BAKI DÖVLƏT UNİVERSİTETİ
“TƏSDİQ EDİRƏM”
FİZİKA FAKÜLTƏSİNİN DEKANI:
Prof. RAMAZANOV M..
- - - - - - - - - - - - - - - - - - -
“- - - - - - - - ”- - - - - -- - - - - -- 2012
2012-Cİ İL ÜÇÜN YERİNƏ YETİRDİKLƏRİ
ELMİ-TƏDQİQAT İŞLƏRİNİN
İ N F O R M A S İ Y A H E S A B A T I
Kafedra müdiri əvəzi
_____________ dos.M.R.Rəcəbov
BAKI-2012
GİRİŞ
Nəzəri fizika kafedrasında elmi-tədqiqat işləri kafedranın təsdiq olunmuş elmi planına uyğun aparılmışdır. Aparılan tədqiqatlar aktual məsələlərə həsr olunmuş 1 problem, 1 mövzu və 3 iş üzrə yerinə yetirilmişdir
Kafedranın əməkdaşları hesabat ilində “Bərk cisimlərin, kiçik ölçülü elektron sistemlərin və yüksək enerjilərdə nüvə və elementar zərrəciklərin fizikası” istiqamətində tədqiqatlarını davam etdirərək, həm yüksək və həm də orta enerjilər fizikası problemləri ilə məşğul olmuşlar. 2012-ci ildə kafedrada“ Yüksək enerjilərdə elementar zərrəciklərin və nüvələrin xassələrinin strukturu və polyarizasiya xarakteristikalarının fundamental qarşılıqlı təsir proseslərində tədqiqi” mövzusu işlənmiş və bu sahədə mühüm elmi nəticələr alınmışdır. Bu ümumi mövzu altında kafedranın müəllimləri illik elmi-tədqiqat planı üzrə hər kəs öz elmi işini yerinə yetirmişdir.
Nəzəri fizika kafedrasının əməkdaşlarının araşdırdığı elmi problemlər həm MDB ölkələrində və həm də xarici dövlətlərdə tədqiq edilir. Tədqiq olunan problemlər üzrə kafedra müəllimlərinin aldığı elmi nəticələr çap edilmiş, Beynəlxalq və respublika müşavirələri, konfransları və seminarlarında məruzə edilmişdir. Aparılmış elmi işlər praktiki əhəmiyyət kəsb edir.
II STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ
2012-ci ildə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrası aşağıdakı tərkibdə fəaliyyət göstərmişdir:
№
|
S.A.A.
| Təvəllüdü | Elmi adı, dərəcəsi |
1.
|
Nəcəfov İsmət Məhəmməd o.
|
21.01.1933
|
f.r.e.d., prof
|
2.
|
Abdullayev Sərhəddin Qubaddin o.
|
14.04.1939
|
f.r.e.d., prof.
|
3.
|
Rəcəbov Məmməd Rəcəb o.
|
05.01.1962
|
f.r.e.n., dosent
|
4.
|
Əhmədov Azər İnşallah o.
|
29.04.1964
|
f.r.e.n., dosent
|
5.
|
Qocayev Məcid Şərafəddin o.
|
07.09.1974
|
f.r.e.n., b/m
|
6.
|
Muxtarov Abdulla Ibrahim o.
|
24.12.1918
|
məsləhətçi-professor
|
7.
|
Aslanova Səriyyə Məmmədəli q.
|
11.12.1973
|
baş laborant
|
8.
|
Rəhimova Sevinc Malik q.
|
26.11.1976
|
laborant
|
III. ELMİ TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ VƏ QISA XÜLASƏSİ
MÖVZU: “Yüksək enerjilərdə elementar zərrəciklərin və nüvələrin xassələrinin strukturu və polyarizasiya xarakteristikalarının fundamental qarşılıqlı təsir proseslərində tədqiqi”.
İŞ A: Yarıinklüziv lepton-hadron proseslərinin struktur funksiyaları
Mərhələ1: Yarıinklüziv proseslərinin struktur funksiyaları
İcraçılar : Abdullayev S.Q., Qocayev M.Ş.
Kvark-parton modeli çərçivəsində yarıinklüziv və proseslərinin effektiv kəsikləri üçün ümumi ifadələr alınmış, -hiperonun uzununa polyarlaşma dərəcəsi təyin edilmişdir. Müəyyən edilmişdir ki, -hiperonun uzununa polyarlaşma dərəcəsi yalnız z- dəyişəninin funksiyasıdır.
Dərin qeyri-elastiki səpilmə (DQES) proseslərində yarıinklüziv yaranan ½ spinli barionların polyarizasiyasının öyrənilməsi polyarizə olunmuş kvarkların paylanma və fraqmentasiya funksiyaları haqqında yeni informasiya verə bilər. Təqdim olunan işdə yarıinklüziv
, (1)
(2)
proseslərində yaranan -hiperonun polyarizasiyası tədqiq edilmişdir.
Polyarizə olunmuş -hiperonun yarıinklüziv yaranması prosesinin effektiv kəsiyi
(3)
ifadəsi ilə verilir, burada -polyarizə olunmuş kvarkın nuklonun daxilində paylanma funksiyası, - polyaraizə olunmuş kvarkın polyarizə olunmuş hiperona fraqmentasiya funksiyası, -elementar alt proseslərin effektiv kəsikləri, x, y və z isə DQES prosesinin kinematik dəyişənləridir.
Neytrino d-və s-kvarklarla (-antikvarkla) qarşılıqlı təsirdə ola bilər və bu zaman u-kvark (və -antikvarklar) yaranır yalnız u-,d- və s-kvarkların payı nəzərə alınır):
(4)
(5)
Kvarkın (antikvarkın) kütləsini nəzərdən atdıqda hər bir elementar alt proses sıfırdan fərqli bir spiral amplituda malikdir:
(6)
burada -Vaynberq bucağıdır, , -Kabibbo bucağıdır.
Başlanğıc və son zərrəciklərin spirallıqları nəzərə almaqla, elementar proseslərin effektiv kəsikləri hesablanmışdır:
(7)
Yarıinklüziv prosesinin effektiv kəsiyi aşağıdakı ifadə ilə verilir:
(8)
Burada
,
Neytrino (antineytrino) –nuklon DQES proseslərində yaranan -hiperonun polyarlaşma dərəcəsi
(9)
ifadəsi ilə təyin edilir.
Biz antikvarkların paylanma və fraqmentasiya funksiyalarını nəzərdən ata bilərik, çünki x və z-dəyişənlərinin büyük qiymətlərində onların payı çox kiçikdir. Onda -hiperonun polyarlaşma dərəcələri üçün çox sadə ifadələr alırıq:
(10)
(11)
Burada . Göründüyü kimi, (10) və (11) polyarlaşma dərəcələri yalnız z dəyişənindən asılıdır. Bu polyarlaşma dərəcələrini təcrübələrdə öyrənməklə polyarizə olunmuş kvarkın polyarizə olunmuş -hiperona fraqmentasiya funksiyaları haqqında qiymətli informasiya əldə etmək olar.
-hiperonun uzununa polyarlaşma dərəcəsini qiymətləndirmək üçün polyarizə olunmuş kvarkların polyarizə olunmuş -hiperona fraqmentasiya funksiyaları aşağıdakı kimi seçilmişdir (1):
,
. (12)
Ədədi Hesablamalarda a və Nu parametrinin iki müxtəlif qiymətlərindən istifadə edilmişdir:
-
Parametr
|
I variant
|
II variant
|
a
|
0,27
|
1,66
|
Nu
|
-0,2
|
1
|
Hesablamalar göstərir ki, parametrlərin birinci variant qiymətlərində -hiperonun uzununa polyarlaşma dərəcəsi müsbətdir və z dəyişənin artması ilə zəif artaraq 10-15%-ə yaxınlaşır. Həmin variantda -hiperonun polyarlaşma dərəcəsinə s-kvarkın payı üstünlük təşkil edir, u-və d- kvarklarının payı isə 20% tərtibindədir.
İkinci variantda -hiperonun uzununa polyarlaşma dərəcəsi mənfidir və z-dəyişənin artması ilə modulca sürətlə artır və spektrin sonunda -100%-ə çatır.
İş B: Mühitlərdə və nüvələrdə baş verən -kvantların və leptonların müxtəlif şüalanma prosesləri
Mərhələ 1: Nüvə sahəsində qeyri-relyativistik şüalanma üçün polyarizasiya hadisələri
İcraçılar : İ.M.Nəcəfov, Rəcəbov M.R.
Sürətlənmiş yüklü zərrəciklərin atom nüvəsinin və digər yüklər sisteminin Kulon sahəsində tormozlanaraq özündən foton (-kvant) buraxması prosesi tormozlanma şüalanması adlanır. Tormozlanma şüalanmasının həm kvaziklassik, həm də kvant nəzəriyyəsi mövcuddur. Elektronun tormozlanma şüalanması ilk dəfə təcrübi olaraq 1895-ci ildə Rentgen tərəfindən aşkar edilmişdir. Bu prosesin ilk kvantomexaniki diferensial effektiv kəsiyi 1934-cü ildə Bete-Qaytler və onlardan asılı olmadan Zauter tərəfindən verilmişdir.
Qeyd edək ki,tormozlanma şüalanması və nüvə sahəsində -cütünün fotodo-ğulması prosesləri bir tərəfdən yüksək enerjiyə malik polyarizələnmiş elektron, pozi-tron və foton dəstələrinin alınmasının mənbələrindən biridir, digər tərəfdən isə nüvə-lərin və adronların elektromaqnit strukturunu öyrənmək üçün ən gözəl vasitədir.
Məlumdur ki, sürətləndiricilər texnikasının inkişafı və təkmilləşdirilməsi, yük-sək enerjili şüa dəstələrinin alınması, polyarizələnmiş zərrəciklər dəstələrindən istifa-də olunması imkanlarının artması sürətlənmiş zərrəciklərin mühitlə qarşılıqlı təsirinin eksperimental və nəzəri tədqiqinin inkişafını daha da stimullaşdırır.
Yuxarıda qeyd etdiyimiz bütün hadisələrdə tormozlanma şüalanması relyativistik və ultrarelyativistik hallarda tədqiq edilmişdir. Bu prosesin qeyri-relyativistik halda tədqiqinə ciddi fikir verilməmişdir. Ona görə də biz qeyri-relyativistik elektronun tormozlanma şüalanmasını və bu prosesdə baş verən bütün polyarizasiya effektlərini nəzəri tədqiq etmişik. Sürətli elektronun digər yüklə (və ya yüklər sistemi ilə ) toqquşması zamanı elektronun səpilməsi ilə yanaşı fotonun şüalanması baş verir. Bu prosesdə elektron bir tərəfdən kvantlanmış elektromaqnit sahəsi ilə, digər tərəfdən isə səpici zərrəciyin klassik Kulon sahəsi ilə qarşılıqlı təsirdə olur. Biz burada səpici sahə olaraq yükünə malik nöqtəvi nüvəyə baxacağıq.
Elektromaqnit sahəsi və nüvənin Kulon sahəsi ilə qarşılıqlı təsirdə olan elek-tron üçün Dirak tənliyi aşağıdakı şəkildə yazılır:
. (1)
Burada,
, (2)
elektronun düşən və səpilən elektromaqnit sahəsi ilə qarşılıqlı təsir enerjisidir,
. (3)
isə elektronun nüvənin Kulon sahəsi ilə qarşılıqlı təsir enerjisidir.
Biz Kulon sahəsini Teylor sırasına ayırmışıq. Yuxarıdakı ifadələrdə və fotonun doğulması və udulması operatorlarıdır, və prosesin əvvəlində və so-nunda fotonların sayıdır, -dalğa vektoru, - periodiklik kubunun uzunluğudur. Biz fotonun şüalanması ilə maraqlandığımıza görə (1) tənliyində yalnız və hədləri ilə kifayətlənəcəyik:
. ( )
Burada, .
Tormozlanma prosesi 3-cü tərtib prosesdir ( ilə mütənasibdir) və ona görə ( ) tənliyinə elə şəkil verək ki, 3-cü tərtib prosesi hesablamaq mümkün olsun:
. (4)
Burada qarşılıqlı təsir enerjisi operatoru
(5)
şəklindədir [11].
(4) tənliyinin həllini
(6)
sırası şəklində axtarırıq. Burada sərbəst tənliyin həllidir:
. (7)
(6) sırasını (4) tənliyində nəzərə alsaq:
(8)
olar. (4) də (2) və (3) ifadələrini nəzərə alsaq (8) -i aşağıdakı kimi yaza bilərik:
.
Bu tənliyi həyəcanlaşma üsulu ilə həll edərək prosesin effektiv kəsiyini hesablaya bilərik.
. (9)
Burada
, (10)
- elektronun əvvəlki və son impulsları, ℏ - tormozlanma fotonun impulsu, - nüvəyə verilən impuls, və - elektronun ilk və son enerjiləri, – tormozlanma fotonunun enerjisi, - elektronun ilk və son cisim bucaqlarıdır [7].
Biz növbəti hesablamaları qeyri-relyativistik hal üçün aparacağıq. Bu halda matris elementini
Bunu (9) da nəzərə alsaq, onda tormozlanma fotonunun buraxılmasının diferensial effektiv kəsiyi aşağıdakı şəklə düşər:
(11)
Bu düstur elektronun tormozlanma şüalanması enerjisinin elektronun sükunət enerji-sindən kiçik olan hal (yəni, qeyri-relyativistik hal) üçün bütöv rentgen spektrinin şüa-lanmasını müəyyən edir. Elektronların verilmiş paylanma istiqaməti üçün (yəni, və vektorları üçün) şüalanma intensivliyinin maksimumu elektronların hərəkət müs-təvisinə (yəni, müstəvisinə) perpendikulyar olan istiqamətdə yerləşir. Bu nə-ticə həmçinin şüalanma intensivliyinin maksimumunun təcil istiqamətinə perpendi-kulyarlığına əsasən klassik nəzəriyyədən də çıxır.
(11) ifadəsini kəmiyyətinə görə inteqrallasaq, tam effektiv kəsiyi tapa bi-lərik:
(12)
Tormozlanma şüalanmasında polyarizasiya effektlərinin hesablanması çox mü-hümdür və bu zaman yeni hadisələr, yeni qanunauyğunluqlar, fundamental nəticələr alınır. Relyativistik və ultrarelyativistik tormozlanma şüalanmasında polyarizasiya effektləri hərtərəfli tədqiq edilmiş və təcrübə ilə təsdiq edilən mühüm nəticələr alınmışdır. Lakin qeyri-relyativistik tormozlanma şüalanmasında spin və polyari-zasiya effektlərinə kifayət qədər fikir verilməmişdir. Biz bu işdə qeyri-relyativistik tormozlanma şüalanmasında düşən və səpilən elektronun və tormozlan-ma fotonunun bütün polyarizasiya hallarını ətraflı tədqiq edəcəyik. Aldığımız düsturlardan istifadə edərək prosesdə iştirak edən ilk və son elektronun və spin (spirallıq) hallarını və tormozlanma fotonunun sirkulyar və xətti polyarizasiyalarını nəzəri araşdıra bilərik.
Elektronun sükunət enerjisinin olduğunu nəzərə alsaq,qeyri-relya-tivistik tormozlanma şüalanmasında zərrəciklərin enerjiləri tərtibində ola bilər. Bu isə kəsilməz rentgen spektrindəki enerjiyə uyğundur. Beləliklə, rentgen borusunda elektronların antikatoda zərbələri nəticəsində alınan rentgen şüaları öz-özlü-yündə qeyri-relyativistik tormozlanma şüalanmasıdır.
Əgər zərrəciklərin enerjilərini dalğa ədədləri ilə ifadə edib, qeyri-relyativistik şərtini aşağıdakı kimi yaza bilərik:
.
Burada elektron üçün Kompton dalğa ədədidir. Bu yaxınlaşmada qeyri-relyativistik hal üçün prosesin effektiv kəsiyi üçün aşağıdakı ifadəni alarıq:
(13)
İnteqrallamanı əvvəlcə cisim bucağı üzrə, sonda isə bucağı üzrə aparsaq, bucaqlar üzrə in-teqrallanmadan sonra effektiv kəsik aşağıdakı şəklə düşür:
. (14)
Bu yeni düstur elektronların spin hallarının korrelyasiyasını, proses nəticəsində spinin dönmə ehtimalının zərrəciklərin enerjisindən asılılığını ifadə edir. Elektronun dönməsi spininin ehtimalına desək,
(15)
olar. Burada kəmiyyəti intervalında dəyişir. Bu za-man spinin dönmə ehtimalı -dən -a qədər azalır. Spinin dönmə ehtimalının nis-bi enerjidən asılılığı Şəkil 1.-də göstərilmişdir.
(14) düsturunu ilk spin üzrə ortalayıb, son spin üzrə cəmləsək biz Bete-Qaytlerin (12) düsturunu alarıq. Qeyd edək ki, müxtəlif müəlliflər ultrarelyativistik elektronun spininin maksimum dönmə ehtimalı üçün qiymət aldığı halda, bizim baxdığımız qeyri-relyativistik elektron üçün bu mak-simum ehtimal -dir.
Biz göstərdik ki, qeyri-relyativistik elektron tormozlanma şüalanmasında öz spirallığını fotona verə bilmir və buna görə foton dairəvi polyarizasiyaya malik ol-mur. Lakin bu foton xətti polyarizasiyalara malik ola bilər.
Son nəticədə elektronların spirallıqlarını da nəzərə aldıqda xətti polyarizasiya olunmuş qeyri-relyativistik tormozlanma şüalanmasında elektronların spin hallarını və fotonların xətti polyarizasiyalarını nəzərə alan effektiv kəsiklərin ifadələrini tapmış oluruq:
, . (16)
Bu yeni düsturlar həm elektronların və həm də fotonların polyarizasiyalarını tədqiq etməyə imkan verir.
Biz (16) düsturundakı effektiv kəsikləri toplasaq, yəni xətti polyarizasiyalar üzrə cəm aparsaq, (13) düsturunu alarıq:
. (17)
İndi tormozlanma fotonunun xətti polyarizasiya dərəcəsini araşdıraq. Fotonun xətti polyarizasiya dərəcəsi aşağıdakı düsturla hesablanır:
. (18)
Bu düstur ümumi halda tormozlanma fotonunun xətti polyarizasiya dərəcəsinin zərrə-ciklərin səpilmə bucaqları və enerjilərindən asılı olaraq dəyişməsini xarakterizə edir. Burada müxtəlif xüsusi hallara baxmaq olar. Fərz edək ki, elektronların və polyar bucaqları eynidir: . Onda (18) ifadəsi bir az sadələşir:
. (19)
paralel polyarizasiya perpendikulyar polyarizasiyanı üstələyir və əksinə, –dən böyük bucaqlarda perpendikulyar polyarizasiya paralel polyarizasiyadan artıq olur.
İş C: Böyük Hadron Kollayderində (LHC) və Beynəlxalq Xətti Kollayderində
aparılan eksperimentlərdə neytralino cütünün yaranması prosesinin nəzəri tədqiqi
Mərhələ 1: Böyük Hadron Kollayderində neytralino cütünün yaranması prosesinin nəzəri tədqiqi
İcraçı: Əhmədov Azər İnşalla o.
Son illər Böyük Hadron Kolayderində aparılan fundamental tədqiqatlar elementar zərrəciklər fizikasında mühüm nailiyyətlər əldə etmişdir.
Bu işde proton-proton toqquşmasında neytralino cütünün yaranması prosesinin effektiv kesiyine elektrozəif əlavələr hesablanmşdır. Məlumdur qaranlıq soyuq materiyaya real namizəd olan neytralinonun tədqiqi son zamanlar ister nəzəri və istersədə təcüubi olaraq geniş tədqiq olunur. Proton-proton toqquşmasında neytralino cütünün yaranması prosesində alt proses olaraq
, (1)
götürülmüşdur.
Prosesin Mandelstam invariantları isə aşağıdakı formadadır:
, (2)
(1) prosesine əsas yaxınlaşmada üç Feynman diagramı uyğun gəlir və onların matris elementləri aşağıdakı formadadır:
(3)
(4)
(5)
(1) prosesinin tam matris elementi isə aşağıdakı formadadır:
. (6)
prosesinin diferensial effektiv kəsiyi aşağıdakı analitik ifadə ilə təyin olunur.
. (7)
Burada belə təyin olunur:
. (8)
Proton-proton toqquşmasında neytralino cütünün yaranması
prosesinin diferensial effektiv kəsiyi isə aşağıdakı formula vasitəsilə hesablanır.
(9)
Burada uyğun olaraq kvark və antikvarkın birinci ve ikinci protonda paylanma funksiyalaridir. Elektrozəif əlavələrin verdiyi payları nəzərə almaq üçün aşağıdakı əvəzləməlri nəzərə almaq lazımdır. Loqarifmik elektrozəif əlavələr əsasən üç komponentdən ibarətdir:
1. Renorm qrup əlavəsi. Bu əlavəni matris elementində nəzərə almaq üçün -kanal diagramında elektronun yükü vasitəsilə aşağıdakı hədləri nəzərə almaq lazımdır, yəni , .
, (10)
(11)
. (12)
2. Xarici kvark xətlərinə olan elektrozəif əlavələr isə aşağıdakı əvəzləmələrin vasitəsilə baş verir:
, (13)
(14)
, (15)
, (16)
, (17)
(18)
Yəni nəticə etibarı ilə xarici kvark xətlərinə olan əlavəni nəzərə almaq üçün matris elementində aşağıdakı əvəzləməni etmək lazımdır.
. (19)
Işde difernsial effektiv və tam effektiv kəsikləri hesablamaq üçün üç müxtəlif senaridən istifadə olunmşdur:
1. Xiqqse oxşar senari, 2. Kalibrinoya oxşar senari və 3.qarişiq senari. Bu üç senarinin hər biri üşün alt proselərin və əsas proseslərin başlanğıc enerjidən, kalibrinonun kütləsindən və skalyar kvarkların kütlələrindən asllılıqları hesablanmışdır və nəticələr qrafik şəkilində qurulmuşdur. Bütün asılılılar Böyük Hadron Kollayderi enerjisində 14 TeV hesablanmışdır. Prossedə və alt prosesdə üstünlük təşkil edən proseslər müəyyənləşdirilmişdir. Həmçinin elektrozəif əlavələrin effektiv kəsiyə verdiyi əlavələrin təmiz payı bütün senarilərdə hesablanmışdır. Işdə effektiv kəsik üçün alınan qiymət Böyük Hadron Kolayderində ölçülməsi mümkündür.
IV. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
Hesabat ilində kafedra üzvləri tərəfindən yerinə yetirilmiş elmi işlər elmi plan üzrə aparılmış, nəticələr elmi konfranslarda məruzə edilmiş, 5 elmi məqalə elmi jurnallarda dərc edilmiş, 8 dərslik, dərs vəsaiti və kitab, 4 metodik vəsait hazırlanmış və çap edilmişdir. Bu məqalələrin 3-ü xarici jurnallarda çap olunmuşdur.( 2-si “A” , 1 “C”kateqoriyalı jurnalda). Konfraslarda 6 məruzə edilmişdir (siyahı əlavə edilir).
Hesabat ilində 2 elmi məqalə AMEA-nın hesabatına daxil edilməsi üçün təqdim edilmişdir.
V. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ TƏDQİQAT İŞLƏRİ.
Hesabat ilində kafedrada iki qrant proqramı əsasında elmi tədqiqat işləri aparılmışdır. TUBİTAK-ın Konuk Bilim İnsanı Dəstəkləmə qrantı-2221.-dos. A.İ. Əhmədov BDU-nun “50+50” qrantı üzrə kafedranın dosenti A.İ. Əhmədov
VI. AMEA ilə elmi əlaqələr
Nəzəri fizika kafedrasının əməkdaşları AMEA-nın Fizika İnstitutunun Nəzəri fizika bölməsinin və Yüksək Enerjilər Fizikası Laboratoriyasının əməkdaşları ilə sıx əməkdaşlıq edir, AMEA –nin keçirdiyi beynəlxalq konfranslarda iştirak edirlər. Kafedrada aparilan elmi- tədqiqat işləri hər il mütəmadi olaraq AMEA-nın hesabatına daxil edilməsi üçün təqdim olunur.
VII. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSƏLƏRİ İLƏ ƏLAQƏ
Nəzəri fizika kafedrasının əməkdaşlarının araşdırdığı elmi işlər həm MDB ölkələrində, həm də xarici dövlətlərdə tədqiq edilir. Ona görə də kafedra dünyanın aparıcı elmi mərkəzləri olan MDU, Sankt-Peterburq Dövlət Universiteti, Nüvə Tədqiqatları İnstitutu (Dubna), Paris-VI, Yüksək Enerjilər Fizikası İnstitutu (Protvino), Tbilisi Dövlət Universiteti və digər mötəbər elmi mərkəzlərlə sıx elmi əməkdaşlıq edir. . Kafedranın dosenti A.İ.Əhmədov hesabat ilində 09.09.2012-20.12.2012Türkiyənin Trabzon şəhərinin Karadeniz Teknik Universitetinə ezam olunmuşdur.
VIII. ELMİ TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ.
Elmi işlərin nəticələri magistlər üçün oxunulan ixtisas fənləri proqramına daxil edilir. Aparılan bütün elmi işlər informasiya texnologiyalarının tətbiqi nəticəsində görülmüşdür.
IX. PATENT VƏ İNFORMASİYA İŞLƏRİ.
Kafedrada patent alan yoxdur.
X. Dövlət proqramlarının icrası.
10.1. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Ppoqramı”
Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiyanın həyata keçirilməsi üzrə Dövlət Ppoqramı”nda və bununla əlaqədar Təhsil Nazirliyinin 10.08.2009-cu il tarıxli 994 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə kafedranın Fəaliyyət Planına uyğun olaraq kafedrada aparılan elmi-tədqiqat işlərinin monitorinqi aparılmış, prioritet istiqamətlər müəyyən edilərək bu istiqamətlərə uyğun aparılacaq fundamental və elmi tədqiqatların Planı tərtib edilmiş və elmi-tədqiqat işləri bu Plana uyğun olaraq həyata keçirilmişdir.
10.2 “2009-2013-cü illərdə Azərbaycan Respublikasının alı təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının alı təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” əsasında hazırlanmış BDU-nun fəaliyyət planına uyğun olaraq yeni tədris planlarında kafedra üzrə nəzərdə tutulan fənlərin proqramları hazırlanmışdır.
XI.FAKÜLTƏDƏ KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI.
Kafedranın əməkdaşları fakültədə keçirilən bütün konfranslarda məruzə ilə çıxış edirlər. Kafedrada ayda iki dəfə nəzəri fizikanın müasir problemlərinə dair elmi seminar keçirilir. Elmi seminarlarda kafedranın əməkdaşları tərəfindən alınan elmi nəticələr, nəzəri fizikanın müxtəlif problemlərinə aid olan məqalələr və məlumatlar müzakirə edilir.
XII. FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ - PEDAQOJİ KADRLARIN HAZIRLANMASI
Hesabat ilində kafedrada iki doktorant öz elmi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda kafedrada 6 magistr elmi tədqiqat işləri aparır. Hesabat ilində kafedrada bakalavr pilləsi üzrə 15 buraxılış işi yerinə yetirilib və müvəffəqiyyətlə müdafiə edilmişdir.
XIII. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ İXTİSASLAŞDIRILMIŞ ŞURALARIN FƏALİYYƏTİNDƏ İŞTİRAKI.
Kafedranın professoru İ.M.Nəcəfov AAK-nın təşkil etdiyi nəzəri fizika, astrofizika, istilik fizikası və molekulyar fizika, yarımkeçiricilər fizikası ixtisasları üzrə dissertasiya şurasının üzvüdür. Kafedranın dosenti M.R.Rəcəbov BDU-da fəaliyyət göstərən D 02.012 Dissertasiya Şurasının Elmi seminarının elmi katibi, prof. Abdullayev S.Q.və dos.A.İ.Əhmədov isə bu seminarın üzvüdürlər. Prof.S.Q.Abdullayev Təhsil Nazirliyinin Metodiki Şurasının üzvüdür. Kafedranın 2 əməkdaşı fakültə Elmi Şurasının üzvüdür. İ.M.Nəcəfov Bakı Universitetinin Xəbərləri jurnalının fizika-riyaziyyat elmləri seriyasının, redaksiya heyətinin üzvü, M.R. Rəcəbov isə həmin jurnalın məsul katibidir
XIV. TƏLƏBƏLƏRİN GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRLƏRİN) ELMİ-TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI)
Hesabat ilində kafedranın 7 magistri “Gənc tədqiqatçıların “Fizika və Astronomiya problemləri” Respublika elmi konfransında məruzə ilə çıxış etmişdir. Prof.S.Q.Abdullayev ali məktəb tələbələri üçün keçirilmiş olimpiadaların fizika bölməsi üzrə təşkilat komitəsinin üzvü olmuşdur.
XV. 2013-İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC DUYULUR (ADİ, ALİNACAQ AVADANLİGLARİN SAYI, TƏXMİNİ QİYMƏTİ, manatla)
2013-cü ildə kafedrada elmi işlərin aparılması üçün bir ədəd kompüterə, bir ədəd lazerlə işləyən printerə, bir ədəd sürətçıxarana və kompüter üçün müxtəlif proqramların alınmasına ehtiyac vardir (1000 manat).
XVI. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR.
Nəzəri fizika kafedrası 2012-ci ildə yerinə yetirilmiş Elmi işlərə əsaslanaraq praktiki tətbiq üçün aşağıdakıları təklif edir:
-
Kristallarda tormozlanma şüalanması və e+e- fotocütünün yaranması prosesləri üçün alınmış polyarizasiya dərəcəsi üçün düsturdan dünyanın müxtəlif elmi mərkəzlərində elektron sürətləndiricələrində işçi düstur kimi istifadə oluna bilər.
2.Polyarizə olunmuş zərrəciklər dəstəsi və hədəflərlə aparılan təcrübələr kvant rəngdinamikasının və hadronların struktur funksiyalarının öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Neytrinonun (antineytrinonun) polyarizə olunmuş nuklon hədəflərindən dərin qeyri-elastiki səpilmə proseslərində yarıinklüziv hadronların (pionların – , kaonların – ) yaranması proseslərinin öyrənilməsi əhəmiyyət kəsb edir.
ƏLAVƏLƏR
Əsas nəticələr dərc olunmuş elmi işlərdə öz əksini tapmışdır. Dərc olunmuş elmi işlərin siyahısı verilmişdir.
Məqalələr
1.S.K. Abdullayev, A.I.Muxtarov, M.Sh.Gojayev. The structure functions for large-PT hadron production in Semi-inclusive DIS//FIZIKA, 2012,№1,p.7-15.
2. Abdullayev S.Q. Yarıinklüziv proseslərində -hiperonun polyarizasiyası. “Fizikanın aktual problemləri”, VII Respublika elmi konfransının materialları, Bakı, 2012, s.33-35.
3. S.K. Abdullayev, M.Sh.Gojayev. -hyperon polarization in semi-inclusive Reactions . The V İnternational conference “Perspectives of Peaceful use of nuclear energy”, Baku, 2012, p.71
4. S.K. Abdullayev, M.Sh.Gojayev. -hyperon polarization in semi-inclusive Reactions . The V İnternational conference “Perspectives of Paceful use of nuclear energy”, Baku, 2012, p.72
5. Abdullayev S.Q. Yarıinklüziv proseslərində -hiperonun polyarizasiyası. “Opto, nanoelektronika və kondensə olunmuş mühitlərin fizikası”, Respublika elmi konfransı, Bakı, 2012, 3 səh.
6. I. M. Nadzhafov, M. R. Radzhabov. Polarization effects of non-elastic radiation on the nuclear field. The V International conference “Perspectives of Peaceful use of nuclear energy”, Baku, 2012, p.67
7. İ.M. Nəcəfov, M.R.Rəcəbov. Nüvə sahəsində qeyri-relyativistik şüalanma üçün polyarizasiya hadisələri, “Fizikanın actual problemləri”, VII Respublika elmi konfransının materialları, Bakı, 2012, s.37
8.İ.M. Nəcəfov, M.R.Rəcəbov, A.M. Qasımova. Nüvə sahəsində qeyri-relyativistik tormozlanma şüalanması üçün polyarizasiya hadisələri, BDU-nun Xəbərləri, fiz.-riy. elmləri seriyası c3, s.
9. A.I. Ahmadov, C. Aydin and F. Keskin. Meson wave functions from holographic QCD and the role of infrared renormalons in proton-proton collisions. Annals of Physics 327 (2012) 1472-1483. “A” kategoriyalı jurnal.
10. A.I. Ahmadov, C. Aydin and F. Keskin. Pion vave functions from holographic QCD and the role of infrared renormalons in proton-proton collisions. Phys. Rev.D85, 034009 (2012). “A” kategoriyalı jurnal.
11. A.I.Ahmadov, Sh.M. Nagiyev and E.A. Dadashov. Meson Production in proton-proton collisions in the naive non-abelianization approximation and the role of infrared renormalons. İnt.J.Mod.Phys.E 21, No. 2, 1250014, (2012). “C” kateqoriyalı jurnal.
Qrantlar:
-
Bakı Dövlət Universitetinin “50+50” qrantı
-
TUBİTAK Qrantı-2221 (Konuk Bilim İnsanı Destekleme Proqramı)
Elmi konfranslarda iştirak
Nəcəfov İsmət Məhəmməd oğlu
1.The V İnternational conferense “Perspectives of Paceful use of nuclear energy”,
Baku, 2012.
2.“Fizikanin aktual problemləri”, VII Respublika elmi konfransının materialları,
Bakı, 2012
Rəcəbov Məmməd Rəcəb oğlu
1.The V İnternational conferense “Perspectives of Paceful use of nuclear energy”,
Baku, 2012.
2.“Fizikanin aktual problemləri”, VII Respublika elmi konfransının materialları,
Bakı, 2012
Abdullayev Sərhəddin Qubaddin oğlu
1.The V İnternational conferense “Perspectives of Paceful use of nuclear energy”,
Baku, 2012.
2.“Fizikanin aktual problemləri”, VII Respublika elmi konfransının materialları,
Bakı, 2012
3. “Opto, nanoelektronika və kondensə olunmuş mühitlərin fizikası”, Respublika Elmi Konfransı, Bakı, 2012
3. Fizika və astronomiya problemləri. Respublika elmi konfransı, Bakı, 2011,
Qocayev Məcid Şərafəddin oğlu
1.The V İnternational conferense “Perspectives of Paceful use of nuclear energy”,
Baku, 2012.
KİTABLAR
1. İ.M.Nəcəfov Müasir klassik elektrodinamika, ,Bakı,2012, “ADİLOĞLU”, 534 səh.(35ş.v.)
2. Abdullayev S.Q. Fizika məsələlərinin həlli 10-11, Bakı 2012, «AM 965 MMC» nəşriyyat poliqrafiya, 272səh. 17 ç.v.
3. Abdullayev S.Q. Fizika məsələlərinin həlli 7-9, Bakı 2012, «AM 965 MMC» nəşriyyat poliqrafiya, 202x2 404 səh. 25 ç.v.
4. Abdullayev S.Q., Rüstəmov S.S., Rüstəmov A.S., Fizika test bankı, Bakı 2012, «Şərq-Qərb» nəşriyyatı, 378x247 ç.v.
5. Abdullayev S.Q., S.S.Rüstəmov, A.S.Rüstəmov Fizika 7. Bakı 2012, «Şərq-Qərb» nəşriyyatı, 316 səh. 20 ç.v.
6. Abdullayev S.Q., S.S.Rüstəmov, A.S.Rüstəmov Fizika-8, Bakı 2012, «Şərq-Qərb» nəşriyyatı, 278 səh. 17 ç.v.
7. Fizikadan test bankı, Bakı, 2012, “CBS”. 47 ç.v.
8. S.Q.Abdullayev, S.S. Rüstəmov, A.S.Rüstəmov. Fizikadan açıq test tapşırıqları.
Bakı, 2012 “Şərq-Qərb”,12 ç.v.
9. Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri-dərslik monoqrafiya I hissə. Bakı 2012, AM965 MMC Nəşriyyat Poliqrafiya, 478 səh. 30 ç.v.
10. Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri-dərslik monoqrafiya II hissə, Bakı 2012. AM 965 MMC Nəşriyyat Poliqrafiya 300 səh. 18 ç.v.
11. M.R.Rəcəbov, M.Ş.Qocayev, B.Mehdiyev Bir əsrlik ömrün səhifələri, “Bakı Universiteti ” nəşriyyatı, 2012, 140 səh. (9ç.v.)
12. A.İ.Əhmədov Kvant Xromodinamikasına Giriş, Bakı Dövlət Universiteti, 2012,
117 səh
Nəzəri fizika kafedrasının
müdir əvəzi: Dos. M.R. Rəcəbov
Do'stlaringiz bilan baham: |