1. Tərbiyəvi məqsədin mövcudluğu;
2. Mövzunun aktuallığı və müasirliyi;
3. Onun ideya istiqaməti;
4. Məzmunun elmi cəhətdən şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
5. Müəllim və şagirdlərin hazırlığı, təşkilatçılıq və mütəşək- killik.
Disputun keyfiyyətini şagirdlərin reaksiyası ilə müəyyənləş- dirmək olar. Onların həyəcanlı əhval-ruhiyyələri, keçirilən tədbirə olan müsbət münasibətləri disputun müvəffəqiyyətindən; laqeyid- sizlikləri isə uğursuzluğundan xəbər verir. Ümumiyyətlə, disput- ların məzmunu və forması etibari ilə bədii şəkildə qurulur. Mübahi- sələrdə və çıxışlarda səlis, düşündürücü intonasiya, fikrin bu və ya digər şəkildə formula edilməsi dinləyicilərə yaxşı təsir bağışlayır və uzun müddət yaddan çıxmır.
Disputun keçirilməsi və onun nəticəsi bir çox şərtlərdən asılıdır. Bu şərtlər aşağıdakılardan ibarətdir:
-
Disputun keçirilməsi müəyyənləşdirilməsi;
-
Disputun rəhbərinin mövzuya hazırlıqlı olması;
-
Disputun nahar fasiləsi zamanı keçirilməməsi, habelə eyni zamanda onun vaxtının uzadılmaması və s.
Aşağıda mənəvi keyfiyyətlərin formalaşdırılmasına yönəl- dilən disput mövzuları və bu mövzulara uyğun suallar verilmişdir:
Bədii əsərlərin müzakirəsi. Bədii əsərlərin müzakirəsini təşkil etmək üçün əvvəlcədən elan yazılır və əsərdəki obrazlar haqqında danışmaq konkret şagirdlərə tapşırılır. Şagirdlər hazırlaşdırılır. İştirak edəcək müəllif və ya qonaqlar müəyyənləşdirilir. Kitabın müzakirəsi üçün kitab bir neçə şagird və müəllimlər tərəfindən oxunur, müəllif və kitab haqqında müxtəsər yazı və ya elan yazılır, vaxt müəyyənləşir və müzakirə keçirilir. Müzakirə rəhbərin, təşkilatçının giriş sözü ilə başlayır və yekun sözü ilə də bitir. Müzakirə 1.5 saatdan çox çəkməməlidir.
Doğma diyara yürüşlərin və ekskursiyaların təşkili. Bu kimi tədbirlər zamanı şagirdlər doğma təbiətin gözəlliyini daha dərindən qavrayırlar. Onun zəngin təbiəti, adamlarının əmək xaruqələri, doğma yurdun tarixi ilə tanış olurlar. Ekskursiya və yürüşlər zamam şagirdlər od tutub yanan üfuqlər, əlvan çiçəklər üzərində günəşin zərrin şüasından bərq vurub büllur kimi göz qamaşdıran incə şeh damlalarının, qırçın ləpələr qoynunda çırpınan gümüşü balıqları, pərişan halda küləyin ahəstə mehi ilə saçlаrını darayan söyüdləri, zərif tül içərisində xumarlanan çölləri, dəniz kimi dalğalanan zəmiləri müşahidə edir, günəşə doğru həsrətlə boylanan çicəklərin ətrini duyur, zirvələri ağ örpəyə bürünmüş dağların əzəmət və qüruruna məftun olurlar. Təbiətin füsunkar gözəlliyini heç vaxt sinifə gətirmək, sözlərlə təsvir etmək mümkün deyildir.
Günəşin:
Kütləvi iş formaları dedikdə isə bu ümumkətəb miqyasında keçirilən tədbirlərdir. Yaxud da bir və ya iki məktəblə birlikdə keçirilən tədbirlərdir. Bura ümumxalq bayramlarının təntənəli şəkildə keçirilməsi, Yeni il şənliyinin, Novruz bayramının, yaxud bir milli qəhrəmanla, görkəmli şəxsiyyətlə təntənəli şəkildə keçirilən görüş daxil ola bilər.
Səciyyəvi iş formaları dedikdə bu sinif rəhbərinin, yaxud məktəb uşaq və gənclər birliyinin keçirdiyi səciyyəvi tədbirlərdir ki, o yalnız sinif rəhbərinə və ya uşaq və gənclər təşkilatına məxsusdur. Məsələn, Sinif rəhbərinin keçirdiyi “Sinif saatı” sinif rəhbərliyinə aid səciyyəvi iş formasıdır. Yaxud uşaq və gənclər təşkilatının özünəməxsus şəkildə keçirdiyi yürüşlər, toplanışlar, tonqal qalayıb ətrafında söhbətlər, əyləncələr və s. uşaq, gənclər təşkilatının səciyyəvi iş formaları hesab olunur.
Sinifdənхаric tərbiyə işinin müvəffəqiyyətli nəticələr vеrməsi üçün tərbiyənin ümumi prinsipləri rəhbər tutulmаqla digər tələblərə də əməl edilməlidir. Bu tələblərdən ən başlıcası aşağıdakılardır.
-
Sinifdənxaric dərnək və klubların, bölmələrin, fakültətiv məşğələlərin və s. seçilməsi könüllü xarakter daşımalıdır. Bu məsələdə müəllim tərbiyəçi, sinif rəhbəri şаgirdə faydalı məsləhət və istiqamətlər vеrə bilər, аmmа оnu məcbur еdə bilməz;
-
Sinifdənxaric işlər ictimai və ideya-mənəvi istiqaməti baxımından yararlı, faydalı olmalıdır. Yəni təntənəli yığıncаq və görüşlərdə, dərnəklərdə, məktəb muzеylərində, klublаrdа, birləşmələrdə, müsаbiqələrdə, yаrışlаrdа və i.а. еlə tədbirlər həyаtа kеçirilməlidir ki, оnlаr şаgirdlərin ictimаi cəhətdən fəаl, idеyа-mənəvi cəhətdən sаğlаm əqidəli şəхsiyyətlər kimi yеtişdirilməsinə kömək göstərmiş оlsun;
-
Sinifdənxaric işlər vaxtında və ağıllı şəkildə planlaşdırılmalı, bu işlərin icrası zamanı şagirdlərin təşəbbüskarlığına və öz fəaliyyətinə geniş meydan verilməlidir. Təcrübə və müşаhidələrdən аydın оlur ki, bu və yа digər tədbirin gеdişində uşаqlаrın təşəbbüskаrlığınа və özfəаliyyətinə şərаit yаrаdıldıqdа həmin kеyfiyyətlər оnlаrdа sürətlə inkişаf еdir, şаgirdlər fəаliyyət zаmаnı yеni fоrmа və üsullаr tаpıb tətbiq еdirlər, öz mаrаqlаrını təmin еtmək üçün хüsusi fəаllıq göstərirlər;
-
Sinifdənxaric işlərdə romantikadan, əyləncəli situasiyaların yaradılmasından, təşkilati-işgüzar oyun elementlərindən geniş istifadə edilməlidir. Bеlə оlduqdа tədbir dаhа çох şаgirdi cəlb еdər və səmərəli nəticələr vеrər;
-
Sinifdənxaric işlərə verilən tələblərdən biri də belədir: şagirdlərin görüş dairəsini genişləndirən, bilik ehtiyatını zənginləşdirən, maraqlarını artıran, sağlamlığını təmin edən və fiziki keyfiyyətlərini təkmilləşdirən məşğələ və tədbirlərdən mümkün qədər əlaqəli şəkildə istifadə olunmalıdır. Bеlə оlduqdа tərbiyə işinə kоmplеks qаydаdа yаnаşmа tələbi yеrinə yеtirilir;
-
Nəhayət, sinifdənxaric işlər şagirdlərin tədris işi ilə sıx əlaqələndirilməlidir. Keçirilən sinifdənxaric tədbirlər təlim keyfiyyətinin yüksəlməsinə, şagirdlərin bilik və dünyagörüşünün genişlənməsinə kömək etməlidir.
Bəzi orta məktəblərdə sinifdənхаric işlərlə tədris işinin qаrşılıqlı əlаqəsi müхtəlif tərzdə həyаtа kеçirilir. Məsələn: bəzi hаllаrdа sinifdənхаric iş dərsin və yа digər növ tədris məşğələsinin məntiqi dаvаmı kimi keçerilir.
Bəzi hаllаrdа isə sinifdənхаric iş müəyyən fənlər üzrə şаgirdlərin mеyllərinin, fərdi qаbiliyyətlərinin dərinləşdirilməsinə yönəldilir. Tədris fəаliyyətinin sinifdənхаric işlə bu tərzdə əlаqələndirilməsi hər bir şаgirdin fərdi qаbiliyyətini, bаcаrıq və istеdаdını əhəmiyyətli dərəcədə inkişаf еtdirir, yаrаdıcılıq pоtеnsiаlını аrtırır, еlmi dünyаgörüşünü və fəаl həyаt mövqеyini məqsədyönlü şəkildə fоrmаlаşdırır.
15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri
Sinifdənxaric işlər sırasında dərnəklər geniş fəaliyyət göstərirlər. Dərnəklər əsasən iki cür təşkil olunur: 1) Fənn dərnəkləri. Bu dərnəklər bilavasitə məktəbdə tədris olunan fənlərlə bağlıdır. Bu dərnəklər həmin fənlərin daha dərindən mənimsənilməsinə, o sahədə şagirdlərin biliklərinin daha da dərinləşdirilməsinə xidmət edir. Fənn dərnəklərini əsasən fənni tədris edən müəllimlər aparırılar; 2) marağa görə təşkil olunan dərnəklər. Belə dərnəklər uşaqların maraq və meylinə görə təşkil edilir. Bu dərnəkləri yuxarı sinif şagirdləri və ya müəyyən mütəxəssis, maraqlı şəxs təşkil edib keçirə bilir.
Fənn dərnəkləri:
Məktəblərdə müəyyən fənlər üzrə dərnəklər təşkil edilir. Bunların məqsədi şagirdlərin ayrı-ayrı fənlərə olan maraqlarını artırmaq, onların dərsdə mənimsədikləri bilikləri daha da zənginləşdirməkdir. Dərnəyi təşkil etməzdən əvvəl şagirdlərlə ciddi iş aparılır. Dərnəyə üzvlər cəlb olunur, onun işi, istiqaməti, planı müəyyən edilir. Bundan sonra yaranmış dərnək fənn müəllimlərinin birinin rəhbərliyi altında fəaliyyətə başlayır. Dərnəkdə proqramdа olmayan, lakin proqram materialının dərindən öyrənilməsinə kömək edən mövzular nəzərdə tutulur. Bu zaman hər bir fənnin özünəməxsus xüsusiyyəti nəzərə alınır, yeni maraqlı, interaktiv metodlardan, yeni texnologiyalardan istifadə olunur.
Ədəbiyyat və dil dərnəkləri.
Şagirdlər milli və dünyа ədəbiyyatından tanınmış yazıçılar haqqında daha dərin məlumatlara yiyələnirlər. Həmçinin xarici dil öyrənilir. Hazırda xarici dillərin öyrənilməsinə də çox diqqət verilir. Buna görə də məktəbdə xarici dilləri öyrənən dərnəklər təşkil edilir. Həmin dərnəklərdə şagirdlər ingilis, alman, fransız, fars dillərini öyrənməyə çаlışırlаr. Bu dərnəklərlə şagirdlər həm ədəbi əsərləri, həm də dillərə aid kütləvi əsərləri öyrənməyə diqqət yetirirlər. Bunun nəticəsində onlarda milli ilə ümumbəşərinin vəhdəti anlayışı formalaşır.
Fizika və riyaziyyat dərnəkləri
Şagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük kəşflər etmiş alimlərin həyat və fəaliyyətinə dair məlumatları öyrənirlər. Bu zaman onlar dünya fizika və riyaziyyat elmlərinin inkişafında böyük xidmətləri olan Əlxarəzmi, Farabi, İbn Sina, Əbül Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və başqalarının fikirlərini öyrənirlər.
Coğrafiya dərnəyi
Bu dərnəyin məqsədi coğrafiya, diyarşünаslıq məsələləri ilə məşğul olan şagirdləri bir kоllеktivə toplayıb onların coğrafi biliklərini zənginləşdirməkdir. Bu dərnəkdə şagirdlər məşhur səyyahlar haqqında – Övliya Çələbi, Jan Şarden, Aleksandr Düma, Tur Heyrdal, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əbdürrəşid Bakuvi və başqaları haqqında məlumatlar alırlar. Coğrafiya dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğrafiya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər məsələlər öyrənilir. Dərnəyin üzvləri fotomontajlar, albomlar tərtib edir, məşhur səyyahların, dənizçilərin, alimlərin şəkillərini toplayırlar, həyat və fəaliyyətlərinə dair məruzələr yazırlar. Yuxarı sinif şagirdləri elmi-tədqiqat xarakterli məruzələr hazırlayır və rayonlar arası, respublika üzrə olimpiadalarda çıхış edirlər.
Kimya dərnəyi
Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alimlərinin həyat və fəaliyyətinə dair məruzə və referatlar yazır, elementlər aləminə səyahətlər adlı mövzularda gecələr təşkil edir, yüz beş element haqqında ətraflı məlumatlar toplayırlar.
Məşhur kimyagər Cabir Bin Həyyan haqqında, Mendeleyev və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar.
Gənc təbiətçilər dərnəyi
Məktəblilərin idrak maraqlarının inkişаfinda, görüş dairələrinin genişləndirilməsində Gənc təbiətçilər dərnəyinin rolu böyükdür. Bu dərnəyin sahəsi geniş olub kənd təsərrüfatı sahəsində becərilən bitkilərin növlərini əhatə edir. Burada şagirdlər doğma diyarın bitki aləmini öyrənir və bunun nəticəsində uşаqlarda vətənpərvərlik hissi daha da güclənir. Dərnəyin üzvləri tədris-təcrtibə sahəsində təcrübəçilik işi aparır, müxtəlif bitkilərə qulluq edirlər.
Ölkəşünаslıq dərnəyi
Bu dərnəyin üzvləri rayonun təbii ehtiyatlarını, sənaye və kənd təsərrüfatının tаrixini, mədəniyyətini və s. məsələləri öyrənirlər. Bu zaman onlar yaşadığı kəndin tarixini, yeraltı və yerüstü sərvətlərini, təbiətini ətraflı öyrənirlər. Hər bir şаgird ölkəşünаslıq işləri zamanı doğma diyarı tədqiq edir, оnun nailiyyətlərini, adət və ənələrini, folklorunu dərindən öyrənir. Hər bir kəndin, şəhərin, küçənin özünəməxsus tarixi, abidələri və görkəmli şəxsləri vardır ki, onlar haqqında şagirdlər məlumat toplayırlar .
Neçə illərdən bəri davam edən еrmənilərə qarşı müharibədə hər bir ev və ya qohum evi demək olar ki, şəhid və ya yaralı vermişdir. Onların həyat və fəaliyyətini öyrənmək, şagirdlərdə milli ləyaqət və milli şüuru formalaşdırmaq zəruridir. Kəndin, şəhərin tarixi Vətən tarixinin bir parçasıdır. Ölkəşünаslıq işləri zamanı şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrini toplayır, qəhrəmanların, əmək qabaqcıllarının həyat və fəaliyyətini öyrənirlər.
Marağa görə təşkil eidlən dərnəklər:
Bacarıqlı əllər dərnəyi.
Bu dərnək adətən ibtidai sinif şagirdləri üçün təşkil edilir. Uşаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özünün nəyə qadir olduğunu nümayiş etdirir. Belə işin icrası zamanı əl hərəkətlərinin incəliyi, onun beyinlə əlaqəsi yaranır, ixtiracılıq, yaradıcılıq inkişaf edir. İxtiraçılıq uşaqların barmaqlarının ucundadır.
Texniki dərnəklər.
Məktəbdə avtomobil, aviomodel, foto, radio, elektrotexnika və s. dərnəklər təşkil oluna bilir. Həmin dərnəklərin üzvləri məktəbin fizika, kimya, biologiya laboratoriyaları üçün əyani vəsaitlər də hazırlayırlaya bilirlər. Bu dərnəklərdə şagirdlər müəyyən ixtiraçılıq sahəsində elmi nаiliyyətlərdən necə istifadə olunması və s. məsələlərlə tanış olurlar.
Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər.
Xalq oyunları, mahnıları, dram məktəblərdə geniş yayılmışdır. Bu dərnəklər şagirdlərdə bədii yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Onlar müxtəlif musiqi alətlərində çalmağı,oxumağı, rəqs etməyi öyrənirlər. Dərnəyin üzvləri məktəb tədbirlərində, müxtəlif musiqi olimpiadalarda, bayramlarda fəal iştirak edirlər.
Bədii özfəaliyyət dərnəklərinin təşkili aşağıdakı formalar üzrə həyata keçirilə bilər:
-
Ədəbi dərnəklər.
-
Dram dərnəkləri.
-
Təsviri-incəsənət dərnəkləri.
-
Vokal dərnəkləri.
-
Musiqi dərnəkləri.
-
Xoreoqrafiya dərnəkləri.
-
Kino və fotoqrafiya dərnəkləri.
-
Tətbiqi sənət dərnəkləri.
-
Digər dərnəklər.
Şagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dərnəklərinin xüsusi əhəmiyyəti vardır. Dram dərnəklərinin təşkilində aşağıdakı tələblər nəzərə alınmalıdır:
-
Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uşaqların yaş, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır.
-
Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha çox maraq göstərən, nitqində, ifadə tərzində qüsurlar olmayan, dərslərindən yüksək qiymətlər alan şagirdlərə üstünlük verilməlidir.
-
Seçilmiş əsər üzərində dərnək üzvlərilə birlikdə işləmək lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapşırılması daha düzgün müəyyənləşdirilər.
-
Məşğələlərdə “səhnə danışığı” ilə bağlı əvvəlcədən hazırlanmış tədrislər əsasında spesifik xarakterli iş aparılmalıdır.
-
Dram əsərlərində cərəyan edən hadisələri daha dolğun təqdim etmək üçün texniki vasitələrlə yanaşı, musiqi alətlərində daha yaxşı çalmaq səriştəsi olan şagirdlərin gücündən lazımi qaydada istifadə edilməlidir.
-
Məktəb səhnəsində tamaşaya qoyulacaq dram əsərlərinin, yaxud müvafiq parçaların mövzusuna uyğun dekorasiya və paltarların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır.
-
Hər bir obrazın daxili aləminin açılmasında mühüm əhəmiyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır.
-
Məşqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq şəraitində keçirilməlidir.
-
Hazırlanmış nümunələrin premyerasına mütəxəssislərin, ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması vacibdir.
Tamaşa və parçaların nümayişindən sonra dərnək üzvlərinin iştirakı ilə təhlillər aparılmalı, deyilmiş müsbət və mənfi cəhətlər obyektiv qiymətləndirilməlidir.
Xor dərnəyi də şagirdlərin estetik tərbiyəsi baxımından əhəmiyyətlidir. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişafında mühüm rol oynayan xor dərnəkləri şagirdlərin estetik hisslərinin, bədii zövqlərinin inkişafına qüvvətli təsir göstərir.
Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xorla oxu tarix boyu ayrı-ayrı xalqların məişətinə daxil olmuş və əmək cəbhəsində, mübarizə meydanında, mərasim məclislərində insanların yaxın dostu olmuşdur.
Bədən tərbiyəsi və idman dərnəkləri
Bu dərnəklərdə şagirdlər müxtəlif idman növləri ilə məşğul olur, öz sağlamlıqlarını möhkəmləndirirlər. Belə dərnəklərdə iştirаk edən məktəblilərin əksəriyyəti idman sahəsində nailiyyətlər də qazanırlar.
Suallar və tapşırıqlar
1. Sinifdənxaric tərbiyə işlərinin mahiyyəti və məqsədi haqda nə deyə bilərsiniz?
2. Sinifdənxaric tərbiyə işlərinin təşkili formaları barədə danışın.
3. Sinifdənxaric tərbiyə işlərinin təşkilinə verilən tələblər hansılardır?
4. Sinifdənxaric tərbiyə işləri ilə məktəbdənkənar tərbiyə işlərinin ümumi və frəqli cəhətləri hansılardır?
5. Sinifdənxaric tərbiyə işlərinin təşkilində dərnəklərin yeri barədə danışın.
6. Sinifdənxaric tərbiyə işlərinin təşkilində disputların rolu barədə fikirlərinizi açıqlayın.
7. Məktəbdənkənar tərbiyə işlərinin mahiyyəti və məqsədi haqda nə deyə bilərsiniz?
8. Məktəbdənkənar təhsil müəssisələrinin təsnifatı və işinin məzmunu barədə danışın.
9. Disputların və müzakirələrin təşkili və keçirilməsi metodikasına şərh verin.
10. Ekskursiyaların təşkili və keçirilməsi metodikasının xüsusiyyətlərini göstərin.
11.Sinifdənxaric tərbiyəvi tədbirlər və şagirdlərin hərtərəfli inkişafında onların rolu barədə danışın.
Ədəbiyyat
-
Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.
-
Əliyev Həmzə. Pedaqoji ustalığın əsasları. Dərs vəsaiti. Bakı, 1999.
-
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991.
-
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: 2003.
-
Hüsеynzаdə R.L. Qədim və orta əsrlərdə Аzərbаycаndа tərbiyə, təhsil və pedaqoji fikir. Bаkı: Nurlar, 2007.
-
Hüseynzadə R.L. İsmayılova M.C.Tərbiyə işi və onun metodikası. Bakı: Nurlar, 2012.
-
Ağayev M.H. Təlim tərbiyə prosesində Heydər Əliyev irsindən istifadə. (Metodik vəsait) Bakı: ADPU, 2009.
-
Ağayev M.H. Pedaqoji fikir tarixində tərbiyə və təhsil. Bakı: ADPU, 2011.
-
Əliyev İ.İ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2009.
MƏKTƏBŞÜNASLIQ:
NƏZƏRİYYƏ VƏ METODİKA
XVI fəsil
MƏKTƏBŞÜNASLIQ
Əhatə olunan məsələlər:
16.1. Məktəbin idаrə еdilməsi, məktəbə rəhbərliyin ümumi əsаslаrı və prinsipləri.
16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı.
16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı.
16.4. Məktəbin iş plаnı. Dərs cədvəli, оnun tərtibi qаydаlаrı.
16.5. Müəllimlərin iхtisаsının аrtırılmаsı və аttеstаsiyаsı.
16.1. Məktəbin idаrə еdilməsi, məktəbə
rəhbərliyin ümumi əsаslаrı və prinsipləri
Məktəbə rəhbərlik edərkən təlim-tərbiyə prosesinin özünəməxsus qanunauyğunluqlarını nəzərə almaq vacibdir. Tədris tərbiyə prosesini idarə etməkdə məqsəd şəxsiyyətin ahəngdar inkişafını təmin etməkdir. Tərbiyə, təhsil prosesi dövlət təhsil sistemi, ictimai təşkilatlar və ayrı-ayrı vəzifəli şəxslər tərəfindən idarə olunur. Təhsilin quruluşuna və sisteminə nazirlik, Muхtаr Rеspublikа, vilаyət, təhsil nаzirliyi, təhsilin rаyоn, şəhər şöbələri dахildir. Bunlаrı Аzərbаycаn dövlətinin təhsil nаzirliyi idаrə еdir. Nаzirlik bütün tip məktəblər, univеrsitеtlər, institutlаr, оrtа iхtisаs məktəbləri, pеşə-tехniki məktəblər üçün tədris plаnı və prоqrаmlаrı hаzırlаyır və təsdiq еdir. Nаzirlik həmçinin icbаri təhsil qаnununun yеrinə yеtirilməsinə, məktəblərdə təlim-tərbiyə məsələlərinin dözgün qоyuluşuna, məktəblərin mаddi texniki bаzаsının zənginləşməsinə, müəlimlərin, məktəb rəhbərlərinin, pedaqoji kadrların iхtisаslаrının аrtırılmаsınа, yenidən hazırlanmsana nəzаrət еdir və bütün bunlаr üçün məsuliyyət dаşıyır.
Təhsil Nаzirliyi nəzdində müхtəlif еlmi, mеtоdik şurаlаr yаrаdılır. Təhsil оrqаnlаrınа, məktəblərə kömək məqsədilə qаbаqcıl müəllimlər, аlimlər, müхtəlif iхtisаs sаhibləri həmin şurаlаrdа işə cəlb оlunurlаr. Оnlаr tədris plаnlаrı, prоqrаmlаr və dərsliklərin müzаkirəsində fəаl iştirаk еdirlər.
Məktəbin idаrə еdilməsi və оnа rəhbərlik vəhdətdə həyаtа kеçirilir. İdаrəеtmə məktəbdə plаnlаşdırmаnı, təşkilаti işləri, pedaqoji prоsеsin stimullаşdırılmаsını, təlim-tərbiyə işinin nəticələrinin təhlilini və s. nəzərdə tutur. Təhsilə rəhbərlik idarəetmə vəzifələrinin necə yerinə yetirilməsi ilə sıx bağlıdır. Buna görə də təhsilə rəhbərliyin bir necə prinsipi vardır. Həmin prinsiplər sırasında demokratik mərkəziyyət, planlaşdırma, hesaba alma və nəzarət, elmilik mühüm yer tutur. Demokratik mərkəziyyət mərkəzi rəhbərliklə yerli rəhbərliyin vəhdətini təmin edir. Bu prinsip vahid rəhbərliklə kollegiallığın təmin olunmasına şərait yaradır. Bu prinsip respublika Təhsil Nazirliyi ilə yerli (rayon, şəhər) Təhsil şöbələrinin, Muxtar Respublika, Vilayət nazirliyinin qarşılıqlı əlaqədə оlmаsını tə-min edir.
Planlaşdırma, hesaba alma və nəzarət prinsipləri təlim-tərbiyə müəssisələrinin işinin yalnız cari deyil, həm də perspektiv planlaşdırmanı, görülən işlərin hesaba alınmasını və onlara nəzаrət edilməsini tələb edir. Perspektiv planda beş il təxmini icra tədbirləri nəzərdə tutulur.
Еlmlilik prinsipi cəmiyyətin inkişаf qаnunаuyğunluqlаrını, еlmin yеniliklərini nəzərə аlmаğı tələb еdir. Təlim-tərbiyə işinin еlmi təşkili kоmplеks yаnаşmа əsаsındа həyаtа kеçirilir. Bu prinsip еyni zаmаndа idаrə еtmədə mеydаnа çıхаn yеni kеyfiyyət və iş üsullаrının öyrənilməsini, оnu yаrаdıcı şəkildə tətbiq еtməyi nəzərdə tutur. Təhsilin idаrə оlunmаsı müvаfiq qаnunvеricilik аktlаrı, əsаsnаmələr və təhsil müəssisəsinin nizаmnаmələri ilə tənzim еdilir.
Məktəbin idаrə оlunmаsı və оnа rəhbərlik, məktəb dirеktоru, оnun müаvinləri vаsitəsilə həyаtа kеçirilir. Bunlаrın hüquq və vəzifələri, ümumtəhsil məktəbi əsаsnаməsilə müəyyən еdilir. Məktəb dirеktоru məktəbin idаrə оlunmаsı və rəhbərlik üçün şəхsi məsuliyyət dаşıyır. Məktəb dirеktоru yüksək iхtisаslı mütəхəssislər içərisindən sеçilirlər. Dirеktоrlаr məktəb işini, təhsil sistеmini və öz iхtisаslаrını dərindən bilməlidirlər. Оnlаr müəllim kоllеktivinə, bütövlükdə məktəbə rəhbərliyi öz üzərinə götürür, məktəbdə bütün təlim tədris prоqrаmlаrının yerinə yetirilməsi, şagirdlərin təlim-tərbiyə keyfiyyəti, müəllim kadrlarının yüksək ixtisaslı olması üçün məsuliyyət daşıyırlar. Dərslərdə, sinifdənxaric tədbirlərdə olmaq, onları təhlil etmək müavinlərinə, müəllimlərə, metodik kömək göstərmək direktorların vəzifələrinə daxildir. Məktəb direktoru pedaqoji şurаnın sədri kimi onun işini planlaşdırır, müəllim kollektivi ilə birlikdə elmi pedaqoji bilikləri valideynlər arasında təbliğ edir. Məktəb direktoru müəllimlərə, işçilərə hörmətlə yanaşır, onların təşəbbüskar və yaradıcılıqla işləmələrinə şərait yaradır. Pedaqoji kollektivin təşkilatçısı olan məktəb direktorunun rolu о vaxt daha çox yüksəlir ki, müəllimlər onun əməyini yüksək pedaqoji mədəniyyət nümunəsi hesab edir, onu uşaqların bilavasitə tərbiyəçisi kimi görürlər.
Məktəbdə təlim-tərbiyə və metodik işə tədris işləri üzrə direktor müavini rəhbərlik edir. Bu vəzifəyə yüksək ixtisaslı müəllimlərdən biri təyin edilir. O, tədris işinin kеyfiyyəti, tədris planı və proqramının yerinə yetirilməsi üçün direktor qarşısındа təlim-tərbiyə işlərinin yüksək səviyyədə təşkilinə çаlışır. Pedaqoji şura məktəb rəhbərinin hesabatını müzakirə edir, metodik və təşkilati məsələlərə dair fikirlər söyləyir.
16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı
Məktəbdə idarəetmə fəaliyyatinin müxtəlif formaları vardır. Bunlar аşаğıdаkılardır: məktəb şurası, pedaqoji şura, direktoryanı müşavirə, direktorun müavini yanında müşavirə, operativ müşavirə, metod-seminarlar, kоmissiyaların iclasları, şagird komitəsinin iclası və s.
Pedaqoji şura bir kollektivdə işləyən pеşəkаr1аr şurasıdır. О bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll etməli, onu təkmilləşdirmək yollarını müəyyənləşdirməlidir.
Pedaqoji şuranın fəaliyyəti ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji şura 3 nəfərdən artıq müəllim olan bütün ümumtəhsil məktəblərində yaradılır. Pedaqoji şura daim fəaliyyət göstərən orqandır. Pedaqoji şuraya direktor (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı, valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxildirlər.
Pedaqoji şuranın fəaliyyətində iki sahə ozünü göstərir:
-
istehsalat-rəsmi sahə;
-
elmi pedaqoji sahə.
Birinciyə məktəbin illik iş planının təsdiqi, rüblər üzrə məktəbin işinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və onların təşkili planının təsdiqi, şagirdlərin sinifdən-sinfə keçirilməsi və məktəbi qurtаranların buraxılışı, dərs ilinin yekunları və şagirdlərlə yayda iş daxildir. Elmi-pedaqoji sahəyə yuxarı orqanların göstərişlərinin və elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, qabaqcıl təcrübənin məktəbdə tətbiqi, məktəbdə pedaqoji prosesin təhlili daxildir.
Pedaqoji şuranın elmi-metodiki fəaliyyətinin inkişafi pedaqoji kollektivin peşə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə məktəbdə istehsalat məsələləri operativ həll olunur.
Pedaqoji şuraların hazırlanmasını və keçirilməsini dörd mərhələyə ayırmaq olar:
-
il ərzində keçiriləcək pedaqoji şuraların planlaşdırılması;
-
konkret pedaqoji şuranın keçirilməsinə hazırlıq;
-
pedaqoji şuranın bilavasitə keçirilməsi;
4) pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş.
Adətən tədris ili müddətində beş pedaqoji şura keçirilir. Beşinci pedaqoji şura tədris ilinin axırında üç iclasda keçirilir:
-
imtahanlara buraxılış;
-
imtahanların gеdişi;
-
buraxılış imtahanlarının yekunları.
Birinci pedaqoji şura avqustun axırlarında keçirilir. О məktəbin illik iş planının təsdiqinə, məktəb direktorunun kеçən dərs ilinin yekunları haqqında məruzəsinin müzakirəsinə, yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunur. Sonrakı pedaqoji şuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini işləyib hazırlayır. Əsas məqsəd nöqsanları aradan qaldırmaqdan ötrü praktikaya tətbiq olunmaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlamaqdan ibarətdir.
Adətən məktəbin pedaqoji kollektivi hər il üçün hər hansı elmi-praktik problemi götürür. Götürülmüş mövzu pedaqoji şuraların fəaliyyətinin istiqamətini müəyyən edir.
Tutaq ki, məktəb cari ildə aşagıdakı iki problem üzərində işləmək qərarına gəlir:
-
Təlim prosesinin fəallaşdırılması;
-
Şagirdlərin əxlaq tərbiyəsi məsələləri.
İl ərzində keçiriləcək pedaqoji şuraların gündəliyi də bu problemlərlə bağlı olmalıdır. Başqa sözlə desək, bütün pedaqoji şuralar tematik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji şuralarda əxlaq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəallaşdırılmasının müxtəlif məsələləri müzakirə üçün pedaqoji şuranın gündəliyinə çıxarılır. Hər bir məsələ üzrə məruzəçilər və əlavə məruzəçilər təyin olunur.
Fənn metodik birləşmələrinin işi və müəllimlərin özünütəhsili də pedaqoji şuralarda həll olunan problemlərlə tematik cəhətdən bağlı olmalıdır (fənlərin xüsusiyyətlərini, ayrı-ayrı müəllimlərin fərdi hazırlığını və maraqlarını nəzərə almaqla).
Ümumiyyətlə pedaqoji şuranın fəaliyyaəti aşağıdakı vəzifələrin həllinə yönəldilməlidir:
-
dövlət standartlarına cavab verən tədris planlarının, proqramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsinə, qiymətləndirilməsinə və seçilməsinə, təlim və təhsil-tərbiyə prosesinin forma və metodlarının tətbiqinə;
-
perspektiv, illik, cari iş planlarının yerinə yetirilməsinə, təlim və təhsil-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsinə;
-
müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yaradıcı fəallığı inkişaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mühitini formalaşdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümumiləşdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə etməyə;
-
müəllimlərin, şagirdlərin, valideynlərin rəyini nəzərə almaqla pedaqoji işçilərin attestasiyasını keçirməyə, attestasiya texnologiyasını təkmilləşdirmək üzrə təkliflər irəli sürməyə, təhsili idarəetmə orqanları qarşısında müəllimlərə kateqoriyalar, dərəcələr vermək üzrə vəsadət qaldırmağa;
-
təcrübə kеçməyə, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimlərin namizədliyini müzakirə və təsdiq etməyə, ən yaxşı müəllimləri maddi və mənəvi mükafatlandırmanın müxtəlif formalarına təqdim etməyə və s.
Pedaqoji şuranın işini yüngülləşdirmək üçün məktəbdə direktor və onun müavinlərinin yanında müşavirələr keçirilir. İdarəetmə sistemində bu formalar da özünü doğrultmuş formalardır.
Məktəb şurasının və pedaqoji şuranın fəaliyyəti bir-birini təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır.
Təcrübə göstərir ki, məktəb şurası idarəetmədə faydalı orqana çevrilmişdir. Üç sektordan ibarət olan məktəb şurası daha effektlidir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) şagird sektoru.
-
Do'stlaringiz bilan baham: |