Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet45/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   41   42   43   44   45   46   47   48   ...   289
Bamsı Beyrək.

Eposun əsas simalalarından olub, adına ayrıca oğuznamə qoşulan qəhrəmanlardan biri də Bamsı Beyək obrazıdır. O, yeganə oğuz igididir ki, dünyaya gəlişindən ölümünqədərki bütün həyatı əhatəli şəkildə təsvirini tapmışdır. Abidənin dərin tədqiqatçılarından biri kimi tanınan V.M.Jirmunski Qalın Oğuz elinin bu sevimli qəhrəmanını türk dünyasının Manas, Alpamış kimi bahadırları ilə müqayisə etmiş və onların adı ilə bağlı dastanların daha qədim bir mənbə əsasında yarandığını üzə çıxarmışdır [Bartold 1999: 200-214]. Bu qaynaq birliyi onların adlarının eyni anlamı ifadə etməsində də görünməkdədir. Belə ki, Beyrəyə verilən “Bamsı” ləqəbi ilə eyni kökdən olan “Manas” və “Alpamış” (˂Alp-Bamış) adları “uca, yüksək” mənalı “ban//bam//man” və “dost, yoldaş” mənalı “as// ış (˂eş)” qədim sözlərin birləş­məsindən yaranaraq, təmsil etdikləri xalqların deyim tərzinə uyğun variantda işlədilmişdir.
“Dədə Qorqud kitabı”nda işlənmiş şəxs adlarını xüsusi tədqiqat obyekti kimi götürən Ə.Tanrı­verdi “Beyrək” antroponiminin etimoloji açımı ilə bağlı araşdırmaları təhlil edərkən iki yanaşma üzərində ayrıca dayanır. Bunlardan biri “Beyrək” sözünü “bəyrək, yəni bəylər bəyi, bəylərin yüksəyi, ucası” anlamında izah edən S.Mehdiyevanın mövqeyi ilə bağlıdırsa, digəri “Beyrək” adını qurd mənalı “börü” sözününü törəməsi sayıb “balaca qurd”, “qurd balası” anlamlarında şərh edən S.Əlizadənin mövqeyi ilə bağlıdır. Dilçi alim birinci yanaşmanı inandıqıcı saymayaraq, ikinci fikirlə tam razı oldu­ğunu əlavə faktlarla təsdiqləyir [Tanrıverdi 1999: 80-81]. Fikrimizcə, S.Əlizadənin etimoloji acımı daha məntiqi səslənir.
Tədqiqat göstərir ki, “Bamsı” adı “Beyrək” adından daha qədim olub, ilkin variantın izlərini əks etdirir. Güman ki, bu söz boyların Azərbaycan və Şərqi Anadolu mühitində formalaşması zamanı eposun adqoyma ritualına uyğunlaşdırılaraq, Bay Buranın oğluna verilən “Beyrək” adına ləqəb kim əlavə edilmişdir. Bu, Bay Bura bəyin bəzirganlarını talayıb özlərini əsir götürən yağı üzərində qələbə çaldıqdan sonra 16 yaşlı oğul üçün atanın təşkil etiyi adqoyma mərasimində Dədə Qorqud tərəfindən deyilmiş soylamada da aydın ifadə olunmuşdur:
“Sən oğluñı “Bamsam” deyü oxşarsan,
Bunuñ adı Boz ayğırlıq Bamsı Beyrək olsun!” [D-75, 10-11].
Göründüyü kimi, Bay Bura bəy oğlunun cəmiyyətdə “Beyrək” kimi tanınmasından öncə onu “Bamsı” (-m I şəxs təkinin mənsubiyyət şəkilçisidir) kimi əzizləməklə çağırır. Bəs niyə Bamsı?
Təbii ki, belə bir adlanma öncə türk dünyasında daha qədimdən yayılmış və sonradan qırğızlar arasında “Manas”, özbəklər, başqırdlar, altaylar, qaraqalpaqlar arasında isə “Alpamış” adıyla məş­hurlaşan dastan versiyalarının təməlində duran ilkin qaynaqdan irəli gəlir. İkincisi isə “Dədə Qorqud” eposunun məzmununda əksini tapmış bir önəmli faktla izah oluna bilər.
Oğuz düşüncəsində oğul atanın yetirməsi olmaqdan əlavə, nəslin davamçısı, qoruyucusudur. Yeddi qız atası olub oğul həsrəti yaşayan Bay Bura bəy bu ağrısını belə ifadə edir:
“Xan Qazan, necə ağlamayayın, necə bozlamayayın? Oğulda ortacım yoq, qardaşda qədərim yoq! Allah Taala məni qarğayıbdır. Bəglər tacım, taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə, yurdumda kimsə qalmaya”, – dedi. [D-67, 13 – 68, 4].
Oğul həm də atanın sevinc, güvənc, fəxr yeridir. Bu hiss yenə də Bay Bura bəyin dili ilə belə verilir:
“Mənim dəxi oğlum olsa, xan Bayındırıñ qarşusın alsa dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam, güvənsəyim!” – dedi. [D-68, 5-7].
Abidənin mətnində oğul övladın istər ata, istərsə də ana tərəfindən “ortacım” (-ım mənsubiyyət şəkliçisidir) adlandırılması faktına toxunarkən qeyd etmişdik ki, burada “ortac” sözü qədim oğuz yurdunun yerləşdiyi “Ortaq//Ortak” dağ adının q//k~c səsdəyişməsinə uğrayan və metaforik yolla “vüqar” anlamını bildirən leksik vahiddir (Hacıyev 2007: 180-181). Oğulun “qara dağım yüksəgi” epiteti ilə əzizlənməsi konteksində [D-137, 1; D-141,10; D-145, 11; D-289, 12] qədim dağ sayılan “Ortac” adı ilə şərəfləndirilməsi tam uyğunluq təşkil edir. Abidənin mətnində bu dağ adının iki dəfə müstəqim şəkildə işlənildiyi də müşahidə olunmaqdadır:
Qalarda, qoparda yerim Gün Ortac! [D-231, 11].
Aq qayanıñ qaplanınıñ erkəgində bir köküm var
Ortac qırda siziñ keyikləriñüz turğurmaya. [D-280, 8-10].
Beləliklə, böyük bir formalaşma yolu keçmiş bu eposun dilində “Ortac” sözünün həm dağ adı, həm də məcazlaşma yolu ilə “vüqar” anlamını ifadə etdiyini görürük. Bu yanaşmada Bay Bura bəyin hələ cəmiyyət arasında hünər göstərməyib ictimai ad qazanmayan oğlunu “Bamsım” deyə çağırması anlaşılandır. Məsələ burasındadır ki, “ortac” (or “uca, yüksək”, “tac” isə “dağ” deməkdir) sözü kimi, “bam” sözü də Oğuz elində yerləşən yüksəklik adıdır.
Dəli ozan sifətində nişanlısı Banı Çiçəyin toyuna gələn Bamsı Beyrək sevgilisinin 16 illik ayrılıq həsrətini necə yaşadığını bilmək üçün söylədiyi soylamalardan biri bu misra ilə başlayır:
“Beyrək gedəli Bam-bam dəpə başına çıqdıñmı qız?” [D-115, 8].
Banı Çiçək isə bu həsrət illərini necə yaşadığını bildirmək üçün cavabında söyləyir:
Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq. [D-115, 13 – D, 116, 1].
Göründüyü kimi, “bam” sözünün təkrarı ilə yaranmış “Bam-bam” sözü təpə adıdır. “Bam” sözü isə “Kitab”ın dilində “uca, yüksək” mənasını bildirən “ban” sözün fonetik variantı olmalıdır:
Altun başlu ban ev vergil bu oğlana,
Kölgə olsun, ərdəmlidir. [D-18, 3-4].
Altun başlu ban evlər gedərsə, bənim gedər,
Səniñ də içində nişanlıñ varsa, yigit degil maña,
Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü! [D-32, 10-12].
Altun ban evlərin kafirlər çapdılar. (D-38, 5) və s.
Bay Bura bəy xeyir-dua ilə dünyaya gələn oğlunu əzizləyə-əzizləyə “Bamsı” adlandırması, görünür, bəylik etdiyi yurddakı ən uca təpəyə bənzətməsi ilə bağlıdır. Sözün tərkibində -sı bənzətmə şəkilçisinin işlənilməsi bu ehtimalımızı bir az da qüvvətləndirir.


  1. Download 6,67 Mb.

    Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish