32-ci kanal suyunun mikrobioloji analizinin göstəriciləri. Cədvəl 8
Nümunələr
Koli indeksin sayı,hüc/litr
Mikrobların ümumi
sayı,hüc/litr
Su-1
73
51000
Su-2
57
2400
Su-3
75
68000
Qeyd etmək lazımdır ki, bu kanalın çirkab suları Gəmi Təmiri zavodunun
qarşısında qurunta yığılaraq, təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılırdı. [12]
2008-2010-cu illər ərzində Ekologiya İdarəsi həmin kanalın 900 m-lik
hissəsini beton örtüklə örtmüş və ətrafdakı gölməçələrdən təmizləmişdir. Kanal
ətrafı ərazilər üfunətli məişət və lay sularından kanala axıdılır. Neft qaz çıxarma
sexi ərazisində kanalın eni 3 metr, dərinliyi 20 sm,orta sürəti 0,36 m/san müəyyən
edilmişdir. Hətta, kanalın səthində neftlə çirklənmiş qablar və əşyalar da görünür.
Adı gedən kanalda sutka ərzində Xəzər dəniozinə 25000 kub metr məişət çirkab
suları təmizlənmədən daxil olur.
1955-ci ildən fəaliyyət göstərən Hövsan kanalı başlanğıcını Balaxanıneft
Neftqazçıxarma İdarəsinin Ramana sahəsinin neftli lay sularının təmizlənmə
məntəqəsindən götürülür. Bu kanal həmçinin Cənub Kanalı adlandırılır. Kanalın
yuxarı hissəsində yerləşən Ramana tuneli 1902-1903-cü illərdə çəkilmişdir ki,
onun da vasitəsilə çirkab sular Cənub kanalından Hövsan kanalına axıdılır. [13]
Hövsan kanalının ümumi uzunluğu 17 km olub, onun da 4,5 km-i
Balaxanıneft Neftqazçıxarma İdarəsinin payına düşür. Kanalın eni 2 m. dərinliyi
isə 1,2 m dir. Hazırda Raman tuneli yararsız halda olduğundan, ərazidə formalaşan
qarışıq çirkab sular nasoslar vasitəsilə Cənub kanalına, oradan da Hövsan kanalına
ötürülür. Ərazi digər sahələrdən aşağıda olduğuna görə, bütün çirkab sular oraya
yönəldilir. Yeni və köhnə Ramana, Zabrat,Sabunçu,Balaxanı,Suraxanı və sairə
qəsəbələrin çirkab məişət suları eləcə də, Balaxanı Neftqazçıxarma İdarəsinin lay
59
sularının bir hissəsi Hövsan kanalına verilir. Baləliklə,bu ərazidən Hövsan kanalına
ötürülən çirkab suların həcmi gün ərzində orta hesabla 480000 kub metr təşkil edir.
Yeni Ramana qəsəbəsi ərazidən 200 m yuxarı yerləşdiyindən gün ərzində
4000 kub metr həcmi olan Suraxanı rayonunun qarışıq çirkab sularının da Ramana
kanalına daxil olan böyük hissəsi ayrıca torpaq kanalı vasitəsilə Ramana kanalına
yönəldilir.
Balaxanıneft Neftqazçıxarma İdarəsinin ərazisindən çirkab sular Şimal
kanalına axıdılır. Çirkab suların əsasını lay suları və ərazidə yaşayış evlərindən
formalaşan məişət təsərrüfat suları təşkil edir. Ramana Kanalı vasitəsilə gün
ərzində orta hesabla 17000 kub metr çirkab sular Cənub Kanalına oradan da
Hövsan kanalına axıdılır.
Suraxanıneft Neftqazçıxarma İdarəsinin Hövsan kanalına axınının əsasını
10-cu Qovşaq məntəqəsinə axıdılan çirkab məişət və lay suları təşkil edir.Bu sular
inzibati binanın yaxınlığında torpaq sahəsində gölməçəyə toplanır və oradan
nasoslar vasitəsilə Hövsan kanalına axıdılır. Ərazidə olan bir ədəd nasios saatda
300 kub metr , gün ərzində 7200 kub metr çirkab suyu Hövsan kanalına axıdır.
Hövsan kanalına daxil olan digər çirkab sular Böyük Şor gölündən vurulan
sulardır. Burada bir neçə kiçik gölməçələr də vardır ki, onların doldurulması və
qurudulması istiqamətində Ekologiya İdarəsi əhəmiyyətli işlər aparır. Hövsan
kanalına H.Əliyev adına Beynəlxalq Hava Limanından yaranan məişət suları
axıdılır ki, bu da gün ərzində 1200 kub metr təşkil edir. Yeni Suraxanı
qəsəbəsindən eni 1,3 metr , dərinliyi 0,3 metr olan torpaq kanal vasitəsi ilə Hövsan
kanalına məişət suları daxil olur. Gün ərzində onun həcmi orta hesabla 11000 kub
metr təşkil edir. [4]
Binə qəsəbəsinin də çirkab suları Hövsan kanalına axıdılır. Fərdi yaşayış
evlərində yaranan çirkab sular xüsusi tutumlu çənlərdə toplanılır, hündür yaşayış
binalarında formalaşanlar isə xüsusi kanalizasiya nasosxanasından gün ərzində orta
hesabla 1000-1200 kub metr olmaqla Hövsan kanalına nəql edilir.
60
Bu qovşaq məntəqəsində neftlə çirklənmiş sular Hövsan kanalı vasitəsilə
təmizləndikdən sonra dənizə axıdılmalı idi.Lakin, buradakı mövcud 8 seksiyalı neft
tutucular tam çirkləndiyindən, şlamlarla dolduğundan sular birbaşa dənizə axıdılır.
Do'stlaringiz bilan baham: |