286
TEXNOLOJİ PROSESLƏRDƏ QƏZA DAYANDIRMA
SİSTEMİNİN ROLU
Magistr:
Haciyev İlkin Üzeyir oğlu
Elmi rəhbər
Dos. İsmayılov B.İ.
II kurs A6337
Texnoloji prosesin düzgün və səmərəli şəkildə idarə
olunması və nəticədə alınan son məhsulun tələb olunan
keyfiyyət kriteriyalarına uyğun olması, bilavasitə texnoloji
parametrlərə nəzarətin səviyyəsindən asılıdır.
Müasir sənaye müəssisələrində müxtəlif məqsədlər üçün
nəzərdə tutulmuş bir neçə nəzarət sistemlərindən istifadə
olunur. Bu nəzarət sistemləri iri sənaye müəssisələrində
texnoloji prosesin operativ və səsmərəli şəkildə idarə
edilməsini təmin edir. Bu sistemlərdən ən vacibi və
əhəmiyyətlisi məhz “Qəza dayandırma sistemi”-dir.
“Qəza dayandırma sistemi” - proses parametrləri
texnoloji normadan kənara çıxdıqda yarana biləcək qəzaların
qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İstehsalat
müəssisəsi texnoloji parametrləri layihə məhdudiyyətləri
daxilində saxlamaq məqsədi ilə, sahəni avtomatik idarəetmə
sistemi və aktiv- passiv həyəcan siqnalları göstərən cihazlarla
təchiz edilir.
Aktiv həyəcan siqnalları, proses parametrləri müəyyən
olunmuş hədlərini keçəndən sonra avtomatik təhlükəsizlik
tədbirləri işə düşür. Passiv həyəcan siqnalları, göstərir ki proses
parametrləri arzu olunmayan hədlərinə çatıb və işçi heyətinə
müvafiq əməliyyatlar üçün vaxt verir. Qəza dayandırma sistemi
prosesin tam şəkildə dayandırılması üçün nəzərdə tutulmayıb,
ancaq qəza şəraitində işə düşür.
“Qəza dayandırma sistemi” sistemə daxil edilmiş ölçü
cihazlarının sayına və məntiqi alqoritminə görə bir neçə
287
növlərə ayrılır. Bunlara misal olaraq 1oo1 ( 1-dən 1-ni
seçmək),
1oo2 (2-dən 1-ni seçmək) və 2oo3 ( 3-dən 2-ni
seçmək ) sistemlərini göstərmək olar.
1oo1 ( 1-dən 1-ni seçmək) – Bu sistemin mahiyyəti
ondan ibarətdir ki, “Qəza dayandırma sistemi” –nə 1 ölçü
cihazı qoşulur,və ancaq o cihazdan gələn siqnala görə sistem
işə düşür.Bu sistem ele də səmərəli deyil.Çünki, bir parametrin
normadan çıxması qurğunun dayanmasına səbəb olur..
1oo2 (2-dən 1-ni seçmək)- Bu sistem 1oo1 ( 1-dən 1-ni
seçmək) sisteminə nisbətən əlverişli sayılır.Çünki burada iki
cihaz sistemə qoşulur,onlardan biri təhlükəli həddə çatdıqda,
sistem digər cihazın göstərişinə görə sabit qalır,yəni qurğunun
işini dayandırmır və bu da prosesi normaya salmaq üçün
operatora müəyyən qədər vaxt qazandırır.
2oo3 ( 3-dən 2-ni seçmək) –Bu sistem daha müasir və
əlverişli sistemdir. Çünki burada 3 cihaz sistemə qoşulur.
Onlardan yalnız bir cihazın göstərişi digər ikisindən
fərqləndikdə, operatorun parametrlərin kritik həddə çatmaması
üçün profilaktik tədbirlər görməyə daha cox imkanı olur.
Həmin cihaz sistemdən kənarlaşdırılır və sistem digər iki
cihaza görə nəzarəti həyata keçirir. Qəza dayanması yalnız 3
cihazdan 2 –nin göstərişi fərqli olduğu halda işə düşür. Bu
sistem prosesin daha az dayanması və təhlükəsiz idarə
olunması üçün əhəmiyyətli dərəcədə rol oynayır.
“Qəza dayandırma sistemi” qəza gətirə biləcək fövqəladə
vəziyyətdə işçi heyətinin, avadanlıqlarının və ətraf mühitinin
qorunmasını təmin edir və texnoloji proseslərin səmərəli və
təhlükəsiz həyata keçirilməsinə şərait yaradır.
Ədəbiyyat
1. 2007 - Honeywell Industrial Inc., Honeywell Safety Management
Systems a division of Honeywell Aerospace B.V. The Netherlands.
Do'stlaringiz bilan baham: