Açar sözlər:
lift, elektron idarəetmə sistemi, kontroller, məntiqi elementlər, etibarlılıq, ətalətlilik.
İdarəolunan obyekt olaraq, liftlərdə tələb olunan iş rejimini təyin etmək və müəyyən qanunla dəyişmək, yəni
qapıların açılıb bağlanması, mərtəbələrə qalxma və dayanması üçün müxtəlif sxemli avtomatik idarəetmə sistemləri (AİS)
tətbiq olunur. Əsasən istehsalat kompleksi tərkibində tətbiq olunan AİS-lərin liftlərdə tətbiqinin özünəməxsusluğu vardır.
Burada həm avtomatik idarəetmə, həm tənzimləmə funksiyaları elektron elementlərin və telemexanika qurğularının, son
20-30 ildə isə mikroprosessorlu və mikrokontrollerli qurğular əsasında qurulan idarəetmə sistemləri vasitəsilə yerinə
yetirilir. Avtomatik idarəetmə sistemi idarəetmə və tənzimləmə keyfiyyəti, eləcə də dəqiqlik və s. bu kimi xarakteristika
və göstəricilərin tələb olunan hüdudlarda olmasını təmin etmək məqsədi üçün tətbiq olunur [2].
İdarəetmə obyekti olan liftin işi ilk baxışdan sadə görünsə də dərindən araşdırıldıqda onun mürəkkəb alqoritmlə
işlədiyi aydın olur. Buna görə də lazım olan funksiyaları yerinə yetirmək üçün məqsədyönlü təsirlərin tətbiq olunduğu
sahələri və oblastları təyin etmək zəruri addımlardan biridir. İdarəetmənin mühüm prinsiplərindən biri sistemli yanaşma
olub, obyektin quruluşu, davranışı və keçid xarakteristikaları olmaqla bütün göstəriciləri riyazi model şəklində təsvir
olunaraq tədqiq edilməsindən ibarətdir. Liftin idarəetmə sistemi – müxtəlif funksiyalı qurğu və elementlərin ümumi bir
məqsədə nail olmaq üçün kompleks işini təmin edən birləşmədir. Lift sisteminin yaradılması zamanı əsas məqsəd
aşağıdakı tələblərin ödənilməsidir:
İdarəetmə keyfiyyətin yüksək olması;
Keçid proseslərinin qısa olması (ətalətin olmaması)
Liftin etibarlı işləməsi
Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi.
Qəza hallarına reaksiya və sistemin dözümlülüyü.
Lift idarəetmə obyekt kimi elə bir qurğudur ki, burada proseslər məhdud məkanda aparılır, ümumi hala tsiklik
prosesdir, onun idarə olunması prosesində müasir element bazasında, məntiq elementlərində, mikroprosessorlarda və
kontrollerlərdə qurulmuş idarə sisteminin tətbiqi məqsədəuyğundur [3].
Nəticə
Liftin elektron idarəetmə sistemi – liftin hərəkət prosesində zəruri mərtəbələrdə dayanmasını, lazım olan
mərtəbələrə çağırılmasını, liftin kabinəsindən zəruri idarəetmə və çağırışların yerinə yetirilməsi imkanını realizə
edilməsini mümkün edir, liftin daha rəvan hərəkətini təmin edir. Müəyyən hallarda liftlərdə köməkçi funksiyalar daxil
olmaqla daha mürəkkəb idarəetmə funksiyaları realizə olunur (işəsalma, dayandırma, nəzarət, sazlama və s.). Bina
avtomatlaşdırmasının mühüm istiqamətlərindən biri olan liftin idarəetmə sistemi məlum olduğu kimi əsasən hər hansı bir
bina avtomatlaşdırma kompleksinin tərkibində, bütün kompleksə aid olan funksiyalarla qarşılıqlı əlaqədə işləyərək
ümumi idarəetmə məqsədinin yerinə yetirilməsini təmin edir. İdarəetmə sisteminin özü idarəetmə konturu və siqnalların
hasil edilməsi və ötürülməsi üsulu ilə seçilir. İlkin olaraq sistem qarşısında duran məsələ idarəetmə zamanı verilmiş
parametrlərin müəyyən qanunauyğunluqla dəyişməsini və ya sabit olmasını təmin etməkdən ibarət olub, avtomatik
tənzimləmə sistemlərinin funksiyalarını da yerinə yetirir. Liftin idarəetmə sistemi həm də xeyli sayda elektromaqnit rele
ilə təchiz olunmalıdır. Bu relelər etibarlı olmaqla yanaşı, ətaləti kiçik olmalıdır ki, idarəetmə sisteminin hasil etdiyi
siqnallara vaxtında reaksiya verərək, bəzi hallarda liftin əvvəlcədən tərtib olunmuş proqramla idarə edilməsini təmin etsin.
Do'stlaringiz bilan baham: |