GÜRCÜstanda türk məNŞƏLİ



Download 1,53 Mb.
bet18/22
Sana27.06.2017
Hajmi1,53 Mb.
#16928
1   ...   14   15   16   17   18   19   20   21   22

= G=

Gədigen-  Borçalı əyalətində kənd adı(142).



Gərgər- Tiflis quberniyasının Borçalu qəzasında(indi Ermənistanın Stepanovan r-nunda) kənd adı(131,454). Mənbədə Loru sancağının Quzey nayihəsində göstərilir(241). 1934-cü ildə kənd Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. Qədim türkmənşəli Qarqar tayfasının adını əks etdirir. İrəvan quberniyasında Arpaçayın bir qolunun adı Gərgər, Qarabağda Qarqarçay və Qarqardağ, Gədəbəy rayonunda Xarxar, Gərgər və  Herher, Cənubi Azərbaycanda  Qərqər  və Qarqar (bax: 6,315) kənd adları ilə mənşəcə eynidir.Bax:106, 29. Yaqut əl- Həməvi Arran ərazisində,Bəyləqan (indi Mil düzündə Örənqala xarabalıqları) yaxınlığında Karkar şəhər adını çəkir. Qarqar tayfası barədə bax: 108,s.77-81.

Gərgərçay-  Başlanğıcını Bozabdal dağından götürən və Debed  çayına tökülən çayın adı(131,380).

Gödəkburun- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,580). "Burunun (dağın düzənə girmiş burun formalı hissəsi) gödək olduğu dağ” mə'nasındadır.

Gödəkdağ- Dmanisi r-nunda kənd adı (112,167). Gürcücə yazılışı Qedaqdaqi (yenə orada). Qədim türkmənşəli Katak tayfasının adından və  Azərbaycanca dağ sözündən ibarətdir.  Bərdə qəzasının Şir nahiyəsində yaşayan ellərdən biri Kataq idi (239,206).  Yelizavetpol (Gəncə)  quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) Aşağı Gödəkli və Yuxarı Gödəkli kənd adları ilə (6,139 və 283) mənşəcə eynidir. Qazax tayfasının  bir qolu da X1X əsrdə Gödəkli idi. Katak tayfası barədə bax: 108,114-116 (bax: Qeybullayev-78).  Bax: Katak.

Gödəklər- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa r-nunda) kənd adı(131,412).Gürcücə yazılışı Qedaklari (112,87). İrəvan quberniyasında mövcud olmuş 4 Gödəkli və Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Gödəkli (bax: 181) kənd adları ilə mənşəcə eynidir. Maldarlıqla məşqğul olan və qışı Aran Borçalıda keçirən ellərdən biri olmuşdur.   Mənşəcə peçeneqlərin Katay (əsli Kataq) tayfasının adındandır. Azərbaycanda Beyləqan və Qubadlı rayonlarında Gödəkli kəndləri vardır. Xaçmaz rayonununda Alesandrovka kəndinin əvvəlki adı  Gödəklər idi.  Mil düzündə yaşayan Xələc tayfasının bir qolu da Gödəklər adlanırdı. Bax: Katak.

Gödək Səlbi- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,70).

Göybulaq- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).

Göy Qaya- Bolnisi r-nu ərazisində  qaya adı(22,30).

Göydağ- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,59) Ermənistanda Türkiyə ilə sərhəddə Göydağ adı ilə eynidir.

Göydağ- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,59).

Göy Yoxuş- Tiflis quberniyasının Borçalı qəzasında çay adı(181,71). Çay mənbəyini  götürdüyü Göy-Yoxuş dağının adı ilə adlanmışdır.

Göy Yoxuş-  Borçalı qəzasında  Pətək nahiyəsində  kənd adı(241).

Göyçəli- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı(34,160).

Göyçəli- Tiflis quberniyasının Borçalı qəzasında çay adı(181,59).  İrəvan quberniyasının Sürməli qəzasında Göyçəli kənd adı(yenə orada) ilə mənşəcə eynidir.Qarabağın Otuziki ulusunda yaşayan ellərdən biri də Göyçəli idi(239.) Ehtimal ki, Göyçə bölgəsində  yaşamış azərbaycanlılarla bağlıdır. Bu bölgə  tarix boyu  türkdilli ellərin ərazisi olmuşdur. X111 əsr Alban tarixçisi  Mxitar Qoşun  sözləri də bu fikri təsdiqləyir.Bundan başqa X11-X1V əsrlərdə Anadoluda Qara İsa tayfasının da bir qolu Göycəli adlanırdı.Bax: Qara İsa.

Göyçəli- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,59).

Göl-Bölük- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,160).

Göləgirən-  Loru sancağının Loru qəzasında kənd adı(241). Bax: Kolaqıran.

Göllüdağ- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,59).

Göllük- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,59). Digər adı  Qaradixana(yenə orada).

Gölu-Kök- Tiflis quberniyasının Borçalı qəzasında qışlaq adı(181,59).

Gölü-Kök-Borçalı qəzasında başqa bir qışlaq adı (181,59).

Göl Koşan- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181,59).

Göl Sunda-Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,59).

Gurbulaq- Tiflis quberniyasının Borçalı qəzasında bulaq adı(181,71). “Bol sulu, yə‘ni gur axını olan  bulaq" mə'nasındadır.

Gülabi- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,71). İrəvan quberniyasındakı Gilabi (bax: 25,316) adı ilə səsləşir. Ehtimal ki, gilab(keçmişdə  sabun əvəzinə işlənilən xüsusi torpaq növü) sözündən  olmaqla "gilab çıxarılan yer", "gilablıq" mə'nasındadır.

Gülbağı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı(181,71). Əsli Qulbağı. Gürcücə yazılış forması Qulbaqi.

Gül Əbdi- Tiflis əyalətinin Ağcaqala nahiyəsində kənd adı(34,162).

Güləvar-Yuxarı-  Borçalı sahəsində kənd adı (141).

Gül Məhəmməd- Tiflis quberniyasının Borçalı qəzasında  çay adı(181,71). Əsli Qul Məhəmməd. Orta əsrlərdlə Türkiyədə saray xidmətçisi qul(qulam) adlanırdı və bu "qul"lara müəyyən  torpaq sahələri də bağışlanırdı. Ehtimal ki, Qul (qulam)  Məhəmməd adlı bir şəxsin malikanəsinin adı ilə  adlanmışdır.

Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan r-nunda) kənd adı. X1X əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. X1X əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli  Qul Əkərək(Qulama məxsus malikanə).

Güllübağ- Tiflis quberniyasının  Borçalı qəzasında kənd adı (181). X1X əsrin ortalarında  kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin ortalarında Çoçqan kənd icmasına mənsub məntəqələrdən biri idi.

Güllübulaq-  Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34,160).

Güllügədik- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,70). Dağın adı oradakı gədiyin(dağın suayrıcında batıq yer, keçid) güllü-çiçəkli olması ilə bağlıdır.

Güllütəpəli- Tiflis quberniyasının Borçalı qəzasında çay adı(181,71). Debede və Xram çaylarının sahilində Gültəpəli adlı kənd də vardı (46,210).

Güllücə- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).

Güllücə- Tiflis quberniyasının Borçalı qəzasında kiçik çayın adı(181,71). Ətrafı gül-çiçəkli çay mə'nasındadır.

Gümbəd- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa r-nunda) kənd adı(181,157). Gürcücə yazılış forması Qumbati. Cənubi Qafqazda 6 Gümbəd kənd adından(yenə orada) biridir. X1X əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Kümbəd dağ, Zəngibasarda Göy Kümbət kəndi, Qars əyalətində Günbəz kənd(yenə orada), indi  Dağıstanda Qumbat rayon adı və s. mə'naca eynidir. Azərbaycan dilində gümbəz "məzarüstü tikinti", "mavzoley" sözündəndir. X1X əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə yunanlar yerləşdirilmişdi.

Gümrək- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,154). Türk dillərində qum və örək "dağ suayrıcının şaquli istiqamətdə tez-tez təkrarlanan dirsəkləri"(150) sözlərindəndir.

Gümüş- Tiflis quberniyasının Borçalı qəzasında çay adı (181,71). Gürcücə yazılış forması Kumisi (22). İrəvan əyalətinin Dərələyəz mahalında da  bir kənd Gümüş adlanırdı.  Orta əsrlərdə Şərqi Anadoluda bir mahal  Kumus adlanırdı.  (bax: 6,326-327).

Gümüşxana-Siqnax əyalətində bir kəndin adı(37,125).  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında Gümüşxana kəndinin adı(181,71) ilə mənşəcə eynidir. Anadoluda Trabzon ilə Ərzurum arasında, Şirvan şəhərinin yaxınlığında orta əsrlərdə Gümüşxana şəhər və mahal adı vardı. Bax: 6,327.

Güneyvənk-  Tiflis sahəsində kənd adı(141).Güneydə yerləşən vəng -"kilsə" mə'nasındadır.

Güney Olanyurt-  Borçalı bölgəsində Pəmbək sancağının nahiyəsindən birinin adı (241). Qədim türkmənşəli Alan tayfasının adındandır.

Güngörməz-  Borçalı bölgəsində kənd adı(241).  İrəvan quberniyasının  Sürməli qəzasında Güngörməz dağ və kənd, Azərbaycanda Cavanşir və Şamaxı qəzalarında Güngörməz dağ adları(181,710) ilə mə'naca eynidir. "Quzey yerdə yerləşən dağ" mə'nasındadır.

Günnüqala-   Tiflis quberniyasının  Borçalı qəzasında kənd adı.X1X əsrin 1 yarısında kənddə Türkiyədən gəlmə yunanlar yerləşdirilmişdir.

=   L  =

Lağana-Arxu- Oçamçir r-nunda kənd adı. 1952-ci ildə gürcücə Çlou  adlandırılmışdır (112,260). Laqan keçmişdə mövcud olmuş kəndin adıdır, arx da  kəndin adı ilədir. Laqan sözünün mə'nası mə'lum deyil. Bax: Laxan və Ağlaqan.

Laxan-  Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı(34).

Lacivərd-Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı  (34,160).

Lək-  Tiflis əyalətinin nahiyəsində kənd adı (34,158). Azərbaycanda Bərdə, Ucar və Xanlar r-larında Lək kənd adları ilə eynidir. Orta əsrlərdə İranda, Türkiyədə və Cənubi Qafqazda yaşayan türk tayfalarından biri Lək adlanırdı. Bir fikrə görə bu tayfa XIII əsrdə Orta Asiyadan İrana köçürülmüşdür.Bax: Lək Candar.

Lelbaqi   -Mesti r-nunda kənd adı (112,201). "Lələ bağı" adının gürcücə yazılışıdır. Azərbaycan dilində lələ (orta əsrlərdə saray uşaqlarının tərbiyəçisi) və bağ sözlərindəndir.

Lelobi-Qardabani r-nunda kənd adı (112,201). Lələoba adının gürcücə yazılışıdır.  Zaqatala bölgəsində Lələli kənd adı ilə mə'naca eynidir. Azərbaycan dilində lələ (bax: Lelbaqi) və oba sözlərindəndir.

Lelubani-Qardabani r-nunda kənd adı (112,201). Lələkənd adının gürcücə yazılışıdır.

Lək Çandar- Dmanisi r-nunda kənd adı. Yerli əhali içərisində tələffüz forması Lök Candar. Oradakı dağ da    belə adlanır(33,44). "Lək kəndi yaxınlığında yerləşən Çandar"dır.  Borçalı bölgəsində yaşayan Çandar tayfası məskunlaşmışdır.

Lək Candar- Dmanisi r-nunda dağ adı.Dağ Lək Çandar tayfasına mənsub yaylağa görə adlandırılmışdır.

Lələçala-Tiflis quberniyasının Borçalı qəzasında qışlaq adı(181,163).

Ləlvər- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181,162).  Əsli Ləlpər. Dağın adı  mis  filizinin Günəş işığında lə‘l kimi parıldamasından yaranmışdır. Ləlpər- lə‘l və türk dillərində par  "parıldayan" sözlərindəndir. Bu dağda Bənövşə dərəsi, Böyükqaya, Kəmərqaya, Quymaqdaş, Qaracaoğlunun yağlı qoruğu, Gendərə və b. toponimlər vardır. Mis  mə‘dəni ilə əlaqədar olaraq X1X əsrin 30-cu illərində yaranmış qəsəbə də Ləlpər (Ləlvər) adlanmışdır. Qəsəbənin  digər adı  Ağalıq idi. X1X əsrin 1 yarısında orada ermənilər də  yerləşdirilmiş və bundan sonra toponim təhrif edilərək "Alaverdi"(Allahverdi)  adlanmışdı. Qəsəbə 1978-ci ildən Debetavandır.

Ləmbəli- Saqareco r-nunda kənd adı.Ədəbiyyatda Lombalu. Gürcücə yazılış forması isə Lombalodur (112,199). Əsli Lamıbəyli.  Kənd  bu elin Muğanlı ərazisində oturaq həyata keçməsi nəticəsində yaranmışdır. 1949-cu ildə Ləmbəli kəndinin 225 azərbaycanlı ailəsi deportasiya edilmişdir.

Ləmbəli- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Noyemberyan r-nunda) kənd adı. 1960-cı ildə  ermənicə Debedaşen, 1972-ci ildə isə Baqrataşen  adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya olunmuşdur.

Ləngi Təmir- Tiflis quberniyasının Borçalı qəzasında(indi Ermənistanın Tumanyan r-nunda) kənd adı(181). X1X əsrin 30-cu illərində kənd dağılmışdır. Oradakı "Ləngi Teymur" (Teymurləng) düşərgə yerinin və dağın adı ilə adlanmışdır (21,125).

Lətifli qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində qışlaq adı(34,159). Qışlaq Şərəfəddin tayfasına məxsus olmuşdur (yenə orada).

Ləcan-Tiflis quberniyasının Borçalı qəzasında (Loru qalasının yaxınlığında) Dəbədə çayına tökülən çayın adı (181,380).  Ləxan (yerli tələffüz forması Ləcan)  Borçalı bölgəsində  yaylaq yeri idi (131,445).Ləc sözündən yaranan bu toponim Borçalı qəzasında Ləc dağının, Kutaisi quberniyasının Leçxum  qəzasının (“Ləc“ və türk dillərində “qum“ sözlərindən) və Ləcbədin kəndinin adlarında  saxlanılmışdır.

Ləcbədin-Marneuli r-nunda kənd adı. Mənbədə kəndin adının rusca  yazılışı Laçbadindir (179, 11.268). Kənd keçmişdə indiki yerindən 4-5 km şərqdə Sınıqkörpü yaxınlığında "Damqaçı düzəni" adlı yerdə salınmışdır. Kəndin əhalisi yerini dəyişərək "Boylu (Poylu) bağı" adlı yerə və daha sonra isə indiki yerə köçmüşdür. (33,38).Toponim Azərbaycan dilində Ləc, Ləc və monqol dilində adin- "köçəri maldarların təsərrüfatı"  sözlərindən yaranmışdı.

Lok-Candari- Dmanisi r-nunda kənd adı(112-39). Lək Candar dağının adındandır.Bax: Lək Candar.

Lori-   Tiflis  quberniyasının Borçalı qəzasında bir  pristavlığı mərkəzi(131,389). Pristavlıq 31 kəndi əhatə edirdi(yenə orada). Lori (yaxud Loru) Borçalı  bölgəsində Calaloğlu şəhəri yaxınlığında qədim qalalardan birinin adıdır.Qədim gürcü mənbələrində   Lore kimi göstərilmişdir(III,147): X111 əsrin 20-ci illərində (Lori barədə bax: 176,305) başqa bir kənd də Lori adlanırdı. Bu kənd  Heydər bəy icmasına mənsub idi.  Lecan kəndinin 3 km-liyində yerləşən Lori qalası orta əsrlərdə Taşir mahalının mərkəzi olmuşdur. V əsrdən mə'lum olan Taşir mahal adı qədim türk mənşəli taş "qaya","daş"  və  ir- "dağın düşən tərəfi"(126,211) sözlərindən ibarətdir. Qalanın gürcücə adı Orbet  ("qartal yurdu" deməkdir) idi. Qala Gürcüstana 111 əsrdə  gəlmiş türk mənşəli Çin tayfasına verilmişdir və ona görə tayfanın başçısı və nəsli Orbet qalasının adı ilə sonra "Orbelianlar" adlanmışdır. Orbelianlar gürcülərin qədim knyaz nəsillərindən biri olub. Qala  həm də Samsşvilde (gürcü dilində sami "üç", işvilda "ox" sözlərindən) adlanırdı.

Lori- Böyük Bazum və Kiçik Bazum sıra dağları arasında   düzənin adı.

Lorut-  Loru sancağının  Loru qəzasında kənd adı(241).

Lokdağ- Dmanisi r-nunda dağ adı(22,24). Əsli Ləkdağ. Türk mənşəli Lək tayfasının adındandır.Bax:Lək.

=M =


Mavaş- Kutaisi quberniyasının Leçxum  qəzasında kənd adı(181,165). Dağlıq Qarabağda Mavas kənd adı ilə səsləşir.

Mağara-  Borçalı  bölgəsində kənd adı(241). İndi Siqnax rayonunda Kvemo Mağara  və Zemo Mağara. Gürcücə yazılışı Maqari(112,73).

Mağarabaşı- Tiflis quberniyasının Axalsix qəzasında dağ adı(181,162). Dağın adı oradakı mağara ilə əlaqədar yaranmışdır.

Mağara dərəsi- Tiflis quberniyasının Axalkalaki qəzasında çay adı(181,163).

Mağarani- Tiflis quberniyasının Duşet qəzasında kənd adı(181,163).Telavidən şimal - qərbdə qədim qalanın və onunla əlaqədar kəndin adıdır. Tarixən Xizik (Alazanın sağ sahilində Siqnax mahalında bir nahiyənin adı, gürcü mənbələrində  Kizik) nahiyəsində yerləşmişdir. Azərbaycanca “mağara” sözündəndir.

Mağaroskari- Duşet r-nunda kənd adı(112,203). "Mağara keçidi" adının gürcücə yazılışıdır.

Madatəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,164). Monqol dilində modo "meşə" və Azərbaycan dilində təpə sözlərindən ibarətdir. Bax: Modaşan və Modatəpə.

Madçənə məzrəsi-  Loru qəzasında kənd adı(241).

Mazandərə- Kutaisi quberniyasının Zuqdidi qəzasında (indi Salencix r-nunda) kənd adı(181,164). Azərbaycanda Məzənçayı (Qax r-nu Zərnə k.)  hidronimi ilə səsləşir. Azərbaycanda Zəngilan r-nunda indi  xarabalıq olan Diri ( " Alban tarixi”ndə Tri) kəndinin yerləşdiyi Diridağın Təktuklu adlanan təpəsində  "Mazan - Nənə" pir adı ilə mə'naca eynidir. Fars dilində mozi- "nurlandıran", "işıqlandıran" sözündəndir.

Mazarıq- Loru sancağının Güney nahiyəsində kənd adı(241), "Məzarlıq"(məzarlar olan yer) sözünün fonetik formasıdır.

Maidani- Abaş r-nunda kənd adı(112,203). Meydan sözündəndir.

Mal-Çoç Kort- Kutaisi quberniyasının Duşet qəzasında dağ adı(181,166). “Mal” sözü türk dillərində yüksəklik mə'nasındadır. Qazax rayonunda Ak-Mola, Cənub Şərqi Şirvanda Qalamal (Qarmas)palçıq vulkanı, Abşeronda Yasamal, Türkmənistanda Qok-Mala(236,113) və s.

Mamay- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı(181,166). Gürcücə yazılışı Mamai(112,203). Türkmənşəli Mamay şəxs adındandır.

Mamaylı-  Borçalı bölgəsində bir kəndin adı(141).

Mamuköy- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı(181,167). Mamu şəxs adından və türkcə köy-"kənd"  sözündəndir.

Mamula- Dmanisi r-nunda kənd adı(112,39).

Mamulaantkari- Tiflis quberniyasının Duşet qəzasında kənd adı(181,167). "Mamul keçidi" adının gürcücə yazılışıdır. Azərbaycanda Lənkəran qəzasında Mamulqan kənd adı (yenə orada) ilə eynidir.

Mamulari- Çoxataur r-nunda kənd adı(112,203).Mamular adının gürcücə yazılışıdır.

Manakluk- Qaqra r-nunda kənd adı. Kənd 1948-ci ildən gürcücə Kldekari adlanır(112,266).

Manaseuri- Duşeti r-nunda kənd adı(212,203). Türkmənşəli Manas şəxs adındandır. Gürcüstanda Alaverdi məntəqəsinin də qədim adı Manas olmuşdur.

Manaskənd- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adı(181,167).  Başqa adı  Minaskənd(yenə orada).Bax: 1988-ci ildə kəndin əhalisi deportasiya edilmişdi. Türkmənşəli Manas şəxs adındandır

Manqlis- Tiflis quberniyasının Tiflis qəzasında (indi Tetritskaro r-nunda kənd adı(181,167). Türk dillərində manqlay "qoşunun avanqard hissəsi", "bir neçə tümən(10 min) adam" sözündəndir.

Manitəpə- Tiflis quberniyasının Borçalı qəzasında kutan adı(181,167). Türk dillərində man- "qoyun ağılı"(148,168) və "təpə” sözlərindəndir( Qazaxıstanda Manqışlaq adı kimi) Nizami Gəncəvi "Xosrov və Şirin"də Cənubi Azərbaycan ərazisində Şahrud  çayı sahilində Məndur çölünün adının  qeyd edir ki, bu da man  və tör "dağ örüşü" (173,82) sözlərindəndir.

Maradərəsi- Tiflis quberniyasının Axalsix  qəzasında çay adı(181,163). Türk dillərində mora -"ocaq", "pir" (199,1,2,21) və dərə sözlərindəndir.

Marağalı-  Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli tayfasının bir qolunun adı(34,162).

Maralköy-   Tiflis quberniyasının Pətək nahiyəsində kənd adı(34,161).

Maralkalafa- Dmanisi r-nu ərazisində yer adı(22,30).

Maraleti- Sxinvali r-nunda kənd adı(112,203). Azərbaycan dilində maral və gürcücə yer, ərazi bildirən "eti" şəkilçisindəndir.

Marneuli- Gürcüstanda inzibati ərazi vahidlərindən birinin adı, Marneuli r-nun  mərkəzi. Qədim adı Sarvan. Bax: Sarvan.

Masrek- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,169). İrəvan quberniyasının Eçmiadzin qəzasında Mastara kənd,Quba qəzasında Mastırqa dağ,  Elizavetpol qəzasında Masxit dağ adları(181,169) ilə eynidir. Türk dillərində mes "dağın cənubi (güney) tərəfi", "yüksəkliyin meşəsiz tərəfi" (172,367) və örək, “dağ belinin şaquli istiqamətdə tez-tez təkralanan dirsəkləri” (150) sözlərindəndir. Bax: Gümrək.

Mahmud-Batumi r-nunda kənd adı.1948-ci ildən gürcücə Mnatobidir(112,267).

Mahmudlu- Dmanisi r-nunda kənd adı. Gürcücə yazılışı Mamutlo (112,266).1949-cu ildə kənd gürcücə Mtisdziridir (yenə orada). Tiflis əyalətinin Baydar nahiyəsi məntəqələrindən biri (34,158).

Mahmudlu- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,170). Dağda Mahmudlu kəndinə məxsus yaylaq yerinə görə adlanmışdır.

Mahmuddərə- Tiflis quberniyasının Borçalı qəzasında çay adı(181,170).

Meqruk- Kutaisi quberniyasının Şorapan qəzasında kənd adı(181,179). Mə'nası mə'lum  olmayan "meq " və türk dillərində oruk "dayanacaq","gəliş yeri","düşərgə" (199,1,2,223)  sözlərindəndir

Məlikkənd- Loru sancağının Güney nahiyəsində kənd adı(241). Məlik şəxs adındandır.

Məmişlər- Dmanisi r-nunda kənd adı(112,203). Gürcücə yazılış forması Mamişlari (yenə orada). Məmişlər nəsil adıdır.

Məmişli- Tiflis quberniyasının borçalı qəzasında (indi Dmanisi r-nunda) kənd adı(181,166). Gürcücə yazılış forması Mamişlo (112,203). Məmişli  nəslin adındandır.

Məryəmlu- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,168). Bax: Aruqlu.

Məhanə-Tiflis əyalətinin Ağcaqala nahiyəsində AğƏhməd oymağının bir qolunun adı(34,160).

Məhəmməd qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı (34,160). Mənbədə "Nəzərli tayfasının Mahmud oğlu Məhəmməd qışlağı" kimidir(yenə orada).

Məhəmmədsaleh-  Loru sancağının Güney nahiyəsində kənd adı(241).Başqa adı  Mürşüdqışlağıdır (yenə orada).

Məhəmməd Seyfi qışlağı- Loru sancağının Quzey nahiyəsində kənd adı(241).

Məhəmmədxəlilağa qışlağı-  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı (34,160). Mənbədə Saraclı tayfasının Məhəmmədxəlil ağa qışlağı kimidir (yenə orada).

Miqart- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181,171).1590-cı ilə aid türkcə mənbədə Maqaret kimidir(241). Dağ Borçalıya mənsub bu kənd 1920-cı ildə Ermənistana birləşdirilmiş və Tumanyan r-nunda ermənicə yazılışda adı Mğart adlandırılmışdır. X1X əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi zorla köçürülmüş və ermənilər  yerləşdirilmişdir. Azərbaycan dilində mağara sözündəndir.

Miqirli- Tiflis  quberniyasının Borçalı qəzasında (indi Bolnisi r-nunda) kənd adı(181,173).Yerli tələffüz forması Mığırlı. Kənd gürcücə Vanetidir ("Hüriyyət" qəzeti,1997, № 20). Miqirli nəsilin adıdır. Bolusun yaxınlığından axan çay da Mığırlı adlanır.

Miqirli- Tiflis quberniyasının Qori qəzasında dağ adı(181,175).

Minareti- Tiflis quberniyasının Qori qəzasında kənd adı(181,174) Azərbaycan dilində minarə sözündəndir.

Minsazkənd-Salqa r-nunda kənd adı(112,207).Minsaz şəxs adındandır.

Miralisxevi-Tiflis quberniyasının Duşet qəzasında çay adı(181,174). "Mirəli dərəsi" adının gürcücə tərcüməsidir.

Miraşxan- Tiflis quberniyasının Axalkalaki qəzasında  kənd adı(181,174). Miraşxan şəxs adındandır.

Mirzaani- Sitelskaro r-nunda kənd adı(112,208). Mirzə şəxs adındandır.

Mirzakar--Tiflis quberniyasının Borçalı qəzasında çay adı(181,174). Azərbaycan dilində Mirzə şəxs adından və  ərəb dilində qar  "mağara" sözündən ibarətdir.

Mirzəbağı-  Loru  bölgəsində kənd adı(241).

Miçigədik- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,175). Qazax qəzasında Miçəkəndqışlaq, Şimali  Qafqazda Ter əyaləti dairəsində Miçikçay (yenə orada) adları ilə eynidir. Səlcuq oğuzlarının İvə tayfasının  məskunlaşmasından  yaranmışdır. 1935-ci ildə kənd Evli (İvəli adından təhrif)  adlandırılmışdır. Kənd Aşıq Novruz və Xarrat da adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi deportasiya olunmuşdur. Bax: 6,342.

Modaşan-  Borçalı  distansiyasında dağ adı(179,11,268).        Monqol dilində modo- "meşə", "ağaclıq" və şana "zirvə”, "dağ beli" sözlərindəndir.

Modatəpə- Borçalı distansiyasında Salqa qalasının yaxınlığında bir dağın adı (179,11,268)  Monqol dilində modo "meşə"  və Azərbaycan dilində təpə sözlərindəndir. Bax: Madatəpə.

Molla Abdulla-  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı(34,160). Mənbədə "İmir Həsənli tayfasından olan Molla Abdulla camaatı" kimidir (yenə orada).

Molla Abdulla- Tiflis əyalətinin Baydar nahiyəsində bir elin adı (34,158). Mənbədə "Molla Abdulla oğlu Mustafa camaatı" kimidir (yenə orada).

Molla Vəli-  Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı. (34,158).

Molla Qasım- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,160).

Molla Əyyub-Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Taşir r-nunda) kənd adı (181).  Digər  adı Cahan bağça.  Hamamlı icmasına məxsus kəndlərdən idi.

Molla Əhmədli-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181,176).  1727-ci ilə aid mənbədə Tiflis əyalətinin Baydar nahiyəsində "Molla Əhməd camaatı" kimidir (34,158).

Molla Mehdi qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli  nahiyəsində qışlaq adı (34,159). Qışlaq Yüzbaşı tayfasına  məxsus idi. (34,159).

Mollaoğlu- Tiflis quberniyasının Borçalı qəzasında qəbiristanlıq  adı (181,176).

Mollaoğlu- Marneuli r-nunda kənd adı (112,207.). Gürcücə yazılışı Molaoğlı. Mollaoğlu nəsil adıdır.

Mollaçalı-  Borçalı sahəsində kənd adı (142).

Moşuluq- Borçalı bölgəsində bir kəndin adı (241).

Muğan qışlağı- Borçalı bölgəsində qışlaq adı(36,54).

Muğanlu- Tiflis quberniyasının Borçalı qəzasında  (indi Bolnisi r-nunda) kənd adı (181,178).  Cənubi Qafqazda  17 Muğanlı kənd adlarından biri. Qazax-Borçalı bölgəsində  yaşayan Muğanlı tayfası Azərbaycanın  Muğan düzündən köçürülən əhalidir. Məsələn, Nadir şah dövründə Muğandan  Abşerona köçürülümüş Muğanlıların məskunlaşması nəticəsində Hökməli,   Qobu və Güzdək  kəndləri yaranmışdır.

Muğanlu- Qardabani r-nunda kənd adı(112,208).Keçmiş adı  Sartiçala Muğanlısı. Əvvəllər Saqareco r-nunda idi.

Muğanlu-  Tiflis əyalətinin Ağcaqala nahiyəsində el adı (34,162). Mənbədə " Ərəbli oymağının İmamkəndi qışlağındakı Muğanlu camaatı" kimidir (yenə orada)


Download 1,53 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish