Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL



Download 12,01 Mb.
bet38/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   ...   31   32   33   34   35   36   37   38   39

Qaynaqça


  1. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  2. Rəsulzadə M. Ə. Qövm və millət. “Azərbaycan”, il 1, sayı 12, mart 1953, Ankara.

  3. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).


Sürünmək üçün doğulmuşlar uçmağı bacarmazlar

Nemət Pənahlı rus ordusu ilə əhatə olunan, insanları dağıtmaq üçün kommunistlərin və «Nümayiş Komitəsinin» təxribatçı təbliğati bombardımanına məruz qalan Meydanın son dramatik günlərini xatırlayaraq yazır: «Artıq neçə gün idi ki, tribunadan mikrofonları yığışdırmışdılar. Çıxışımı meqafonla edib, rus DTK-sının nümayəndələri görüşüm haqqında xalqa hesabat verib, vəziyyəti Meydanı tərk etməməkdə qəraralı olan və sürəkli olaraq «Ne-mət! Ne-mət!» çığıraraq mənə dəstək verən fədakar insanlara izah etdim. Demək olar ki, Meydanı tərk edən olmadı. Xalqımız ortaya iradə qoymaqda qərarlı idi. Mən də onlar kimi düşünür və əslində bunu onlara elə özüm aşılamışdım. Heç bir nəticə əldə etmədən Meydanı tərk etmək qorxaqlıq, rüsvayçılıq olardı.

İnsanlar 15-16 gün idi ki, Meydanda idilər, yorğun, ac və susuz olmalarına rəğmən, hər cür fədakarlığa hazır idilər. Ya tələblərimizə cavab verilməli, ya da Meydan zor gücünə dağıdılmalı idi. Şərəfli sonluq yalnız bu cür ola bilərdi. Babəkin, Koroğlunun övladlarına Meydandan qorxaq tülkü kimi qaçmaq yaraşmazdı. Bədnam nümayiş komitəsinin üzvləri insanları məhz buna çağırırdılar» (1, s. 180).

Burada bir qeyd etməliyəm ki, həmin komitənin üzvlərindən yalnız Elçibəy sonuncu gün bütün tərəddüdlərini bir kənara ataraq, bütünlüklə xalqın və Nemətin tərəfinə keçdi və Meydanın rus əsgərləri tərəfindən vəhşicəsinə dağıdıldığı gecə də xalqla, Ədalət Tahirzadənin «Nemətpərəstlər» adlandırdığı, Hatəminin isə «qızılbaşlar» kimi öyüb mədh etdiyi fədakar insanlarla birlikdə oldu, Nemətin cəsur əsgərlərindən birinə çevrildi.

Həmin dövrdə Nemət Pənahlı Elçibəyə çox inanır və onu çox sevirdi. Bu onun «Əbədiyyət yolçusu» kitabının əvvəllərində onun haqqında yazdığı xoş sözlərdən də açıq-aydın hiss edilir. Elçibəy də onu, eləcə də 30 illik dostu Hatəmini meydanda tək qoya bilməzdi. Baxmayaraq ki, Hatəmi Elçibəyi daim sərt tənqid etmiş, dəfələrlə qorxaqlıqda və satqınlıqda suçlamışdı, onların bir-birilərinə olan dostluq hissləri hələ də qalırdı. Hatəmini də başa düşmək olardı, necə deyərlər, uman yerdən küsərlər.

Elçibəylə Hatəminin dostluğu çox qəribə dostluq idi, Meydan dağıdıldıqdan sonra birlikdə yatdıqları zindan da fikir ayrılığı üzündən savaşmışdılar.

Nemət bəy davam edir: «Xalqın rus imperializminin zülmkar və amansız simasına şahid olacağı və imperializmin gerçək mahiyyətini daha dərindən anlayacağı dəqiqələrə isə bir sutkaya yaxın vaxt qalırdı. Azərbaycan xalqına «xilaskar» kimi təqdim edilən işğalçı, qaniçən ordunun hərəkətə keçəcəyini isə, demək olar ki, hamı hiss edirdi, bilirdi. Nə isə, xalqımız şanlı tarix yazmağa hazırlaşırdı. Hökumətin, ordunun və nümayiş komitəsindəki satqınların birlikdə gördükləri tədbirlər nəticəsində Meydan hər keçən gün əriməkdə davam etmiş, millət ələkdən keçirilmiş, ortada xalqın əsil qaymağı qalmışdı» (1, s. 180).

Ordunun hərəkətə keçdiyi gecə mən bizimlə birlikdə qalan 5 minə yaxın əliyalın insanı 300 Spartalı ilə müqayisə etmiş və onlardan biri olmağımdan çox böyük qürur duymuşdum. Maraqlıdır ki, heç birimiz də qətiyyən qorxmurduq. Məhəmməd Hatəmi, Xəlil Rza Ulutürk və Mənsur Əlisoy kimi fədakar insanların Meydanda olması, Nemətə arxa çıxmaları hamıya əlavə cəsarət verirdi. Nemət isə 300 Spartalının başında duran Leonidi xatırladırdı. Amma finala hələ bir sutka qalırdı.

Nemət Pənahlı daha sonra yazır: «Elə ki mitinqi hakimiyyətin və mafioz klanların nəzarətindən və təsir dairəsindən çıxarıb, tamamilə ələ alıb, Milli Azadlıq Hərəkatına çevirdik, hakimiyyət Meydanı dağıtmaq üçün bütün dövlət aparatını işə saldı.

Bir tərəfdə - tribunada hakimiyyətin ona verdiyi imtiyaz və mikrofondan istifadə edən Sabir Rüstəmxanlı, o biri tərəfdə - Meydanın tam ortasında əlində meqafon tutan mən üz-üzə, qarşı-qarşıya durmuşduq. Özünü dövlətin səlahiyyətli nümayəndəsi kimi aparan Sabir milləti Meydanı boşaltmağa çağırırdı. Sabirin ətrafındakı adamlar, konkret olaraq, Vəli Məmmədov və Aydın Məmmədov məndən Meydanı dağıtmağı tələb edirdilər. Onlarla kütlənin önündə apardığımız dialoq yarım saatdan artıq çəkdi. Onlar bir tərəfdə, mənsə digər tərəfdə qarşı-qarşıya gəlmişdik. Bu, iki fərqli ideologiyanın, siyasi mövqeyin qarşıdurması idi. Dedim ki, tələblərimiz yerinə yetirilməyincə, Meydandan ayrılmayacağıq» (1, s. 181).

Mən Nemətin yazdıqlarının üzərinə bir qədər sonra yenidən qayıdacağam. Hələliksə Ə. Tahirzadənin dekabrın 4-də (1988) etdiyi qeydlərlə tanış olaq. Həmin qeydlər sadəcə saat 01.00-dən saat 13.30-a qədər olan zaman kəsimində baş verənləri əks etdirir:

«04 DEKABR 1988.

01.00. Çadırda oturmuşduq. Birisi gəldi ki, ay camaat, meydana! Nemət deyir ki, qələbə çalmışıq. Hamı çıxdı, aclıq çəkənlərin çadırı başına toplaşdılar.

***

Bir çox adamdan eşitdiyimə görə, televiziyada Namiq Zeynalovun müsahibəsi Mərkəzi Komitə katibi Rafiq Zeynalovun təkidi ilə onun kabinetində çəkilib. Bir milis ağzından qaçırıb. Dünən Yazıçılar İttifaqında R. Zeynalovu bu işə görə qəbul etməyiblər.



01.07. Əbülfəz: Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik…

1.25. Nemət KQB-də ona qarşı sürülən ittihamlara verdiyi cavablardan danışdı və Əbülfəz kimi o da söylədi ki, əməkdaşlar onun cavabları qarşısında tərksilah oldular. Sonra Nemət dedi ki, mübarizəmiz sonadək davam edəcək. Hərə özünə cavabdehdir, mən heç kəsi qalmağa dəvət etmirəm. Zorla saxlamaq istəmirəm…

7.15. Camaat yenə həyəcan siqnalı ilə meydana çağırdılar. “Abşeron” mehmanxanası tərəfdən aramsız gurultu gəlir. Camaat qaçıb bu tərəfi tutdu. Əslində onlar “Azərbaycan” mehmanxanası tərəfdən gəlib burada dayanmışlar və 10 dəqiqədən sonra yenidən geri qayıdırlar. Geri qayıdanda camaat tez “Azərbaycan” mehmanxanası tərəfə qaçıb burada girəcək yolunu kəsdi. Üç oğlan əllərində Leninin portretlərini tutub. Qabaqda “əfqan”lar sıra ilə dayanıb. 21 tank, sonlarında isə bir hərbi yük maşını yanımızdan ötüb “Azərbaycan” mehmanxanasının üstü ilə keçən küçəyə girib gözdən itdi. Çox güman ki, meydan boş olsaydı onlar buranı tutmaq istəyəcəkdi. Ancaq cavanların (onların içində xeyli qız, qadın da var) tank qabağı kəsməyə necə cəsarətlə getdiyini görəndə adamın ürəyi açılır. Nemət də (əynində palto) camaatın içindədir.

***


Ermənistandan bir nəfər də azərbaycanlının maşınını, əmlakını sağ-salamat buraxmayıblar. Bütün maşınları yandırıb, əziblər.

***


Vidadi Həsənov (Lökbatan) qolu qırmızılı, vətənpərvər oğlanlardan biridir. Tankın qabağına yüyürənlərin önündə gedir. Çadırda bizim yataqxanada qalan Bəxtiyar Məmmədov, qohumu Əsgərova Nəzakət (o da tankın qabağına çıxırdı) sabahadək qaldılar. Sahib Məmmədov, Əfzələddin Əsgərov və Vəli Nəbiyevlə Lökbatanın Dmitrov adına zavoduna (fəalı Məskən adlı oğlandır) məxsus çadırda oturmuşduq. Başqa yoldaşlar da vardı. Şəkili Qəzənfər xalqı mehribanlığa, inciklikləri unutmağa, xalqda yalnız müsbət keyfiyyətlər görməyə çağırırdı.

8.30. Çadırda qızğın mübahisə gedir. Millətin birliyi problemləri müzakirə olunur. Ortaya qarışıq nikahlar məsələsi çıxır. Bu problemin mühümlüyündən danışılır. Məskənin söhbətindən: Dekabrın 1-ində APİ-nin akt zalına Ermənistandan gəlmiş adamları gətirdilər. Tyaqunov və onun müavinini də çağırdılar. İki qadının başını qırxmışdılar, birinin üzünə xaç çəkmişdilər. Təxminən 11-12 yaşlı oğlan uşağının barmaqlarını qapı arasında qırmışdılar. Şəkil çəkmək istədilər, Tyaqunov qoymadı. Dedi ki, ermənilərin vəhşiliyinə mən inanmırdım, indi inandım. Elə həmin gün o, Samsonova (Yerevanın komendantı) göstəriş verib ki, azərbaycanlıları Ermənistandan təhlükəsiz köçürsünlər.

8.45. “Həyacan siqnalı” verildi. Bəlli oldu ki, əsgərlər növbəni dəyişiblər. (Bu vaxt onlar çox göründü). 124 nömrəki BRDM (tankabənzər) “Azərbaycan” mehmanxanası tərəfdə girəcəkdə hazır dayanmışdır. Üstündə ucadandanışanlar da qurulmuşdur. Bir az aralıda - Üzeyir Hacıbəyov küçəsində isə bir dəstə əsgər toplaşıb. Şayiə gəzdi ki, saat 3-də Vəzirov çıxış edəcək (harada - dəqiqləşdirilmədi).

9.20. Qrip məni birtəhər edib, gözlərimi aça bilmirəm. Yaş hey süzülür.

9.45. Şəhədən bir oğlan gəldi. Pasportunu keçiddə girov qoyub gəlib ki, yarım saata qayıdıram. Dedi ki, heç kəsi buraxmırlar. Bizim uşaqlar dedilər ki, gedin, camaata deyin axışıb gəlsinlər.

Gecə qalanların çoxusu çıxıb gedib. Bu saat meydanda çox az adam qalıb (təxminən 220-250nəfər. Çadırlardan xəbərim yoxdur).

10.00. Nemət camaatın içində gəzir, adamları ruhlandırır. Qızlar onu görmək, onunla söhbət etmək istəyirlər. Fotoaparatla şəklini çəkənlər də var.

10.03. Tyaqunov camaata müraciət etdi: Sov. İKP MK adından deyirəm ki, mitinqlər keçirilməsi qadağan edilib. Sizi meydanı tərk etməyə, qərara əməl etməyə çağırıram. Əks halda güc tətbiq olunacaq. Camaat meydanın mərkəzinə doğru axışdı. Müraciət yenə təkrar edildi. (Səs lentə yazılıb). (Fitə basdılar).




Meydandan bir görüntü
11.25. İndiyədək Tyaqunovun müraciəti 5-6 dəfə təkrar edilib (hər 15 dəqiqədən bir). Meydanın ətrafı milis dəstələri ilə gücləndirilir. Hökumət evinin yuxarı (şimal) hissəsində 5 “İkarus”avtobusu (içi dolu əsgər) durub. Azərbaycan xalq hərəkatı 18-inci gündə möhkəm məngənəyə salınıb. Meydanda təxminən 5000 qalıb. Tələbələr (əllərində Azərbaycanın bayraqları, Lenin və Qorbaçovun portretləri) “Azərbaycan” mehmanxanası tərəfdə Lenin prospektinin girişini kəsiblər və meydanda əsgərlərlə üzbəüz qalın cərgə düzəldiblər. Bəli, camaatın meydandan zorla çıxarılacağı göz qabağındadır. İçəri adam buraxılmır. Heç nə tapmasalar adamları kənardan tam təcrid edib ac-susuz saxlayacaq və bu cür “sülh” yolu ilə dağılmasına nail olacaqlar. Döyülmə ehtimalı daha çoxdur. Hər iki halda xalq mənəviyyatca əzilmiş, məğlub edilmiş halda tərk etməli olacaq meydanı. Bu isə, sözsüz ki, xalq hərəkatının son nəfəsi deməkdir. İndi aydın olur ki, axşam S. Rüstəmxanlının şuxluqla dağılmaq təklifi düzgün qərar imiş. Hər halda, indinin özündə də ən doğru yol əzilməmiş (ruhən və cismən) halda kütləvi şəkildə meydandan çıxmaqdır. Ancaq camaat hələ yerində möhkəm durub. Nemət dediyindən dönmür. Mən nümayiş komitəsi üzvləri ilə məsləhətləşmək, bu işə əncam çəkmək üçün komitənin qərargahına gəldim. Səfər Alışarlı, İsa Qəmbərov, Aydın Məmmədov və başqaları burada idilər. Onlar da vəziyyət qarşısında aciz idilər və öz fikirlərini Sabir vasitəsilə xalqa yetirmişdilər.

11.55. Qərargahdan qayıdarkən əsgərlər meydana dönməyə icazə vermədilər. İçəri keçmək istəyən beş-on nəfər də gözləyirdi. Pənahi Makulunun oğlu da onların arasında.

12.20. İki əsgər gəlib sənədlərimi yoxladı və nə yazdığımla maraqlandı.

12.25. Mikayıl Mirzəyev (artist):

- Azərbaycana 110 min əsgər yeridilib. Əfqanıstana isə 100 min aparılmışdı. (Nümayiş komitəsinin qapısı ağzında söhbət edirik).

***


Saat təxminən 13.30-da gördüm ki, ayaq üstə dura bilmirəm: gözlərimin yaşı və burnumun suyu dayanmır. Ağzımı isti şərflə bağlasam da xeyri olmadı. Artıq gözlərimi aça bilmirəm. Yazı yazmağım isə daha mümkün deyil. Onsuz da, meydana buraxmırlar. Lenin prospektində daha iki tank səddini aşıb (Xaqani və 28 aprel küçələrinin tinində) 28 aprelə çıxdım və özümü taksiyə saldım. Evə çatıb yatağa düşdüm. Halım çox pis idi. Axşamüstü Ənvər Əliyev və Qorxmaz Məmmədov mənə baş çəkməyə gəldilər. Onlardan öyrəndim ki, mən gələndən sonra - saat 15-də camaat Ü.Hacıbəyov küçəsində əsgər səddini yarıb və meydana girib. Basabasda əsgərlərin dəyənəklərini əllərindən alıblar. Dəyənəkləri onlara qaytarmağı xahiş ediblər. 20-30 nəfar qaytarıb verib. Beləliklə, camaat bu gecə də orada qalıb. Təəssüf ki, xəstəlik yenidən meydana qayıtmağa mənə imkan vermədi.

***


Srağagün (ayın 2-si) Asif Əsgərov dedi ki, Baksovetdə İran konsulluğunun qarşısında xeyli adam yığışıb, milis Kommunist küçəsi ilə Axundov bağı tərəfdən yolları kəsib. Adamlar azərbaycanca və farsca şüarlar söyləyib, İranda edam edilən 5000 məhbusun ölümünə etiraz olaraq Xomeyniyə lənət yağdırırdılar. (Sonra mitinqdə Məmmədəli Müsəddiqdən öyrəndim ki, ölənlər müxtəlif millətlərdəndir və sayı da azdır; bu edamların bizim hərəkatla bağlılığı yoxdur).

***


Bu gün qəzetlərdə SSRİ xalq deputatları seçkiləri haqqında SSRİ qanunu və seçkilər haqqındaSSRİ AS RH-nin qərarı dərc edilib. Seçkilər 26 mart 1989-ildə olacaq» (3).

Sonrakı hadisələr barədə Nemət Pənahlı yazır ki, gecədən xeyli keçmiş Allahşükür Paşazadə gəlir. O da dağılışmaq lazım olduğunu söyləyir. Ümumi razılıq əldə edilmir. Edilməsi də mümkün deyildi. Çünki xoşluqla getmək Azərbaycan xalqına şərəf gətirməzdi və Meydanda qalan sonuncu 1000-1500 nəfər də buna heç cür razılaşmazdı (1, s. 182).

Məncə, Nemət rəqəmdə səhvə yol verir. Qalanları sayı 5000 nəfər olardı. Çünki səhər Meydanda olanlardan çox az adam oradan getmişdi. Gəlmək istəyənləri isə buraxmırdılar. Əks təqdirdə Meydanda 5000 yox, ən azı 200-300 min, bəlkə də daha çox adam olardı.

Nə isə cəmi 5000 nəfər və ya da Nemətin sözləri ilə desək, 1000-1500 nəfər qalmışdıq. Paşazadə və Vəli Məmmədov hələ meydanda idilər: «Kimlər idi bu 1000-1500 nəfər? Hamısı ürəyində Vətən və Millət sevgisi olan, bu yolda canından keçməyə hazır olan azadlıq aşiqləri idilər. Şeyxülislam və Vəli Məmmədov onları inandırmağa çalışır, onlarsa «Öldü var, döndü yox!» deyə şüar verirdilər.



Şeyx-ül-İslam Allahşükür Paşazadə
Təbliğatın faydasız olduğunu görən Paşazadə və Məmmədov Meydanı tərk etdilər…

Elə bu zaman bizə məlumat verdilər ki, meysanın kənarında dayanmış avtobusun içində Fətullah Hüseynov, Kamil Məmmədov və general Tyaqunov oturublar, səninlə görüşmək istəyirlər» (1, s. 182).

General M. Tyaqunov
Görüş baş tutsa da, razılıq əldə edilmir…

Ulu öndərimiz M. Ə. Rəsulzadə yazır: «Siyasi, ictimai və milli hərəkatlar obyektiv və bir takım şərtlərin məhsuludur. Coğrafi, iqtisadi, qövmi, kültürəl və tarixi amillərin birləşib qaynaşması və gəlişib şəkillənməsi nəticəsində yaşanan zamanın hakim ruhu ilə müvazi olaraq müəyyən hərəkatlar doğar. Obyektiv şərtlərlə ilgili olan bu hərəkatların oluş sıralarını anlamaq və bu oluşu müəyyən aksiyalarla istənilən istiqamətdə olğunlaşdıra bilmək üçün hərəkatların sövq və idarəsi subyektiv bir sıra amillərə möhtacdır. Siyasi olsun, ictimai olsun bütün hərəkatların təşkilatlanmasında müşahidə olunan fikir, anlayış və metod ayrılıqları subyektiv amillərin obyektiv şərtlərə, digər təbirlə, yaşanan dövrdə mövcud reallıqlara nə dərəcəyə qədər uyub-uymadığını təqdir fərqindən irəli gəlir.

Hərəkatları idarə edənlərdən bir qismi, ideyalara və ideya sistemlərinə əhəmiyyət verir, tarixin inkişaf şərtlərilə ayaq uydurmaq zərurətilə özlərinə elmi əsaslara istinadən bir sistem düşünür və sistemdəki əsaslara sadiq qalaraq hərəkət edərlər. Bunlar idealistlərdir.



İdealistlər, tarixdəki real hadisələri inkar etməməklə bərabər, bu reallıqların istənilən ideal istiqamətdə inkişafını təmin üçün gərəkən tədbirləri alırlar. Buna müqabil oportunistlər vardır ki, bunlar tarixin seyri və varılacaq hədəflə çox məşğul olmadan o gün, həmən bir rol oynamaq üçün, subyektiv ünsürü göz önündə bulunduraraq, özlərini axıntıya buraxırlar. Axıntının qafiləni (idarəsiz gəmini) istənilən sahildən başqa bir yana götürüb - götürməməsilə çox ilgilənməzlər» (2).

Biz – Meydanda qalanlar idealistlər idik. Meydanı dağıtmaqda hakimiyyət dairələrinə yardımçı olan «Nümayiş Komitəsi»nin üzvləri bizi başa düşmək imkanında deyildilər. Çünki, M. Qorki demişkən, sürünmək üçün doğulmuşlar uçmağı bacarmazlar… (4).


Qaynaqça


  1. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  2. Rəsulzadə M. Ə. Qövm və millət. “Azərbaycan”, il 3, sayı 33, dekabr 1954, Ankara.

  3. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).

  4. Горький M. Песня о Соколе. М. Горький. Полное собрание сочинений. Художественные произведения. Т. 2. М.: Наука, 1969.


Meydanın son gecəsi və sabahı gün

Tofiq Türkelin sözlərinə görə, Meydanın son gecəsi orada qalanların sayı 300-400 nəfər imiş. Bu fikir həqiqəti qətiyyən əks etdirmir. 300-400 nəfəri polislə də asanlıqla dağıtmaq olardı. Bunun üçün onlarla hərbi texnika və minlərlə rus əsgərinə ehtiyac yox idi. O yazır: «Meydanda qalanlara müraciətlər oldu. Orda qalanlar elə də çox deyildi. Aşağı-yuxarı 300-400 nəfər olardı. Öndə əsgərlər gəlirdi dəmir dəbilqələrlə, qalxanlarla, dəyənəklərlə. Arxadan bunları hərbi texnika müşaiyət edirdi. Camaatı tribuna tərəfə sıxırdılar» (1).

Nemət Pənahlının söylədiyi 1000-1500 nəfər (3, s. 182) rəqəmi də mənə qətiyyən inandırıcı görsənmir. Bunun üçün də meydana bu qədər hərbi güc tökməyə qətiyyən ehtiyac olmazdı. Meydanda qadınlarla birlikdə ən azı 5000 adam vardı. Onlar da meydanı tərk etmək istəmirdilər.

1988-ci ilin noyabrın 17-ni xatırlayan Siyavuş Mustafayev yazır ki, meydandakıları sovet əsgəri dağıtmalı oldu, dekabrın 4-dən 5-ə keçən gecə, saat 3-də (1). Onun sözlərindən belə məlum olur ki, «Nümayiş Komitəsi» üzvlərindən təkcə Elçibəy deyil, ən son anda Tağı Xalisbəyli də xalqın tərəfinə keçibmiş və həmin gecə orada imiş: «Nemət Pənahlıydı, rəhmətlik Xəlil Rza Ulutürküydü, Tağı Xalisbəyliydi, Əbülfəz Elçibəy idi. Bunlar ortada idilər, biz də onları dairəyə aldıq və oturduq yerə. Yəni biz dinc mitinq edirik, bizi dağıda bilməsinlər. Sonra yaşlılar, lap axırda qadınlar və idmançılar idi» (1).

Deməli, Ə. Tahirzadənin hətta «Nümyiş Komitəsi»ndəki naxçıvanlıların da Nemətdən üz döndərdiyi barədə söylədiyi fikir həqiqəti əks etdirmir.

Əlbəttə ki, aparıcı rol Nemət Pənahlıya aid idi. Həmin dövrdə «Nümayiş Komitəsi»nin üzvlərindən biri olmuş İsa Qəmbər təsadüfən demir ki, «Nemət Pənahlı bu xalqın yetirdiyi böyük bir fitri istedaddır. Nemət Pənahlı təsadüfi hadisə deyildi, bir fenomendir o, - Allah qapısını açsın, - sonralar nə səhvləri olub, hansı addımları yanlış atıb – bu, başqa söhbətdir. Amma 1988-ci ildə Nemət bir fenomen idi. Polşa xalqı Lex Valensanı gətirib prezident edə bildi. Biz Neməti o şəkildə dostcasına yönəldə bilmədik, xətdə saxlaya bilmədik» (2).

Əli Kərimli Meydan Hərəkatında xüsusi rolu olan Ənvər Əliyev və Nemət Pənahlının adını xatırladaraq qeyd edib ki, Nemət Pənahlının… meydandakı fəaliyyətini danmaq olmaz  (2).

Maraqlıdır ki, Nemət Pənahlının əleyhdarları onun Meydan hərəkatı dövründəki lider mövqeyini danmasalar da, onu gözdən salmaq üçün xalqı oturub-durmağa məcbur etməsini ən əsas irad kimi tuturlar. Və bundan başqa deməyə bir söz tapa bilmirlər. Tofiq Türkel 2011-ci ildə 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı İctimai Palata tərəfindən Müsavat Partiyasının ofisində keçirilmiş tədbirdəki çıxışında həmin məsələyə aydınlıq gətirərək, meydanda insanlara “otur-dur” komandası verilməsinin maraqlı tarixçəsindəni belə anladıb:  «Meydandakı sıxlığın soyuq havada idarə edilməsilə bağlı Əbülfəz Elçibəy o zamanın tanınmış psixoloq-alimi Səadət Hələtaini məsləhət üçün meydana dəvət edib. O da bildirib ki, meydandakı yorğunluğu aradan qaldırmaq üçün vaxtaşırı sağdakıları sola, arxadakılar önə keçirmək və oturub-qalxmaq lazımdır. Əbülfəz bəy “axı bu qədər adamı necə oturdub-qaldırmaq olar?”, – deyə soruşduqda, alim kəsə yolu təklif edib: “Deyin ki, oturmayan ermənidir…» (2).

Nemət Pənahlının yazdığına görə, həmin gecə avtobusda general Tyaqunovla görüşüdən sonra meydanda görüşün məzmununu anladıb və oradakı xalq fikrini «Öldü var, döndü yox!» şüarını təkrar etməklə cavab verib: «Mənimlə bərabər Vəli Məmmədov və Allahşükür Paşazadə də gəlmişdilər. Kimsə dedi ki, gəlin bunları girov götürüb özümüzlə saxlayaq. Həmin dəqiqə mitinqçilər onları əhatəyə aldılar. Çox gərgin bir vəziyyət yarandı. Vəli ilə Allahşükürün gözləri kəllələrinə çıxmışdı, özlərini əməlli-başlı batırmışdılar. Üzlərini mənə tutub yalvarırdılar. Qəti şəkildə etirazımı bildirib, onları buraxdırdım. Onlar dərhal aradan çıxdılar.

Mitinq iştirakçılarına Meydanı boşaltmaq üçün Ali Sovetin, Nazirlər Kabinetinin, Kommunist Partiyası MK-nın, eləcə də hərbi komendantın müraciətləri oxundu. Bu müraciətlərə qarşı kəskin çıxışlar oldu. Ən təsirli çıxışları mərhum İsfəndiyar Coşğun, Əfqanıstan döyüşçüsü olmuş Xudu Xudiyev və Sevda adlı bir xanım etdilər. Bütün çıxışların məğzi bu idi ki, Meydanı tələblərimiz yerinə yetirilmədən tərk etmək bişərəflik, ləyaqətsizlikdir. Xudu dedi ki, bilirik ki, bir neçə dəqiqə sonra tanklar meydana daxil olacaq. Amma onlar bizim meyitlərimizin üzərindən keçəcək.

Mən o gecəni heç vaxt unuda bilməyəcəyəm. Gedənlər getmiş, yerdə ölümü gözünə alanlar qalmışdı. Əliyalın millət dişinə qədər silahlanmış rus ordusu ilə üz-üzə idi və heç kəs geri çəkilmək istəmirdi» (3, s. 182).

Nemət kitabında daha sonra Meydanın vəhşicəsinə dağıdılarkən yaralı bir xanımı təcili yardım maşınına aparmasından, orada millətin onu mübarizəni davam etdirə bilməsini təmin etmək məqsədilə və rus ordusundan xilas etmək üçün zorla təcili yardım maşınına basmasından və aradan çıxarılması üçün sürücüyə təzyiq etməsindən və bu yolla Meydandan çıxarılmasından danışır.

Mənsə xatirimdə qalanları sevgidəyər oxucularla bölüşməyi vacib sayıram. Hamımız yerə oturmuşduq. Öncə üzərimizə qaz buraxdılar. Fəqət külək qaz buludunu başımızın üstündən təqribən 50-60 santimetr hündürlükdə qabağına salıb apardı. Ayaq üstə durmuş və rusları söyməklə məşğul olan bir qadından başqa qazın kimsəyə xətəri toxunmadı. Qadın dərhal halsız şəkildə yerə sərildi. İki gənc onu göööydə tutub, çiyinlərinə alaraq təcili yardım maşınları istiqamətində meydandan çıxartdlar. Sonra isə rus əsgərləri hərbi texnikanın köməyi ilə bizi hər tərəfdən mərkəzə doğru sıxışdırmağa, sözün əsl mənasında presləməyə başladılar. Hər şey elə ani oldu ki, məcbur hamımız ayağa qalxmalı olduq. Bir-birimizə kip yapışmışdıq. Elə yapışmışdıq ki, müvazinəti qoruyub saxlaya bilmək üçün ayaqlardan hər hansı birini bir santimetr belə kənara qoymağa yer yox idi. Hər tərəfdə başqalarının ayaqları var idi. Ayaqlar da bir-birinə o qədər kip yapışmışdı ki, onlardan hər hansı birini bir az yuxarı qaldırmaq da mümkün deyildi. Qaldırmaq üçün diz qapağı bükülməli və azacıq önə çıxmalıdır. Bunun üçünsə bircə santimetr də olsun, yer qalmamışdı. Belə vəziyyətdə təbii ki, əsgərlərə müqavimət göstərməkdən belə söhbət gedə bilməzdi. Hamı domino daşları kimi bir-birinin üstünə yıxıldı, daha doğrusu qalaqlandı və tam iflic vəziyyətə düşdü. Yalnız ön tərəfdəkilər ayaqlarını çıxarıb qalxa və başqalarının da qalxa və xilas ola bilməsi üçün rus əsgərlərinin yaratdığı dəhlizlə irəli qaçmaq məcburiyyətində idi ki, sonrakıların da qalxması və xilas ola bilməsi üçün boşluq yaransın. Dəhlizlə qaçanların başlarına isə hər iki tərəfdən zopa yağışı yağdırılırdı. Belə bir şəraitdə əllərinlə başını qoruyaraq dəhlizlə qaçmaqdan başqa yol yox idi. Qaçmaq isə arxandakıların xilas olması üçün mütləq lazım idi. Beləcə sıra-sıra qalxır və qaçırdıq.

Növbə bizim sıraya çatanda ayaqlarımı presdən çıxarıb ayağa qalxdım və sonrakılar da xilas ola bilsin deyə irəli qaçmağa başladım. Və başımdan dəhşətli bir zərbə aldım. Gözlərim qaraldı. Nəticədə ayağım yerdə yaralı halda uzanmış birinə dolaşaraq üzü üstə yerə sərildim. Üstümə daha birisi sərildi. Bilmirəm ayağı mənə ilişdi yıxıldı, yoxsa məni zərbələrdən qorumaq üçün üstümə atıldı. Amma, deyəsən, məni qorumaq istəmişdi. Odur ki, bütün zərbələr ona dəyir, mən isə yalnız ona endirilən zərbələrin səsini eşidirdim.

Səsindən üzərimə çökəni tanıdım. Adını bilmirdim. «Qızılbaş»lardan idi və dəqiq bilirəm ki, talış idi. Qalxdım və yaralı talışın qoluna girib onu təcili yardım maşınına tərəf sürüdüm. Yaralıları daşıyanlara təhvil verib. Mitinq iştirakçılarının zorla mindirildikləri avtobuslardan birinə mindim. Bu avtobuslar bizi həbsxanalara daşımaq üçün nəzərdə tutlmuşdu.

Ruslar hərbi-texniki baxımdan bizə qarşı çox savadlı və ağıllı bir taktika tətbiq etmişdilər. Düşünürdük ki, əsgərlər gələcək, əlbəyaxa olub, qalib gələcəyik. Onlar isə üstümüzə on tərəflərinə traktorların yeri hamarlamaq üçün qabaqlarına bərkidilən mexanizmə bənzər qalxanlar bərkidilmiş hərbi texnikanı sürüb, onların vasitəsilə əl-qol aça bilməyəcəyimiz dəhşətli bir sıxlıq yaratdılar. Bizi sözün əsl mənasında presləsilər. Hərbi maşınların polad qalxanına yumruq-təpik, kəllə vuracaq deyildik ki…

Tribunalarda çox sayda silahsız azərbaycanlı milis vardı. Onlar baş verənləri görür, heç nə edə bilmədikləri üçün çarəsizlikdən ağlayırdılar. Bunu mən öz gözlərimlə gördüm.

Bizi həbsxanalara daşımalı olan avtobusların əksəriyyətinin sürücüləri azərbaycanlı idilər. Başımızda da azərbaycanlı milislər gedirdilər. Odur ki, əksər avtobuslar «Sahil» metrosunun yaxınlığında qaça bilsinlər deyə özləri maşını saxlayır, qapıları açır və «düşün, gizlənin» deyirdilər. Yalnız bir neçə avtobus əmrə tabe olub içindəkiləri həbsxanaya çatdırdı ki, onların da birində Hatəmi və Elçibəy var idi. Onların bəxti bizimki kimi gətirməmişdi.

Avtobusdan düşən kimi Mənsur Əlisoyu gördüm O, bizdən qabaqdakı avtobusda imiş. Dayanıb metronun açılmasını gözləyirdik. Birdən Mənsur bəy sağ ovcunu arxadan başıma çəkib «can!» dedi və ovcunun içində qan gördüm. Aldığım zərbədən başımın partladığını düşündüm. Amma zərrə qədər də ağrı hiss etmirdim. Odur ki, mütləq evə gedib, başımın çarəsinə baxmağın vacib olduğunu düşündüm. Evdə isə məlum oldu ki, başım xəsarət almayıb. Qan-filan da yoxdur. Mənsur bəyin əli ilə sildiyi qan isə, yəqin ki, məni qoruyan talışın qanı imiş.

Dekabrın 4-dən 5-nə keçən gecə barədə bu qədər.

Ayın 5-nin hadisələrini isə Ədalət Tahirzadədən öyrənirik. O yazır:

«05 DEKABR 1988.

Səhər, çoxlu yaralanan. Sonrasından xəbərimiz yoxdur. Qaçanları da əsgərlər döyürdülər. Hamını mühasirəyə salıb, ad-familiyasını yazıb avtobuslara doldururdular və qabaqda avtomobil müfəttişliyi işçiləri, arxasınca biz getdik. Bizim avtobusun camaatı 26-lar bağının yanına çatanda dayanmağı tələb etdi. Bizə baxıb başqaları da dayandı. Nemət də sonadək qaldı, onu aradan çıxardılar. (16 min əsgər basıblarmış meydana).

Üç tank gəldi (Şərifzadə küçəsində), yolu açdı, tələbələrə dağılmağı əmr etdi. Ancaq bizim yataqxananın uşaqları bu tərəfdə, tələbələr isə qarşımızdakı bağçada dayanıb gələn maşınları geri qaytarırdılar. Mən vəziyyəti öyrənmək üçün ADU yataqxanalarının arası ilə - pilləkənlərlə üzüaşağı düşdüm.

Universitetin qabağında tələbələr toplaşmışdılar, içəri girmirdilər. Akademiyanın yanından ötəndə gördüm ki, İnşaat İnstitutunun tələbələri Akademiyanın yanına gəlirlər. Politexnik İnstitutun tələbələri də dərsə girmirdilər.

“Elmlər Akademiyası” metrosunun qarşısında da çoxlu adam toplaşmışdı.

İctimai nəqliyyat işləmir. Şəhərdə vəziyyəti daha yaxşı bilmək üçün metroya minib “Bakı soveti” stansiyasına çıxdım. Metronun qabağında böyük bir dəstə adam durmuşdu. Gənclər çox həyəcanlı idi. İnstitutumuza gedərkən gördüm EA-nın qabağından “tətil!” səsi gəldi. Yeyinlədim, gördüm ki, Xalq Təsərrüfatı İnstitutunun tələbələri Kommunist küçəsi ilə üzü Baksovetə gəlirlər.

Saat 10-un yarısında onlar Mərkəzi Komitəyə doğru gəldilər. Filarmoniyanın tinində tanklar və 8 sıra əsgər yolu kəsmişdi. Camaat da tələbələrə qoşuldu. 2-3 min adam olardı. 132 No-liməktəbin şagirdləri pəncərələrdən qaçıb gəlirdilər. Saat 10-da Kommunist (İstiqal) küçasi ilə geri qayıtmağa başladılar. Başçı yox idi. Düzdür Hatəminin silahdaşlarından həmişə döşündə yaşıl parça, üstündə aypara emblemi gəzdirən şair (Eldar İbrahim) gedirdi, ancaq “Baksovet”in qarşısına çatanda nizamsızlıq yarandı.

10.15. Düz “Baksovet” metrosunun qarşısındakı küçadən təxminən 10 min nəfərlik izdiham gəldi. (XTİ-nun tələbələrinə demişdilər ki, dayanıb onları gözləyin; uzaqdan gələndə görmüşdülər). “Matəm” qışqırırdılar.

10.20. Hər iki dəstə Kommunist küçəsində qovuşdu.

10.25. Kommunist küçəsindən Hüsü Hacıyevə dönəndə gördüm ki, camaatın bir ucu Füzuli meydanındadır. Mərkəzi univermağın yanından ötəndə gördük ki, sağda, Nizami meydanında da adam toplaşıb. Daxili İşlər Nazirliyinin qabağından keçəndə içəri hücum etmək istədilər, cavanlar özləri qabaqlarını kəsdi. Artıq satqınlıq və xəyanətlərdən cana doymuş xalqın gözü qızmışdı. Başçı da yox. İntizamsız kütlənin əsgər əlində, tanklar altında məhv ola biləcəyini düşünəndə adamın qanı donur. Halım yenə pisdir. Allahdan onu arzulayıram ki, vəziyyətim camaatla sonadək gedə bilməyə imkan versin. Camaat küçələrlə getdikcə mağazaların bağlanmasını tələb edir, qıraqdan baxanların xalqa qoşulmasını tələb edir.

Söhbətdən: Lenin meydanında əsgərlər camaatı döyə-döyə deyirmişlər: “Beyte sobak!” (yəni “itləri döyün!”).

10.35. Füzuli heykəlinin qarşısına çatanda gördük ki, camaat Ş. Qurbanov küçəsi boyunca azadqadın heykəlinə doğru axışır. Haraya gedir, bilən çox azdır (ümumiyyətlə, bilən varmı?!). Biradam da yoxdur ki, söz soruşasan… 

Yol qırağında yaşlı qadınları neçə yerdə ağlaşan gördüm.

10.40. “Nizami” metrosu tərəfdən tankları qabağa verdilər. Bir rus zabiti tankın üstünə çıxıb tapançadan atəş açdı göyə. Camaat ora axışdı! Heykəlin çevrəsi büsbütün dolmuşdu. H. Hacıyev və Ş. Qurbanov küçəsindən gələn izdihamın sonu görünmür. Tikinti Sənayesi Nazirliyi binasının hər iki tərəfindəki küçə ilə yuxarı axışma başladı, çünki tanklar qorxudan çəkilib getdi. Böyük məktəbin (N-sini bilmirəm) boyaboy şüşəbəndi şagirdlərlə dolu idi. Qubanov küçəsindəyik. İzdihamın qabaqdan da, arxadan da ucu görünmür. Qapılar ağzında duranların çoxu qadındır və çoxu da ağlayır. Bir izdiham isə bizimlə paralel -C. Cabbarlı küçəsi ilə gedir. Bir oğlanın hər iki əlində daş vardı. 35-40 yaşlı bu adama dedim ki, daşları at. Mənə hirsləndi ki,gecə qardaşım ölüb. Mənim yerimə sən olsan tüfəng götürərsən. Sonra məni “satqın”adlandırdı.

A. Bakıxanov küçəsində - körpünün yanında hər iki küçədən gələnlər birləşdi. Camaatın məqsədini anladım - dinc matəm yürüşü keçirmək. Ermənilərlə heç kəsin işi olmadan, zavodlara gedib işi dayandıraraq yürüş etməli, kütləvi tətil yaratmalı. Camaatın içində “Xutora!”, “Ermənikəndə!” kimi çağırışlar da eşidilir. Ancaq gənclər özləri onların cavabını verir.

Söhbətdən: Nemətlə Hatəmini “təcili yardım” maşınında aradan çıxarıblar.

Başqa birisi: Nemətisəhər tutublar.

11.10. Volodarski adına tikiş fabrikinin qarşısına yığışb fəhlələri tətilə çağırırlar. Fəhlələr camaata qoşuldu. APİ-nin korpusundan tələbələri çıxardılar. Qadın şahid: 5-ə 15-dəqəgə işləmiş meydanda camaatın üzünə qaz buraxdılar və dəyənəklə döydülər. Bir qadının qucağındakı uşağın başına dəyənək vurub öldürdülər. Kimin adamı evə gəlməyibsə ya meyitxanadadır, ya da Bayılda dustaqdır.

11.20. L.Şmidt küçəsindən üzüaşağı düşərkən 15 dildə yazılmış “Yaşasın SSRİ xalqlarının qardaşlıq dostluğu!” lövhələri və bayraqları içərisindən ermənicə yazını və Ermənistan bayrağını qoparıb atdılar.

11.30. L. Şmidt küçəsində (Kamonun tini) atışma başlandı. Deyəsən, boş patron atırdılar. Opera studiyasının yanında bir qadının həyəcandan ürəyi keçdi. Qızlar ağlaşmağa başladılar qorxularından. Camaatın qabağını tanklarla kəsmişdilər. Rus əsgərləri göyə minlərcə güllə atdı. Sanki müharibə gedirdi.

11.35. Bir ağaca qara ləçək bağlayıb baş üstə qaldırdılar. Camaat küçəni kəsmiş tank cərgəsinin üstündən adlayıb keçdi! Küçə tüstü və barıt iyi ilə dolub. Tanklar ortadan çəkilməyə məcbur oldular! “Tətil!” səsləri göyə ucaldı. Xalq tanklardan güclü çıxdı!

11.40. L. Şmidt küçəsində Konservatoriyanın yanından keçəndə üstümüzdən vertolyot uçdu. Yəqin ki, izdiham haqqında məlumat toplayır. Bir dövrə vurandan sonra camaatın axınının istiqaməti ilə üzüaşağı, dənizə tərəf uçdu.

11.45. 28 aprel tinində tanklar yenə yolu kəsmişlər. Camaat 28 aprellə “Bakı” mehmanxanasına doğru axışdı. 15-61 AQS nömrəli “QAZ-51” yolu kəsmişdi. Çevrilib düzünə dayandı. Qoca kişi: Sürünməkdən ölmək yaxşıdır. 500 nəfərdən artıq adam tutulub. İşə çıxmayaq. Otumuz boldur. Ot otlayacağıq!

Lenin prospektinin tinində dünəndən qalma tankların yanından keçib Lenin meydanına getməki stəyən bəzi gənclərə qışqırıb dedilər ki, tüpürək onun meydanına! Bizə daha belə qanlı meydan lazım deyil! Camaat əsl matəm içində gedir. İzdihamın nə dalını, nə qabağını görə bilirəm. Şüar qışqıranlar da yoxdur. Maşınlar yol boyu səkinin qırağında dayanıb. Heç birinin içində sürücü yoxdur, onları da düşüb camaata qoşurlar.

11.58. Aerokassanın qarşısından keçəndə gördük ki, Yerevana getmək istəyənlərin qarşısın da əsgərlər bir cərgə düzülüb onları qoruyurlar. 84-86 DE nömrəli maşın (üstü brezentli) içəri girmək istədi, qoymadılar. Aerokassanın qabağında duran ermənilərə xorla “oğraş”, “Vazgen”, “Armyane uyezjayte” və s. deyirdilər. Əsgərlərin avtomatlarına süngülər də keçirilmişdi. Binanın 2-ci mərtəbəsində (boyaboy balkonda) 2 əliavtomatlı əsgər durub hər hansı hücuma qarşı hazır dayanmışdı.

12.08. 28 aprel küçəsində körpünün altından keçib vaqon təmiri zavodunun yanından ötəndə fəhlələri tətilə çağırmaq istədilər. Dəmir darvazaları bərk bağlanmışdı. İçəridə əsgərlər vardı. Heç kəsi bayıra çıxarmaq olmadı. Uşaqlar zavodun pəncərələrinin şüşələrini qırmağa başladılar.

12.17. Gəldiyimiz Barinov küçəsində Lenin adına maşınqayırma zavodunun fəhlələrini işə çıxmağa çağırdılar. Darvazaları bağlamışdılar.

12.20. Şaumyanın heykəlinin yanından keçəndə gördük ki, heykəli uçurmaq istəyirlər, ancaq qoymurlar. Heykəlin yanyörəsindəki bütün mərməri dağıtmışlar.

12.25. Şaumyan xəstəxanasının (indi M.Əfəndiyev) qarşısından üzüaşağı çoxlu (20-dən artıq) tank və hərbi yük maşını keçdi.

Bir “Zaporojets” maşınının sürücüsü (azərbaycanlı) yerə düşüb bir oğlanın üstünə cumdu ki, niyə məni getməyə qoymursunuz? Tökülüşüb özünü döydülər, maşınını da əzib xəmirə döndərdilər. Bu küçədə zavod və fabriklər çoxdur. Mən onların hamısının adını yazmayacağam. Hamısının qapısı bağlı idi. Hamısına da gənclər gedib fəhlələri camaata qoşulmağa çağırırdılar. Ancaq camaata qoşulanları az gördüm, daha doğrusu, görmədim.

12.35. Bariniv küçəsinin Qara şəhərə - sağa tərəf dönən dirsəyi yanında nümayişçi sıraları seyrəlib. Mən özüm yorulmuşam. Deməli, başqaları da, qızlar, qadınlar və uşaqlar da yorulub. Ancaq heç kəs dayanmır. Mənimlə yanaşı təxminən 60 yaşlı bir qadın addımlayır, dünyanın bu vaxtında gənclərimizi, qadınlarımızı qırdıranları lənətləyir. Buna baxmayaraq izdiham yenə ucsuz-bucaqsızdır. Bəziləri deyir ki, Qorbaçov Nyu-Yorka gedib BMT-də insan hüquqları haqqında məruzə edəcək. Ora xəbər vermək, bu biabırçılığı ABŞ-a çatdırmaq gərəkdir.

12.50. VNİİOLİFİN İnstitunun qarşısından keçəndə gördüm ki, bu küçənin o biri başında, lap uzaqda (Komsomol küçəsi) camaatın qarşısını kəsiblər.

13.02. Komsomol küçəsi ilə irəliləyir izdiham. Yenə camaatın qabaqdan və arxadan sonugörünmür. Qadın və qızların çoxu yorğunluğa dözə bilməyib səkilərin üstündə oturub. Camaatın əsas məqsədi neftayırma zavodlarını dayandırmaqdır. Bərk yorulmuşam. Hiss edirəm ki, yarım saat da gəzsəm ayaq üstə dura bilməyəcəyəm.

13.10. Başımızın üstündən yenə hərbi vertolyot (helikopter) uçdu. Dövrə vurub şəhərə tərəf qayıtdı. Əldən düşüb səkilərin üstündə düzülən camaat ayağa qalxdı, hamı fit çalıb yumruq göstərdi. Vertolyot yenə qayıtdı. Ə.Qarayev adına zavoda məxsus yaraşıqlı 2 mərtəbəli binanın damında əliavtomatlı 3 əsgər görünür. Xeyli adam içəri girib fəhlələri tətilə çağırmaq istədi, ancaq darvazalar bağlı idi.

13.15. Yenə vertolyot.

13.30. Bir ekskovator fit çala-çala, üstü adamlarla dolu, nümayişçilərin arası ilə sürdü. Hələ çalovunda 3 oğlan oturmuşdu. Deyilənə görə, zavodların hamısını silahlı əsgərlər qoruyur. Ona görə də onları dayandırmağın mümkünlüyü aydın deyil.

13.36. Gördüm daha gedə bilmirəm. Səkidə oturdum (XXII qurultay adına zavodun yanında). Zavod fit çalmağa başladı. Söhrabın söhbətindən: Meydanda qabaqca qadınlar düzülüb, sonra kişilər. Ancaq heç nəyə baxmayıb qadınları döyüblər, hətta ayağa qalxmağa qoymayıb tapdalayıblar. Meydana heç bir “təcili yardım” maşını buraxılmayıb. Başqa söhbətdən: Meydanda qarışıqlıq düşəndə balaca uşaqları bizim milislərə veriblər ki, aradan çıxarsınlar; onlar isə götürməyiblər.

***


Bir nəfər oğlanın ürəyi getdi. Maşın yox idi ki, onu aparsın. Cavanlar özləri ovxalamağa başladılar.

13.42. Ayağa durub camaata qoşuldum.

13.45. Zavodun yanından keçəndə uşaqlar məcbur etdilər ki, teplovoz fit verib fəhlələri çağırsın. (Ayın 3-ündə “Vremya” deyib ki, işə çıxmayanlar cinayət məsuliyyətinə cəlb ediləcək).

13.52. XXII qurultay adına neftayırma zavodunun giriş qapısı yanında xeyli adam toplaşıb. Fəhlələri işə çağırırlar. Lap içəridə əsgərlər durub. Zavodun yanında Nelson Stepanyanın xatirə lövhəsini böyük bir dəmirlə vurub dağıtmağa başlayırlar. O lövhəni o qədər bərk hazırlamışlar ki, heç cür qopara bilmirlər. (14.12-də qopardılar). Zavodun qarşısında buranın bir işçisi ilə nümayişçi fəhlələrin davası düşdü - o, Neməti “fanatik” adlandırmışdı, buna görə.

14.07. “Jiquli” iki oğlan gəlib dedi ki, ay camaat, şəhəri əsgərlər tutub, sonra qayıtmağa qoymayacaqlar, geri qayıdın. Camaat razı olmadı, dedi ki, bizə zavodlar gərəkdir. Sizi də öyrədib göndəriblər.

14.15. N. Stepanyanın qırılmış barelyefini küçənin ortasına qoyub üzünə tüpürməyə başladılar. Bir ermənini tutub doyunca döydülər. Zavodun şüşələrini daşla qırmağa başladılar.

Küçə ilə üstü əsgərlə dolu tank gəldi. Tez camaat irəli qaçıb qabağını kəsdi, tank dayandı. Camaatın qabağı haradadırsa bilmirəm, arxadan gələnlərin də ucu görünmür. Şübhəsiz ki, buanda Fəhlə prospektində bir milyondan çox adam var. Zavodların fəhlələri də camaata qoşulur. Qadınların bəzisi çəkmələrini çıxarıb şəpşəplə gedir.

15.04. Fəhlə prospektindəki “Nargilə” çayxanasının yanından sola - Yeni Əhmədli tərəfə dönürük. Camaat xeyli seyrəlib, çünki yorulanların çoxu yarımçıq dayanıb. Popov küçəsində adamlar lap səpələnib. Artıq maşınlar da asanlıqla hərəkət edir.

15.16. Radio zavodunun fəhlələri çıxıb camaata qoşuldu.

15.23. Əhmədli qəsəbəsində R.Rza küçəsinin tinindən Rahib Məmmədov küçəsi ilə üzüyuxarı - Ukrayna dairəsinə tərəf qalxmağa başladıq. Adam çox az qalıb. Qabaqda bir maşın gedir, üzüm salxımına bənzəyir (adamdan). Birisi əlində qara qadın ləçəyindən bayraq düzəldib. Ardınca təxminən 15 min adam gedir. (Yığcam halda, “quyruqsuz”).(“Tə-til!”, “Tə-til!”).

26No-li binada 4-üncü mərtəbədə bir qadın yuxarı mərtəbəni göstərir, orada erməni yaşadığını deyirdi. Camaat qızışdı. Canlı-başlı, qırmızıyanaq bir oğlan “getdik bu oğraşları qırmağa!” deyib irəli cumanda onun qarşısını kəsdim. Camaat da məni müdafiə etdi. Oğlan qayıtdı. Bu binanın qarşısında adını bilmədiyim zavoda girib fəhlələrini çağırdılar. Bütün binalarda balkonlara çıxmışlar. Yerdən erməniləri hədələyirlər.

15.45. Ukraina dairəsinin yanındayıq. Yeni 4 N-li mətbəəyə tərəf çoxlu adam qaçdı. Qapıları, şüşələri sındırdılar, işləyənləri bayıra çıxarmaq istədilər.

14-08 AQA nömrəli çörək maşınını saxladılar. Çörək almağa başladılar. Sürücü heç nə demirdi. Bir qadın ağlaya-aylaya dedi ki, metronun “Neftçilər” stansiyasına çoxlu tank yeridiblər, ora getməyin, qırarlar. Ancaq camaat Ukrayna dairəsindən üzüyuxarı - “Neftçilər” stansiyasına doğru irəliləməyə başladı. Yeni-yeni adamlar qoşulurdu dəstəyə, çoxları isə dözə bilməyib sıradan çıxırdı. Mən özüm də təsvirəgəlməz dərəcədə yorulmuşam, ayaq üstə güclə dururam, ancaq hadisələrin sonunu görmək istəyirəm.

Ukrayna dairəsinin yanındakı ilk binanın qurtaracağında çaxnaşma başladı. Bir ermənini döydülər. Hamı ora qaçışdı. Camaata deyirdim ki, şüşələri sındırmayın, xuliqanlıq olmasın. Cavab verirdilər: “Sakit dursaq da adımız xuliqan olacaq. 19 gün sakit durub axırda yenə xuliqan olmadıq?”.

Camaata deyirdim ki, erməniləri döyməyin. Deyirdilər: “Onsuz da onlara görə adımız pis çıxacaq. Həm də onlar Ermənistanda döyəndə, öldürəndə yaxşı olur, biz edəndə pis?”. Cavab verməyə çətinlik çəkirdim.

16.00. Camaat içində 3 qadın ləzgicə danışırdı. Arxadan gələn bəzi cavanlar onlara şübhə ilə baxırdı. Tez onlara yanaşıb dedim ki, bizim dildə danışın, yoxsa sizi erməni bilib döyərlər. Tez dillərini dəyişdilər.

16.07. Qabağında “Gənclər üçün mallar” mağazası olan binanın pəncərəsindən ay-ulduzlu qırmızı bayraq yellənir.Camaat həddən artıq təmkinlilik göstərir, fitnəkar çağırışlara uymur. Tonqallar meydanının 19 günlük dərsi onları ağıllandırıb.

16.19. 74 No-li ATS-dən bir az yuxarıda üzərimizdən vertolyot uçdu. İşdən çıxıb küçənin hər iki tərəfindən əks istiqamətdə qayıdanlara deyirdilər: “Bizə qoşulmayanlara ar olsun!”, “işdən gələnlərə ar olsun!”.

Söhbətdən: Səhər təxminən saat 10-da metronun “Gənclik” stansiyası yaxınlığında əsgərlər burada dayanıb avtobus gözləyən təxminən 200 nəfəri əhatəyə alıb dəyənəklə döyüblər.

16.42. Şəhər bazarının yanında bir erməninin sarı “Jiquli”sini darmadağın edib çevirdilər. Camaatın gözü artıq qızışmağa başlayıb. Nəticəsi qorxulu ola bilər. Camaatın ucu artıq “Neftçilər” stansiyasını ötüb. İndi 100 mindən çox adam var.

16.53. “Neftçilər stansiyasında izdiham dağılışan kimi oldu. Nizami raykomunun qarşısını bir cərgə əlisilahlı əsgər kəsib. Dakabr meydanı da əsgərlərlə doludur. Camaat hər tərəfdən - “amfiteatr”lardan baxır.

17.05. “Neftçiləri” ötdük. 4 tank qabağa gəlirdi (Əhmədli tərəfə), camaat geri qaytardı. Bu stansiyada adamlar xeyli parçalandı. Mən özüm artıq ayaq üstündə dura bilmirəm. Bəlkə də həyatımda ilk dəfə olaraq bu qədər piyada yol gedirəm. Zarafat deyil - 10 saatdır ki, fasiləsiz olaraq Yasamaldan burayacan piyada gəlmişəm.

17.07. Gördüm ki, yıxılacağam, səkidə oturdum. Ayaqlarımın altı yanır. Ayaqqablarımı çıxardım ki, ayaqlarım bir az nəfəs alsın. Cammat Neftayıranlar (indi Qara Qarayev) küçəsi ilə - mərkəzi küçə ilə qabağa getdi.

17.12. Yola düzəldim. Tətilçilər, nümayişçilər məndən xeyli aralı düşüb, onları “qovub” çatmağa gücüm yetəcəkmi?

17.25. Az qala qaça-qaça gəlib “Sevinc” kinoteatrının yanında nümayişçilərin “quyruğ”undan yapışdım. “Tətil!” qışqırırlar.

17.30. Neftayıranlar küçəsindən “Özbəkistan” küçəsinə döndük. 50 min adam olar. Hamı “tətil!”qışqırır. Deyəsən, “Əzizbəyov” metrosuna gedirlər, oradan da şəhərə.

17.35. Əsgərlər havaya xəbərdarlıq güllələri atdılar. Baxan olmadı. “Özbəkistan” küçəsindən sağa dönüb 15 addım gedəndə gördük ki, asfaltın üstündə tank təkərlərinin dairəvi yeri qalıb. Deməli, tank burada geri dönüb - camaatın təzyiqi ilə.

17.45. “Əzizbəyov” metrosunun yanındakı körpüyə çıxdıq.

17.55. Camaat "Әzizbzyov" stansiyasının yanından Moskva prospekti ilә şәhәrә doğru yönәldi. Qabaqda "salxım" ekskavator. Mәn daha yeriyә bilmirәm. Ona körә dә metroya düşmәyi qәrara aldım.Saat 18-dә metroda idim. Elmlar Akademiyası" stansiyasında çıxdım. Gördüm ki, ayaqlarımı yerә basa bilmirәm. Yaxşı ki, tez taksi düşdü, minib evә gәldim. Ayaqlarımı isti suya qoydum, uzandım. Gördüm ki, hәr iki ayaqımın altı suluqlayıb. Xüsusәn saq ayağımda iki böyük suluq vardı. "Torba"ları iynә ilә yırtdım, su fәvvarә vurdu. Ançaq ayaq yorğunluqu öz yerindә, bir möçüzәyә mәәttәl qaldım - dünәnki müsibәt qripdәn mәndә әsәr-әlamәt qalmayıb. Әgәr bunu mәnә başqası desәydi inanmazdım, axı, qrip elә-belә xәstәlik deyil. Ola bilәr ki, aramsız tәrlәmәyim vә bәdәnimin fasilәsiz hәrәkәtdә olması xәstәliyi aradan çıxarıb. Bu geçә. "Aktual müsahibə" verilişindә İlqar Әlfioqlu Leyla Bәdirbәylini danışdırdı. L. Bödirbәyli dedi ki. ağıllı olun, xalqımızın adını batırmayın. "Günun ekranı"nda isә dedilәr ki, meydan antisanitariya vәziyyәtini aradan qaldırmaq üçün nümayişçilәrdәi tәmizlәnib. Ölәn yoxdur, 64 yaralanan var. Şayiә çıxıb ki, meydan qan lәkәlәri ilә doludur, ançaq gәlin, baxın, lәkәlәr hamısı oçaq yeridir. Sonra iki zabiti ("tәmizlәmә"dә iştirak edәn) danışdırdılar. Ovlar heç kәsi öldürmәdiklәrini dedilәr. (Bu kadrı sonra ayrıça göstәrdilәr).

"Vremya” SSRİ Ali Soveti Rәyasәt heyәtinin (bugünkü tarixli) qәrarını oxudu ki, hәr iki respublikada işdən kütləvi şәkildә çıxarılma hallarına qarşı ən çiddi mübariza aparılsın. Müqәssirlәr inzibati, partiya çәzası alsınlar. Hәtta çinayәt mәsuliyyətinә çәlb edilsinlәr, belәlәri haqda mәtbuatda yazsınlar. Ançaq ortaya sual çıxır: görәsәn, Ermәnistanda hansı azәrbaycanlı hansı vәzifәlәrdә işlәyirmiş ki, onları kütlәvi şәkildә işdәn çıxaraydılar da?..

"Vremya"daha sonra Vәzirovun bugünkü respublika fәallarının yıqıncağındakı çıxışının videoyazısı göstәrildi. Dağlıq Qarabaqda Azәrbaycan hakimiyyәtinin bәrpasının gәlәcәyi haqqında heç nә demәdi. Poğosyanın adını belә çәkmәdi. Mitinqi ümumәn yenidәnqurma әleyhdarlarının fitvası kimi qiymәtlәndirdi. Bugündәn sonra sәrt yol tutaçağını anlatdı, yumşaqlıqdan, sәbirlilikdən әl çәkәcәyini bildirdi, ermәnilәri incidәnlәrә qarşı amansızlığın vacibliyivdәn danışdı, işi buraxmağa qoymayan müәssisә rәhbәrlərini "əsl kommunist" adlandırdı, gördüyü işlәrdәn danışdı (müxtәlif proqramlardan) vә giley etdi ki, mitinqdә bu işlәrdәn danışılmayıb. O, mitinqdә üzüyumşaqlıq edәn böyük bir dәstә sistem işçisinin vәzifәdәn azad olunduğunu söylәdi, araqızışdıran mәtbuat orqanlarını çәzalandırdıqlalarını dedi. (Bir neçә saat qabaq Nizami gәlib dedi ki, "Molodyoj Azerbaydjana”nın redaktoru Nәcәf Nәcəfovu işdәn çıxarıblar. Әgәr Vәzirov Nәcәfdәn başlayıbsa, demәli, o, Azәrbaycanın bütün ağıllı ziyalılarını mәhv edәçәk, әv yaxşı halda lәkәlәyәçәk!).

Vәzirov, ümumiyyətlә, çox isterika ilә danışdı vә qışqırıqla sanki respublika әhalisini qorxutmağa çalışdı ki, bir az oyay-buyay elәsәniz, baş-gözünüzü vurub daqıdaçağam. Hәr halda, çıxış mәndә yalnız xalqın taleyinә bәdbinliklә yanaşmaq duyğusu yaratdı vә belә başa düşdüm ki, ermәnilәr, ruslar bu iradәsiz adamın, marionetkanin әli ilә Azәrbayçanın bütün yaxşı oğullarını aradan götürmәyә çalışaçaqlar. Nәcәf Nәcafovu işdәn çıxaran, Vaqif Hüseyvovu işә gәtirәn, onu büro üzvü edәn bir adam haqqında başqa söz demәk çәtindir!..» (4)


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish