______________________________________________________________________________________ X.H.Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə Xəyyam Hadı oğlu Mirzəzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2015-ci il.
______________________________________________________________________________________ Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.
Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirmiş və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaratmışdır. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkar Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2015-ci il.
______________________________________________________________________________________ N.S.Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
______________________________________________________________________________________ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-ictimai və mədəni həyatında göstərdikləri xidmətlərə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar həkim”
Ağarzayeva Rima Mehdi qızı
Əliyev Xanlar Əsgər oğlu
“Əməkdar müəllim”
Əhmədov Natiq Əhməd oğlu
Hüseynov Səbuhi Şulan oğlu
Qaraşov Hüseyn Tapdıq oğlu
“Əməkdar jurnalist”
Dadaşov Aqil İsax oğlu
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Əliyev Rasim Həmid oğlu
İbrahimov Ceyhun Əliqulu oğlu
“Əməkdar mədəniyyət işçisi”
Alxasov Cavanşir Ağasəlim oğlu
Eyvazov Vaqif İliç oğlu
Əliyev Əlverdi Kərəmət oğlu
Mehtiyev Əbülfəz Balaxan oğlu
Məmmədov Akif Musa oğlu
Məmmədov Rəhman Nazim oğlu
Muradov Cahangir Əlisahib oğlu
Rzayev İmran Sədulla oğlu
Şirəliyev Mahir Kərim oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2015-ci il.
______________________________________________________________________________________ Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2015-ci il.
______________________________________________________________________________________ Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar elm xadimi”
Balakişibəyli Şahin Abdulhəlim oğlu
Əkpərov Zeynal İba oğlu
Əliyev Kamran İmran oğlu
Haşımzadə Firudin Məmməd Əli oğlu
Kazımov Qəzənfər Şirin oğlu
Qasımlı Məhərrəm Paşa oğlu
Qaşqay Rəna Bəyim Mir Tağı qızı
Muradov Şahbaz Musa oğlu
Mustafazadə Tofiq Teyyub oğlu
Səfərli Hacıfəxrəddin Yəhya oğlu
Vəlixanova Nailə Məmmədəli qızı
Yetirmişli Qurban Cəlal oğlu
Zamanov Paşa Bayram oğlu
“Əməkdar mədəniyyət işçisi”
Abbasova Mahirə Əkbər qızı
Babaxanlı Gülbəniz İbrahim qızı
Baxşəliyeva Sona Əli qızı
Cəfərova Əminə Məzahir qızı
Əliyev Fəxrəddin Vəli oğlu
Mehdiyev Tələt Rzaqulu oğlu
Məmmədvəliyev Seyfəddin Mansum oğlu
“Əməkdar mühəndis”
Abbasov Vasif Bilal oğlu
Abdullayev Bəylər İbrahim oğlu
Abdullayev Fətəli Nəriman oğlu
Ağayev Adil Mustafa oğlu
Əfəndiyeva Elza Niman qızı
Ələkbərov Rəşid Qurbanəli oğlu
Əmirov Əjdər Məmmədəli oğlu
İskəndərov Ramiz İman oğlu
Kərimov Kamal Teymur oğlu
Quliyev Qəmbər Ağaverdi oğlu
Məmmədov Rüfət Fərzulla oğlu
Rəhmanov Rəhman Ağaverdi oğlu
Rüstəmov Muxtar İbrahim oğlu
Rzayev Pərviz Fikri oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2015-ci il.
______________________________________________________________________________________
Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2016-cı ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.
Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2015-ci il.
______________________________________________________________________________________ Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək “Azərbaycan” xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir. Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğunu nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2015-ci il.
______________________________________________________________________________________ E.M.Paşayevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan Respublikasında musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Mir Cəlal qızı Paşayeva “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2015-ci il.
______________________________________________________________________________________ Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.
Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin zənginləşdirilməsi və tanıdılması işinə sanballı töhfələr vermiş bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2015-ci il.
\______________________________________________________________________________________ Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ISESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2015-ci il.
______________________________________________________________________________________ C.M. Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci il.
______________________________________________________________________________________ Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Dadaşova Zahirə Cabir qızı
Qəmbərova Şəhla Əliheydər qızı
Musazadə Rəfiqə Mirzə qızı
Tahirova Nazilə Rəhman qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2015-ci il.
______________________________________________________________________________________ Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2015-ci il.
______________________________________________________________________________________ “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi münasibətilə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qocayeva Gülbəniz Göyüş qızı
Məmmədova Elmira Əbdül qızı
Sultanov Afiq Əsgər oğlu
“Tərəqqi“ medalı ilə
Adıgözəlov Vaqif Abasqulu oğlu
Adıgözəlova Pakizə Fərrux qızı
Bakıxanova Fəridə Ağasəf qızı
Cabarova Esmira Kamal qızı
Əliyeva İntizar Ağaələkbər qızı
Əliyeva Nazilə Osman qızı
Hətəmova Lalə Qurban qızı
Hüseynova Xuraman Gülbudaq qızı
Hüseynova Nailə İbrahim qızı
İbrahimov Böyükağa Rahib oğlu
Mütəllim-zadə Rafael Xeyrulla oğlu
Rəhimov Qərib Əli oğlu
Yusifova Rəna David qızı
Yüzbaşova Xumarxanım İsmayıl qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2015-ci il.
______________________________________________________________________________________ “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi münasibətilə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
Əməkdar jurnalist”
Mehrəliyeva Sevda Möhübbət qızı
Rəhimova Rühəngiz Əmir qızı
“Əməkdar mədəniyyət işçisi”
Abdullayev Ziya Hüseyn oğlu
Baxşıyeva Züleyxa Əli Abas qızı
İmaməliyeva Validə Məmmədhüseyn qızı
Qənbərova Lalə Ənvər qızı
Məlikov Rauf Seyfullayeviç
Nəcəfov Bəxtiyar Cəniyar oğlu
Niyazova Səidə Heydərovna
Orucov Möhübbət Bilal oğlu
Zeynalova Əxtər Salman qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2015-ci il.
______________________________________________________________________________________ Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əzizov Ruhulla Nəcəf oğlu
Qasımova Rühəngiz Nağı qızı
Seyidov Tərlan Mir Əşrəf oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2015-ci il.
______________________________________________________________________________________ Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
“Xalq rəssamı”
İbadullayev Əli Əziz oğlu
Yunusov Qəyyur Habil oğlu
“Əməkdar incəsənət xadimi”
Əmirov Əli Məmməd oğlu
Şəfiyeva Nərgiz Mahmud qızı
Talıbzadə Aydın Ağa Yunus oğlu
“Əməkdar artist”
Bunyatova Tamilla Faiq qızı
Camalzadə Vüqar Vaqif oğlu
Cəfərov Əlvida Məhərrəm oğlu
Eyyubov Musa Eyyub oğlu
Əliyev Sərvər Bəhlul oğlu
Həşimzadə Xanlar Allahverdi oğlu
İbrahimova Nigar Rəfael qızı
İsmayılov Salamulla Xeyrulla oğlu
Nəcəfova Röyalə Yaqub qızı
Nəcəfova Zemfira Musabala qızı
Yaqubov Şıxı Miriş oğlu
“Əməkdar rəssam”
Ağamalov Məlik Arif oğlu
Eldarova İrina Nikolayevna
Kostina İnna Valentinovna
Mehdiyev Rəşad Rafiq oğlu
Rzayev Asif Hüseyn oğlu
“Əməkdar jurnalist”
Cəmilov Adil Savalan oğlu
İbrahimova Solmaz Mirzə qızı
Zeynalov Qulu Ağsəs oğlu
“Əməkdar mədəniyyət işçisi”
Abbasova Olqa Aleksandrovna
Çobanov Musa Nəbi oğlu
Əsgərov İlham Elxan oğlu
Həsənov Vidadi Allahverdi oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2015-ci il.
Do'stlaringiz bilan baham: |