1.
[1] Ian Moir, Allan Seabridge. Aircraft Systems: Mechanical, electrical, and avionics subsystems integration. John Wiley &
Sons Ltd, The Atrium, Southern Gate. England, 2008, p. 504.
2.
[2] Len Buckwalter. Avionics Training: Systems, Installation and Troubleshooting. Leesburg, Virginia, USA, 2005, p. 278.
3.
[3] Aircraft Electrical and Electronic Systems Mike Tooley and David Wyatt Linacre House, Jordan Hill, Oxford OX2 8DP,
UKFirst edition 2009, p. 425.
TV YAYIM PARLAQLIQ SİQNALLARININ ANALOQ-RƏQƏM
ÇEVRİLMƏSİ ZAMANI YARANAN MƏHDUDLAMA KÜYLƏRİNİN
ADAPTİV KOMPENSASİYASI
Magistr, II kurs.qrup A6139
Elmi rəhbər: prof.Məmmədov.İ.R.2
Kvantlanan TV yayım parlaqlıq siqnalının səviyyəsi kvantlayıcının
maksimal kvantlama addımından artıq olduqda ifrat yüklənmə küyləri yaranır. Bu zaman kvantlanan siqnalın maksimal
səviyyəsi maksimal kvantlama addımına uyğun səviyyə kimi qiymətləndirilir, yəni alınmış nəticə kvantlayıcıdan əvvəl
siqnalı maksimal kvantlama addımına uyğun gərginliyə qədər yuxarıdan məhdudlası ilə eyni olur. Bu isə siqnal/maneə
nisbətinin azalmasına və verilən siqnalın təhrif olunmasına səbəb olur [1]. Pozitiv TV yayım parlaqlıq siqnalın belə
məhdudlanması ağ detalların təhrif olunmasına səbəb olur.
Buna görə də maksimal buraxıla bilən qiymətdən artıq olan məhdudlama küylərinin gücü müəyyən edilməli və
onların kompensasiya olunması üçün tədbirlər görülməlidir. Bunun üçün bir çox metoddan istifadə olunur. Bunlardan biri
məhdudlama küylərinin kompensasiyası üçün dinamiki diapazonun adaptiv kompressiyası (sıxılması) metodudur [2].
İdarəetmənin modelləri və metodları rabitə nəzəriyyəsində verilmişdir. İdarəetmə işi burada identifikasiya
(tanınma) tapşırığı, vəziyyətin qiymətləndirilməsi və idarəetməyə (determinə olunmuş və ya stoxastik) bölünür.
Determinə olunmuş idarəetmədə idarəedici siqnal müəyyən olunur və bu siqnal sistemin vəziyyətini elə dəyişə bilər ki,
qoyulan məqsəd əldə oluna bilsin. Bu zaman xarici maneələrin təsiri nəzərə alınmır. Optimal idarəetmə ən effektli
idarəetmədir.
İdarəetmənin ideal şərtlərini determinə olunmuş idarəetmə xarakterizə edir. Real halda isə xarici təsirlər həm
idarə olunan obyektə, həm də ölçmə blokuna təsir edir. Rabitə nəzəriyyəsində belə şəraitdə olan stoxastik idarəetmə sxemi
təklif olunmuşdur (şəkil). Burada idarəolunan sistemin verilmiş xarakteristikalarına və xarici maneələrin və ölçmə
maneələrinin ehtimal xarakteristikalarına görə sistemin idarəetmə alqoritmi müəyyən olunur və bu alqoritm hesabına
keyfiyyət kriteriyasının ekstremal qiyməti təklif olunur.
Təklif olunmuş sxem əsasında TV yayım parlaqlıq siqnalının dinamiki diapazonunun tənzimlənməsi sxemini
tərtib edə bilərik. Sxemə tənzim olunan söndürmə əmsallı attenyüatorun qoşulmasını təklif edirik. Tənzimləmə üçün
məhdudlama küylərinin gücü ölçülməlidir. Lakin məhdudlama küylərinin gücünün spektri çox genişdir [3]. Ona görə də
ölçülmə traktında spektrin sıxılması sxeminin istifadə olunmasını təklif edirik.
Şəkil. Sistemlərin stoxastik idarəetmə sxemi
Nəticə
Məhdudlama küyləri kvantlanan siqnalın dinamiki diapazonu maksimal kvantlama səviyyəsindən artıq olduqda
baş verir. TV yayım parlaqlıq siqnalının dinamiki diapazonunun tənzimlənməsi sxeminə tənzim olunan söndürmə əmsallı
attenyüatorun qoşulması və ölçülmə traktında spektrin sıxılması sxemindən istifadə olunması məhdudlama küylərinin
azaldılmasına imkan verir.
Do'stlaringiz bilan baham: