OPTIK RABITƏ ŞƏBƏKƏLƏRINDƏ MÜASIR TEXNOLOGIYALARIN TƏDQIQI Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
togrul.aliyev.h@asoiu.edu.az
Açar sözlər : fiber optik, optik texnologiya, optik qaynaq.
Optik rabitə şəbəkələrində optik kabellərlə rabitənin təmin olunması üçün müxtəlif ölçülü, standartlı və buraxma
qabiliyyətinə malik kabellərdən istifadə olunur. Əsasən patchcord və pictaillərlə işlənilir. Ən çox təkmodlu növləri tətbiq
edilir. Bu kabelləri bir-birilə bağlamaq üçün qaynaq vasitələrindən istifadə edilir. Qaynaq aparatı kimi Fujikuranın
müxtəlif versiyaları (50S, 60S, 70S və s.) vardır. Ən çox istifadə olunan 60S-dir. Funksiya və keyfiyyət baxımından
demək olar ki, aralarında mühüm fərq yoxdur. Olan fərqlər isə çox azdır. Məsələn, 50S-də parametrlər bölümündən dilini
dəyişəndə 25 seçim vardır. 60S-də isə ekranı qorumaq üçün xüsusi qoruyucu qapaq qoyulmuşdur. Qaynağın həyata
keçirilməsi üçün xüsusi elektrodlardan istifadə olunur. Optik liflər hazır vəziyyətə qoyulduqda bu elektrodlara yüksək
gərginlik verilir. Yüksək gərginliyin təsirindən elektrodlar arasında qığılcım boşalması baş verir. Bu boşalma sayəsində
həmin liflər əriyir və birləşirlər. Bu zaman əsas diqqət yetiriləsi məsələ, yaranacaq sönmənin qiymətinin böyük
olmamasıdır [1].
Optik liflərdə ilk növbədə bufer örtük ayrıc (stripper) vasitətəsilə soyulur. Bu stripperin özünün 3 yuvası vardır.
Birinci üstdəki yuva ilə bufer örtük götürülür. İkincisi ilə buferin altındakı izolyasiya soyulur. Sonda lifin üzərində təkcə
yağ qalır. Bu yağı birinci növbədə barmaqlara, sonra isə adi tibbi spirt və ya benzinlər silinir. Optik lif təmizləndikdən
sonra onun kəsilməsi lazımdır. Bunun üçün xüsusi kəsici alətdən – almaz kəsicidən istifadə olunur. Praktikada bizim
işlətdiyimiz almaz kəsicinin markası Fujikuranın istehsal etdiyi CT-30-dur. Bu kəsicidə lifin kəsilməsi üçün patchcord və
pictail üçün ayrıca yuvaları vardır. Həmçinin düzgün ölçüdə kəsilməsi üçün burada xəttkeş yerləşdirilmişdir. Lifin
uzunluğu burada standart olaraq 16 mm götürülməlidir. Kəsməzdən qabaq əsas nəzərə alınası əvvəlki kəsimdən qalan
liflər gərək orda olmasın. Əks halda bu kəsimə mane ola, lif kəsilməsə də, zədələyə bilər və sonradan qaynaq zamanı
böyük sönmələrə gətirib çıxara bilər. Almaz kəsici ilə kəsim apardıqdan sonra lif qaynağa hazır olunmuş olur. Qaynağın
aparılması üçün qapaq açılır və tutqaclara bərkidilir. Lifin kəsilmiş ucu elektrodlara gərək nə çox yaxın, nə də çox aralı
olmasın. Hər şey hazır olduqdan sonra tutqaclar və qapaq bağlanır və “SET” düyməsi basılır. Düymə basıldıqdan sonra
tutqacın yanındakı mühərriklər lifləri bir-birinə yaxınlaşdırır və displey vasitəsilə bunlara müşahidə edə bilirik. Burada
biz lifin müstəviyə nəzərən neçə bucaq fərqdə kəsildiyinə baxa bilərik. Həmin bucaqların qiyməti mümkün qədər 1.00
dərəcədən çox olmasın. Heç bir səhv aşkar edilmədikdə yenidən “SET” düyməsi basılır və liflərin qaynaq edilməsi
başlayır. Yaranan sönmənin qiyməti gərək 0.00-0.05 dB arasında olsun. Həmçinin burada nəzərə alınası digər bir məsələ
balonun (hava boşluğunun) yaranmasıdır. Elə hallar olur ki, hətta 0.00 dB olsa belə balon yarana bilər. Bu halda qaynaq
edilmiş hissə yenidən kəsilməli və qaynaq edilməlidir. Lazım olan sönmə intervalında liflər qaynaq edildikdən sonra
“X/Y” düyməsini basmaqla şaquli və üfüqi vəziyyətində baxırıq. Sonda “RESET” düyməsini basmaqla mühərriklər işə
salınır, lifləri iki istiqamətdə dartır və bununla da qaynağın möhkəmliyi yoxlanılır. Qaynaq işi yekunlaşdıqdan sonra optik
lifləri izolyasiya etmək üçün onlara giliz qoyulur. Bu gilizlər əslində qaynaq işinə başlamazdan əvvəl qoyulur. Gilizlərin
uzunluğu standarta görə 60 və 40 mm-lik olurlar. Bu gilizlərdə həm dayaq yaratmaq, həmdəki, ərimiş polietilenin lifi tam
bağlaması, izolə etməsi üçün qurğuşun çubuq yerləşdirilir. Liflər qaynaq edildikdən sonra qapaq açılır və onu əritmə
hissəsinə yerləşdiririk. Lifi qoyduqdan sonra qapaq bağlanır və avtomatik olaraq “HEAT” rejiminə keçir, yəni ərimə
prosesi başlayır. Proses bitdikdə səs siqnalı verilir və məsləhət edilir ki, orada qalıb bir qədər soyusun. Əks təqdirdə dərhal
çıxardıb hər hansı bir səthə qoysaq, onda ərimiş polietilən həmin səthə yapışacaq və forması pozulacaqdır. Bunun üçün
Fujikura qaynaq aparatında dəmirdən xüsusi yuva vardır ki, gilizi qoyulmuş liflər oraya qoyulur [2, 3]. Lazer və optik-
elektrik çeviricili xüsusi telefon aparaturası vasitəsilə yoxlanılır.
Aparılan tədqiqatlar əsasında aşağıda göstərilən əsas nəticələr əldə olunmuşdur: Optik rabitədə olan müasir
texnologiyalar vasitəsilə optik kabel şəbəkəyə qoşulması üçün hazırlanır və şəbəkənin qurulması təmin olunur.