Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL



Download 12,01 Mb.
bet32/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

Cümşüd Nuriyev
18.02. Cənubi Azərbaycandan bir nəfər (SiyaməkB. T):

- Bizim işimiz çoxdur. Bu hərəkat hələ bir addımdır. Biz bir bayraq altında öz milli hökumətimizi qurmalıyıq. Biz Araz adlı sərhəd tanımırıq. Dünya kommunistləri, İran kommunistləri beynəlmiləlçilikdən danışırlar. Ancaq tankları xalqın üstünə yeritmək beynəlmiləlçilikdir? Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar).

18.07. Əbülfəz Əliyev:

- Qazaxıstandan xəbər almışıq ki, qazax xalqı Oljas Süleymenov başda olmaqla hərəkatımızı bilir və müdafiə edir. (Alqışlar). Dünən Təbrizdə bizimlə həmrəylik üçün nümayiş keçirilib. (Sürəkli alqışlar). Bir məktubda deyilir ki, Xarici İşlər Nazirliyi xaricə hərəkatımız haqqında məlumat vermədiyi üçün pislənilsin, ona ar olsun! (“Ar olsun!”). Əfqanıstanda vuruşmuş əsgərlər üstümüzə gələn tankları saxladılar. Onlara eşq olsun! Respublika televiziyası ilə dünən xalqımızı “xuliqan” adlandıran şəxsə (S. Tatlıyevə - Ə.T.) ar olsun! (“Ar olsun!”).

18.12. Babək Məmmədov: Azərbaycan televiziyası ermənicə verilişləri dayandırıb. DQMV-dəki televiziya da hələlik dayandırılıb. Çıxarılan veriliş yerinə Cənubi Azərbaycanda yaşayan qardaşlarımız üçün veriliş yaratmışıq. Şamxor rayonundan təklif gəlib ki, deputatlarının yerinə Nemət Pənahovu deputat göstərmək istəyirlər. (Sürəkli alqışlar). Gəncədəki Ramiz Bağırlı və Naxçıvandakı Nurəddin Mustafayev orada qoşun yeritməyə şərait yaradıblar. Onlara ar olsun!

18.15. Nemət: Şad xəbər. Neft Daşlarından xəbər almışıq: 5.000 adam işi dayandırıb.

18.20. Kimsə (Az. TV “Hünər” verilişinin aparıcısı) (Ramiz Duyğun – B. T.):

- Azərbaycanın cənub rayonları bizimlədir. Onlar Moskvaya DQ-ın ləğvi üçün çoxlu məktublar göndəriblər. “A-zər-bay-can!” (sürəkli).

Ramiz Duyğun
18.23. Aliyə Təhmasib: Neçə gündür bu meydan hünər meydanına, qəhrəmanlıq meydanına çevrilib. Sizin yorğun ayaqlarınıza bütün qadınlarımız adından əhsən deyirəm, min əhsən! Mən Az. SSR AS-nin bütün deputatlarını sessiya çağırmağa dəvət edirəm. İlk səsi mən verirəm! (Alqışlar). (Abşeron meyvə tingliyinin maşını ərzaqla meydana girdi).

18.25. Nemət:

- Yerdə iki qurbanlıq qoyun var. Onları kəsib gəlirəm. (Ağ qoyunu tribunadan xalqa göstərdilər, bununla kəsməyi əvəz etdilər).

18.28. Nemət (Şəhriyarın “Azərbaycan” şerini söylədi).

- Şəhriyar, Xudu Məmmədov bu günümüzü görmədilər. Onların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Onların xatirəsini yaşatmaq üçün son damla qanımızadək vuracağımıza and içirik! (“And içirik!”).

18.32. Jurnaist Məmməd:

- Doqquz gündür ki, (əslində 8 - Ə.T.) tələblər irəlii sürülüb, ancaq heç birinə əməl olunmayıb. Ancaq məddahlar bizi aldatmaq istəyiblər. Mən tələb edirəm ki, nümayiş komitəsi yaradılsın. Bizi aldadan Süleyman Tatlıyev başda olmaqla Ali Sovet, Həsən Seyidov başda olmaqla Azərbaycan hökuməti buraxılsın. (Alqışlar).

18.36. Nemət:

- Şad xəbər: Neftayırma zavodu da işi dayandırıb, “Ozon” zavodu da.

18.39. Səfər Alışarlı rus əsgərlərinə rusca müraciət etmək istədi, camaat qoymadı. Sonra nümayiş komitəsi üzvlərinin siyahısını oxudu. Dedi ki, axşam saat 8-də 26-lar bağının yanına toplaşsınlar.

18.42. Mikrafon kəsildi, tez də bərpa edildi. Abid Tahirov danışmaq istəyir.

18.45. Nemət:

- Elan: əlində diplomat olan ermənilər var aramızda. Onları tutub bura gətirin (birini tutdular). Gətirin, ancaq vurmayın. Tam sakitliklə. Azəri qeyrəti olan ona əl vurmasın. (Camaat arasına basabas düşdü. Sonra məlum oldu ki, azərbaycanlıdır - Fuad).

19.00. Nemətin xahişi ilə Səfər Alışarlı əsgərlərə rusca müraciət etdi: Biz sosializmə qarşımübarizə aparmırıq. Biz ordumuzun düşmənləri deyilik. Biz dostluq, qardaşlıq uğrunda çalışırıq. Biz suverenlik uğrunda mübarizə aparırıq. Əgər kimsə sizi təhqir etsə xahiş edirik ki, bizə deyin, eləyənlərin cəzasını özümüz verəcəyik. Siz də camaata qarşı nəzakətli olun.

19.06. Sumqayıtlı birisi:

- Sumqayıt zəhmətkeşləri bütün bu günlərdə sizinlədir. (“Sum - qa - yıt!”, sürəkli).(Xalqı birliyə çağırdı).

19.15. Nemət:

- General bizə deyib ki, xalqa rusca və azərbaycanca müraciət edin. Xalq and içsə biz qoşunu çıxaracağıq. İndi o bura gəlsin, biz and içək ki, şəhərdə heç bir şuluqluq olmayacaq. Bundan sonra kim əmr etsə də onlar qoşunu şəhərdə saxlamayacaqlar. (Sürəkli alqışlar).

19.22. İmam Mustafayev (“Qayğı” cəmiyyəti):

- Mən çox həyəcan keçirirəm, ona görə də ola bilsin ki, sərrast danışa bilməyim. Sizin hərəkatınız göstərir ki, Azərbaycan xalqı öz taleyini özü həll edə bilər. Rəhbər öz xalqından ayrıla bilməz. 8 gündür xalq yığışb, gəlib sizə cavab verməli idilər. Mən sizin bütün təkliflərinizlə razıyam. Azərbaycan mətbuatı, radiosu, televiziyası, Moskva televiziyası xəbər verməlidir sizin tələblərinizi. Mənə inanırsınızsa nümayəndələrinizi verin, gedək, hökumət qarşısında tələbləri qoyaq. (Fit. “Öldü var, döndü yox!”).

19.35. Sabir Rüstəmxanlı:

- Çox böyük tarixi günlərdir. Biz tarix boyu belə milli birlik görməmişik. Neçə gündür ki, bura Azərbaycanın hər yerindən, hər guşəsindən məktublar, teleqramlar gəlir. Buradadır onlar. Yolda qoyulan sədləri qırıb bizim hərəkatımıza qoşulur, bizə kömək edirlər. Eşq olsun birliyimizə! Mən dünən özümü geri çəkilməyə məcbur olan ordunun sərkərdəsi kimi hiss etdim. Bu acizliyimi boynuma alıram. Mən sonra teleqramları oxudum. Onları göz yaşları axıtmadan oxumaq mümkün deyildi. Siz bilirsiniz ki, bura yığışmaqla nə qədər böyük iş görürsünüz?. Bizə vurulan teleqramların, məktubların hamısı Azərbaycan dilindədir. Bütün Azərbaycan bu gün birdir, yumruq kimidir. Bu birliyi qoruyub saxlamalıyıq. Bu meydanda 1000 nəfər də, 100 nəfər də qalsa kənar adamları özünə çəkə bilər. Ona görə xahiş edirik ki, meydanda mümkün qədər az adam qalsın, daha mətin adamlar qalsın. Düşməndən də öyrənmək gərəkdir. Görün qonşularımız nə yazır. Bu birlik, bu möhkəmlik düşmənlərimizi sarsıdıb. Görün nə deyirlər öz mitinqlərində: Moskva həmişə azərbaycanlıların əli ilə erməniləri aradan götürmək istəyir. Bizim mitinq Azərbaycandakı kimi deyil - onlar dəlilik dərəcəsindədirlər. Biz də dəli olsaq, Qarabağı itirə bilərik (guya tapıblar ki, itirsinlər). Gəlin bütün çıxışlara diqqətlə qulaq asaq. Gəlin bu günləri açıq alınla başa vuraq. Nəsə bir iş olsa bu günlərin heç bir qəhrəmanı olmayacaq. Hamımız da tarix qarşısında üzüqara qalacağıq. Teatr meydanındakı mitinqlərində bütün erməni oğrularına müraciət ediblər ki, bu gün heç kəs oğurluq etməyəcək. (Gülüşmə). Biz dünən danışdıq ki, buradan gedənlər işləməsin. Ancaq bu gün bir çox müəssisələrdə oldum, gördüm işləyirlər. Tətil hələ davam edir. Biz özümüz iş vaxtını deyəcəyik. Bir neçə dəqiqədən sonra Bakı şəhərinin komendatı Tyaqunov yoldaş radio şəbəkəsi ilə sizə müraciət edəcək. Xahiş edirik qulaq asasınız.

Radioda. General-polkovnik Tyaqunovun xalqa azərbaycanca müraciəti:

- Bəzi adamlar ictimai nəqliyyata mane olur. Bakı şəhərinin sakinləri müraciət edib təhlükəsizliyin təmin edilməsini xahiş ediblər. (Sonra xüsusi vəziyyətin tələblərini dedi). Bu tədbir məcburiyyət üzündən qəbul edilib.

19.58. Sabir Rüstəmxanlı:

- Bu müraciət bizim Ali Sovetin sədrinin xalqa müraciətindən çox mədəni, səmimidir. Bizimkinin elə ilk cümləsindən deyilir ki, guya bura xuliqanlar toplaşıb. Heç bizim ali məqsədlərimizdən bircə kəlmə də deyilməyib. Camaatımız bu dəqiqədən başlayaraq sakit-sakit dağılışsın. İş yerlərində olanda da kütləvi şəkildə Moskvaya teleqramlar vurun, qətnamələr göndərin ki, Moskva niyə göz yumur, iki xalqın vuruşmasına şərait yaradır!

20.01.Nemət:

- Ağayev Novruz Kubinkadandır, arvadı çağırır ki, evə gəlsin. Sonra xalqa müraciət etdi:

1) Eşq olsun bu birliyə!

2) Eşq olsun bizimlə birgə olan qeyrətli milis işçilərinə! (Sürəkli alqışlar).

3) Camaatdan xahiş edirəm ki, evdən çıxanda sənəd götürün. Yorğunları, gecə-gündüz burada qalanları əvəz edək. Əsas kütlə burada qalmalıdır.

20.07. Camaat yavaş-yavaş dağılışmağa başladı. Qubadan gələn maşın meydandadır. “Qubalılar sizinlədir”.

20.10. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə mitinqi bağlayacağını söylədi və şeri dedi. Yaşasın Azərbaycan xalqının birliyi, ura! (“Ura”).

20.18. A-zər-b-can!”, “tə-til”.Camaat dağılışmağa üz tutdu.  Türkcə şüar: “Azerbaycan halkına aşk olsun!”. Ordubad rayonu Dırnıs kəndi (Əbülfəz Əliyevin doğulduğu Kələki kəndinin qonşusudur) uşaqları çadır qurmuşlar. Allahverdiyev Baxşəli, Qərib, Bəhrul (üç qardaş), Əhmədov Hüseyn, Əhməd,Xaliq, Talıb Rzayev qardaşları, İbrahim Hüseynzadə - “Savalan” cəmiyyətinin üzvləri. Camaata qulluq üçün yaradıblar. Birinci böyük çadırı da bunlar düzəldib. “Min il kölə kimi yaşamaqdansa bir il ağa kimi yaşamaq yaxşıdır” sözləri ağ bir parçada yazılıb, oğlan sinəsinə vurub gəzir.

20.50. Böyük bir konteyner Lənkarandan ərzaq gətirib gəldi. Qutqaşendən (indiki Qəbələ) də bir maşın gəlib. 50 minlik qoşun girib Bakıya. Sağ divarda təqvim düzəldilib. “Noyabr” yazılıb, altından mənim bu qeyd vərəqlərim boyda ağ kağızlara aşağıdakı rəqəmlər yazılıb sıra ilə düzülüb: 17, 18, 19, 20, 21, 22, 23, 24.

Milis kapitanı dedi ki, bu gün 8 erməni tutub təhvil vermişəm. Söhbətdən: Peraşki paylayan ermənini tutublar (qorxusundan qıraqda paylayırmış). Peraşkinin içində iynə, saxsı qırığı tapıblar. Camaat üzünə tüpürürmüş, o da silirmiş.

22.10. «Azərbaycan» mehmanxanası tərəfdə əlisilahlı əsgərlər sıra ilə düzülmüşlər. Şərəf lövhəsi ilə Hökumət evi arasındakı yolu isə (sağda) dəniz qüvvələri kəsmişdir. Əsgərlər cərgəsinin qarşısında tələbələr bir-birindən 10 metr aralı iki cərgə düzülmüşlər. Bu vəziyyət “Azərbaycan” mehmanxanasının qarşısında da belədir. Bir polkovnik 2 radist əsgərlə meydana girdi. Camaat onları əhatə edib söhbətə başladı, yığışmağımızın səbəbini başa saldı.

22.17. Əfqaıstanda vuruşmuş döyüşçülər hərbi formada gəlib baş tribunanın qarşısından keçdilər, əsgər cərgəsinin qabağında düzülməyə getdilər.

Şüarlar:

Diz üstündə yaşamaqdan ayaq üstə ölmək yaxşıdır”,

Əqrəbi vaxtında öldür, gün gələr vurar səni”.

Söhbətdən: Tramvayda yazılıb: “Satqınlara (işə gedənlərə - Ə.T.) xidmət edirik!”. Bəzi taksilərdə isə bunları oxudum: “Tətilçilərə xidmət”.

22.49. Etibar Quluyevlə söhbətdən: Dünən Yardımlının katibini xalq öldürüb. Cəlilabadın katibiniisə ölümcül yaralayıblar. Yardımlıda tətil məsələsi qalxanda katib deyib ki, üstünüzə tank yeridərəm. Cəlilabadda dava tətil üstündə olub. Bu saat dövlət hərbi çevrilişdən çox qorxur. Məlumata görə, telestudiyada hər otaqda iki əsgər var. Bu gecə “Amerikanın səsi” radiosu hərəkatımızdan danışıb. Deyib ki, milyona yaxın adam milli məsələlərlə bağlı olaraq gecə-gündüz nümayiş edib. Gecəni 70-75 min əhali əsgərlərin əhatəsində keçirir. Tonqalların sayını müəyyənləşdirmək mümkün deyil, artıq bulvarda da ocaqlar alovlanır. Başı lentlilər kütləvi şəkildədir. Qızılbaşlara bənzəmək ideyasını irəli sürən Hatəmi özü də qırmızı lent vurub.

Bu gün “Kommunist”də “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S. B. Tatlıyev yoldaşın müraciəti” dərc edilib. Burada deyilir: “Dövlət nahaq qan tökülməsinə biganə qala bilməz. Bununla əlaqədar Bakı, Naxçıvan və Kirovabad şəhərlərində bu il noyabrın 24-də saat 00-dan xüsusi vəziyyət elan etmək və saat 22-dən səhər saat 5-dək qadağan saatı qoymaq qərara alınmışdır” (6).
Qaynaqça


  1. Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz.,18 sentyabr 1993.

  2. "Kommunist" qəzeti, 23. Dekabr, 1988.

  3. "Meydan" qəzeti, 29 yanvar,1993.

  4. "Meydan" qəzeti, 10 sentyabr, 1992.

  5. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  6. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).



Tarixi həm yaratdıq, həm də yazdıq

F. Quliyev özünün «Missiya» adlı kitabında bildirir ki, psixologiyada fasilitasiya (ingiliscə - fasilitate asanlaşdırmaq, kömək etmək) deyilən termin var. «Sosial fasilitasiya dedikdə, insanların sosial təmas şəraitində biri-birinə göstərdikləri müsbət təsir nəzərdə tutulur. Bu zaman onların fəallıqları artır, reaksiyaları nisbətən asanlaşır, fəaliyyətlərinin nəticəsi yaxşılaşır. Le Bonun “zehniyyətin təkləşməsi qanunu”nun mahiyyəti budur ki, kütləni yaradan fərdlərdə nə qədər düşüncə, duyğu, davranış və s. fərqli olursa-olsun, vahid bir kütlə halına gəlmələri onlarda bir ortaqlıq - “kollektiv ruh” meydana gətirir. Le Bonun irəli sürdüyü başqa bir nəzəriyyədə də millətin bütövlüyünün həm fərdə, həm də bütövlükdə cəmiyyətə müsbət təsiri göstərilir. Duyğu və hissiyyat ağlı, məntiqi hətta üstələmək imkanındadır. Kollektiv ruh çəkingən, hətta qorxaq bir fərdi cəsarətə gətirib, döyüşkən mübariz bir kütlə üzvünə çevirir. Təkbaşına olarkən ortaya çıxara bilmədiyi həyəcanı birlikdə çox açıq ortaya qoyar. Əlbəttə, bu kütlənin enerjisi o vaxt müsbət nəticə verəcək ki, ictimai rəy lideri passionar şəxs doğru qənaətlərin qaynağı olsun. Azəıbaycanın düşmənləri də kollektiv ruhu, milləti parçalayıb böldülər. Vətəninin düşmənləri anlayırdılar ki, Azərbaycanın milli ruhu bütöv olduqca, ona qalib gəlmək mümkün deyil» (1, s. 29).

Fərəc Quliyev
Kollektiv ruhun gücü özünü Meydan hərəkatı dövründə ən bariz şəkildə göstərdi və həmin günlərdə, eləcə də sonrakı üç ildə xalqımız öz tarixinin möhtəşəm səhifələrini yaratdı.

El arasında belə bir söz var, deyirlər türk tarixi yaradıb, amma yazmayıb. Doğrudurmu, deyilmi, demək çətindir. Amma fakt budur ki, bu fikir geniş yayılıb və onu ilk dəfə fransız maarifçisi Şarl Monteskyö 1711-ci ildə qələmə aldığı «Persiya məktubları» (yanlış olaraq dilimizə «İran məktubları kimi çevrilib) adlı kitabında dilə gətirib: «Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə «tatarlarla» yarışa bilməz…Onlar türk adlanıb Avropada, Asiyada və Afikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər…Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar…Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır» (2, s. 9).

1988-ci ildə biz tarixi həm yaratdıq, həm də yazdıq. Tarixi Məhəmməd Hatəmi və Nemət Pənahlı başda olmaqla Azərbaycan xalqı yaratdı, Ədalət Tahirzadə isə qələmə aldı. Özü də təkcə günbəgün yox, həm də saatbasaat, dəqiqəbədəqiqə. Bu baxımdan 1988-ci ilin 25 noyabr tarixi də istisan deyil:

«25 NOYABR 1988.

00.20. Elan: “Qadağan saatının 22-dən başlanmasına baxmayaraq camaatın evlərinə getməsinə etiraz edilmir”. (Fit, qışqırıq).

00.25. Şərəf lövhəsinə yapışdırılmış şüardan: “Erməni sənətkarlarına iş gördürən ermənidir”.

00.45. Təbriz radiosu bu gecə deyib ki, 800 minlik Bakı zəhmətkeşləri zülmün zəncirini qıraraq nümayişi davam etdirirlər. Akademiya işçiləri, Aspirantlar yataqxanasının sakinləri: Sahib Məmmədov, Qurban Mehdiyev, Mütəllim Abbasov, Rayət İsmayılov, Mətləb Məmmədov, Nazim Həsənov, Famil Məmmədov, mən bulvarda oturub hadisələri müzakirə edirdik. Həmin söhbətdən: Bakıya əsgər dəvət etmək ideyası Maqsud İbrahimbəyova məxsusdur. İki-üç gün qabaq söhbətdə deyib ki, orada 3-4 savadsız uşaq hoqqa çıxarır. Dəyənək yeyən kimi ağıllanarlar. Onda bu söz qəbul edilməyib. Ancaq tezliklə Fuad Musayevin təkidi və tələbi ilə büro qərara alıb ki, qoşunu çağıraq.

Bi-Bi-Si” radiosu bu gecə bizdan danışıb, deyib ki, dünya tarixində ilk dəfə 800 min adam komendant saatı vaxtında nümayiş keçirmiş, qoşunla nümayişçilər arasında heç bir toqquşma baş verməmişdir.

Meyxanaçılıq kütləvi şəkildə yayılıb. Kazımın dəstəsi “Vayenni, saldat qova bilmir bizi” qafiyəsiilə uzun-uzadı meyxana söyləyir.

Rayonlardan gələn qadınlar, qızlar da “bizimki”lərlə bir yerdə gecələyirlər.

6.00. Qadağan saatından 1 saatdır ki, keçib. Ancaq əsgər zəncirləri çəkilməyib. Hava çox soyuqlaşıb. Külək qalxıb. Dəstə-dəstə yığışb oxuyurlar:

Hava yaman soyuqdur,

Ermənilər toyuqdur.

Hava yaman bürküdür,

Ermənilər tülküdür.

Bunlar bizim dəstədir,

Ermənilər xəstədir.

Azərbaycan ağadır,

Erməni qurbağadır.

Divar “təqvim”ində yeni tarixlər göründü. “24” və “25” rəqəmləri qara kağız üstündə ağ rəqəmlərlə yazılıb. Qara rəng hərbçilərin bizi əhatə etməsi ilə bağlıdır.

7.53. Baş tribunanın yanındakı iki tribuna dolub. Tələbələr müxtəlif mahnıları xorla oxuyurlar:

“Biz ölərik, meydanı tərk etmərik!

Vəziryanı verərik, Qarabağı vermərik!”.

“Ay can alan, can Qarabağ bizimdir,

Güllü-gülüstan Qarabağ bizimdir!”.

Bir az bundan qabaq xəbər gəldi ki, əsgərlər meydana girmək istəyirlər. Tez Cümşüd Nuruyev və başqa yoldaşlarla birlikdə “Abşeron” mehmanxanasına tərəf duran əsgərlərin səfinə doğru getdik. Bura çoxlu əsgər toplaşıb. Meydan boyu Lənkəran, Quba və başqa rayonlardan gələn şəxsi maşınlar düzülüb əsgərlərin yolunu kəsib, yalnız ərzaq maşınlarının keçməsi üçün 10-15m keçid saxlayıb. Tələbələr tez bu keçiddə 2-3 cərgə durdu. Təbii ki, biz də onların arasında idik.

Bir xeyli gözləyəndən sonra gördük ki, əsgərlər yavaş-yavaş çıxıb gedirlər.

Cümşüd bir məktub oxudu. Dünən - 24.XI.88 tarixində Moskva və Xətayi prospektlərinin kəsişdiyi yerdə 98-05 nömrəli 011 markalı, sümük rəngli “Jiquli”ni əsgərlər saxlamışlar. Bu zaman onlardan biri əlindəki dəyənəklə maşının kapotunu əzib. Bunu gözləməyən sürücü maşınıqeyri-iradi irəli sürüb. Arxadan iki əsgər maşına atəş açıb. Sərnişinlərdən 3 nəfər yaralanıb, maşının dal və qabaq şüşələri qırılıb, təkərlərini güllə deşib. Ağır yaralanan sürücünü Semaşkoadına xəstəxanaya aparıblar. Hadisə yerinə gəlmiş Nərimanov rayon avtomobil müfəttişliyinin işçilərindən biri - mayor bu işi ndüzgün oluğunu söyləyib və xəstələrin sonrakı taleyi ilə də maraqlanmayıb. Şahidlər (Heydərov Rəcəb Əli oğlu - Razin qəsəbəsi, Sülh küçəsi, ev 63 a, mənzil 59) respublika prokurorluğundan tələb ediblər ki, bu haqda cinayət işi qaldırılsın.

FASİLƏDƏN SONRA.16.50.

Hatəmi, Nemət danışandan sonra Şirməmməd Hüseynova söz verildi:- Mən ayın 9-undan 23-ünədək Türkiyədə oldum. Öyrənməyə çalışdım ki, görək xaricdə, Türkiyədə bizdən nə yazırlar. Türkiyə mətbuatı, radio və televiziyası bizdəki hadisələri çox genişiş ıqlandırır. Türklər deyirdilər ki, biz sizin haqqınızda məlumatı amerikapərəst erməni mənbələrindən alırıq. Niyə bizimlə əlaqə saxlamırsınız? Bizə dedilər ki, Bakıya çatdırın: biz azəri türklərinin arxasında durmuşuq. (Alqışlar). “Türküstan” kitabının son cümləsini oxuyuram: “Türküstan olmasaydı, Azərbaycan olmasaydı Türkiyə də olmazdı”. Türkiyədəki ağsaqqallarımız və Türkiyə ağsaqqalları bizə nəsihət də göndəriblər. Dedilər ki, biz daşnakları yaxşı tanıyırıq, onların avantürasına getməyəsiniz. Çalışınız siyasətlə, ağılla qələbə çalın!

16.57. Nemət aclıq elan edənlərdən xahiş etdi ki, dayandırsınlar:

- Bütün Korlar Cəmiyyəti aclıq elan etmişdi. Mənim sözümlə dayandırdılar.

16.59. Aclıq elan edən Rafəddin:

- Bizim xalqımızı Topxana meşəsi kimi qırıblar. Biz bir olmalıyıq. Mən Lənkərandanam. Gəlin yerlipərəstlik etməyək.

17.00. Fərəməz:

- Əgər bizə mənəvi qüvvə vermək istəyirsinizsə bizə “aclığı dayandırın” deməyin. Manqurdlar yetişdirirdilər. Xalqımızı manqurd ediblər. Bu gün manqurd papağı əlimizdədir, onu yerə çırpmaq gərəkdir. Biz artıq 9 gündür aclıq elan edirik. Bugünədək heç kəs hökumət adamlarından bizimlə maraqlanmayıb. Mən mənimlə maraqlanmayan hökumətə inanmıram, ona nifrət edirəm! Dünənədək mən çox şeyə inanırdım. Ancaq dünən Moskvada “Vremya”da deyildi ki, Bakıdakı komendant saatı ermənilərlə azərbaycanlılar arasında toqquşma nəticəsində qoyulub. Bu sözləri deyən Moskvaya nifrət edirəm! Mən o partiyaya nifrət edirəm ki, dünyanın hər yerindən xəbər verir, öz içindən isə xəbər vermir. Biz öz milli gəlirimizin 97 faizini şovinistlərə veririk. Mən Tatlıyevə nifrət edirəm! Belə nadürüstlər bizə lazım deyil. O dedi ki, biz işi bacarmasaq istefa verəcəyik, ancaq sabahısı gün üstümüzə işğalçı qoşun göndərdi. Demək istəyirəm ki, Mərkəzi Komitə, AS, NS-nin hakimiyyətini etiraf etməyək. Nümayiş komitəsi yaradaq və hakimiyyəti xalq özü idarə etsin.

BMT-yə, YUNESKO-ya xəbər verin ki, biz aclıq elan etmişik. Nifrət olsun belə imperializmə! Tfu bu imperializmə! Koreyanı, Vyetnamı parçalayan imperializm! O, çürükdür. (Məmməd Araz şerindən beyt dedi). Yaşasın Azərbaycan varlığı! Öldü var, döndü yox! (Xorla təkrar).

17.15. Kimsə: 

- Qarabağ vətəndaşları nümayişə, tətilə buraxmırlar. Onlara ar olsun! Biz aclığı ovaxt kəsəcəyik ki, tələblərimiz yerinə yetirilsin! Var olsun Azərbaycan!

Vəli Məmmədov danışmaq istəyir, qoymurlar. (15-20 də fasilə).

17.30. Xəlil Rza:

- Dağlıq Qarabağ faciəsi 70 il qabaq başlayıb...

17.50. Nemət: Xəzər neft gəmiləri bizimlə həmrəy olaraq dayanıb! (Mikrofon yuxarıdan kəsilmişdi, əldə düzəldilən mikrofonda danışır). O, xalqın ki müstəqilliyi yoxdur, onun gələcəyi yoxdur.

18.06. Türkmən:

- Azərbaycan xalqını öpürəm. Bütün türkmən xalqı sizinlədir. Sözünüzün üstündə axıradək durun. Azərbaycanlılarla türkmən xalqı dostdur, qardaşdır.

18.07. Nemət:

- Metrodur, nəqliyyatdır, ərzaq məhsulları mağazalarıdır - işləməlidir. Tutulan adamların hamısının siyahısını göndərin. Tutulanların, işdən çıxarılanların hamısını bütün Azərbaycan müdafiə etməlidir. 35 teleqram gəlib Azərbaycanın rayonlarından.

Xuraman Abbasovadan - sizinləyik! Bu gün Azərbaycan SSR AS-dən fövqəladə sessiya çağırılmasını tələb etmişəm. Başqa deputatlar da belə etməlidir. Sizi bir daha bağrıma basıram.

Xəlil Rza (məktub oxuyur):

- İvanov Vadim, Arzumanyan Arsen, Nersisyan və başqaları vəzifələrindən azad edilsinlər. Daşnak Stepan Şaumyanın alçaq əməlləri ifşa edilsin, adına küçələr, heykəlləri ləğv edilsin. Aclıq elan edənləri alqışlayırıq. Ancaq çıxışlarında bəzi notlar ifratdır.

Kondisioner zavodunun fəhləsi:

- Nemət 9 gündür ki, bizə nəsihət verir.

Xəlil Rza Xalq Cəbhəsinin əməkdaşlarının adlarını sadaladı:

- Azərbaycan, dustaqlarının sayına görə dünyada birinci yeri tutur.

Nemət Gürcüstandan gələnə söz vermək istədi.

18.20. Gürcü (rusca):

- 2 həftədir Bakıdayam. Mən Moskvada işləyirəm. Moskvaya getməkdən imtina edirəm. Bizqardaşıq. Əsgərlər dedilər ki, sən get, mən dedim ki, yox, mən onlarlayam. (“Gür-cüs-tan!” - sürəkli). Sizdən xahiş edirəm ki, sakit olaq. Bizi heç kəs müdafiə etmir. Yalnız intizamla qələbə çala bilərik. Əfqanıstanda vuruşan əsgərləri gətirmək gərəkdir ki, buranı qorusunlar.(“Gür-cüs-tan!” - sürəkli). Burada sizinlə sonadək olacağam! (Sürəkli alqışlar). (Gürcü nəsə dedi). (Alqışlar). (“Gür-cüs-tan!”).

18.30. Qadın:

- Belə qəhrəmanlığınız mənim 60 yaşlı ürəyimi 15 yaşlı qıza çevirib. Bəxtiyar müəllimə dünyalarca ömür arzulayaq. Azərbaycan dilinə ikinci həyat verib.

Polkovnik (istefada olan) Rizvan Zeynalov camaat arasında iş aparır, onların qolunu soyudur. Görünür, belələri çoxdur.

18.35. Qız:

- Biz də Mərkəzi Komitəni pisləyirik. Ancaq H. Əliyev vaxtından qalmış mafiya dəstəsini ləğv edək. Biz öz rəhbərlərimizin familiyasının sonuna -yan şəkilçisi artırmaqla yalnız düşmənləri özümüzə güldürərik. Gəlin tələbə ordusu yaradaq, Xocalıda böyük şəhər salaq. Nemətdən möhkəm yapışaq.

18.40. Keşləli meyxana deyən Niyaz “İt kimi peşmandı özü daşnakın” qafiyəsi ilə meyxana dedikcə camaat əl çalır. “Şöhrəti var, şanı var Azərbaycanımızın” qafiyəsi ilə başqa meyxana dedi:

Kim tanımır qardaşımız Neməti,

Ayağa qaldırıb bütün milləti. (Alqışlar).

18.50. Məmmədov Mürsəl (uzaq yerdən gəlib):

- Burada danışanlar hamısı siyasi cəhətdənsavadlı olsunlar. Biz bura xalqın dərdini dinləməyə gəlmişik, meyxana eşitməyə yox. (Fit, hay-küy). Burada danışanlar bəzi siyasi səhvlər buraxır. (Fit, qışqırıq, “aşağı düş”). Demək istəyirəm ki, bəzi danışıqları liderlərimizin adına çıxmayaq, yoxsa məğlub olarıq.

Alma-atalı azərbaycanlı:

- Alma-ata camaatı da sizinlədir. Mən də sizinlə burada oturacağam.1

9.00. Molla:

- Balalarımıza Allah can sağlığı versin. Heyvanlardan ən murdarı milçəkdir. Onu nə qədər qovursan gedib qayıdır. Ermənilər də elədir, qovursan getmir.

19.05. Birisi:

- Biləcəri dəmir yol stansiyası dayandırılsın. Ermənistan SSR-ə tərəf heç nə getməsin. Kimi işdən qovsalar mənə müraciət etsinlər.

19.07. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə çıxışını qurtardı.

19.10. Qadın (Sevil): Ağdamdan məktub gətirilib. “Krunk” Azərbaycandakı ermənilərə yazıb(rusca): “Biz öz istəyimizə çatırıq, az qalıb. Bizim dalımızda Vazgen, Moskva durur. Şayiə yayınki, Vəzirov bizim adamdır. Arutyunyanla o, Moskvanın casusudur. Qarabağ çoxdan satılıb. Bunlara kütbeyin müsəlmanlar inanacaq. Bakıda, Kirovabadda, Naxçıvanda, Şəkidə və başqa yerlərdə öz başçılarımızı itirmişik. Stepanakert, 10 noyabr 1988. Krukçular”.

19.15. Kimsə erməninin Qorbaçova məktubunu oxudu. (Ulitsa Avakyana 15, Akopyan). Yazıb ki, həyatımız təhlükədədir. Bizi Sumqayıtla hədələyirlər.

19.16. Səfər:

- Adımıza çoxlu teleqramlar gəlir. Bildirirlər ki, rayonlarda gecə-gündüz mitinqlər keçirilir. (Sonra rus əsgərlərinə dünənki müraciəti yenə oxudu).

19.18. Aclığı dayandıran qadın (2 №-li çörək məhsulları zavodu) aclığı dayandırmağa çağırdı.

19.20. Nemət: Mən gedirəm dincəlməyə. Mübarizəmiz axıradək var. Eşq olsun Azərbaycanxalqının birliyinə!

19.25. Sabir Rüstəmxanlı:

- Moskvanın bizə baxan gözü kordur. Bizi Yerevanla tərəzinin eyni gözünə qoyurlar. Biz gərək özümüzü qoruyaq. Sevilin oxuduğu məktubdan nəticə çıxaraq. Mənim ürəyimdə heç bir vahimə, qorxu yoxdur. Ordu da sakitdir. Rayonlarda isə vəziyyət çox gərgindir. Qubadlıda, Zəngilanda xalqımıza qarşı xəyanətlər olur. Bizim müdafiə cəbhəmiz yoxdur. Rayonlarda millətin öz arasına nifaq düşür. Raykomlara nifrət edənlər binaları yandırırlar. Kimisə vəzifədən götürmək istəyən mafiyalar öz istəyinə görə xalqı parçalamaq istəyir. Qoy sabahdan məktəblərimiz işləsin. Qoy xalqımız Qorbaçovu, Raisa Qorbaçovanı respublikamıza dəvət etsin. Görsünlər ki, 200 erməniyə görə 2 xalq arasında qırğın yaratmaq istəyirlər. Dünən “İzvestiya” qəzetində hərəkatımızı təhrif edən xırda xəbər verilib. “Kommunist” nəşriyyatının işçiləri həmin nömrəni çap etməyiblər. Siz bu meydana gəlirsiniz, ancaq başqa millətdən olanlar işləyir, zavod dayanmır. Siz onları da həmrəyliyə çağırın. Şəhərdə qadağan saatı olsa da, çox yaxşı əhval-ruhiyyə var. Xalq sübut edib ki, ordu ilə həmişə mehribanıq. Təsadüfi adamlardan onları qoruyun.

19.40. Vəli Məmmədov 24.XI.88 tarixli 26-lar rayon partiya-təsərrüfat fəalları yığıncağının qətnaməsini oxudu: Ekstremist qüvvələrin (ermənilərin) təsiri ilə Azərbaycanda həddən artıq gərgin vəziyyət yaranmışdır. Respublika Ali Sovetinin növbədənkənar sessiyası çağırılsın və aşağıdakıları müzakirə etsin:

1) Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi haqqında.

2) Vilayətdə vəziyyəti son dərəcə kəskinləşdirdiyi üçün DQMV partiya təşkilatının buraxılması

haqqında.

3) Vəziyyət müəyyənləşdirilənədək vilayətdə beynəlmiləl tərkibli təşkilat bürosu yaradılması haqqında.

4) Təxirə salınmadan Poğosyanı məsuliyyətə cəlb etmək üçün SSRİ prokurorluğuna tələb verilməsi haqqında.5) Ermənistan SSR-dəki azərbaycanlılar üçün muxtariyyət yaratmaqdan ötrü Ermənistan SSR Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə müraciət edilməsi, əks halda, DQMV-nin ləğv edilməsi haqqında.

6) Ermənistandan gələnlərin DQ-da yerləşdirilməsi haqqında.

7) Dağlıq Qarabağda həyata keçirilməli tədbirlərin əməli işlə həyata keçirilməsi.

8) Topxana meşəsinin qırılması ilə bağlı izdihamlı şəhər mitinqi iştirakçıları ilə yığıncaq həmrəydir.

9) Yığıncaq iştirakçıları şəhər mitinqi iştirakçılarına müraciət edib deyirlər: fitnəkarlara uymasınlar. Qoy Azərbaycanda bütün millətlər dinc yaşasın. Bu qərar mətbuatda dərc edilsin. Ruslar da var deyə bu qətnaməni rusca oxuyacağam.

19.58. S. Rüstəmxalı mitinqi bağladı.

Şüvəlan, Zığ, Türkan kəndlərinin adları yazılmış parçalar asılıb. Çadırlar xeyli çoxalıb. “Bakı şin zavodunun Xalq Cəbhəsi”, “Ordubad rayonunun Xalq Cəbhəsi”...lövhələri asılıb. Dağ kimi taxta, odun qalaqlanıb. Bir gün qabaq acıqlananda odunları yandırdıqları üçün odundan korluq vardı, ancaq bu gecə bolluqdur. Hökumət evinin gündoğanında dayanmış bu əsgər cərgəsindən günbatandakı o əsgər cərgəsinədək və bulvaradək tonqallar yayılıb.Rayonlardan ərzaq gətirən külli miqdarda maşınlar var. Əgər qabaqkı kimi onların nömrələrini yazmalı olsam gərək böyük bir dəftər elə buna tutam. Bu gündən bir şey aydınlaşdı: bizimhərəkat ümumazərbaycan hərəkatına çevrilib.

Qubada 22-24.XI-də, Xaçmazda da həmin günlərdə nümayişlər keçirilib. “Xaç” sözü ilə olduğuna görə Xaçmazın adını dəyişib “Xəzər” qoymaq istəyirlər. İndiyədək Qubadan 12 “KamAZ” maşın gəlib (ərzaq gətirib). Yaşar Nəcəfov 17-24 Anömrəli maşının (KamAZ) üstündə gəlib. Bu maşın bu gün 3-üncü dəfədir ki, gəlir. Maşın sifariş verirlər, idarə onlardan pul almır. Ancay Saray postunda qabaqlarını kəsiblər. Rayonlararası avtobuslar işləmir.

Bu gün 500-600 min adam iştirak edib. (Əsgərlərin olması öz təsirini göstərir). Şəkililər dünən Şəkidən erməniləri qovlayıblar.

Mənə bərk soyuq dəyib. Öskürəndə sinəm dağılır və sürəkli öskürək məni əldən salır. Səsim də batıb. Bu gün dostum Bəhram Zeynalov qalın yun jaketini əynindən çıxarıb zorla mənə geyindirdi, ancaq bunun da xeyri olmadı. Tanışlar təkidlə evə getməyimi məsləhət bilir. Getməyə utanıram. Artıq 9 gün ayaq üstə olduğumdan dabanlarımdan da bərk sancı qalxıb. Ayaq üstə dayanmaq mənə getdikcə əziyyət verir. Ona görə də, axırı, bu gecə evdə yatmaq qərarına gəldim. Həm də daha mənə meydanda ehtiyac yoxdur - bu gecə həmişəkindən daha çox adam qalmışdır. Saat 22-də evə çatdım. “Vremya”da Bakı nümayişini 9 günün başında ilk dəfə göstərdilər (1-2 dəqiqə). Meydandakı izdihamın ümumi panoramı yaradıldı, S. Rüstəmxanlı çıxış edəndə göstərildi (Nemətvə T.Xalisbəyli yanında dayanmışdılar). Deyildi ki, Bakıda narahatlıqdır. Səbəb Dağlıq Qarabağ hadisələridir. Sonra Yerevan göstərildi. Orada da bugünədək komendant saatı qoyulub. Küçələrdə tanklar durmuşdu. Ancaq həmişə mitinqlər keçirilən Teatr meydanı boş idi - hər tərəfdə tanklar vardı. Görünür, həmişə pulla meydana gələn erməni nümayişçiləri Bakıdakı zorla dağıdılmaq istənilən, ancaq hər zorakılığa dözüb, nəyin bahasına varsa bura gələn, əsgər cərgələrini yarıb keçən mitinqçilərdən fərqli olaraq əsgərlərin gəlməsinə bəlkə də sevinmişdilər ki, axır ki, canımız bu nümayişlərdən qurtardı!

“Vremya”dan sonra “Dalğa” oldu. Burada Bakıdakı nümayişlər haqqında aparıcı Osman Mirzəyev akad. Püstə Əzizbəyova ilə söhbət etdi. Daha gerisinə heç cür baxa bilməyib yuxuladım. Nailə dedi ki, sonra Müşərrəf Akay (Tezcan) da oxuyub. Beləliklə, Azərbaycan milli suverenlik hərəkatının 9 günü tamam oldu» (4).



Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish