Qaynaqça
-
Svante E. Cornell. The Nagorno-Karabakh Conflict. Report No 46, Department of East European Studies, Uppsala University, 1999.
-
Встречи после митингов. «Известия», 24 марта 1988 г.
-
Грачёв A. «Горбачёв. Человек, который хотел, как лучше…» «ВАГРИУС», 2001
-
Гутионтов П. Степанакерт: наступает время решений. «Известия», 30.03.1988 г.
-
Маркедонов С. М. Самоопределение по ленинским принципам. АПН, 21.09.2006 г.
-
Полный текст стенограммы секретного заседания Политбюро ЦК КПСС 29 февраля 1988 года. ЦХСД, коллекция рассекреченных документов. (Журнал "Родина" № 4, 1994 г., s. 82-90
-
Султанов Ч. А. Последний удар Империи. Баку, 20 января 1990 г. Баку – 2004.
-
Том де Ваал. «Чёрный сад». Глава 1. Февраль 1988 года (http://www.e-reading.club/chapter.php/139639/3/de_Vaal_-_Chernyii_sad._Armeniya_i_Azerbaiidzhan_mezhdu_mirom_i_voiinoii.html),
-
Том де Ваал. «Чёрный сад». Глава 2. Февраль 1988 года: Азербайджан (http://www.e-reading.club/chapter.php/139639/4/de_Vaal_-_Chernyii_sad._Armeniya_i_Azerbaiidzhan_mezhdu_mirom_i_voiinoii.html).
-
Том де Ваал. «Чёрный сад». Глава 4. 1988—1989 гг. Кризис в Армении (http://www.e-reading.club/chapter.php/139639/ 6/de_ Vaal_Chernyii_sad._Armeniya_i_Azerbaiidzhan_mezhdu_mirom_i_voiinoii.html).
-
18 лет назад, в январе… Интервью с Дж. Мартиросяном. «Азат Арцах», 17 января 2006 г.
II FƏSİL
Meydan Epopeyası
Ədalət Tahirzadənin qeydləri ən yeni tariximizi öyrənmək üçün ən etibarlı mənbələrdən biri kimi
Dövrün ab-havasını daha dərindən başa düşmək üçün Ə. Tahirzadənin qeydləri də çox önəmlidir. Alim özünün «Meydan hərəkat: 4 il, 4 ay» adlı kitabının I fəslində yazır: «Bu gün 1988-inci il fevralın 27-sidir. Respublika qəzetlərində “Sov. İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti” dərc edilib. Müraciətdə deyilir: “Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq sizə müraciət edirəm”. Sənəd bu cümlə ilə bitir: “Ağıl və kamalla hərəkət etmək məqamıdır”» (9).
Ədalət Tahirzadə
Görəsən, Dağlıq Qarabağda nə olmuşdu? 1982-ci ildə “Oqonyok” jurnalında (№ 50) belə bir yazı getmişdi ki, (müəllifi Aşot Arzumanyan), heykəltaraş Akop Gürcüyan Şuşa şəhərində - Ermənistanın gözəl guşəsi Dağlıq Qarabağın mərkəzində anadan olub. 10 fevral 1983 tarixdə isə “Komsomolskaya pravda” qəzetində dərc olunan yazıda (“Əks təsir”; müəllifi İ. Ağacanyan) Dağlıq Qarabağda kənd kənd təsərrüfatı problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün Ermənistan rəhbərliyinin (nazirin) fikri öyrənilirdi. Belə məntiqi nəticə çıxırdı ki, Dağlıq Qarabağ Ermənistana baxır, ona görə həmin respublikaya müraciət edilib. Sonralar Azərbaycandan gedən çoxlu məktub və teleqrama əsasən hər iki redaksiya oxuculardan yol verilmiş səhvə görə üzr istədi (Onların redaksiyalarında, görünür, Dağlıq Qarabağın Azərbaycana aidliyini bilməyən savadsız şöbə müdirləri işləyirmiş. Hər halda, yəqinki, ən rəsmi cavab belə olardı). Yeri gəlmişkən, “Komsomolskaya pravda” qəzetinə cavab olaraq “Kommunist” qəzetində “Doğrudan da əks təsir” replikası çıxdı (13 fevral 1983) və həmin müəllifi sonradan Azərbaycan KP MK aparatı cəzalandırdı» (3).
Məlumat üçün bildirək ki, 1951 –ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dünyaya göz açmış Ədalət Şərif oğlu Tahirzadə 1981-ci ildə, aspiranturanı bitirdikdən sonra «Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub. 1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.
Ə. Tahirzadə «Azadlıq» qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim N. Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən «Azadlğ»a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub. 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçən Ə. Tahirzadə və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015). 2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
Ə. Tahirzadə çox sayda dəyərli kitabın, 500-ə yaxın elmi, elmi-kütləvi və publisist yazının müəllifi, eləcə də Əbülfəz Elçibəyi "Mən qurtuluşçuyam!" kitabının tərtibçisi və ön sözünün müəllifidir (2).
Alimi haqqında bəhs etdiyimiz dövrün ən mükəmməl salnaməçisi kimi tanınır. Onun yazdığına görə, «1984-cü ilin oktyabrında beş erməni dığası Bakıda 106 nömrəli avtobusu partlatmaq istədi. Onlar təxminən Dağüstü parkın yanında avtobusa partlayıcı maddə qoyubmuş ki, Politexnik İnstitutun qarşısına çatanda partlayış baş versin (Hadisə axşama yaxın olub. Bu vaxt hamıişdən çı-xır, tələbələr isə dərsə yollanır, Politexnik İnstitutun qarşısı adamla dolur). Ancaq təxminən Əzizbəyovun heykəlinin yanında kiminsə ayağı ona dolaşıb, partlayış olmayıbsa da, iki nəfər ölüb (biri qadın; Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyirdi), bir-iki nəfər yaralanıb. Yarımçıq partlayışın səbəbkarını Moskvadan gələn dövlət təhlükəsizliyi əməkdaşları tapdılar.Bəlli oldu ki, təşkilatçı 17 yaşında erməni dığası imiş. Məqsədi əsasən azərbaycanlı tələbələri qırmaq olub. Özü də hadisə ermənilərin “genosid”i ilə bağlı təşkil edilmişdi. Xoşbəxt təsadüf kütləvi qırğının qarşısını aldı» (9).
Maraqlıdır ki, müəllif kitabında təkcə öz xatirələrini yazmayıb, əlinə düşdükcə, kitaba ayrı-ayrı sənədlər, o cümlədən dövrü qəzetlərdə getmiş yazılardan fraqmentlər də daxil edib ki, ən yeni tariximizin tədqiqində onların da əhəmiyyəti əvəzsidir. Məsələn, onun yuxarıda təsvir edilən hadisə ilə bağlı dövrü mətbuatda getmiş bir məqalədən gətirdiyi sitat çox maraqlıdır: «Əziz Rəsulovun yadına salmaq istərdik ki, məhz onun DTK-nın istintaq şö bəsinin rəhbərişçisi olduğu və fəaliyyəti dövründə 1984-cü ildə Bakıda 106 nömrəli avtobusda partlayıştörətmiş Vartanov Henrix Surenoviç psixi cəhətdən qeyri-sağlam hesab olunaraq güllələnməcəzasından canını qurtara bilmişdir» (1).
Ə. Tahirzadə davam edir: «Bu hadisədən yarım il qabaq - 17 aprel 1984-də böyük xərclə təmir edilmiş (bəzək işlərinə 4kilodan artıq qızıl işlənmişdi) Akademik Opera və Balet Teatrı binasını da ermənilər (fəhlə Qazaryan) yandırdılar. Bu gün-sabah açılışı olacaq binanı heç nəylə söndürmək mümkün olmadı və onun quruca divarları qaldı. Bu yanğın insan vəhşiliyinin, azğınlığının, vandalizmin ən bariz örnəyi idi (Nə yaxşı ki, bizimkilərdə qeyrət tapıldı, Əliş Lənbəranski, Həsən Həsənov başda olmaqla qabaqkından da gözəl, əzəmətli, yaraşıqlı bina ucaltdılar. Düzdür, bina çöldən dəyişməz kimi görünür, ancaq bir ay bundan qabaq açılışı olan teatr binası, demək olar ki, özülündən yenidən tikilib).Bu ekstremist hadisələr xəbərdarlıq imiş... A.Şərifzadə küçəsindəki bina da terrorçuların əli ilə partladıldı və burada xeyli adam öldü» (9).
Tədqiqatçı bu məlumatını da sənədlə möhkəmləndirməyi unutmur: «Sov. İKP Mərkəzi Komitəsində Sov. İKP MK “Ermənistan respublika partiya təşkilatında Sov. İKP MK iyun (1983-cü il) plenumu qərarlarının yerinə yetirilməsi gedişi haqqında” qərar qəbul etmişdir. Qərarda deyilir ki, ... adamların tərbiyəsindəki qüsurlara bə zi partiya komitələrininmünasibətində siyasi kəskinlik və prinsipiallıq çatmır.... Ayrı-ayrı elmi tədqiqatlarda, bədii əsərlərdə tarixi hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə qeyri-sinfi münasibət müşahidə olunur.... Rəhbər kadrların seçilməsində və yerləşdirilməsində əhalinin milli tərkibi daha tam şəkildənəzərə alınmalıdır.... Oğlan və qızlara yüksək ideya-mə nəvi keyfiyyətlər, dərin beynəlmiləlçilik ruhu aşılansın (6).
Ə. Tahirzadənin kitabına saldığı aşağıdakı sənəd də çox önəmlidir:
Paris erməniləri Abel Ağanbeqyanı salamlayırlar
Yenidənqurma haqqında kitabının çıxması münasibətilə Fransada olan sovet alimi Abel Ağanbeqyan bununla bağlı olaraq onun şərəfinə bazar ertəsi axşam Fransa Erməni İnstitutu və Erməni Veteranları Cəmiyyətinin verdiyi qəbulda iştirak etmişdir. Qızğın ab-hava öz xalqının ləyaqətli oğullarından birinin xidmətlərinə qürurdan qidalanırdı.
Ermənilər siyasi və fəlsəfi fərqlərə baxmayaraq öz ölkələrində yurdlaşmış vətənpərvərliyi Ermənistan Sovet Sosialist Respublikası kimi milli və mədəni ocağa sədaqətlə bir yerdə yaşatmağı davam etdirirlər. Həyəcanı əsrin başlanğıcındakı qırğın (genosid) vaxtı keçirilmiş əzablar haqqındakı xatirələrdə doğururdu. O (həyəcan - Ə.T.), bazar ertəsi “İnterkontinental” mehmanxanasının Manukyanvə onun yoldaşlarının ölümə məhkum edildikləri zalın yanındakı bu salonunda gücləndi.
Qəhrəmanın dul qadını Meline “ermənilər Qorbaçovla birlikdə yeniləşməyə tərəfdardırlar” bildirərək məşhur sovet iqtisadçısını salamladı. Yerevan ikinci paytaxtları kimi olan fransızlarda yenidənqurma maraq doğurdu. Ağanbeqyan sovet cəmiyyətinin bütün sahələrinin demokratikləşdirilməsinin bu qlobal islahat üçün nə qədər zəruri olduğundan danışdı. O, dinləyicilərinin diqqətini yenidənqurmanın beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq və qarışıq cəmiyyətlər qarşısında açmalı olduğu imkanlara cəlb etdi.
Tbilisidə doğulan, səkkiz yaşından müharibə dəhşətlərini görən akademik dilini bilmədiyi Ermənistanda heç vaxt yaşamayıb. Bu onun, yerini sovet əməkdaşlığında gördüyü bu torpaqla əlaqələrini zəiflətməyib. Öz sosialist federasiyasında SSRİ-nin müxtəlif respublikalarının əldə etdikləri qarşılıqlı fayda haqqında həddən artıq ehtiyatsızlıqla fikir söyləyən söhbətdaş qadınlardan birinə Ağanbeqyan belə cavab verdi. İqtisadçı göstərdi ki, Ermənistanda yenidənqurma çox ləng gedir və qeyd etdi ki, Yerevanın Ararat vadisinin və Sevan gölü tektonik çökəkliyinin müxtəlif ekoloji problemlərinin həlli yetişmişdir.
Azərbaycan respublikasına birləşdirilmiş qədim erməni torpaqları olan Qarabağ və Naxçıvan haqqında soruşanda Ağanbeqyan birinci haqqında “özünün şəxsi nöqteyi-nəzərini” ifadə etdi: “Mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. İqtisadçı kimi mən belə hesab edirəm ki, o, Ermənistanla Azərbaycandan daha çox bağlıdır. Bu istiqamətdə mən bir təklif irəli sürmüşəm. əminəm ki, bu problem yenidənqurma və demokratiya şəraitində öz həllini tapacaqdır”.
Yeri gəlmişkən, Qorbaçov 2 noyabrdakı nitqində milli məsələdəki ləngimələrin vurduğu ziyanları qeyd etmişdir. Ağanbeqyan cənub-qərbdə Türkiyə sərhədi boyunca yerləşən Naxçıvan haqqında heç nə demədi. Həqiqətən bu anklavda erməni əhalisi lap azdır (7).
Erməni təxribatları Azərbaycan cəmiyyətində, o cümlədən Elmlər Akademiyasın alimləri arasında ciddi narazılıq və gərginlik yaratmışdı. Həmin dövrdə Elmlər Akademiyasında baş verənlər Ə. Tahirzadə tərəfindən günbəgün qeydə alınmışdır. Alim yazır ki, dekabrın əvvəllərində qəzetin çıxışı bizdə də məlum oldu və onun tərcüməsi xalq arasındageniş yayıldı. «Yenə də camaat Moskvaya kütləvi şəkildə məktublar, teleqramlar göndərməyə başladı. Yenə də Mərkəzi televiziya Ağanbeqyanın saatlarla çəkən müsahibələrini təşkil etdi (Onu da hökmən demək gərəkdir ki, M. S. Qorbaçovun 1987-ci ilin sonunda Vaşinqtona səfəri zamanı Raisa Maksimovna Qorbaçova da burada ermənilərlə görüşmüş və bildirmişdir ki, “erməni xalqı ilə sovet xalqı” dostdurlar, özü də bu sözləri bizim televiziya da vermişdi. Görünür, Ağanbeqyan da, bütün yerdə qalan ermənilər də bu sözlərdən ruhlanmışdılar. Çünki Amerika müxbirinə verdiyi müsahibədə M. S. Qorbaçov demişdi ki, mən bir çox məsələləri arvadımla müzakirə edirəm).
Akademik Ziya Bünyadov
17 dekabr 1987 tarixdə Akademiya partiya komitəsinin XVII konfransı keçirildi. Akademik Ziya Bünyadov çıxış edib, Ağanbeqyanın hərəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MK-nın ideoloji katibi Ramiz Mehdiyevdən tələb etdi. O, vəziyyətin ciddi olduğunu, erməniləri müdafiə edən bəzi konkret şəxslərin adını söylədi. Cavabında isə R. Mehdiyev bildirdi ki, Ağanbeqyanın çıxışı şəxsi fikirdir və şəxsi fikir bütün ermənilərin fikri demək deyil (Sonra Qorbaçovun iki xalqa müraciəti isə göstərdi ki, bu necə “şəxsi fikir” imiş!).
Ağanbeqyana ilkin etiraz səsini ucaldanlardan biri Anar, onun başçılıq etdiyi Yazıçılar İttifaqının üzvləri oldu. Onların kütləvi məktubundan sonra ali məktəblər və idarələr kollektiv imzalarla Moskvaya məktublar yollamağa başladılar (Dəqiqini deyə bilmərəm, ancaq eşitdiyimə görə, Bakıdan göndərilən məktublar Moskvaya getib çatmadı). Bu işin Akademiya sistemində təşkilini mən öz üzərimə götürdüm. İlk imzanı özüm qoydum, ilk Akademiya kollektivi də işlədiyim əlyazmalar İnstitutu oldu (Buradan cəmi 76 imza toplandı). Sonra bir-bir institutlara gedib (ya partkomların, ya da direktorların yanına) 4 məktub nümunəsi verərək əməkdaşlarınimza atmalarını xahiş etdim.
Yazıçı Anar
İmza yığılması iki-üç gün çəkdi. Dekabrın 31-ində axşama yaxın məni evdən (yataqxanadan) EA partiya komitəsinə əlimyandı çağırdılar və bu işlə məşğul olmamağı “məsləhət bildilər”.
Yeni ilin ilk iş günlərində Əlyazmalar, Ədəbiyyat, Dilçilik, Fizika institutlarından, Akademiya kitabxanasından, xüsusi konstruktor-texnoloji bürosundan, Radiasiya Tədqiqatları Mərkəzindən və b. kollektivlərdən gələn (Tarix, Şərqşünaslıq, Geologiya institutları bildirdilər ki, imza toplayıblar, ancaq özlərinin məktublarını göndərəcəklər) 576 nəfərin qolladığı məktubu imzalarla birgə institutumuzun əməkdaşı Söhrab Bayramova verdim, o da aparıb poçtdan yola salaraq qəbzini mənə verdi. Yanvar ayı da Moskvaya beləcə kütləvi məktub və teleqram göndərmə aylığı oldu (Aldığımız məlumata görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 120 min sakini, - bunların içində körpə uşaqlar da var, imza toplayıb Moskvaya göndərib ki, biz Qarabağın Ermənistana verilməsini tələb edirik. Ancaq bizim respublika partiya, sovet təşkilatları, xüsusi orqanlar onda yuxulayırdılar. Ermənilər keçən ilin yayından imza toplamağa başlayanda biz arxayın-arxayın oturmuşduq).
15 yanvar 1988-ci il tarixdə “Ədəbiyyat və incəsənət” qəzetində akademik Ziya Bünyadovun “Doğruya zaval yoxdur” adlı məqaləsi dərc olundu. O, ermənilərin dəyirmanına su tökən alimləri tənqid edir, Qarabağın Azərbaycan torpağı olduğunu elmi əsaslarla izah edən Fəridə Məmmədovanı müdafiə edir. Yazının lap sonundakı bircə cümlədə Ağanbeqyanın fitnəkar hərəkətindən ayrıca danışılırdı. Məktub çox böyük əks-səda doğurdu və rayonlarımızda yatanları da ayıltdı. Eşitdiyimə görə, məqaləni qəzetin redaktoru Nəriman Həsənzadə vermək istəmirmiş. Ancaq Anar yazının dərc edilməsinə təkid göstərib və deyib ki, qəzet Yazıçılar İttifaqının orqanıdır, mən də bu təşkilatın başçısı. Əgər qorxursansa, sənin yerinə mən qol çəkib icazə verim. Nə isə,bu cür güclü təzyiqdən sonra çıxdı Ziya Bünyadov kimi Sovet İttifaqı Qəhrəmanının yazısıaşkarlıq dövründə. Bizim Mərkəzi Komitə isə Nəriman Həsənzadəyə sayıqlığını itirdiyinə görə töhmət verdi (İşini bilirmiş!..).
Do'stlaringiz bilan baham: |