Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari



Download 0,51 Mb.
bet6/8
Sana23.03.2017
Hajmi0,51 Mb.
#5115
1   2   3   4   5   6   7   8

7.19. Düzaxınlı qazanlı enerjiblokunun işəsalınmasında, onda dispetçer qrafikinin tapşırığınadək yük götürüləndən sonra və ya qoşa-blokun ikinci qazanını işə qoşanda ilk 2 sutka ərzində buxarın xüsusi elektrik keçiriciliyinin və həmçinin onun tərkibində natrium birləşmələrinin və silisium turşusunun, bəsləyici suda isə - xüsusi elektrik keçiriciliyinin, ümumi codluğun, natrium birləşmələrinin, silisium turşusunun, dəmirin və misin 50%-dən çox olmayaraq yüksəlməsinə yol verilir. Bu halda ilk sutkalarda dəmir birləşmələrinin və silisium turşusunun hər birinin 50 mkq/dm3-dək miqdarına yol verilir.

Düzaxınlı qazanlı enerjibloku əsaslı və orta təmirdən sonra işəsalındıqda normaların 50%-dən çox olmayan yüksəlməsinə 4 sutka ərzində yol verilir. Bu halda ilk sutkalarda dəmir birləşmələrinin və silisium turşusunun hər birinin 100 mkq /dm3-dək miqdarına yol verilir.



7.20. Təbii dövranlı qazanların doymuş buxarının, bütün nümunə götürülən nöqtələr üzrə orta keyfiyyəti və həmçinin qızışmış buxarın onun temperaturunu tənzimləyən bütün qurğulardan sonra keyfiyyəti aşağıdakı normaları ödəməlidir:
Qazanın çıxışında nominal

təzyiq, kqq/sm2 (MPa)……………40 (3,9) 100 (9,8) 140 (13,8)

Natrium birləşmələrinin miqdarı,

mkq/dm3 (çox olmamalıdır)

İES üçün …………………….….. 60 15 5

İEM üçün …………………….… 100 25 5


70 kqq/sm2 (7 MPa) və daha yüksək təzyiqli qazanlar üçün silisium turşusunun miqdarı: İES-də 15, İEM-də isə 25 mkq/dm3-dan artıq olmamalıdır. Bütün təzyiqli qazanlar üçün pH göstəricisi 7,5-dən az olmamalıdır.

Xüsusi elektrik keçiriciliyi:



    1. təzyiqi 100 kqq/sm2 (9,8 MPa) olan qazanlarda deqazasiya olunmuş nümunələr üçün – 0,5 mkSm/sm-dən, H-kationit nümunələri üçün isə 1,5 mkSm/sm-dən artıq olmamalıdır;

    2. təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanlarda deqazasiya olunmuş nümunələr üçün – 0,3 mkSm/sm-dən, H-kationit nümunələri üçün isə – 1 mkSm/sm-dən artıq olmamalıdır.

7.21. Təbii dövranlı qazanların bəsləyici suyunun keyfiyyəti aşağıdakı normaları ödəməlidir:
Qazanın çıxışında nominal

təzyiq, kqq/sm2 (MPa)……………40 (3,9) 100 (9,8) 140 (13,8)

Ümumi codluq, mkq-ekv/dm3,

çox olmamalıdır, qazanlar üçün:

maye yanacaqda ………………….…5 1 1

digər yanacaqlarda ………………….…10 3 1

Dəmir birləşmələrinin miqdarı,

mkq/dm3, çox olmamalıdır, qazanlar üçün:

maye yanacaqda ……………..…50 20 20

digər yanacaqlarda ………………....100 30 20

Deaeratora qədər olan suda mis birləşmələrinin

miqdarı, mkq/dm3, çox olmamalıdır,

qazanlar üçün:

maye yanacaqda ……………10 5 5

digər yanacaqlarda ………… normalaş-

. dırılmır 5 5

Deaeratordan sonrakı suda həll olunmuş

oksigenin miqdarı, mkq/dm3,

çox olmamalıdır ……………..……..….20 10 10

Neft məhsullarının miqdarı, mq/dm3,

çox olmamalıdır ………….…….…….0,5 0,3 0,3

pH göstəricisi ..........................8,5 -9,5 9,10,1 9,10,1

Qazanın çıxışında nominal

təzyiq, kqq/sm2 (MPa) ……..……70 -100 (7,0 -9,8) 140 (13,8)

Silisium turşusunun miqdarı,

mkq/dm3 çox olmamalıdır:

İES və istiləşdirici İEM üçün 80 30

sənaye buxar ayrımlı İEM üçün istilik -kimyəvi

sınaqla müəyyən-

ləşdirilir 60


140 kqq/sm2 (13,8 MPa) təzyiqli qazanlar üçün natriumun miqdarı 50 mkq/dm3 -dan artıq olmamalıdır. Sənaye buxar ayrımlı İEM-də, qazakipli və ya yüksək lokal istilik yüklü və qızışmış buxarın tənzimlənməsi üçün öz kondensatından istifadə edən digər qazanlar olduğu hallarda, enerjisistemin icazəsi ilə bəsləyici suyun tərkibindəki natrium miqdarı normalarının dəqiqləşdirilməsinə yol verilir.

Təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanlarda H-kationit nümunəsinin xüsusi elektrik keçiriciliyi 1,5 mkSm/sm-dən artıq olmamalıdır. Bəsləyici suda natrium miqdarı normalarının dəqiqləşdirildiyi hallarda, enerjisistemin icazəsi ilə xüsusi elektrik keçiriciliyin də uyğun dəqiqləşdirilməsinə yol verilir.

Su hidrazinlə emal olunduqda suda hidrazinin miqdarı 20-40 mkq/dm3-a qədər olmalıdır; qazanın işəsalınması və işdən saxlanılması vaxtı hidrazinin miqdarı 3000 mkq/dm3-a qədər buraxılır.

Ammonyak və onun birləşmələrinin miqdarı 1000 mkq/dm3-dan artıq olmamalıdır; ayrı-ayrı hallarda, enerjisistemin icazəsi ilə ammonyakın, buxarda pH göstəricisinin lazımi qiymətdə saxlanılmasını təmin edən miqdarına qədər artırılmasına yol verilir (lakin bu, bəsləyici suda mis birləşmələrinin normadan çox olmasına gətirib çıxarmamalıdır).

Sərbəst sulfidin miqdarı (sulfidləşdirildikdə) 2 mq/dm3-dan çox olmamalıdır. 140 kqq/sm2 (13,8 MPa) təzyiqli qazanlar üçün nitrit və nitratların cəm miqdarı 20mkq/dm3-dan artıq olmamalıdır; 100 kqq/sm2 (9,8 MPa) və aşağı təzyiqli qazanlar üçün, avadanlığın qəzasız və qənaətli işini təmin etmək şərti ilə və istismar təcrübəsi əsasında nitrit və nitratların yolverilən miqdarı enerjisistem tərəfindən təyin edilməlidir. Bu halda 70 kqq/sm2 (7,0 MPa) və aşağı təzyiqli qazanlar üçün nitratların miqdarı normalaşdırılmır.

7.22. 40 kqq/sm2 (3,9 MPa)-dan az təzyiqli, təbii dövranlı qazanların bəsləyici suyunun keyfiyyəti dövlət standartlarına uyğun olmalıdır. Standartlaşdırılmış qiymətlərdən fərqlənən buxar təzyiqli qazanları olan elektrik stansiyaları üçün buxar və bəsləyici suyun normaları enerjisistem tərəfindən dəqiqləşdirilməlidir.

7.23. Qazan suyunun keyfiyyət normaları, fasiləli və fasiləsiz üfürülmə rejimləri qazanı istehsal edən zavodun təlimatları, kimyəvi-su rejiminin aparılmasının tipik təlimatları və ya elektrik stansiyasının, enerjisistemin xidmətləri, yaxud ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılmış istilik -kimyəvi sınaqların nəticələri əsasında təyin edilməlidir. Qazanda istilik -kimyəvi sınaqların aparılmasının zəruriliyini enerjisistem müəyyənləşdirməlidir.

7.24. Qazan suyunda fosfatların izafi miqdarı:


  1. 140 kqq/sm2 (9,8 MPa) təzyiqli qazanlar üçün təmiz bölmə üzrə – 0,5-2 mq/dm3, duzlu bölmə üzrə - 12 mq/dm3-dan artıq olmamalıdır;

  2. 100 kqq/sm2 (9,8 MPa) və aşağı təzyiqli qazanlar üçün təmiz bölmə üzrə – 2-6 mq/dm3, duzlu bölmə üzrə 30 mq/dm3-dan artıq olmamalıdır.

Pilləli buxarlanması olmayan qazanlar üçün fosfatların izafi miqdarı (həmçinin qalan göstəricilər də) qazanın təzyiqindən asılı olaraq onun təmiz bölməsinin normasına müvafiq olmalıdır.

7.25. Təmiz bölmədə qazan suyunun pH-nın qiyməti:

    1. təzyiq 140 kqq/sm2 (13,8 MPa) olan qazanlar üçün ­– 9,0-9,5 olmalıdır;

    2. təzyiqi 100 kqq/sm2 (9,8 MPa) və az olan qazanlarda – 9,3-dən az olmamalıdır.

Duzlu bölmədə qazan suyunun pH-nın qiyməti:

    1. təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanlarda – 10,5-dən çox olmamalıdır;

    2. təzyiqi 100 kqq/sm2 (9,8 MPa) olan qazanlarda – 11,2-dən çox olmamalıdır;

    3. təzyiqi 40 kqq/sm2 (3,9 MPa) olan qazanlarda – 11,8-dən artıq olmamalıdr.

Kimyəvi təmizlənmiş su ilə bəslənən, təzyiqi 100 kqq/sm2 (9,8 MPa) olan qazanlar üçün, enerjisistemin icazəsi ilə üfürmə suyunda pH-ın qiymətinin – ən çoxu 11,5-dək olmasına yol verilir.

Təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanların qazan suyunda təmiz bölmədə Qff=(0,20,5)Qüm, duzlu bölmədə Qff=(0,50,7)Qüm nisbətinə riayət olunmalıdır.

Təzyiqi 100 kqq/sm2 (9,8 MPa) və az olan qazanların suyunun təmiz və duzlu bölmələrində Qff0,5Qüm şərtinə əməl olunmalıdır.

pH-ın tələb olunan qiymətlərinə və qələvilik nisbətlərinə riayət olunmadıqda, qazan suyuna natrium qələvisi əlavə olunmalıdır (və həmçinin işəsalma rejimlərində də).



7.26. Pərçim birləşmələri olan 40 kqq/sm2 (3,9 MPa) təzyiqli, barabanlı qazanlar üçün qazan suyunun nisbi qələviliyi 20%-dən çox olmamalıdır; qaynaqlı barabanlarla və boruları yaymaqla bərkidilən və ya yaymadan sonra qaynaqla kipləşdirilən qazanlar üçün – 50%-dən çox olmamalıdır.

Qaynaqlı barabanı və boruları ona qaynaqla birləşdirilmiş qazanlar üçün qazan suyunun nisbi qələviliyi normalaşdırılmır.



7.27. Qazanın fasiləsiz üfürülməsi zamanı suyun sərfi, sərfölçənlə ölçülməli və aşağıdakı hədlərdə saxlanılmalıdır:

    1. qərarlaşmış rejim üçün, itkiləri duzsuzlaşdırılmış su ilə və ya buxarlandırıcıların distillatı ilə tamamlayanda -qazanın məhsuldarlığının 1%-dən çox və 0,5%-dən az olmamalı, itkiləri kimyəvi təmizlənmiş su ilə tamamlayanda – 3%-dən çox və 0,5%-dən az olmamalı; qazanı quraşdırandan, təmirdən və ya ehtiyatdan işə qoşduqda fasiləsiz üfürmənin 2-5%-ə qədər artırılmasına yol verilir; artırılmış üfürmə ilə qazanın işləmə müddətini kimya sexi (laboratoriya və ya müvafiq bölmə) təyin etməlidir;

    2. ilkin suyun yüksək minerallaşdırılması, istehlakçılardan kondensatın çox hissəsinin qaytarılmaması və digər hallarda üfürmənin 5%-dək artırılmasına yol verilir.

Aşağı nöqtələrdən qazanın fasiləli üflənməsi, qazanı hər dəfə işəsaldıqda və dayandırdıqda, həmçinin qazanlar yerli şərait nəzərə alınmaqla elektrik stansiyası və ya enerjisistemin xidmətləri tərəfindən hazırlanan qrafik üzrə işləyən zaman həyata keçirilməlidir.

7.28. Qızmış buxarın temperaturunu tənzimləmək üçün çilənmədə istifadə olunan suyun keyfiyyəti qızmış buxarın keyfiyyət normalarına uyğun gəlməlidir.

7.29. 255 kqq/sm2 (25 MPa) təzyiqli düzaxınlı qazanlarda iş vaxtı buxarın keyfiyyətinin pozulması halında:

    1. xüsusi elektrik keçiriciliyi 0,5 mkSm/sm-dək, natrium birləşmələrinin miqdarı 10 mkq/dm3-dək yüksəldikdə pozulmanın səbəbləri 72 saatdan gec olmayaraq ləğv edilməlidir;

    2. xüsusi elektrik keçiriciliyi 0,5-dən 1,0 mkSm/sm-dək və natrium birləşmələrinirn miqdarı 10-dan 15 mkq/dm3-dək yüksəldikdə pozulmanın səbəbləri 24 saatdan gec olmayaraq ləğv edilməlidir;

    3. göstərilən pozuntular, muvafiq olaraq 72 və 24 saat müddətində aradan qaldırılmadıqda və həmçinin xüsusi elektrik keçiriciliyi 1mkSm/sm-dən artıq yüksəldikdə, natrium birləşmələrinn miqdarı 15 mkq/dm3-dan artıq olduqda və ya pH göstəricisi 5,5-dən aşağı olduqda turbin, elektrik stansiyasının texniki rəhbərinin qərarı ilə, enerjisistemin dispetçerinə bildirilməklə 24 saatdan gec olmayaraq işdən saxlanılmalıdır.

Təbii dövranlı qazanlarda buxarın keyfiyyətinin pozulması halında:

    1. natrium birləşmələrinin və silisium turşusunun miqdarı və həmçinin xüsusi elektrik keçiriciliyi normadan 2 dəfədən çox olmayaraq artdıqda pozulmanın səbəbləri 72 saat ərzində ləğv edilməlidir;

    2. natrium birləşmələrinin və silisium turşusunun miqdarı və həmçinin xüsusi elektrik keçiriciliyi normadan 2-dən 4 dəfəyə qədər artdıqda pozulmanın səbəbləri 24 saat ərzində ləğv edilməlidir;

    3. göstərilən pozuntular müvafiq olaraq 72 və 24 saat müddətində aradan qaldırılmadıqda və həmçinin natrium birləşmələrinin, silisium turşusunun miqdarı və xüsusi elektrik keçriciliyi normadan 4 dəfədən çox artdıqda və ya pH göstəricisi 5,5-dən aşağı olduqda bloklu elektrik stansiyalarında turbin və ya eninə əlaqəli stansiyalarda qazan, elektrik stansiyasının texniki rəhbərinin qərarı ilə, enerjisistemin dispetçerinə bildirilməklə 24 saatdan gec olmayaraq işdən saxlanılmalıdır.

7.30. Təbii dövranlı qazanlarda bəsləyici suyun keyfiyyətinin pozulması halında:

    1. 140kqq/sm2 (13,8Mpa) təzyiqli qazanlar üçün ümumi codluğun, silisium turşusu və natrium birləşmələrinin miqdarı normaya nisbətən 2 dəfəyə qədər artdıqda pozulmanın səbəbi 72 saat müddətində ləğv edilməlidir;

    2. ümumi codluğun miqdarı 2-dən 5 dəfəyə qədər, sislisium turşusu və natrium birləşmələrinin miqdarı normaya nisbətən 2 dəfədən çox artdıqda pozulmanın səbəbi 24 saat müddətində ləğv edilməlidir;

    3. yuxarıda göstərilən pozuntular müvafiq olaraq 72 və 24 saat müddətinə ləğv edilmədikdə va ya ümumi codluğun miqdarı 5 dəfədən çox artdıqda (normaya nisbətən), qazan 4 saatdan gec olmayaraq elektrik stansiyasının texniki rəhbərinin qərarı ilə, enerjisistemin dispetçerinə bildirməklə işdən saxlanılmalıdır.

Bəsləyici suyun keyfiyyətinin pozulması səbəbləri ləğv olunanadək, buxarın keyfiyyətinə daha tez nəzarət etməklə fasiləli və dövri üfürməni artırmalı və ümumi codluğun normaya nisbətən yüksəldiyi halda isə qazan suyunun güclü fosfatlaşdırlması aparılmalıdır. Bu halda, 140 kqq/sm2 (13,8 MPa) təzyiqli qazanlarda fosfatların izafi miqdarı - 12 mq/dm3 -a qədər buraxılır.

Qazan suyunun pH göstəricisi 7,5-dən aşağı olduğu halda və onun natrium qələvi ilə dozalaşdırılmaqla və ya pozuntunun ləğv edilməsi ilə yüksəldilməsi mümkün olmadıqda, qazan dərhal işdən saxlanılmalıdır.



7.31. 140-255 kqq/sm2 (13,8-25 MPa) təzyiqli düzaxınlı qazanları olan elektrik stansiyalarında birinci pillə kondensat nasoslarından sonra turbin kondensatının keyfiyyəti aşağıdakı normalardan çox olmamalıdır:

    1. ümumi codluq 0,5 mkq-ekv/dm3; turbinin kondensatyığıcısından çıxan kondensat 100% təmizləndikdə bəsləyici suyun keyfiyyət normasına riayət olunmaq şərtilə 4 sutkadan çox olmayan müddətdə müvəqqəti olaraq göstərilən normanın yüksəlməsinə yol verilir;

    2. xüsusi elektrik keçiriciliyi 0,5 mkSm/sm;

    3. kondensat nasoslarından sonra həll olunmuş oksigenin miqdarı 20 mkq/dm3.

7.32. Təbii dövranlı qazanları olan elektrik stansiyaların turbinlərində kondensatın keyfiyyəti aşağıdakı normalardan çox olmamalıdır:
Qazanın çıxışında nominal

təzyiq, kqq/sm2 (MPa) …………....40 (3,9) 100 (9,8) 140 (13,8)

Ümumi codluq, mkq-ekv/dm3

qazanlar üçün:

maye yanacaqda …………….… 5 1 1

digər yanacaqlarda ……………. 10 3 3


Kondensat nasoslarından sonra həll olunmuş oksigenin miqdarı 20 mkq/dm3- dan çox olmamalıdır.

7.33. Düzaxınlı qazanlara verilən duzsuzlaşdırılmış əlavə suyun keyfiyyəti aşağıdakı normalardan artıq olmamalıdır:
Ümumi codluq, mkq -ekv/dm3 …………………………… 0,2

Silisium turşusunun miqdarı, mkq/dm3………………….. 20

Natrium birləşmələrinin miqdarı, mkq/dm3 …………….. 15

Xüsusi elektrik keçiriciliyi, mkSm/sm …………………… 0,5


140 kqq/sm2 (13,8 MPa) təzyiqli təbii dövranlı qazanlara verilən duzsuzlaşdırılmış əlavə suyun keyfiyyəti aşağıdakı normaları ödəməli və çox olmamalıdır:
Ümumi codluq, mkq-ekv/dm3 ………………….... 1

Silisium turşusunun miqdarı, mkq/dm3 ……………… 100

Natrium birləşmələrinin miqdarı, mkq/dm3…………… 80

Xüsusi elektrik keçiriciliyi, mkSm/sm2……..………… 2,0


Bəzi hallarda duzsuzlaşdırılmış suyun keyfiyyət normaları yerli şəraitdən asılı olaraq (ilkin suyun keyfiyyətindən, suhazırlama qurğularının sxemindən, istifadə olunan ionitin tipindən, bəsləyici subalansında duzsuzlaşdırılmış suyun payından) bəsləyici suyun keyfiyyət normalarına riayət edilmək şərti ilə enerjisistem tərəfindən dəqiqləşdirilə bilər.

Təzyiqi 100 kqq/sm2 (9,8 MPa) və ondan aşağı olan barabanlı qazanların qidalandırılması üçün verilən əlavə suyun keyfiyyəti və həmçinin düzaxınlı və barabanlı qazanların bəsləyici suyunun stansiyadaxili təºkiledicilərinin keyfiyyəti (regenerativ, şəbəkə və digər qızdırıcıların kondensatları, drenaj çənlərinin, aşağı nöqtə çənlərinin, ehtiyat kondensat çənlərinin və digər axın suları) bəsəliyici suyun keyfiyyət normalarına riayət edilməsini təmin etməlidir.

Bəsləyici suyun stansiyadaxili təşkilediciləri, normaların pozulmasına səbəb ola biləcək dərəcədə çirklənmiş olduqda, onlar dövrəyə qaytarılana qədər təmizlənməli və ya atılmalıdır.

7.34. H-Na kationitləşmə ilə və ya turşu əlavə etməklə ilkin suyun qələviliyini aşağı saldıqda, kimyəvi təmizlənmiş suyun ümumi qalıq qələviliyi 0,2-0,8 mq-ekv/dm3 həddində olmalıdır.

7.35. İlkin suda və ya suhazırlama qurğusunun yolunda nitritlər əmələ gətirən bakteriyalar mövcud olduqda, ilkin su boru kəmərləri və şəffaflaşdırıcı süzgəclərin süzücü materialları dövri olaraq xlorlu əhəng məhlulu ilə işlənməlidir.

7.36. Buxar və kondensat itkilərini tamamlamaq üçün nəzərdə tutulan buxarlandırıcıların distillatının keyfiyyəti aşağıdakı normaları təmin etməlidir; natrium birləşmələrinin tərkibi 100 mkq/dm3-dan, sərbəst karbon turşusu isə - 2 mq/dm3-dan çox olmamalıdır. Düzaxınlı qazanların bəslənməsi üçün istifadə olunan buxarlandırıcıların distillatı, qazanlara verilən duzsuzlaşdırılmış suyun yuxarıda qeyd olunmuş keyfiyyət normalarına qədər əlavə olaraq təmizlənməlidir.

7.37. Buxar və kondensat itkilərini tamamlamaq üçün istifadə edilən buxarlandırıcıların bəsləyici suyunun keyfiyyəti aşağıdakı normalara cavab verməlidir:
Ümumi codluğu, mkq-ekv/dm3……………...30-dan çox olmamalı

İlkin suyun 2000 mq/dm3-dan çox

duzluğunda ümumi codluğu,

mkq-ekv/dm3 ………………………………..75-dən çox olmamalı

Oksigenin miqdarı, mkq/dm3 ……………..…30-dan çox olmamalı

Sərbəst karbon turşusunun miqdarı, mkq/dm3…………..……… 0


Ayrı-ayrı hallarda, istismar təcrübəsinə əsasən, enerjisistemin icazəsi ilə bəsləyici suyun keyfiyyət normaları dəqiqləşdirilə bilər. Buxarlandırıcılar, ümumi duzluğu 2000 mq/dm3-dan çox olan su ilə bəsləndikdə, fosfatlaşdırmaya icazə verilir. Buxarlandırıcıların kondensatının keyfiyyət normaları və üfürmə rejimləri buxarlandırıcını istehsal edən zavodun təlimatı, kimyəvi-su rejiminin aparılması üzrə tipik təlimatın və ya elektrik stansiyasının, enerjisistemin xidmətləri və ya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılan istilik-kimyəvi sınaqların nəticələri əsasında təyin edilməlidir.

7.38. İstehsalatdan qaytarılan kondensatın keyfiyyəti aşağıdakı normaları ödəməli və onlardan artıq olmamalıdır:

Ümumi codluğu, mkq-ekv/dm3 ……………………. 50

Dəmir birləşmələrinin miqdarı,mkq/dm3…………… 100

Mis birləşmələrinin miqdarı, mkq/dm3 …………… 20

Silisium turşusunun miqdarı, mkq/dm3 ……………. 120

pH ……………………………………………………8,5 -9,5

Permanqanat oksidləşməsi, mq O2/dm3 ……………. 5

Neft məhsullarının miqdarı, mq/dm3 …………..…. 0,5


Fosfatlarla və ya fosfat və natrium qələvisi ilə korreksiya emalı zamanı qaytarılan kondensatın tərkibində, qazan suyunun pH göstəricisinin təyin olunmuº normalardan 0,5 vahiddən çox kənara çıxmasına səbəb olan potensial turşu və ya qələvi birləşmələri olmamalıdır.(Qaytarılan kondensatın tərkibində turşu və ya qələvi birləşmələri mövcud olduqda o elektrik stansiyaları tərəfindən qəbul edilməməlidir)

Elektrik stansiyasına qaytarılan kondensatın keyfiyyəti bəsləyici suyun keyfiyyət normalarını təmin etmirsə, onun həmin normalara gətirilənə qədər təmizlənməsi nəzərdə tutulmalıdır.



7.39. Şəbəkə qızdırıcılarında suyun qızdırılması zamanı karbon indeksi-İk (karbon indeksi İk- suyun ümumi qələviliyi və kalsium codluğu (mq-ekv/dm3)2 hasilinin ən son qiymətidir. Bundan yuxarı 0,1 q/(m2·s)-dan artıq intensivliklə karbon ərp əmələgəlmə axır) aşağıdakı cədvəldə göstərilən qiymətlərdən yuxarı olmamalıdır.
Suyun pH göstəricisindən asılı olaraq şəbəkə qızdırıcılarında şəbəkə suyunun qızdırılması zamanı İk-nın normative qiymətləri


Şəbəkə suyunun qızma temperaturu, 0C

pH göstəricisinin qiymətlərində İk

(mq-ekv/dm3)2



8,5-dən yuxarı olmamaqla

8,51 -

8,8


8,81 -

9,2


9,2-dən yuxarı

70-100

4,0

2,6

2,0

1,6

101-120

3,0

2,1

1,6

1,4

121-140

2,5

1,9

1,4

1,2

141-150

2,0

1,5

1,2

0,9

151-200

1,0

0,8

0,6

0,4

Suqızdırıcı qazanlarda şəbəkə suyunun qızdırılması zamanı İk karbon indeksi aşağıda cədvəldə göstərilən qiymətlərdən yuxarı olmamalıdır.
Suyun pH göstəricisindən asılı olaraq suqızdırıcı qazanlarda şəbəkə suyunun qızdırılması zamanı İk-nın normativ qiymətləri


Şəbəkə suyunun qızma temperaturu, 0C

pH göstəricisinin qiymətlərində İk

(mq-ekv/dm3)2



8,5-dən yuxarı olmamaqla

8,51 -

8,8


8,81 -

9,2


9,2-dən yuxarı

70-100

3,2

2,3

1,8

1,5

101-120

2,0

1,5

1,2

1,0

121-140

1,5

1,2

1,0

0,7

141-150

1,2

1,0

0,8

0,5

151-200

0,8

0,7

0,5

0,3

Açıq istilik təchizatı sistemlərində bəsləyici suyun İk qiyməti şəbəkə suyu üçün olan normativ qiymətlər kimi olmalıdır.

Qapalı istilik təchizatı sistemləri üçün bəsləyici suyun keyfiyyəti şəbəkə suyunun İk-nın normativ qiymətini təmin etməlidir.

Su boru kəmərlərində suyun sorulması nəzərə alınmaqla qapalı istilik təchizatı sistemlərində İk-nın qiyməti aşağıdakı kimi hesablana bilər.

İkb= ,

burada İkb- qapalı istilik təchizatı sistemində bəsləyici suyun karbon indeksinin normativ qiyməti;

İ - suqızdırıcı avadanlığın tipindən asılı olaraq şəbəkə suyunun karbon indeksinin normativ qiyməti;

a - su boru kəmərindəki suyun real sorulma payıdır (%) və aşağıdakı kimi təyin edilir:

α=  100%

(burada Jş, Jb, Js- müvafiq olaraq şəbəkə, bəsləyici və su boru kəmərindəki suyun ümumi codluğudur, mq- ekv/dm3).

Su boru kəmərindəki suyun sorulma qiyməti üzrə istismar məlumatları olmadıqda sorulma payı 105-ə bərabər qəbul edilməlidir.

Qapalı istilik şəbəkəsinin qidalandırılması üçün istifadə olunan suyun keyfiyyəti aşağıdakı normaları ödəməlidir:


Sərbəst karbon turşusunun miqdarı ……………........... 0

pH göstəricisinin qiyməti:

açıq istilik təchizatı sistemi üçün ……………... 8,3-9,0

qapalı istilik təchizatı sistemi üçün …………… 8,3-9,5



(pH göstəricisinin yuxarı həddi yalnız suyun əhəmiyyətli dərəcədə yumşaldılması zamanı icazə verilir, aşağı həddi isə- enerjisistemin icazəsi ilə istilik təchizatı sistemlərinin avadanlıq və boru kəmərlərində korroziyanın intensivliyindən asılı olaraq dəqiqləşdirilə bilər. Qapalı istilik təchizatı sistemləri üçün enerjisistemin icazəsi ilə eyni vaxtda karbon indeksinin 0,1 (mq-ekv/dm3)2-a qədər azaldılması ilə pH göstəricisinin yuxarı qiymət həddi 10,5-ə qədər yol verilir, aşağı həddi isə istilik təchizatı sistemlərinin avadanlıq və boru kəmərlərində korroziyanın intensivliyindən asılı olaraq dəqiqləşdirilə bilər)

Həll olunmuş oksigenin miqdarı,

mkq/dm3…………………………………..….50-dən çox olmamalı

Asılı maddələrin miqdarı, mq/dm3 ……..…….5-dən çox olmamalı

Neft məhsullarının miqdarı, mq/dm3 …………1-dən çox olmamalı
Açıq istilik təchizatı sistemlərində bəsləyici suyun keyfiyyəti (birbaşa su götürülərkən) qüvvədə olan standartların tələblərinə cavab verməlidir. Əgər açıq istilik təchizatı üçün bəsləyici suyun nümunəsi 20 dəqiqə müddətində qaynadıldıqda onun rəngi verilən normalardan artıq dəyişərsə, üzvi qarışıqları çıxarmaq üçün belə su koaqulyasiya olunmalıdır.

Birbaşa isti su ayıran (paylaşdıran) istilik şəbəkəsinin bəsləyici suyunun silikatla işlənilməsi zamanı, bəsləyici suda silikatın miqdarı SiO2-yə hesablandıqda 50 mq/dm3-dan çox olmamalıdır.

Bəsləyici suyun silikatla işlənməsi zamanı kalsiumun qatılıq həddi, ancaq sulfatların (CaSO4-ün çökməsinin qarşısını almaq üçün) yox və həmçinin silisium turşusunun da (CaSiO3-ün çökməsinin qarşısını almaq üçün) qatılıqlar cəmini hesaba almaqla şəbəkə suyunun verilmiş temperatura qədər qızdırılmasında, qazan borularının divar qatında suyun temperaturunun 400C- dən yuxarı olmasını da nəzərə almaqla təyin edilməlidir.

İstilik şəbəkələrinin bəsləyici və şəbəkə suyuna bilavasitə hidrazinin və başqa toksiki maddələrin verilməsi (qatılması) qadağandır.



Download 0,51 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish