra əhalisinə yalnız aralarında qarşıdurma meydana gəldikdə, onlardan istifadə edə biləcəkləri qüdrət kimi nəzər salırdılar. Bunun üçün qəbilə başçılarını özlərinə yaxşılaşdırmağa və onları lazım gəldikdə, tərəf müqabilləri ilə mübarizə aparmağa razı salmağa çalışırdılar. Lakin Peyğəmbər (s) zühur etdikdən sonra Qureyş və yəhudi qəbilələri tərəfindən sıxışdırılmalarına baxmayaraq, Әrəbistan yarımadasının hakimiyyət quruluşunda əsaslı dəyişiklər baş verdi. Peyğəmbər (s) Rum və Iran imperatorluqlarına məktub göndərməklə, onları özlərindən əks-əməl göstərməyə vadar edir.
Bu, beynəlmiləl əlaqələrin genişlənməsində atılan yeni və olduqca uğurlu bir addım idi. Iran və Rum rəhbərləri Peyğəmbər (s)-ın elçiləri ilə layiqincə davranmasalar da, lakin bir qədər sonra lazımi əks-əməl göstərmək qərarına gəlmişdilər.
(2-1-4) XӘLIFӘLӘR DÖVRÜ VӘ ISLAMDA BEYNӘLMILӘL ӘLAQӘLӘR
Islam dininin Peyğəmbər (s)-ın zamanında və ondan sonra xəlifələrin hakimiyyət dövründə beynəlmiləl səhnədə geniş fəaliyyət göstərməsi, bir çox böyük qüdrətləri, yeni yaranmış bu dini yeganə böyük qüdrət hesab etməyə vadar etmişdi. Bu səbəbdən tarixçilər, müsəlmanların xəlifələrin hakimiyyət dövründə əldə etdikləri uğurları Peyğəmbər (s)-ın beynəlmiləl səhnədə həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirmişlər. Yə`ni xəlifələrin hakimiyyət dövründə əldə olunan naliyyətlər, Peyğəmbər (s)-ın gözəl rəftar və davranışları, habelə Islamın həqiqi simasını biruzə verməsi sayəsində əldə olunmuşdur. O ki qaldı xəlifələrin hakimiyyət dövrünə, daxili müharibələr və bir çox digər çətinliklər səbəbindən beynəlmiləl məsələlərə bir o qədər də diqqət yetirilməmişdi. Әgər Mədinəyə yaxın və uzaq məntəqələrdən gəlsəydilər də, xəlifələrlə görüşərdilər. Onları maraqlandıran elmi suallara isə bir çox hallarda Әli (ə) özü şəxsən cavab verərdi.
Do'stlaringiz bilan baham: |