Conference proceedings


ƏŞYALARIN İNTERNETİ ŞƏBƏKƏSİNDƏ BULUD



Download 13,87 Mb.
Pdf ko'rish
bet78/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   74   75   76   77   78   79   80   81   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

 
ƏŞYALARIN İNTERNETİ ŞƏBƏKƏSİNDƏ BULUD 
TEXNOLOGİYALARINDAN İSTİFADƏ 
Milli Aviasiya Akademiyası, Bakı, Azərbaycan 
taleh.naa@gmail.com 
Xülasə
. Məqalə bulud və dumanlı hesablamalara əsaslanan əşayaların İnterneti şəbəkəsinin işlənməsinə həsr olunub. Burada 
şəbəkənin komponentlərinin yerinə yetirdiyi funksiyalara baxılır və onlar arasındakı qarşılıqlı əlaqələr tədqiq edilir. Həmçinin 
məqalədə simsiz texnologiyalar haqqında məlumatlar da verilir. 
Açar sözlər:
İnternet, bulud hesablamaları, duman hesablamaları, verilənlərin emalı, simsiz texnologiyalar. 
Giriş
Dördüncü sənaye inqilabının əsas komponentlərindən biri olan “Əşyaların İnterneti” (Internet of Things, IoT) 
şəbəkəsi kiber-fiziki sistemlərin (cyber-phisical systems, CPS) ayrılmaz hissəsidir. Bundan ilk dəfə enerji sektorunda 
istehlakçılar tərəfindən “ağıllı” sayğaclardan (smart meters) və termostatlarda (smart thermostat) istifadə olunmuşdur. 
“Əşyaların İnterneti” dedikdə real aləmin xüsusiyyətlərini (temperatur, işıq, təzyiq, rütubət və s.) təyin edən və bu 
xüsusiyyətlər üzrərində müvafiq hesablamalar aparan İnternetə qoşulmuş fiziki obyektlər (cihazlar, qurğular) başa 
düşülür. Bu termin ilk dəfə 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunun Auto-ID laboratoriyası tərəfindən RFID 
(Radio Frequency Identification, radiotezlik identifikasiyası) texnologiyaları vasitəsi ilə İnternetə qoşulan obyektlərin 
şəbəkəsini ifadə etmək üçün işlədilib [1].
Əşyaların İnterneti şəbəkəsində təkcə insanlarla əşyalar arasında deyil, həmçinin əşyaların öz aralarında da 
qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulur. Bundan əlavə, əşyaların İnterneti konsepsiyası yalnız müəyyən məsafədə 
Əsgərov Taleh Kamran oğlu 


yerləşən obyektlərdən verilənlərin əldə olunması deyil, həm də bu obyektlərin idarə edilməsini və obyektlər arasında 
verilənlərin mübadiləsini və şəbəkə üzrə tapşırıqların planlaşdırılmasını təmin edir. Beləliklə, əşyaların İnterneti 
şəbəkələri üç komponentlə xarakterizə olunur: 
şəbəkə üzrə obyektlərin (əşyaların) rəqəmsallaşdırılması; 
obyektlər haqqında verilənlərin toplanması; 
şəbəkəni idarə edən hesablama alqoritmlərinin reallaşdırılması. 
Bunlara əsaslanaraq “Əşyaların İnterneti” şəbəkəsi lokal simsiz şəbəkələrlə bağlantı yaradır və qurğularla “plug 
and play” (qoş və işlət) rejimində fəaliyyət göstərir. 
Əşyaların İnterneti konsepsiyasına gündəlik həyatda da rast gəlmək mümkündür. Onlardan tibbdə, kənd 
təsərrüfatında, neft-qaz kompleksində və digər sahələrdə baş verən dəyişikliklərin məsafədən idarə olunması, fövqəlada 
halların qarşısının alınması və s. məsələlərin həllində geniş tətbiq olunur [2]. Məsələn, neft-qaz obyektlərində sensorlar 
vasitəsilə toplanan verilənlər əsasında neft platformalarının (yataqlarının) təhlükəsizliyinin yaxşılaşdırılması, meydana 
çıxan problemlərin qarşısının alınması, xətaların aradan qaldırılması və istismar xərclərinin azaldılmasında bu 
konsepsiyanın rolu əvəzsizdir [3]. 
Nəticə 
Son zamanlar dünyada “Əşyaların İnterneti” konsepsiyasının İKT sahəsində geniş yayılması bir sıra mühüm 
məsələlər qarşıya qoymuşdur. Əşyalar (məs. qurğular, cihkazlar) arasında qarşılıqlı əlaqə yaratmaq “Əşyaların İnterneti” 
şəbəkəsinin əsas məqsədidir. Son istifadəçilərlə verilənlərin emalı mərkəzi arasında hesablama, yaddaş və şəbəkə 
xidmətlərini təmin edən virtual platforma bulud texnologiyaları əsasında yaradılmışdır. Məqalədə bu texnologiyanın 
növləri olan “Cloud” və “Fog” hesablamalarının birgəliyi sayəsində “Əşyaların İnterneti” şəbəkəsinin strukturuna 
baxılmışdır. Bu şəbəkədə istifadə edilən “əşyaların” (qurğuların) yaddaş resurslarının minimal həcmi, onların simsiz 
texnologiyalar vasitəsilə əlaqələndirilməsi, obyektlərin fiziki əlyetərliyi aktual problemə çevrilmişdir. Bu problemləri 
nəzərə alaraq məqalədə IoT şəbəkəsinin element və qovşaqları təyin edilmişdir. Həmçinin məqalədə göstərilmişdir ki, 
hesablama və yaddaş resurslarının etibarlı idarə olunması, resursların düzgün paylanması, verilənlərin sürətli emalı, 
idarəetmədə operativlik və qərarların qəbulu bulud texnologiyasının tətbiqi nəticəsində səmərəli şəkildə artır. 
Ədəbiyyat 
1.
Əliquliyev R.M., Mahmudov R.Ş. Əşyalarin Interneti: mahiyyəti, imkanlari və problemləri // İnformasiya cəmiyyəti 
problemləri, №2(4), 2011, s. 29-40. 
2.
Алгулиев Р.М., Фаталиев Т.Х., Агаев Б.С., Алиев Т.С. Сенсорные сети: состояние, решения и перспективы, М.: 
Телекоммуникации, 2013, №4, с. 27-32. 
3.
Фаталиев Т.Х., Мехтиев Ш.А., Перспективы применения Интернета вещей в нефтегазовом комплексе // М.: 
Телекоммуникации, 2018, №9, c. 36-42 
4.
Елизаров М.А. Архитектура сетей сетецентрического управления// Вестник Санкт-Петербургского 
государственного экономического университета. 2014, №8. С. 91-94. (17) 
5.
Варгаузин В.А. Радиосети для сбора данных от сенсоров, мониторинга и управления на основе стандарта IEEE 
802.15.4//ТелеМультиМедиа№6, 2005 (5) 
6.
Bonomi F. Fog computing and its role in the Internet of things // Proceedings of the first edition of the MCC workshop on 
Mobile cloud computing, 2012. С. 13–16. 
7.
Attarzadeh N. A New Threeе Dimensional Clustering Method for Wireless Sensor Networks / N. Attarzadeh, M. Mehrani // 
Global Journal of Computer Science and Technology. V.11, issue 6, version 1.0, April 2011. (64). 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   74   75   76   77   78   79   80   81   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish