Азярбайъан республикасынын тящсил назирлийи


ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN PSİXOSOMATİK KOMPONENTLƏRİ



Download 1,08 Mb.
bet21/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN PSİXOSOMATİK KOMPONENTLƏRİ
dos. Allahyarova Sevinc Ağavəli q., Psixologiya kafedrası, BDU
Açar sözlər: esensial hipertoniya, ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, qorxunun ürək nevrozu.
Ключевые слова: эссенциальная артериальная гипертония, ишемическая болезнь сердца, нарушения сердечного ритма, сердечный невроз страха.
Keywords: essential arterial hypertension, coronary heart disease, violations of a warm rhythm, cardiac neurosis of fear.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri ölümün rast gəlinən səbəbidir. Son illər ərzində kardioloqlar psixososial faktorların so­matik faktorlarla əlaqədə olduğunu qeyd edirlər. Həyat tərzi, şəxsiyyətin qu­rul­ması, onun professional və ailəvi əhatəsi qan dövranı və fizioloji tən­zim­lən­mə üçün çox vacibdir. Somantik risk faktorlarına aid olan: düzgün qida­lan­ma­maq, piylənmə, siqaret və spirtli içkilərdən istifadə etmək ürəkdə problemlərin yaranmasına səbəb olur.
Ürək-damar sisteminə aid olan psixosomatik komponent:
1) Essensial hipertoniya
2) ürək ritminin pozulması
3) ürəyin işemik xəstəliyi
4) qorxunun ürək nevrozu
Ürək və damarlar həyat fəaliyyətinin bütün formalarında, insan bunu dərk etməsə də, iştirak edir.Somatik sfera kimi psixi sferalar ürək-damar sisteminin funksiyalarını tə­yin edir. Aktivlik və sakitlik, yuxu və gümrahlıq ifadə olunmuş və bas­dırıl­mış hisslər qan dövranı sisteminin müxtəlif hallarından asılıdır.
Baxmayaraq ki, ürəyin işləməsində dəyişikliklər həm, müsbət, həm də mənfi hisslər zamanı özünü büruzə verir, patoloji pozuntular ürək-damar sis­temində qorxu, qəzəb, sıxıntı və digər mənfi emosiyalarla bağlıdır. Bu hallarda qana atılmış adrenalin nəbzin artmasına, damarların daralmasına, miokardın yığılmasının tezləşməsinə və bu da öz növbəsində narahatçılığa və qrxu hissinin yaranmasına səbəb olur.
Ürəyi adətən sevgi ilə əlaqələndirirlər. Ortaya belə bir sual çıxır. Nəyə görə yaxın insanın itkisi, münasibətlərin pozulması ürəyin xəstəliyi ilə nəti­cələnir? Əgər anna öz uşağına qarşı soyuqdursa, uşaq öz hisslərini gəlinciyinə yö­nəldir (anasında tapa bilmədiyini). Gəlincik onun üçün yaxın insanın əvəzi olur.Bəzi kardioloqlar belə hesab edirlər ki, ürək yaxın insanın simvoluna çev­rilir və onun üzərinə hər hansısa bir səbəbə görə açıq ifadə oluna bilməyən his­slər ötürülür.Ürək-damar xəstəliklərinin patogenezində ən vacib rol düşmənçilikdir.
Essensial hipertoniya.
Xəstəliyin başlanğıcının zamanını tapmaq çətin olduğu üçün onu törədən situasiya haqqında danışmaq çətindir. Arterial hipertoniya insan xroniki gərginlik gözləmə vəziyyətində başlayır. «Mən hər şeyə hazır olma­lıyam», «Mən beləyəm ki, bütün çətinlikləri öz üzərimə götürərəm», «Məni heç nə sax­la­ya bilməz, mən hər şeyə hazıram» - kimi ifadələr hipertoniklərə aiddir.
İnsanlarla və heyvanlarla aparılmış çoxsaylı eksperimentlər göstərir ki, hirs, qorxu zamanı təzyiq artır və xroniki emosional gərginlik daimi hiper­to­niyanın yaranmasına gətirib çıxarır. Esensial hipertoniya ailə üzvlərində tez-tez rast gəlinir, bu da «psixoloji irsilik» kimi interpretasiya ola bilər. Hi­per­tonik xəstələrdə özünü təstiqetmə çətin olur. Artan aqressiv hisslərlə daima mü­ba­rizə aparılır. Uşaqlıqda onlar çox aqressiv və qəzəbli olurlar. Yaş art­dıq­ca insanları yola verirlər, özünü müdafiə edə bilmirlər. Uşaq öz aqressivliyinə gö­­rə yaxınlarını və tanışlarını itirmək ehtimalını dərk edərək öz düşmənçiliyini kontrol etməyə və gizlətməyə məcbur olur. Arterial hi­per­toniyalı xəstələr hər za­man qarşıdurma zamanı çox qıcıqlı olurlar. Onlar uzun­ müddət eyni bir iş yerində işləyirlər, hətta maaşları az olsa belə. Vəzifədə ol­sa­lar da, avtoritet ola bilmirlər. Onlar başqalarının işini yerinə yetirirlər. Nəticədə qəzəb, nifoət və aqressivliyin yaranması baş verir və getdikcə bu hissləri idarə etmək olmur. Nəticədə gərginliyin xroniki halı yaranır.
Hipertoniyanın formalaşmasında ailədə olan əlaqələr də rol oynayır. Məsələn, əgər ata konfliktli-aqressiv hipertonikdirsə,onun davranışı ailə münasibətlərinə bütövlükdə təsir edir. Hər bir ailədə valideynlərlə uşaqlar arasında qaydalar formalaşır ki, konflikltlər onların əsasında tənzimlənir. Belə ailə­lərdə neqativ-qeyri-verbal kommunikasiyaya üstünlük verilir (cavab ver­mə­mək, başını çevirmək, baxışlardan qaçmaq). Belə ailələrdə nitqə və kom­mu­nikasiyaya qadağa olur və nəticədə anlayan, müşahidə edən, kontrol edən, aktivliyi saxlayan ifadələr meydana gəli (nə isə bildirən, iştirak edən, çat­dıran ifadələrə isə çox az rast gəlinir)
Hipertoniklərə xas olan şəxsi xüsusiyyətlər: işgüzar, ünsiyyətcil, məsuliyyətli. Bunun nəticəsində onlarda daxili və xarici konfliktlər yaranır ki, han­sılardan ki, onlar emosional olaraq uzaqlaşa bilmirlər.Onlar öz xəstəliyini tam dərk etmirlər.Düzgün olmayan nevrotik davranış aktivliyə və insanlara yardıma canatmada özünü doğruldur.Onları əməksevərliyi, davranışı, ünsiyyətcilliyi, təmizkarlığı – xoşagələn pasient edir. Lakin yadda saxlamaq lazımdır ki, onlar öz aqressivliyini, şöh­rətpərəstliyini və rəqabətə canatmasını gizli şəkildə saxlayırlar.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish