Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet125/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   121   122   123   124   125   126   127   128   ...   289
Ключевые слова: народная литература, этногенез, «Китаби Деде Коркуд», эпос, этнос, патриотизм, край Огузов, мотивы героизма.
Gülşən Əliyeva-Kəngərli
filologiya üzrə elmlər doktoru, professor
ADMİU-nun prorektoru
e-mail: gulshenkengerli@mail.ru
MULTİKULTURAL CƏMİYYƏTİN TƏŞƏKKÜLÜNDƏ “KİTABİ-DƏDƏ QORQUD” EPOSUNUN ROLU
Özət
“Kitabi-Dədə Qorqud” eposu milli kimlik şüuru aşılayan, azadlıq, müstəqillik düşüncəsini möh­kəm­ləndirən, türkün-oğuzun özünə-sözünə inam oyadan bir mənəviyyat ocağıdır. Bu baxımdan da o, təkcə yüzilliklərin dərinliklərinə bağlı xəlqi-qövmi biliyi ensiklopedik tutumda əks etdirən bənzərsiz “Folklor kitabı” yox, həm də türk dünyasının tarix, siyasət, elm, mədəniyyət kitabıdır. Elə bir kitab ki, içərisinə yüzlərlə kitabın elmi, mədəni və mənəvi gücünü, enerjisini toplaya bilmişdir.
Açar sözlər: “Kitabi-Dədə Qor­qud”, milli kimlik, multikultural cəmiyyət, müstəqillik düşüncəsi
Bütün dünyanı sarmış qloballaşma prosesinə Azərbaycan Sovet İmperiyasının totalitar ideoloji basıncığından xilas olmuş yeni-müstəqil dövlət kimi daxil oldu. Qısa tarixi müddət ərzində vüsətli iqtisadi-siyasi inkişaf keçirən ölkəmiz həm təbii sərvətlərindən, həm də yeni texnologiyalardan səmərəli istifadə edərək dünyada baş verən qlobal proseslərdə önəmli yer tutmaqa nail oldu. Milli sərvətlərin və mənəvi dəyərlərin insan amili ilə tarixi müstəvidə əlaqələndirilməsi vətəndaş cəmiy­yətinin, həm də dünya sivilizasiyaları ilə təmasların qurulmasına təminat yaratdı.
Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində fərqli mədəniyyətlərin birliyi bədii təkamülə yardım edir. Qərb dəyərlərinin dominantlığı üzərində qurulan multikulturalizmdən fərqli olaraq, min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində böhran müşahidə olunmur. Müxtəlif mədəniyyətlərin paralel mövcudiyyətinə tolerant yanaşmanı həyat tərzi olaraq qəbul edənlər üçün multikulturalizm bəşəri ideya kimi qəbul olunur. Dünya eposunun qədim nümunələri olan “Odisseya”, “İliada”, “Manas”, “Kalevala”, “Ramayana” kimi möhtəşəm eposlarla qiyaslana biləcək milli epos mədəniyyətimizin nadir incisi olan “Kitabi-Dədə Qorqud” müasir multikultural cəmiyyətin təşəkkülündə müstəsna rola malikdir. “Kitabi-Dədə Qorqud” eposu milli kitab mədəniyyəti tariximizlə bağlı olduğu üçün onun paleoqrafik göstəricilərini də təhlil etmək tədqiqat istiqamətlərindən biridir. Drezden və Vatikan nüsxələri ilə hələlik birbaşa tanışlıq imkanları məhdud olduğundan Azərbaycana gətirilmiş kserosurətlər əsasında bəzi mülahizələr yürütmək müm­kündür. Azərbaycan Milli Elmlər Akademiyası Məhəm­məd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan ən mükəmməl kserosurətin paleoqrafiya baxımından təhlilə cəlb etdikdə aydın olur ki, Drezden nüsxəsi 155 vərəqdə nəsx xətt növü ilə yazılmışdır. Dastanın mətn hissəsi üçüncü səhifədən başlanır, 154-cü səhifədə bitir. Hər səhifədə on üç sətir verilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Va­ti­kan nüsxəsinin də hər səhifəsində 13 sətir vardır. 155-ci səhifədə dastana aidiyyəti olmayan bir neçə dini kəlam və şeir parçası verilmişdir. Dəri cildə malik olan kitabın kağızı ilə birbaşa tanış olmaq mümkün olmadığından əlyazmaçı-katibin hansı kağız növündən istifadə etdiyini söyləmək çətindir. Vatikan nüsxəsi ilə bağlı paleoqrafik göstəriciləri birbaşa əlyazmanın orijinalına yox, kserosurətinə istinadən söyləmək məcburiyyətindəyik. Vatikan nüsxəsi 109 vərəqdən ibarət bir əlyazma kitabın 58-ci vərə­qindən başlanılır. Sözügedən əlyazma kitabın 2-58-ci səhi­fələrində isə Sidqi təxəllüslü bir şairin əsəri verilmişdir. Bu səbəbdən Drezden nüsxəsindən fərqli olaraq Vatikan nüsxəsi sərbəst, müstəqil əlyazma kitabı, o cümlədən də “Folklor kitabı” deyildir. Əlyazmanın sonunda verilmiş 956 hicri tarixi, miladi 1549-50-ci ilə uyğun gəlir. Bu, çox güman ki, əlyazmanın üzünün köçürüldüyü tarixdir. Əlyazma karton cildə tutulmuş, üzərinə dəri çəkilmişdir. Mütəxəssislərin qənaətinə görə, “iki mət­nin müqayisəsi belə qənaətə gəlməyə imkan verir ki, Drez­den və Vatikan nüsxələri biri-birindən köçürülməmişdir və hər bir nüsxənin öz arxetip mənbəyi olmuşdur”.
Hər bir cəmiyyətdə ənənəvi olmayan proses o cəmiyyətə faydalar verə bilməz. Xüsusilə huma­ni­tar və ictimai fikir sahəsində ənənələrin rolu çox böyükdür. Yaşadığımız qloballaşma dövründə, sər­hədsiz dünya modelinin bəşəri sivilzasiyalara öz hökmünü diktə etdiyi, Şərq və Avropa ədəbiyyat və mədəniyyətlərini qlobal bədii-fəlsəfi təmasları – inteqrasiyası epoxasında tarixi və milli ədəbi-mədəni əhəmiyyəti daha da artır. Bu baxımdan, müştərək türk abidələrinin ortaq türk eposundan başlanan ənənələrin multikultural mənəvi-siyasi mədəniyyətin formalaşmasında rolu aktuallaşır. Qədim türk epos mədəniyyətindən bu günə qədər türk əxlaq və mənəviyyatı – tanrıçılıq idealı və islam əxlaqı – Allah fövqəlbəşəriliyi olmadan, müasir sivilzasiyada “Kitabi-Dədə Qorqud” fikri bəşəri düşüncəni nəzərə almadan müasir multikultu­ralizmin etnokultural mənafeyi olmadan III minillik və XXI əsrin bəşəri sivilzasiyadakı yerini təyin etmək mümkün deyil. Məhz müasir yanaşmalar bunu tələb edir.
«Kitabi-Dədə Qorqud» Azərbaycan xalqının tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Təxminən min il bundan əvvəl meydana gələn bu epos Oğuz tayfalarının bədii zövqü­nü, adət-ənənəsini, mənəvi-ruhi aləmini, alp-ərənlik həyatını öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Kitab mədəniyyəti tariximizlə bağlı olduğu üçün “Kitabi-Dədə Qorqud” əlyazma kitabının paleoqrafik göstəricilərini də xatırlamaq yerinə düşər. Drezden və Vatikan nüsxələriilə hələlik birbaşa tanışlıq imkanları məhdud olduğundan Azərbaycana gətirilmiş kserosurətlər əsasında bəzi mülahizələr yürütmək mümkündür. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan ən mükəmməl kserosurətin paleoqrafiya baxımından təhlilə cəlb etdikdə aydın olur ki, Drezden nüsxəsi 155 vərəqdə nəsx xətt növü ilə yazılmışdır. Dastanın mətn hissəsi üçüncü səhifədən başlanır, 154-cü səhifədə bitir. Hər səhifədə on üç sətir verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Vatikan nüsxəsinin də hər səhifəsində 13 sətir vardır. 155-ci səhifədə dastana aidiyyəti ol­ma­yan bir neçə dini kəlam və şeir parçası verilmişdir. Dəri cildə malik olan kitabın kağızı ilə birbaşa tanış olmaq mümkün olmadığından əlyazmaçı-katibin hansı kağız növündən istifadə etdiyini söyləmək çətindir. Vatikan nüsxəsi ilə bağlı paleoqrafik göstəriciləri birbaşa əlyazmanın orijinalına yox, kse­ro­surətinə istinadən söyləmək məcburiyyətindəyik. Vatikan nüsxəsi 109 vərəqdən ibarət bir əlyazma ki­tabın 58-ci vərə­qindən başlanılır. Sözü gedən əlyazma kitabın 2-58-ci səhi­fələrində isə Sidqi təxəllüslü bir şairin əsəri verilmişdir. Bu səbəbdən Drezden nüsxəsindən fərqli olaraq Vatikan nüsxəsi sərbəst, müstəqil əlyazma kitabı, o cümlədən də “Folklor kitabı” deyildir. Əlyazmanın sonunda verilmiş 956 hicri tarixi, miladi 1549-50-ci ilə uyğun gəlir. Bu çox güman ki, əlyazmanın üzünün köçürüldüyü tarixdir. Əlyazma karton cildə tutulmuş, üzərinə dəri çəkilmişdir. Mütəxəssislərin qənaətinə görə, “iki mət­nin müqayisəsi belə qənaətə gəlməyə imkan verir ki, Drez­den və Vatikan nüsxələri biri-birindən köçürülməmişdir və hər bir nüsxənin öz arxetip mənbəyi olmuşdur”.
Dədə Qorqud boylarının orta yüzilliklərdə yazıya alınaraq “Kitabi-Dədə Qorqud” adı altında “Folklor kitabı” halına gəti­ril­məsinin tarixi-mədəni əhəmiyyətinə dair yuxarıdakı təhlil və mü­qayi­sə­lərin yekunu kimi bir sıra ümumiləşdirici qənaətlərə gəl­mək mümkündür:
- “Dədə Qorqud” boyları əski çağlara məxsus türk-oğuz epik ənənəsinin ən unikal örnəkləri ol­du­ğu üçün bu mətnlərin yazıya alınması sözü gedən mənəvi sərvətin orta əsrlərdə ozan sə­nəti ilə birlikdə yoxa çıxıb qeyb olmasının qarşısını almışdır.
- “Kitabi-Dədə Qorqud” əlyazma-kitabını hazırlayan kitabçı peşəkar folklorçu kimi hərəkət edə­rək əvvəlcə ozanların repertuarından oğuznamələri toplamış, sonra isə əldə etdiyi toplama mate­rial­la­rını sistemə salaraq tərtib etmişdir. Bu baxımdan, hələlik əldə olmayan ilkin – əsas əlyazmanı hazır­layan çəxs əlyazmaçı-katib olmaqdan əlavə, həm də folklor toplayıcısı və tərtibçidir. O, kitab tərtibi işinin peşəkar bilicisidir.
- Üzüköçürmə – çoxaldılma yolu ilə türk-islam mədəniyyəti çevrəsində geniş yayılmış bu “Fol­klor kitabı” oğuz dastançılıq ənənəsinin – oğuznamələrin tanınması, təbliği sahəsində böyük tarixi-mədəni rol oynamışdır. Oğuz-ozan dastançılığının türk-is­lam və Şərq çevrəsindən uzaqlarda - Avropa , Ame­ri­ka və başqa əra­zilərdə tanıdılması da, əsasən, bu əlyazma-kitab vasitəsi ilə gerçəkləşdirilmişdir.
-“Kitabi-Dədə Qorqud” təkcə məzmun-mahiyyətinə görə yox, həm də poliqrafik əlamətlər baxı­mından orta çağ türk kitab mədəniyyətini əks etdirən ən mükəmməl əlyazma-kitablardan biridir.
- “Azərbaycan folklor nəşrləri”nin orta çağ mərhələsində əsas təmsilçisi statusunu daşıyan “Kitabi-Dədə Qorqud” həm yazıya almış epos, həm də əlyazma-kitab kimi türk, o cümlədən də Azər­baycan folklor-etnoqrafiya mədəniyyətinə məxsus əsas xəlqi-qövmi bilikləri özündə cəmləşdirir. Burada etnogeneologi­ya, etnopsixologiya, oğuz tayfa-törə adət və ənənələri, qədim türk savaş sənəti və fütuhat düşüncəsi, türklərin ailə və cəmiyyət daxilindəki hərəkət-davranış etiketləri, islam öncəsinə məxsus mifoloji baxışları, ilkin-ibtidai dünyaduyumundan inanışları və s. bu kimi ən müxtəlif milli-mənəvi dəyərləri yazı-kitab yaddaşı, “Folklor kitabı” vasitəsi ilə qorunmaqdadır.
- Yazıya alındıqdan sonra “Folklor həyatı”ndan daha çox “ədəbiyyat həyatı” yaşayan “Kitabi-Dədə Qorqud”un bu sahədəki missiyası onu türk ədəbiyyatlarının babası ucalığına qaldırır. Böyük elm adamı Fuad Köprülüzadənin: “Bütün türk ədəbiyyatını tərəzinin bir gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə Qorqud” tərəfi ağır basar” – elmi dəyərləndirməsi bu baxımdan qeyri-adi olduğu qədər də dəqiq və yerindədir.
- Oğuzların Azərbaycan coğrafiyasına, oğuznamələrin isə Azərbaycan türkcəsinə bağlılığı bu əl­yaz­ma kitabla birbaşa təsdiqlənir. Bu mənada “Kitabi-Dədə Qorqud” həm tarixdir, həm də tarixi sənəddir.
- Qədim oğuzcadan bugünkü Azərbaycan türkcəsinə ozan oğuznaməçiliyindən aşıq dastan­çı­lığına, ibtidai tayfa düşüncə­sin­dən müasir milli məfkurəyə gələn mürəkkəb və zəngin tarixi təkamül yolunun əsas hərəkətverici mənbələri sırasında bu “Folklor kitabı”nın müstəsna yeri vardır.
“Kitabi-Dədə Qorqud”un orta əsrlərdən sonra əlyazma-kitab şəklində dünyanın müxtəlif kitab­xana və arxivlərində qərinələr boyu susqun həyat keçirməsi – elm və mədəniyyət aləminin bu misilsiz mənəvi sərvətdən aralı düşüb xəbərdar olmaması onun bir “Folklor kitabı” kimi də uzun bir zaman ərzində dövriyyədən çıxması ilə nəticələnmişdir. Orta əsrlərdən sonra on doqquzuncu yüzilliyə qədər elm və mədəniyyət adamlarının, xüsusən də türkoloq, folkorşünas və mətnşünas­ların bu möhtəşəm abidəyə demək olar ki, heç bir münasibəti hiss olunmur. Alman şərqşünası Fridrix Ditsin XIX əsrdə və onun italyan məsləkdaşı Ettori Rossinin XX əsrin ortalarında Avropanın məşhur Drezden və Vatikan kitabxanalarından “Kitabi – Dədə Qorqud”un iki müxtəlif əlyazma nüsxəsini tapıb elm aləminə tanıt­masından sonra möhtəşəm oğuz eposunun ikinci həyatı başlanmışdır. XX əsrin əvvəllərində - 1946-cı ildə türkiyədə Kilisli müəllim Rüfətin daşbasma üsullu ilkin nəş­rindən start götürən çoxsaylı nəşrlər silsiləsinin gerçəkləşmə­sində Türkiyədə Orxan Şaiq Gökyay, Məhərrəm Erkin, Azərbaycanda Həmid Araslı, Şamil Cəmşidov, Samət Əlizadə, Fərhad Zeynalov, İranda Məhəmmədəli Fərzanə, Rusiyada Vladimir Bartold, Almaniyada Əhməd Hans Şmide və başqa gör­kəmli türkoloqlar əsl fədakarlıq nü­munəsi göstərmiş və qor­qudşünas mütəxəssislər kimi bütün dünyada tanınmışlar.
Doğma oğuz vətənində – Azərbaycanda “Kitabi-Dədə Qorqud”un tanıdılması işinə ötən əsrin iyirminci illərində gənc və istedadlı folklorşünas Əmin Abid özünün çox dəyərli təd­qi­qatı ilə başlasa da, az sonra otuzuncu illərin məlum repressiya fə­lakəti onun bu istiqamətdəki elmi fəaliyyətini ya­rımçıq qoymuşdur. Otuzuncu illərin sonlarında Həmid Araslı eposu Ba­kıda ilk dəfə nəşr etdirməyə müvəffəq olmuşdur. Ədəbi-mədəni çevrələrdə, elmi dairələrdə böyük rəqabətlə qarşılaşanan bu nəşrə geniş oxucu auditoriyası tərəfindən də dərin maraq göstərilir. Dastanın ayrı-ayrı boyları orta və ali məktəblərdə təd­ris edilməyə başlanır. Qırxıncı illərin əvvəllərində bir sıra boylar əsasında Mehdi Hü­seyn və Mikayıl Rzaquluzadənin yazdığı he­kayələr, Əbdüləzəl Dəmirçizadənin qələmə aldığı yığcam dram əsərləri də eposun təbliğində xeyli rol oynayır. La­kin üstündən bir müddət keçdikdən sonra bu nəşr siyasi səviyyədə öz “qiymətini” almışdır. Əsərin türk xalqlarının, o cümlədən də Azərbaycan türklərinin milli-tarixi duyğularını oya­da biləcəyindən qorxuya düşən Moskvanın partiya-siyasi dairələri onun nəşr, tədqiq və təbliğini qadağan etmək barədə göstəriş vermiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi isə bu göstərişə uyğun olaraq yasaqlayıcı sərt qərar çıxartmışdır. 1951-ci ildə Azərbaycan Kommunist Partiyasının XVIII qurultayında Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov “Kitabi-Dədə Qorqud” eposu haqqında repressiv sə­ciy­yəyə malik olan sərt bir ultimatum səsləndirdi: “Azərbaycana qatil və soyğunçu kimi gəlmiş oğuz köçəri tayfalarını idarə edən yuxarı təbəqələrin tərifinə həsr edilən, qardaş gürcü və erməni xalqına qarşı yönəldilən bu kitabın nəşri Azərbaycan Elmlər Aka­de­mi­yasının kobud səhvidir”. Bu ağır ittihamdan sonra mətbuatda eposa qarşı bir-birinin ardınca kəskin hü­cumlar təşkil edildi. Stalin – Bağırov rejiminin repressiyaya mə­ruz qoyduğu “Dədə Qorqud” dastanları onların başçılıq etdikləri despotik hakimiyyət çökdükdən bir qədər sonra 1957-ci ildə yenidən bəraət aldı. Azərbaycan filoloji fikrində nüfuz sahibi olan Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə və Məm­məd­hüseyn Təhmasibin birgə imzası ilə çap olunmuş bu məqalədə eposun tarixi-mədəni dəyəri və bəşəri-humanist mahiyyəti ba­rədə elmi arqumentə əsaslanan tutarlı təhlil və açıqlamalar veril­mişdir. Ölkədə gedən siyasi-mədəni mülayımləşmə “Ki­ta­bi-Dədə Qorqud”a bir də oxucularla görüşmək fürsəti verdi: 1962-ci ildə akademik Həmid Araslı eposu mətnşünaslıq baxı­mından bir qədər də tək­milləşdirərək yenidən nəşr etdirdi. Doğrudur, Dədə Qorqud mövzusu repressiya yasağından çıx­mışdı, ancaq onun gerçək tarixi-milli dəyərini açıqlamağa elə də im­kan verilmirdi. Bu istiqamətdə yeni nəfəs yetmişinci illərdən – Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyin başına gəlişindən sonra du­yul­mağa başlandı. Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Şamil Cəmşidov, Fər­had Zeynalov, Süleyman Əliyarov, Mirəli Seyidov, Elməddin Əlibəyzadə, Samət Əlizadə, Kamil Vəliyev, Bəhlul Abdulla, Kamal Abdulla və başqa tanınmış alimlər eposun dil, folklor, et­no­qrafiya, tarix və milli mədəniyyətlə əlaqədar elmi əhəmiy­yə­tini açıqlayan silsilə məqalələr və kon­septual monoqrafiyalar nəşr etdirdilər. Əlyazma kitabın paleoqrafik və tekstoloji tədqiqi də diqqət önünə çəkildi. Akademik H.Araslının davamçıları olan Şamil Cəmşidov, Fərhad Zeynalov, Samət Əli­zadə kimi istedadlı mətnşünaslar bu sahədə də dəyərli uğurlar qazandılar. Bütün bu çalışmaların uğur­lu yekunu kimi Türkiyə və Azər­bay­can alimlərinin birgə iştirakı ilə 1978-ci ildə Bakıda Beynəlxalq Dədə Qorqud Kollokviumu keçirildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycan qor­qud­şü­naslığının inkişaf sə­viy­yəsinin Beynəlxalq miqyasdakı dolayı etirafı idi. Yazıçı Ana­rın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmi də Azər­bay­canda qorqudçuluq düşüncəsinin güclənməsinə tə­kan ver­miş­di. Oğuz-türk tarixi-milli kimliyinin və mənəvi dəyərlərinin xalq arasına yayılıb popul­yar­laşmasında bu filmin həmin dövrdə müstəsna rol oynadığını ayrıca qeyd etmək lazım gəlir.
Səksəninci illərdə “Kitabi-Dədə Qorqud” eposu ayrıca kitab halında bir neçə dəfə yüksək tirajla nəşr olundu. Eposun tədqiqinə maraq o qədər güclənmişdi ki, bu dönəmdə humanitar elmlər sahəsində qorqudşünaslığın ən güclü elmi istiqamətə çev­ril­diyini çəkinmədən söyləmək olar. Milli özünüdərk, tarixi yad­daşın bərpası, soykökə, genetik köklərə qayıdış, ana dilinə sevgi, ana yurda- vətən torpağına sayğı və məhəbbət, istiqlal düşüncəsi və s. bu kimi xüsusi əhəmiyyətə malik olan vacib məsələlərin hərəkətlən­məsində “Dədə Qorqud”la bağlı geniş miqyas almış tədqiq və təbliğat işi çox böyük rol oy­nayırdı. Yenidən döv­riyyəyə qayıtmış “Folklor kitabı” təkcə elmi-mədəni sferada de­yil, milli-mənəvi varlığın bütün sahə və istiqamətlərində milli oyanış, özünəqayıdış, azadlıq duyğularını yerindən oynat­mışdı.
Müstəqillik qazanmış Azərbaycan Respublikası ilk addımlarını atıb ayaq üstündə möhkəm­lən­məyə başladığı zaman bu yolun əsas mənəvi istiqamətləndirici və təkanvericilərindən biri kimi “Kita­bi-Dədə Qorqud”un yubileyini qeyd etməyi qərarlaşdırdı. 1997-ci ildə Azərbaycan Respublikasının Pre­zi­denti möhtərəm Heydər Əliyev cənabları “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin qeyd olunması barədə tarixi sərəncam imzaladı: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qay­naqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaranmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks et­dirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideyalar tərən­nüm­çü­sü kimi dünya xalqla­rı­nın mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.
“Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutdu­ğu­nu, onun yubileyinin Azər­baycan xalqının, bütün türk xalqlarının qədim zəngin mə­dəniyyətinin təb­li­ğinə xidmət edən beynəlxalq səciyyəli ha­disə olduğunu nəzərə alaraq, Azərbaycan xalqının bu möh­tə­şəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədi ilə qərara alı­ram...”.
Beləliklə, Azərbaycanda “Kitabi-Dədə Qorqud”a dövlət səviyyəsində ikinci dəfə münasibət ifadə edildi. Birinci münasibət 1951-ci ildə – Azərbaycan Kommunist Partiyasının XVIII qurul­tayının qərarı səviyyəsində ifadə olunmuş və xal­qımızın bu möh­təşəm eposu “pantürkist”, “panislamist”, “xalq­lar dostluğuna zərbə vuran” zərərli bir əsər kimi repressiv şə­kildə yasaqlanmışdı. 1997-ci ildə Müstəqil Azərbaycan Res­publikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla öz ifadəsinin tapan dövlət səviyyəli növbəti münasibətdə isə “Dədə Qorqud” dastanlarının milli-mənəvi dəyəri, dünya mədəniyyəti tarixindəki yüksək mövqeyi qürur və ehtiram dolu sözlərlə ucaldılır. Məhz dövlət səviyyəsindəki bu uzaqgörən dəyərlən­dirmə və tarixi münasibətdən sonra “Kitabi-Dədə Qorqud”un nəşri, tədqiq və təbliği sahəsində sistemli və irimiqyaslı tədbirlər həyata keçirildi. Əlyazma-kitabın yeni tekstoloji tərtibat əsasında transliterasiya-nəşri, iki cilddən ibarət “Kitabi-Dədə Qorqud ensik­lo­pediyası”, onlarca monoqrafiya, yüzlərlə məqalə, elmi məcmuələr, kütləvi informasiya vasitələrinin təbliğ xarak­terli yazıları, televiziya və radioda hazırlanmış silsilə vermişlər, telefilmlər, kitab və rəsm sərgiləri yubileylə bağlı həyata ke­çirilən işin miqyas və keyfiyyətindən xəbər verir. Vaxtilə əlyaz­maçı-katibin ozanların repertuarından toplayıb yazıya aldığı bir nüsxəlik əlyazma “Folklor kitabı” bu gün on minlərlə nüsxə ha­lında əldən-ələ gəzməkdədir. “Kitabi-Dədə Qorqud” və onunla il­gi­li nəşrlər bütöv bir Dədə Qorqud kitabxanası yaratmışdır desək, zənnimizcə, heç də yanılmarıq.
1300 ildən sonra Bakıda keçirilən Beynəlxalq səviyyəli yubiley tədbirinin simasında Dədə Qor­qud Azərbaycan xalqının qədirbilən sevgi və sayqısı sayəsində bir daha özünü-sözünü dün­ya xalq­la­rına tanıda bildi.
“Kitabi- Dədə Qorqud”u “milli varlığımızın mötəbər qaynağı” və xalqımızın “ana kitabı” adlan­dıran ümummilli liderimiz Heydər Əliyev onun tarixi-mədəni mahiyyətini və bugünümüz, sabahımız üçün gərəkliliyini dahiyanə uzaqgörən­liklə müəyyənləşdirmişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyə­timiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qor­qud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Das­ta­nın məzmununu, mə­nasını, onun hər bir kəl­mə­sini hər bir azərbaycanlı məktəbdən başlayaraq bil­mə­li­dir. Bu, bizim ana kita­bımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir”. Doğrudan da “Kitabi-Dədə Qorqud” eposu milli kimlik şüuru aşılayan, azadlıq, müstəqillik düşüncəsini mökəmləndirən, türkün-oğuzun özünə-sözünə inam oyadan bir mənəviyyat oca­ğıdır. Bu baxımdan da o, təkcə yüzilliklərin dərinliklərinə bağlı xəlqi-qövmi biliyi ensiklopedik tutumda əks etdirən bənzərsiz “Folklor kitabı” yox, həm də türk dünyasının tarix, siyasət, elm, mədəniyyət kita­bıdır. Elə bir kitab ki, içərisinə yüzlərlə kitabın elmi, mədəni və mənəvi gücünü, enerjisini toplaya bil­mişdir. Uzaqlardan – tarixin dərinliklərin­dən baş alıb gələn və yenə də uzaqlara – gələcəyə hədəflənən “Kitabi-Dədə Qorqud” öz tarixi-milli missiyasını bu gün ləya­qətlə davam etdirməkdədir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   121   122   123   124   125   126   127   128   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish