Conference proceedings



Download 13,87 Mb.
Pdf ko'rish
bet571/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   567   568   569   570   571   572   573   574   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

Açar sözlər (Keywords) 
— uçuşun təhlükəsizliyi, elektrik təchizatı, qida mənbələri, nasazlıq, nəzarət üsulu

Aparılmış araşdırmalar nəticəsində müşahidə olunmuşdur ki, son zamanlar aviasiya sahəsində baş verən bir 
çox aviaqəzaların səbəbi hava gəmisinin (HG) elektrik qida sistemlərində yaranan nasazlıqlardır. Müasir HG-də elektrik 
avadanlıqlarının mühüm rolu məlumdur və məhz bu səbəbdən də bu sistemlərin etibarlı işinin təmin olunmasına xüsusi 
diqqət yetirilməlidir. Məlumdur ki, HG-nin elektrik sisteminin etibarlılığı bu sistemin elektrik parametrlərinə mövcud 
nəzarət üsullarının tətbiqi əsasında təmin olunur. Nəzərdə tutulan bu üsulun əsasını həmçinin, yerüstü heyət tərəfindən 
uçuş müddəti ərzində HG-nin elektrik sisteminin parametrlərinə nəzarət təşkil edir [1].
HG-nin təhlükəsiz uçuşunun təmin edilməsini əsas götürərək, aparılmış tədqiqatlar əsasında hava gəmisi üçün 
əhəmiyyət kəsb edən elektrik sistemlərinə yeni nəzarət üsulunun tətbiqi ilə bu sistemlərin etibarlılığının artırılması və 
nəticədə uçuşların təhlükəsizliyinin təmin edilməsidir. HG-nin elektrik qida mənbələri haqqında məlumatın böyük 
həcmini nəzərə alaraq, yeni nəzarət üsulunun tətbiqi nəticəsində əlavə informasiya mübadiləsi ilə yüklənmiş pilotun hər 
hansı səhvə yol verməsinin qarşısının alınmasını təmin etmək olar. 
HG-nin elektrik parametrlərinə nəzarət edilməsi üçün həm də, məlumatların ünvanlanması və ötürülməsi 
üçün hava gəmilərinin rabitə sistemi ACARS istifadə olunur. ACARS sistemi çox yüksək tezlikli (VHF-Very High 
frequency) rabitə və ya peyk rabitəsi vasitəsilə təyyarə sistemləri və yer sistemləri arasında simvol yönümlü məlumatların 
ötürülməsinə imkan verən sistemdir. ACARS sistemi vasitəsilə əldə olunan mesajlar əsasən iki istifadəçiyə xidmət edir: 
Hava hərəkətinin idarəedilməsi (ATC-Air traffic control) rabitəsi və aviaşirkətlərin əməliyyatına nəzarət (AOC-Airline 
Operational Control) rabitəsi [2].
Elektrik qida mənbələrinə nəzarətin artırılması ilə ümumi blokun yaradılması və nəzərdə tutulan blok mövcud 
nəzarət sistemlərindən alınan məlumatla birlikdə özünün ölçdüyü məlumatları müqayisə etməsi mümkün olur. Sistem 
üçün layihələndiriləcək bu blok bort avadanlıqları ilə müqayisəli şəkildə işləyərək, həmin məlumatları yerüstü məntəqəyə 
ötürmək xüsusiyyətinə malik olması kimi üstünlüyü ilə seçilir. 
Təqdim edilmiş tezisdə yeni nəzarət üsulunun yerinə yetirilməsi üçün ACARS sistemindən istifadə edilməsi 
nəzərdə tutulur və nəticədə HG-nin elektrik sisteminə aid olan məlumatın daha çoxunun yerə ötürülməsi mümkündür. Bu 
mesaj identifikasiya üsullarından istifadə etməklə hava yolları şirkətinin texniki bazası tərəfindən təyyarənin real vaxt 
məlumatlarının əldə edilməsi üçündür.
Təklif olunan üsulun mahiyyəti ondan ibarətdir ki, bütün nəzarət parametrlərin məlumatları generator nəzarət 
blokuna ötürülür. Qida mənbələrinin parametrlərinə nəzarət və müqayisə sistemi (MCDU-Multi-function control display 
unit) əvvəllər rəqəmsal çevirici rolunu oynayırdı. Hal-hazırda o sadəcə rəqəmsal çevirici deyil, həm də ona müqayisə 
funksiyası əlavə olunub. Köhnə blokun daxilində ona dəyişiklik edilmir, sadəcə müqayisə funksiyası əlavə olunur. Verilən 
məlumatlar generator nəzarət bloku ilə yanaşı əlavə etdiyimiz interfeys və xətaları əks etdirən mərkəzləşdirilmiş bloka 
ötürülür və məlumatlar bu blokda yığılır. İşin məqsədi, ilkin olaraq məlumatın birbaşa qida mənbələrinə nəzarət blokuna 
və sonda MCDU monitoruna ötürülməsindən ibarətdir. Hal hazırda isə bu məlumatlar həm generatora nəzarət blokuna, 
həm də interfeys və xətaları əks etdirən mərkəzləşdirilmiş bloka verilir və bu blok vasitəsi ilə məlumatların dəqiqliyi 
yoxlanılır. Daha sonra bu blokdan alınan nəticələr əvvəlki standart nəticələrlə müqayisə olunur, yəni məlumatların 
dəqiqliyi iki üsulla, həm mövcud olan üsulla, həm də təklif olunan üsulla yoxlanılmış olur. 
Beləliklə, əvvəlcədən HG uçuşda olan zaman onun elektrik problemlərinin aşkarlanması və buna uyğun həll 
yolunun araşdırılması, hava gəmisi yerdə olduğu zaman isə texniki xidmətin gözləmə müddətinin azaldılması, 
səmərəliliyinin artırılması mümkün olur və bununla da HG-nin elektrik sistemlərinin etibarlılığının artırılması təmin edilə 
bilər. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   567   568   569   570   571   572   573   574   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish