Азярбайъан республикасынын тящсил назирлийи



Download 1,05 Mb.
bet30/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
MƏNTİQLİ VƏ MƏNTİQSİZ
MƏQAMLARIN NƏTİCƏLƏRİ
İsrafilov Mahir, fəlsəfə üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universiteti
Açar sözlər: məntiqi yaradıcılıq, Qərb və Şərq təfəkkür üslubu, milli metodologiya, məntiqsiz neqativ qanunauyğunluqlar.
Ключевые слова: логическое творчество, западный и восточный стиль мышления, национальная методология, негативные нелогические закономерности.
Keywords: logical creativity, western and eastern style of thinking, a national methodology, negative illogical laws.
Bu mövzuda böyük bir məntiqi-fəlsəfi traktat yazmaq olar. Ömür vəfa etsə, bu maraqlı və aktual problemin geniş məntiqi təhlilini yaxın vaxtlarda tələbkar oxucuların mühakiməsinə verəcəyik.
Düşünürük ki, hər bir insan, istər alim, istərsə də sənətkar olsun, əgər onlar xeyirxahlıq, gözəllik və məntiqi yaradıcılıq qaydalarına, üsullarına və qanunlarına sığınarsa, onda bəşəriyyət bir çox naqisliklərdən, elmi-mənəvi və sosial bəlalardan azad ola bilər. Amerikan alimi Y.Şteyli “xoşbəxtlik” anlayışının belə bir formulunu verir ki, xoşbəxtlik-mülkiyyət- arzu. Əvvəla, bu formula üz çəkilmiş aydın olmayan bir obyekti xatırladır. İkincisi, insana ümumxalq məhəbbəti, səmimi hörməti yaradan hər şeydən əvvəl xeyriyyətçilik və maarifçilik fəaliyyətidir.
İdrakın işıqlı yollarına vurğun olan, kainata, insanlığa iti təfəkkürlə baş əyənlərin xalqına, elminə, mənəviyyatına və əxlaqi dəyərlərinə xidməti də, övladlıq borcu da yüksək olmalıdır. Aksiomdur ki, Azərbaycanın inteqrasiya prosesinə, İnternet sisteminə qoşulduğu və azad-demokratik vətəndaş cəmiyyəti qurduğu bir zamanda məntiq elmi daha dinamik, faydalı və zəruri elmlərdən birinə çev-rilmişdir, çünki kompüterləşdirmə əsrində daha iti və çevik təfəkkürlü mütəxəssislərə ciddi ehtiyac duyulur. Bu baxımdan Qərb və Şərq təfəkkür üslubunun ümumi cəhətlərini və özünəməxsus xüsusiyyətlərini də məntiqi yollarla tələbkar oxuculara çatdırmaq gündəmdə duran vacib problemlərdəndir. Çünki kibernetik maşınlarda aparılan məntiqi əməliyyatlar özündə insan təfəkküründə başa çatan məntiqi üsulların modelini ifadə edir. Hesablama maşınlarında alınan hər cür modelin elmi-idraki əhəmiyyəti vardır. N.Vinerin qeyd etdiyi kimi, maşın məntiqi «insanın məntiqinə oxşardır... və bəşəri məntiqin izahında» məntiqi maşınlardan geniş istifadə olunur. Adını «professor» qoyan bir «filosof» mötəbər bir yığıncaqda dedi ki, bizə ancaq L.Lütvüzadənin məntiqi lazımdır, ümumi məntiqə ehtiyac da yoxdur. Hiss olunurdu ki, bu şəxsin məntiq elmi haqqında adi təsəvvürü yoxdur, bu elmin inkişaf tarixini yaxşı bilmir. Həqiqətin dərk olunmasında klassik, riyazi və dialektik məntiqin öz yeri vardır. Geniş elmi-nəzəri ümumləşdirmələrin və intellektual-zehni əməliyyatların aparılmasında məntiqsiz keçirmək mümkün deyildir. Həmin “filosof” L.Lütvüzadənin məntiqini də bilmir. Ona görə də, mən o “filosofa” rus dilini yaxşı bilmədiyindən heç olmasa, tanınmış yazıçı-publisist M.Səmədin “Dünya dahilərsiz yaşaya bilməz” (Bakı, 2000-ci il) kitabını oxumağı məsləhət bildim. Biz bu məqalədə L.Lütvüzadənin qeyri-səlis məntiqinin bütün koordinatlarını verə bilmədiyimizdən, qısa da olsa, oxucularımıza bu barədə konkret məlumat vermək istərdik.
Qeyri-səlis məntiq dedikdə, hər şeydən əvvəl mühakimələrmizin kompüterdə olduğu kimi qeyri-dəqiq əlaqəsidir. «Qeyri-səlis» məntiq anlayışını geniş və məhdud mənada da anlamaq olar. Sözün geniş mənasında qeyri-səlis məntiq dəqiq sərhədləri olmayan siniflər nəzəriyyəsi, b.c. deyilsə, qeyri-səlis çoxluqlar nəzəriyyəsidir. Məhdud mənada isə qeyri-səlis məntiq mühakimələrimizin modelinin qurulmasına yönəldilmiş qeyri-dəqiq, təxmini sistemidir.
Oxucularımız dəqiq bilməlidir ki, indi biz iki inqilabın qovşağında yaşayırıq. Bunlardan biri informasiya inqilabıdır ki, onun nəticəsində BKŞ adlanan İNTERNET-in yaranmasıdır, ikincisi isə intellektual sistemlərdə baş verən inqilabdır ki, bunun nəticəsində isə intellektual robotlar, intellektuallaşmış idarəetmə sistemləri və qeyri-səlis sistemlər yaranmışdır.
L.Lütvizadənin dahiliyi ondadır ki, bir ömürdə beş elmi nəzəriyyəsi, beş elmi kəşfi ilə dünya elmində böyük inqilabi çevriliş yaratmaqla, onun ümumi mənzərəsini dəyişmişdir. Professor Lütvizadə linqvistik, yaxud qeyri-səlis məntiq nəzəriyyəsini yaratmaqla, intellektual kompüterlərin işləmə prinsiplərinin qeyri-səlis məntiqi əsasını qoymuşdur. Bununla da, onun gərgin elmi zəhməti əsasında intellektual düşünmə, intellektual hesablama, bioloji hesablama, o cümlədən çevik kompüter hesablama üsullarının əsası qoyulmuşdur. Konkret desək, ümumdünya kompüter dərketmə üsulunu yaratmış alimin kəşf etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi, linqvistik məntiq nəzəriyyəsi, neyron şəbəkələri və təkamül nəzəriyyələri və s. dünyanın ayrılmaz atributları hesab olunan qeyri-müəyyənlikləri, dəqiqsizlikləri, boşluqları, gözə görünməyən təzadlı məqamlarını və mürəkkəb problemlərini dərk və həll etmək məqsədilə yaradılmış fundamental nəzəriyyələrdir.
Məqamı gəlmişkən, deyək ki, dünya elminə, sivilizasiyasına tövhələr vermiş bu millətin xalq yaradıcılığında (“Dədə Qorqud”da) və bədii təfəkküründə qeyri-səlis məntiqin mənzərəsinə rast gəlirik. Götürək ilk dəfə dünya şöhrətli alimimiz X.Məmmədovun maddənin kristal quruluşu ilə xalça naxışları arasındakı universal əlaqənin aşkara çıxarılması poblemini.
Etiraf edək ki, biz müxtəlif vaxtlarda dövri mətbuatda nəşr olunmuş cürbəcür səpgili elmi-publisistik məqalələrimizdə oxucularımızı maraqlandıran aktual gündəlik problemlərə toxunsaq da, onların alimlərimiz və ziyalılarımız tə-rəfındən dərin təhlilinə və araşdırılmasına ciddi zərurətin olduğunu bir daha önə çəksək də, hələlik qabaqcıl ölkələrin tanınmış alimlərinin və mütəfəkkirlərin gördükləri real fəaliyyət səviyyəsinə çata bilməmişik. Millətini, elmini və mədəniyyətini ürəkdən sevən alimlərimiz yaxşı dərk edir ki, güclü informasiya bolluğu dövründə artıq köhnəlmiş standart təfəkkürlə elmdə yeniliklər axtarmaq və kəşflərə nail olmaq mürəkkəb məsələdir. Bu baxımdan eloğlumuz L.Lütvizadənin böyüklüyü ondadır ki, o, təbiətdə və sosial həyatda baş verən mürəkkəb proseslərin mahiyyətinin aşkara çıxarılmasının səbəbini haqlı olaraq qeyri-səlis məntiqdən istifadə olunmasında görür.
Narahatcılıq doğuran qanunauyğunsuzluqlardan biri də ondadır ki, bu gün Avropanın əksər tədris ocaqlarında qeyri-səlis cəbr, qeyri-səlis biologiya, qeyri-səlif kimya, qeyri-səlis iqtisadiyyat və bu kimi bir çox fənnlər tədris olunduğu halda, bizdə bu sahədə elementar anlayış da yoxdur. Bu prizmadan çıxış edərək, Azərbaycanın Qərbə inteqrasiya olunduğu və dünya sivilizasiyasına qoşulduğu bir vaxtda sosial proseslərin və elmin köhnə metod və üsullarla idarə olunmasında mövcud olan bir çox nöqsan və qanunauyğunsuzluqların aradan qaldırılmasının zəruriliyinin aidiyyatı təşkilatlardan asılılığını önə çəkərdik.
Azərbaycanın Qərbə inteqrasiya olunduğu və qloballaşma prosesinə qoşulduğu bir zamanda bütün elmi-tədqiqat işlərinin açarı olan məntiq elminin bugünkü durumu, statusu, vəziyyəti, təbliği və tədrisi daha yüksək səviyyədə olmalıdır, çünki milli mütsəqilliyimizi, dövlətçiliyimizi və qurduğumuz hüquqi-vətəndaş cəmiyyətini idarə və inkişaf etdirəcək kadr potensialı bu gün auditoriyalarda hazırlanır və tərbiyə olunur. Bu da təsadüfi hal deyildir ki, bütün tədris ocaqlarında riyaziyyat və məntiq elminin tədrisinə xüsusi önəm verilir, çünki müasir kompüter sisteminin əsaslarını da bunlar təşkil edir. Cənab prezidentimiz İ.H.Əliyev respublikamızın bütün sahələrində ardıcıl struktur dəyişiklikləri aparır ki, bu proses təhsildə də öz ifadəsini tapmalıdır, ona görə ki, təhsil sistemində başlıca və həlledici məqsəq intellekt və həqiqi vətəndaş yetişdirməkdir.
Bu elmin qanuni statusunun bərpasına mane olan məntiqsiz əngəllərin daxili mahiyyətini aşkara çıxarmaq da vətəndaşlıq borcudur. Əqli kamilləşdirən, onu saxta gedişlərdən, oyunlardan qoruyan, səhvlərə yol verilib-verilmədiyini yoxlayan və bəşəri fıkir qaydalarının məcmusu olan bu elmə qarşı yönəldilmiş diletant qəzəbini və reketlik rolunu aradan qaldırmağın bircə yolu vardır ki, onun da Fəlsəfə tarixi və məntiq kafedrasında öz hüquqi statusunu almasındadır, Aristotelsayağı desək, diletant, təhsilə, elmə qarnının gözü ilə baxan adamlar bizim üçün əziz olsa da, həqiqət ondan da əzizdir. Ehtimal edirik ki, akademik M.Mirqasımov, M.Mehtizadə, A.Qarayev, Y.Məmmədəliyev, X.Məmmədov, A.Mirzəcanzadə, Ş.Mehdiyev, Y.Məmmədov Şərq və Qərb elmi arasında körpü salmış M.Kazimbəy kimi elm, təhsil fədailəri olsaydı, qısa zaman kəsiyində bizi narahat edən problemlər öz real həllini tapmış olardı.
Beləliklə də, «Onda ki, övladı-vətən xam idi, Ax necə kef çəkməli əyyam idi» formulundan yarınmağa çalışan «elm adamları»nın əlində reallıqdan, həqiqətdən, gərçək nəticələr çıxarmaqdan bəhs edən bu elm qazanc mənbəyinə çevrilməzdi.
Təsadüfi deyildir ki, yunan alimi Pifaqor məqsəd və fəaliyyətlərinə görə insanları üç qrupa 1) Fiziki qabiliyyətə malik olanlara; 2) Ticarətlə məşğul olanlara; 3) Müşahidəçilərə bölürdü. Müşahidəçilərin məqsədi isə həqiqəti aşkara çıxarmaqdır.
Bir məntiqi məqamı da etiraf etmək olar ki, bu gün Azərbaycan Respublikası ancaq bazar iqtisadiyyatı və nefti ilə deyil, həm də ciddi qələm sahibləri və intellektual potensialı ilə tanınmalıdır. Lakin təəssüf ki, biz elmini, təhsilini, tarixini və milli mədəniyyətini ürəkdən sevən bəzi alimlərimizi, intellekt sahiblərimizi haqsız hücumlardan qoruya bilmirik, bunun üçün də elm və sənət pərəstişkarlarının tarixi nümunələrdən istifadə etməsi daha önəmlidir.
Tarixi bir faktı yada salaq. İkinci Dünya Müharibəsi zamanı Almaniyada faşistlər tərəfindən bütün yəhudilər məhv edildiyi, tutulduğu bir məqamda, mənşəcə yəhudi olan məşhur Avstriya alimi psixoloq Z.Freyd də həbs olunmuşdur. Sevindirici hal ondadır ki, Z.Freydin əsərlərinin, pərəstişkarları olan sağlam fikirli insanların köməyi ilə o, haqsızlıqlardan və həbsdən qurtara bilmişdir.
İdrakın işıqlı yollarına vurğun olan, kainata, insanlığa sağlam təfəkkürlə baş əyənlərin xalqına, milli mənəviyyatına, əxlaqi dəyərlərinə ən böyük xidməti də, övladlıq borcu da bu cür olmalıdır.
Zəka sahibləri yaxşı bilir ki, müəyyənlik, ardıcıllıq və sübutluluq sağlam və gerçək təfəkkürün əsas əlamətləridir, bunlardan kənarda həqiqi fikirlərdən danışmaq xəyalə bənzər mücərrəd bir şeydir. Bu konteksdən yanaşdıqda, Hamletin dediyi fikrə analoq olaraq deyərdim ki, “Məntiqin bəndləri qırılmışdır və onu bərpa etmək əsl elm adamlarına müəssər ola bilər”.
Ömrünün 50 ilini şərəfli həyat yolu adlandırdığı elmi-pedaqoji fəaliyyətə həsr etmiş insanların ürək döyüntülərinin məğzini ancaq xalqın balalarının intelektual, hərtərəfli inkişafına həsr etmiş fəaliyyətində və əməli işində tapmaq olar.
Düşünürük ki, zəngin mənəviyyata, çevik, sağlam təfəkkürə yiyələnmək müasir dövrün əsas atributlarındandır. Görüş səviyyəsinin genişliyi, faktiki biliklərin dərinliyi, cürbəcür mühakimələrlə tanışlıq hər bir insanın məntiqi mədəniyyətinin inkişafına güclü təsir edir. Elmi mübahisələrdə ədalətsiz və saxta gedişlər daim ziddiyyətlərə gətirib çıxarır. Biz Azərbaycanda güclü məntiqi məktəblərin və mərkəzlərin olmasının zəruriliyini önə çəkiriksə, burada heç bir anlaşılmazlıq yoxdur. Heç bir yerdə elm mübahisəsiz, ticarət dövriyyəsiz, siyasət mübarizəsiz ola bilməz.
Azərbaycan ədəbiyyatının klassiklərindən olan rəhmətlik M.Cəlal müəllimin proqram xarakteri daşıyan aşağıdakı belə bir kəlamını heç bir vaxt yaddan çıxarmaq olmaz. «Azərbaycan xalqının tarixi hər bir zaman ədalət və həqiqət uğrunda mübarizələr tarixi olmuşdur». Bu kontekstdən yanaşdıqda, hüquqi-demokratik cəmiyyətin qurulması prosesində hər dəqiqə əqidəsini, amalını dəyişən bu qələmunlardan cəmiyyəti təmizləmək hər bir insan fərdinin əsas vəzifəsi olmalıdır. Halal qələmilə yaşayan, gördüyü real işləri ilə təhsilə, elmə, xidmət edən insanlarla yarımçıq alimlər arasında körpü olmalıdır. Bu özəli olmayan “körpü”nü
hesabına “salanlar” belə bir kəlamı yaddan çıxarmasınlar.
Bu qələmunların neçə sifəti, neçə rəngi var?
Elmdə, təhsildə müqavva ahəngi var.
Əgər insan baş vermiş gündəlik məntiqsiz hadisələrdə öz hərəkətlərini, yol verdiyi eybəcər nöqsanlarını dərindən dərk edib, real nəticələr çıxarsaydı, bəşəriyyətin inkişafı daha mənalı olardı. Qlobal dəyişikliklər əsri olan XX yüzillikdə alimlər insan zəkasının, insan təfəkkürünün nəticələrinin kompüter modelləri vasitəsilə təkrarlanması üsullarını kəşf etdi. Bu sahədə dünya alimlərilə yanaşı müstəqil elmi məktəbi olan eloğlumuz prof. Lütvüzadənin və R.Əliyevin xüsusi xidmətləri vardır. Tərəddüd etmədən iqrar etmək olar ki, biososial-ruhi varlıq olan insanlar arasmda elə min sifətli, min hiyləli cırtdan fərdlər vardır ki, onların gizli və eybəcər hərəkətlərinin modellərini avtomatik cihazlar da əks etdirə bilmir.
Kompüter əsrində dünyəvi məntiq elminin müasir tələblər əsasında inkişafına, kadr hazırlığına, geniş tədrisinə qəsdən mane olmaq halları da insanlar arasında baş verən subyektiv münasibətlərdən irəli gəlir, real şəraiti düzgün əks etdirmir. Əgər bir şəxsin hansı səbəblərdənsə, qanunsuz olaraq iş yeri dəyişdirlərsə, onda bunu ancaq həmkarlar təşkilatı və əmək mübahisələri komissiyası araşdırıb real həll etməlidir.
Təhsidə «total qrup mənafeyi», «total neqativ psixologiya» anlayışları geniş intişar tapmışdır ki, bu da elmin, təhsilin, mədəniyyətin və insan mənəviyyatının ahəngdar və hərtərəfli inkişafına güclü təsir edən neqativ qanunauyğunluqlardan biridir.
Əgər biz kainatın gözəlliyini, harmoniyasını və qanunauyğunluqlarını elmin, sənətin gücündən istifadə edərək öyrəniriksə, bəs onda insani münasibətlərdəki ahəngdarlığı, antiməntiqsizliyi və antihumanizmi niyə dərindən öyrənə bilmirik? Qısaca desək, bunun səbəbini insani münasibətlərin mürəkkəbliyində və kontraslı xarakterində axtarmaq olar.
Məntiqi təhlillə yanaşsaq, təhsil, tədris və elm sahələrində apardığımız müşahidələr göstərir ki, tələbələrimiz zəif oxuyur, elmin sirrlərinə yiyələnmək istəmir, bədii və elmi ədəbiyyatın təhlilinə maraq sönüb. Elə bir şərait yaranıb ki, tanınmış bəzi alimlərimizin özləri də intellektual-tənqidi araşdırmalara da səthi yanaşır, sanki mənlik və ziyalılıq şüuru da yuxuya getmişdir. Ehtimal ki, bu cür vəziyyət cəmiyyətdə baş verən neqativ münasibətlərin axarından irəli gəlir.
Biz dövrü mətbuatda dəfələrlə çıxış edərək, orta və ali məktəblərimizdə təhsilin, təlim və tərbiyənin səviyyəsinin qənaətbəxş olmadığını gündəmə gətirmişik. Əgər bu vəziyyət uzun müddət davam edərsə, onda ölüm ayağında qala bilərik, təəssüf ki, ölünü ayağa qaldırmağın metod və üsulları da elmi təbabətə məlum deyildir. Paradoksal vəziyyətdir ki, radio və televiziya verilişlərində də elmin, təhsilin təbliğinə də cüzi yer verilir, bayağı konsertlər və meyxana kabusu bütün verilişləri üstələyib, biz bu cür verilişlərin tam əleyhinə deyilik, lakin hər bir işdə ölçü kateqoriyası gözlənilməlidir. Təəssüflər olsun ki, millilik, elmilik və məntiqilik hisslərindən xali olan verilişlərə, gürultulu kabusa qarşı mübarizə aparacaq ziyalılar dəstəsinə də təsadüf etmirik. Bu kabusla mədəniyyətin, elmin, sənətin və mənəviyyatın zirvələrinə yüksəlmək də ağıla batan deyil. Bu cür neqativ proseslər davamlı olarsa, onda elm və mədəniyyətlə məşğul olmağa da ehtiyac qalmayacaqdır.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish