7.2. Transmilli şirkətlərin fəaliyyətinin
vergitutma cəhətləri
Azərbaycanda innovasiya əsaslı iqtisadiyyatın qurulmasını
dövlətimizin apardığı iqtisadi siyasətin əsas prioritetlərindən biri
olduğunu deyə bilərik. Sənaye və texnologiyalar parklarının
yaradılması istiqamətində görülən işlər, sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılması üçün reallaşdırılan tənzimlənmə, o
cümlədən vergi tənzimlənməsi tədbirləri düşünülmüş və
ardıcıllıqla aparılan dövlət siyasətinin əlamətləridir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü
ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbay -
canda uğurla reallaşdırılan layihələri qeyd etməklə yanaşı iqti-
sadi inkişafın strateji istiqamətlərini bir daha bəyan etmişdir:
209
Do'stlaringiz bilan baham: |