Vergİ VƏ TƏrƏqqİ 3.5. Azərbaycanda gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi Gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi üçün Cini və
fond əmsallarından istifadə edilməsi qəbul olunmuşdur. Cini
əmsalının hesablanması üçün Cini düsturunun tətbiqi
informasiya təminatının mürəkkəbliyi səbəbindən kifayət qədər
çətinliklər törədir. Qeyd olunanları və istifadə edəcəyimiz
informasiya bazasının xüsusiyyətlərini nəzərə alaraq ölkəmizdə
gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi üçün “Lorens
əyrisi” modelindən və Braun düsturundan istifadəni daha
məqsədəuyğun hesab edirik.
Tədqiqat üçün ilkin verilənlər kimi Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş və 2011-
2013-cü illər üçün əhalinin pul gəlirlərinin desil və kvintil
qrupları üzrə bölgüsünə dair məlumatlar istifadə olunmuşdur.
Cədvəl 3.5.1