Sosial siyasətin aşağıdakı əsas istiqamətləri vardır:
• gəlirlərin bölgüsü və təkrar bölgüsü siyasəti;
• demoqrafik siyasət və əhalinin ayrı-ayrı qruplarının sosial
müdafiəsi (gənclər, yaşlı vətəndaşlar);
• sosial sferaya aid olan sahələrinin inkişafı və ekologiya;
• məşğulluq və əmək münasibətləri sahəsində siyasət;
• miqrasiya siyasəti.
Sxem 2.2.1-dən göründüyü kimi, sosial siyasət bu və ya digər
dərəcədə ölkənin bütün əhalisini əhatə edir. Öz məzmunu və dax-
ili quruluşuna görə sosial siyasət tam, kompleks və vahid sis-
temdir və onun bütün fəaliyyət istiqamətləri qarşılıqlı əlaqədə və
asılı şəkildə həyata keçirilir.
İnkişaf etmiş ölkələrin əksəriyyətində sosial siyasət rifahın
dövlət tənzimləməsinin ayrılmaz komponentidir. İqtisadiyyatın
sosiallaşması, “ümumi rifah dövləti” və “sosial dövlət” modeli
87
Do'stlaringiz bilan baham: