Baki-баку 2007 Materiallar «KVİnna till kvinna» təşkilatı



Download 1,29 Mb.
bet22/40
Sana21.02.2022
Hajmi1,29 Mb.
#11098
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
B. Məsləhətlər
Qadınların iqtisadi fəaliyyətlərə cəlb olunması qlobal səviyyədə kənd yerlərində iqtisadi inkişafa və bütünlükdə cəmiyyətin inkişafına yardım etməkdə əsas çətinliklərdən biri hesab olunur. ABAD proqramının Azərbaycanın kənd yerlərindəki fəaliyyəti göstərir ki, Azərbaycan qadınlarının öz bizneslrinə başlamaq və öz potensiallarından istifadə etmək üçün imkanları vardır. Bu sahədə tərəqqiyə nail olmaq üçün hökumət və qeyri-hökumət sektorları arasında şəbəkələşməyə ehtiyac vardır. Bu məsələlərin həll edilməməsi regionlarda gender bərabərsizliyinin daha da güclənməsinə, qadınların ruhdan düşməsinə və onların iqtisadi statuslarının pisləşməsinə gətirib çıxara bilər.
Yuxarıda qeyd edilən maneələri aradan qaldırmaq üçün forumda səslənən təkliflərə əsaslanaraq ABAD proqramı üç sahədə aşağıdakı çıxış yollarını təklif edir:
Siyasi səviyyədə müdaxilə
‘Pekin Deklarasiyası və Fəaliyyət Platforması1995’1-nın strateji məqsədinin əsas F.1 şərtlərindən biri - “İş yerlərinə, müvafiq iş şəraitinin yaradılması və iqtisadi resurslara nəzarətə çıxış da daxil olmaqla qadınların iqtisadi hüquqları və müstəqilliyinə şərait yaratmaq hökumətdən “Texniki, idarəetmə və sahibkarlıq sahələrində kişilərlə bərabərhüquqlu tərəfdaşlar kimi qadınları həvəsləndirmık məqsədilə gender baxımından düzgün siyasətin aparılması və ölçülərin götürülməsini” tələb edir. Hazırda Azərbaycanın hökumət institutları xüsusi olaraq qadınlarla bağlı bir sıra qanunlar işləyib hazırlamış və nəzərdən keçirtmişdir. Eyni zamanda bunlar, məqsədi kənd yerlərində sahibkarlığın inkişafına nail olmaq olan siyasi sənədlərdir, bu sənədlərdə hələ də qadın problemlərinin həlli üçün fəal addımlar nəzərdə tutulmur. Məs, Yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair Dövlət Proqramında (2003-2005)2 gender siyasətinə dair bir fəsil vardır, burada kəndli qadın sahibkarlarının irəli çəkiləməsindən danışılır; amma proqramın fəaliyyət planında konkret addımlardan, bu məəsələnin həlli üçün ayrılmış maddi resurslardan və insan resurslarından söhbət açılmır. Hazırda Hökuməti növbəti dövr üçün Yoxsulluğun azaldılmasına dair Dövlət Strategiyası üzərində işləyir və biz ümid edirik ki, həmin sənəddə qadın sahibkarlığl məsələləri konkret fəaliyyət proqramı ilə həll ediləcəkdir. Amma hazırda deklarativ hüquqi şərtlərlə konkret makro siyasət planlaşdırılması arasında boşluq mövcuddur. Buna baxmayaraq milli səviyyədə məsələləri müzakirə və həll etmək üçün siyasi səviyyədə müdaxilə mühüm həyati əhəmiyyət kəsb edir və sahibkar qadınların inkişafına təkan vermək üçün aşağıdakı hərəkətlər təklif olunur:
İqtisadi İnkişaf, Əmək və Sosial Müdafiə, Maliyyə Nazirlikləri, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi və digər müvafiq hökumət strukturları arasındakı əməkdaşlıq ayrı bir sənəd halında qadın sahibkarlığı problemlərinin həllinə yönəldilən xüsusi siyasət nəzərdən keçirməli və ya kənd yerlərində iqtisadi inkişafla bağlı ümumi siyasət daxilində bu məsələ ilə bağlı xüsusi istinadlar etməlidirlər.
Xüsusi fəaliyyətləri nəzərdə tutan müfəssəl fəaliyyətlər planı işləyib hazırlamaq, məqsəd regionlardakı qadınlarla işlə bağlı məsul şəxsləri müəyyənləşdirmək və maliyyə resursları ayırmaqdan ibarətdir;
Regionlarda xüsusi əlaqələndirici strukturların yaradılması və ya şəxslərin müəyyənləşdirilməsi, bunlar sahibkar qadınların inkişafına yardım işinə məsuliyyət daşıyıcaq, birbaşa qadınlarla işləyərək onların regional problemlərinin kökündən həllinə çalışacaq və lazım olan hallarda onların şikayətlərini daha yüksək hökumət səviyyəsinə çatdıracaqlar. Bunlar habelə sahibkarlar üçün yaradılmış xüsusi servislərin mövcudluğu ilə bağlı sahibkar qadınlara məsləhət verməli və adı çəkilən xidmət növlərinə çıxışa yardım etməlidirlər.
Hökumət strukturları arasında koordinasiya və özəl sektorun monitorinqinin aparılması qadın və kişilər arasındakı artıq müəyyənləşdirilmiş təcrübələrdən irəli gələn və öz əksini biznes və maliyyə sistemində tapan bərabərsizliyi azaldacaqdır (məs, maliyyə sektorunda çalışan qadınların sayını və kreditlərə çxışı olan qadınların sayını artırmaq üçün əlavə stimullar təqdim etmək);
Dövlət maliyyə müəssisələrində qərar qəbuletmə vəzifələrinə qadınların irəli çəkilməsi.
Qadınların özlərinə inamının yüksəldilməsi

Qadınların təhsili, onların şəxsi inkişafı və özlərinə hörmət hisslərinin artırılmasına xüsusi fikir verilməlidir. Məktəblərdə oğlan və qızların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi, biznes sahəsi də daxil olmaqla bütün sahələrdə bərabər imkanlara malik olmalarını göstərən xüsusi proqramlar təqdim olunmalıdır.
Qadınların iqtisadı fəaliyyətlərə etdikləri yardımın dəyəri ilə bağlı məlumatlılıq dərəcəsi artırılmalıdır. Bu, həm qadınların öz evlərində hayata keçirdikləri haqqı ödənilməyən ev işlərinə, həm də evdən kənar işlərə aiddir. Eləcə də qadınların produktiv işlə təmin olunması və sahibkarlıq fəaliyyətləri Azərbaycanın regional inkişafına dəyərli yardım kimi tanınmalı və təhsil müəssisələrinin və hökumət strukturlarının bütün səviyyələrində qeyd edilməlidir. Qadının ailələrin, icmaların, regionların və bütövlükdə ölkənin maddi rifah halının artmasındakı rolu tanındıqda, cəmiyyət onların işi üçün lazım olan dəstək və dəyəri təmin etməyə hazır olacaqdır.
Qadınlarda özünə inamın yüksəldilməsinin mühüm hissəsini artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya gələcəkdə bu işlə məşğul olmaq istəyən qadınlarla birbaşa iş təşkil edir. Bir təklif aşağıdakı xidmətləri təklif edəcək qadınlar tərəfindən qadınlar üçün Resurs Mərkəzlərinin şəbəkəsinin yaradılmasından ibarət olmuşdur:
Əsaslandırılmış təlimlərin təşkili;
Mövcud və potensial qadın sahibkarlara məsləhətlərin verilməsi;
Qadın sahibkarların inkişafı üçün ehtiyaclara əsaslanan təlim paketlərinin hazırlanması və həyata keçirilməsi;
Qadın sahibkarların şəbəkə və əlaqələrinin yaradılması;
Qadınların apardıqları bizneslərlə bağlı bazar imkanlarının müəyyənləşdirilməsi;
Yeni və artıq mövcud olan qadın sahibkarların bacarıqlarının inkişaf etdirilməsi.
Sahibkar qadınlar üçün kredit vasitələrinin və marketinq imkanlarının artırılması
Həm dövlət, həm də qeyri-dövlət maliyyə müəssisələri qadınlara kreditlərin verilməsi yolu ilə qadınların sahib olduğu bizneslərə yardım göstərməlidirlər. Bu qadınların bizneslərinin yaşamlı olmasını təmin etmək üçün onlara verilən kreditlərin uzunmüddətli olması mühüm amillərdən biridir. Digər mühüm amil isə kreditlər üçün real depozitlərin təmin edilməsidir ki, bu da eyni zamanda həmin qadınların əmlaklarını yüksək riskə məruz qoymayacaqdır. Maliyyə müəssisələrində kreditlərin əldə olunmasında qadınların bizneslərinə üstünlük verən stimulların yaradılması və onların yerinə yetirilməsi ilə bağlı qadın kredit işçiləri ilə birgə xüsusi monitorinq sisteminin yaradılması arzuolunan olardı.
Qadın bizneslərinin dayanıqlığını təmin etmək üçün digər mühüm amil informasiya, texnologiya, yüksək risklı marketinq imkanları və xammala olan çıxışdan ibarətdir. Buna qadın sahibkarların şəbəkələndirilməsi və onların dövlət və qeyri-hökumət agentlikləri ilə əməkdaşlığını təmin etməklə nail olmaq olar. Birgə səylərlə market əlaqələrini inkişaf etdirmək məqsədilə Azərbaycanda və ya hətta xaricdə ticarət sərgilərində iştirak etmək mümkün ola bilər.
İştirakçılar bir sıra maraqlı ideyalar irəli sürmüşlər, bu ideyalar yalnız sahibkar qadınların, dövlət qurumlarının və beynəlxalq təşkilatların birgə səyləri ilə həyata keçirilə bilər və bu da öz növbəsində bu sektorlar arasında məhsuldar əməkdaşlıq nümunəsinə çevrilə bilər. İştirakçılardan biri turist zonası kimi xüsusi bir kəndin yaradılması ideyasını irəli sürdü, bu zona həm qadınların işlə təmin olunmasını artırmaq, qadınların bizneslərinə yardım etmək, həm də Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına yardım etmək işinə təkan verə bilər. Bu elə bir yer ola bilər ki, orada qadınlar nəinki hazırladıqları əl işlərini sata, həmçinin kafelər, fast-food-lar yarada bilər və hətta küçə təlim kursları təşkil edə bilərlər ki, maraqlananlara, milli əl işlərinin incəliklərini öyrənmək istəyənlərə təlim keçsinlər. Bu təşəbbüs nəinki əməkdaşlığın, hətta hədəfi qadınlar olan iqtisadi imkanların modeli ola bilər.
Фидан Фараджева
доцент Бакинского
Государственного Университета, к.ф.н.


Download 1,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish