Mühazirə Giriş. Fənnin məqsədi və mahiyyəti (2s)



Download 192,96 Kb.
bet2/17
Sana03.03.2023
Hajmi192,96 Kb.
#916028
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Bog'liq
Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları

İkinci mərhələdə – su yaxud qazın vurulması yolu ilə lay təzyiqinin saxlanılması üsulları həyata keçirilir. Bu üsullara «ikinci» neftçıxarma üsulları da deyilir.
Üçüncü mərhələdə – yataqların işlənilməsinin effektivliyini artırmaq üçün neftverməni artıran yeni üsullar tətbiq olunur. Onlar «üçüncü» neftçıxarma üsulları adlanır.
Bu günə kimi sınaqdan çıxmış və sənaye əhəmiyyətli yeni üsullardan aşağıdakı qrup üsullar tətbiq edilir:

  • Fiziki-kimyəvi üsullar (səthi aktiv maddələr (SAM) ilə suvurma, polimer ilə suvurma, miselyar ilə suvurma, qələvilər ilə suvurma);

  • Fiziki-hidrodinamiki üsullar (suvurma zamanı laya fasilələrlə təsir, su-qaz qarışığının laya fasilələrlə vurulması);

  • İstilik üsulları (lay daxili yanma, laya isti suyun və buxarın vurulması);

  • Qaz üsulları (karbon qazının, karbohidrogen qazlarının, maye həlledicilərin, azotun, tüstü qazlarının yüksək təzyiqlə vurulması);

  • Mikrobioloji üsullar (bakteriyalı məhsulun laya vurulması yaxud onun bilavasitə layda əmələ gətirilməsi);

  • Nüvə üsulları;

  • Akustik üsullar.

Bu yeni üsulların sınaq işləri və sənaye əhəmiyyətli tətbiqi dünyanın bir çox ölkələrində aparılır. Məsələn, buxarın vurulması ABŞ, İndoneziya,
Çin, Kanada, Kolumbiya və bir sıra ölkələrdə həyata keçirilir. Karbohidrogen qazları ABŞ, Kanada, Birləşmiş Ərəb Emiratları, Venesuela, Liviyada tətbiq olunur.
Qaz üsulları suvurma ilə birlikdə Norvegiyanın şelf yataqlarında
tətbiq edilmişdir, halbuki bu ölkənin neft ehtiyatlarının strukturu, məsələn ABŞ, Kanada, Çin yaxud Venesuelaya nisbətən, daha da yaxşıdır.


Mühazirə 2.
Neftverməni artıran yeni üsulların seçilməsində təsnifat üsulları. (4 s)

Azərbaycanda neft hasilatının artırılması perspektivləri dəniz yataqları ilə sıx əlaqədardır və onların əksəriyyəti uzun müddət istismarda olmasına baxmayaraq, hələ də böyük qalıq neft ehtiyatlarına malikdirlər. Çətin çıxarılan neft ehtiyatlarına, laylara yapışmış və onların çıxarılmasında xoşagəlməz geoloji-fiziki şərtlər aid edilir (zəif keçirici və yüksək qeyri-bircinsli laylar, zonal karbonatlı və ya çatlı gilli karbonatlar, geniş qaz və su-neft zonalı yataqların neftlə doyumlu kiçik qalınlıqlar, yüksək özlülüklü neft yataqları və s.). Neftləri çətin çıxarılan yataqlar quyuların zəif debiti ilə (hasilatı), işlənilmənin kiçik tempi ilə və neft yataqların işlənilməsində mövcud üsulların tətbiqinin kiçik effektivliyi ilə səciyyələnir.


X.B.Yusifzadənin işində bütün yataqlar, onların geoloji-fiziki xassələri və litofasial xüsusiyyətlərinə görə 3 qrupa bölünməsi təklif olunur.

  • Kollektor xüsusiyyətləri 0,4-1,0 mkm2 olan qeyri-bircinsli obyektlər; lay şəraitində neftin özlülüyü kiçik 3-10 mPa∙s olan və neftvermə əmsalı 0,6 və çox olan;

  • Keçiriciliyi 0,1-0,4 mkm2 olan kollektorlar; özlülüyü 10 mPa∙s qədər olan neftlər, zəif bircinsli obyektlər və neftvermə əmsalı 0,3-0,5 olan;

  • Zəif keçiricilikli kolllektorlar (0,02-0,1 mkm2 ); neftin özlülüyü 20 mPa∙s-dan çox, strukturun bütün sahəsi boyunca qəti qeyri-bircinsli kollektorlar.

Bu və ya digər materialların analizi göstərir ki, neft yataqlarının işlənilməsinin effektivliyini təyin edən üç qrup amillər mövcuddur:

  • Geoloji-texnoloji

  • Dağ-texniki

  • Təbii-coğrafi

Birinci qrup amillərə neftin özlülüyü, kollektor süxurlarının keçiriciliyi, işlənilmədə olan yataqlarda ehtiyatın tükənmə həddi və b. aiddir. I qrupu nəzərə alaraq çətin çıxarılabilənlərə zəif keçiricilikli kollektorların neft ehtiyatını, yüksək özlülüklü neftləri aid etmək olar.
İkinci qrup amillərı nəzərə alaraq ehtiyatları çətin çıxarılabilən neft ehtiyatlarına yüksək qaz tutumlu, duz və eləcə də aktiv korroziyalı komponentli neftlər aid edilir. Həmçinin bu qrupa işlənilməsi əlavə çətinliklərlə bağlı olan böyük dərinliklərdə yatan laylar və yüksək anomal lay təzyiqli yataqlar da aid edilir.
Üçüncü qrup amillərə, işlənilmənin effektliyinə təsir edən təbii-coğrafi şəraitlər aid edilir. Bu amilləri nəzərə alaraq ehtiyatları çətin çıxarılabilən yataqlara dəniz hövzələrindəki yataqları və sərt təbii-iqlim şəraiti olan zonalar aid edilir ki, onların mənimsənilməsi üçün çətin məsələlərin həlli və böyük sərmayələr tələb olunur.
Xəzər dənizi yataqları üçün təyinedici və daha informasiyalı amillər birinci qrupdadır.
Verilən yataqların işlənilməsinin analizi göstərdi ki, ən aşağı neftvermə ilə xarakterizə olan kollektorların keçiriciliyi 0,1mkm2-dan az və neftin özlülüyü 10 mPa∙s- dən çox olan obyektlərdir. Bunun nəticəsi olaraq ehtiyatları çətin çıxarılabilən obyektlərə kollektorların keçiriciliyi və neftin özlülüyü böhran qiymətləri olan obyektləri aid etmək məqsədəuyğun sayılır. Məsələnin bu cür qoyuluşu Azərbaycanın dəniz yataqlarının öyrənilən obyektlərini 3 qrupa bölmək olar:
I – kollektorların keçiriciliyi 0,1mkm2-dan az, neftin özlülüyü 10 mPa∙s -dən çox.
II – kollektorların keçiriciliyi 0,1 mkm2-dan çox, neftin özlülüyu 10 mPa∙s -dən çox.
III – kollektorların keçiriciliyi 0,1mkm2-dan az, neftin özlülüyu 10 mPa∙s -dən az.
İşlənilmənin cari vəziyyətində cari neftvermə əmsalının aşağı qiyməti və ehtiyatların realizə tempinin zəif olması bir tərəfdən, digər tərəfdən isə böyük potensial imkanlar tələb edirlər ki, bu obyektlərin işlənilmə sistemlərini uyğun olaraq dəyişməyə imkan yaradan üsullar tətbiq edilsin. Bu tələblərə layların neftverimini artıran yeni üsullar və suvurmanın müxtəlif modifikasiyaları cavab verir. Ehtiyatları çətin çıxarılabilən obyektlərə yeni üsulların tətbiqi öz növbəsində hər yataqda geoloji-mədən məlumatların toplanması, xəritə, diaqramların qurulması və s. üçün böyük vaxt tələb edilir. Ona görə də, ehtiyac duyulur ki, yataqların bu halda tədqiqatının vacib elementi obyektlərə müxtəlif təsir üsullarının tətbiqi üçün onların məqsədə uyğun qruplaşdırılmasıdır. Neft hasilatının dünya təcrübəsində çoxlu mədən tətqiqatları aparılmış və neftverməni artıran üsulların böyük imkanları təcrübədə tətbiq edilmişdir(LNAÜ).
LNAÜ bu və ya digər növlərinin tətbiqi bu üsulların təsirindən daha yaxşı nəticələr əldə etmək üçün obyektlərin yararlığını aid edən geoloji-fiziki, texnoloji və iqtisadi şərtləri özündə birləşdirir. Bu şəraitlərin birləşdirilməsi layların kollektor xüsusiyyətlərini və mineral tərkibini, lay mayelərinin fiziki-kimyəvi xüsusiyyətlərini, layın yatım şəraitini və işlənilmənin cari vəziyyətinin öyrənilməsi nəticəsində təyin edilir. Layların neftverimini artıran üsulların effektli tətbiqində obyektlərin təyin edilməsi, məsələn, təsnifatların aparılmasının köməyi ilə həll olunur.
Aparılan təcrübələr göstərdi ki, LNAÜ-ın seçilməsində lay şəraitində neftin özlülüyü, obyektin yatım dərinliyi, süxurların keçiriciliyi və neftin geoloji ehtiyatından istifadə əmsalı əhəmiyyətli rol oynayır. Qeyd edilən göstəricilər LNAÜ-nın hər birinin tətbiqi üçün effektli şəraitlərin səciyyəsində istifadə oluna bilər. Bu məqsədə nail olmaq üçün qeyd edilən göstəriciləri aşağıdakı intervallara bölmək lazımdır:
1. Lay şəraitində neftin özlülüyü (A)

Download 192,96 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish