: Siemens, Giriş və Çıxış, PMK, İnduktiv Siemens S7-300 Çətinlik dərəcəsi
orta və nisbətən aşağı dərəcəli avtomatik idarəetmə məsələlərinin həlli üçün
yaradılan universal modullu proqramlaşdırılan kontrollerdir.
Avtomatlaşdırmada kontroller sistemlərində istifadə edilən input (daxil) və output (çıxış) terminləri analoq və
ya rəqəmsal olmaqla onların növlərini müəyyən edir. İstifadə edilən Proqramlaşdırılan məntiqi kontrollerlərdə (PMK)
rəqəmsal və ya analoq giriş-çıxışlar və ya bunlar üçün istifadə olunan əlavə modullar vardır.
Rəqəmsal giriş və ya çıxış diskret siqnala yəni 1 və ya 0 olaraq təyin olunur. Məsələn 24V ilə işləyən bir induktiv
verici qarşısındakı obyekti ya görər ya da görməz. Əgər görərsə bunu siqnal olaraq 24V olan giriş gərginliyini çıxış ucuna
ötürür. Çıxış ucundan yaranan 24V gərginlikli siqnal rəqəmsal siqnala uyğun olaraq 1 siqnalıdır və bu siqnal PMK kimi
hər hansı bir nəzarət obyektinə rəqəmsal giriş olaraq göndərilir. Əgər PMK alınan bu siqnalla hansısa releni və ya icra
mexanizmini hərəkətə gətirmək üçün proqramlanıbsa, bu zaman çıxış relesi həmin nöqtəyə bağlanmış relenin sarğacını
qidalandırır.
Analog giriş və ya çıxış isə müəyyən bir intervalda dəyişən gərginlik və ya cərəyan dəyəridir. Tutaq ki, 10V
sabit cərəyan qida mənbəyimiz var. Bu qida mənbəyimizin mənfi və müsbət uclarını bir potansiyometrə bağlayırıq. Bu
potansiyometrin çıxışı 0-10V arasında müəyyən bir qiymət alacaq. Aldığımız bu dəyər analoq siqnaldır. Bu analoq siqnalı
analoq giriş ilə ötürərək bir mühərrik idarəetməsində istifadə edərək motor sürətini idarə edə bilərik. Həmçinin, rəqəmsal
çıxış vasitəsilə bir alarmın və ya hadisənin göstərilməsində istifadə edə bilərik.
4-20 mA standartlı analoq çıxışlar səviyyə, axın, sürət kimi parametrləri SCADA sisteminə məlumat göndərmək
üçün istifadə edilə bilər. Eyni qayda ilə analoq çıxışları müxtəlif məsafə sensorlarını və ya istilik sensorlarını əldə edib
analoq giriş modulu olan PMK-larda istifadə edə bilərik.
Analoq giriş və çıxışlar cərəyan (A) və ya gərginlik (V) ola bilər. Bu istifadə edilən sistemin xüsusiyyətindən
asılı olur.
Hər bir kontroller istehsal edən şirkət, bu kontrollerə uyğun özünün proqram təminatını təklif edir. Proqram
təminatı avtomatlaşdırılmış idarəetmə sistemlərinin ən əsas bölümlərindən hesab edilir. Bu proqram vasitəsilə hansı
vericilərdən gələn məlumatların hansı icra mexanizminə ötürüləcəyi, məlumatın bazaya yazılması, digər elementlərlə
qarşılıqlı əlaqələrin yaradılması, qrafik təsvirlərin hazırlanması, icra mexanizmlərinə limitlərin təyin edilməsi, qəza
vəziyyətlərinə uyğun əmrin verilməsi və sair bu kimi işlərin görülməsi məhz proqram təminatı vasitəsilə konfiqurasiya
edilib əlaqələndirilir. Başqa sözlə desək sahə idarəetmə vəziyyətindən, mərkəz idarəetmə səviyyəsinə keçmək üçün
proqram təminatından istifadə edilir. Hal hazırda ən çox istifadə edilən avtomatika avadanlıqları Schneider Electric,
Siemens, Honeyvell, ABB və başqa şirkətləri göstərmək olar.
Ədəbiyyat 1.
PLC programlama ve S7-300/400, Yavuz Eminoğlu, İstanbul 2014.
2.