Азярбайъан республикасынын тящсил назирлийи



Download 1,08 Mb.
bet22/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
Ürəyin işemiyası və miokard infarktı
Psixi faktorlar riskin somatik faktorları ilə birlikdə təsir edir (hiper­to­ni­ya, siqaret, şəkərli diabet, artıq çəki). Belə əlaqənin 3 əsas variantı təyin olu­nub:
1) Emosiyalar və «ağırlıq» koronar qan dövranına, ürəyə bilavasitə təsir edir.
2) Arterial hipertoniyanın əmələ gəlməsində psixosomatik təsirin rolu böyükdür: onlar yağların mübadiləsinə təsir göstərir və aterosklerozun əmələ gəlməsinə səbəb olurlar.
3) Psixosomatik faktorlar siqaret çəkmə və spirtli içkilərdən istifadəyə gətirib çıxarır və nəticədə yeməyə tələbat artır və piylənməyə gətirir.
Konorar xəstələr miokard infarktının başlanğıc göstəricilərini heç nəzərə almır­lar. Onlar xoşagəlməz duyğuları zarafat hesab edirlər və biganəlik gös­tərirlər. Konorar xəstəliklərə davranışın müəyyən tipləri aiddir. Roseman, Fridman (1959) infarkta təhlükə olan davranışı A tipli adlan­dırmışlar. Onlar B tipinə tam əksdirlər. A tipli insanlar yaradıcı tipdir, müvəffəqiyyətsizlik zamanı isə daxili gər­ginliyin artması baş verir.
A tipli insanlar 3 yarımsinfə bölünürlər:
1) Qapalı, tormozlanmış, mimika və jestlərdən istifadə etmirlər. Onlar özlərindən nadir hallarda çıxırlar, əgər çıxsalar da uzun müddət sakitləşə bilmirlər.
2) Öz hisslərini gizlədə bilirlər, daxilən çox əsəbidirlər.
3) Ətrafda baş verənlərə çox hay-küylü şəkildə reaksiya verirlər. Ün­siyyətcildirlər, əl-qolla danışırlar, bərk gülüb, danışırlar. Tez-tez özlə­rin­dən çıxırlar, savaşırlar, lakin bunu tez unudurlar.
Şafer (1976) infarkt riskinin 2 faktorunu ayırd edir: bir tərəfdən atero­skleroz, digər tərəfdən stress. Faktorların təsiredici gücünün artmasına pasientin həyat tərzi, qidalanması, alkoqol, siqaret, hipodinamik həyat tərzi və qor­xu, gərginlik, aqressivlik halları da təsir edir.Danbar (1943) şəxsiyyətin koronar profilini təsvir edərək aşağıdakıları qeyd edir: işləmək arzusu, öz sahəsində zirvələrə ucalmaq, sosial status, sosial normalara adaptasiya olmaq. Risk faktorlarına aiddir: gərgin həyat ritmi, sosial əhəmiyyət və nailiyyətə canatma, gərgin-narahat fəaliyyət.Tələsmək, narahatçılıq, üz əzələsinin daimi gərginliyi, seytnot hissi və məsuliyyət gələcək infarkt xəstəliklərinin əlamətləridir. Onlar üçün iş o qədər əhəmiyyətlidir ki, başqa heç bir şeyə vaxtları qalmır.Gərginliyin səbəbi çox vaxt təkmilləşmənin yetərsizliyidir, bu da gənc ixtisaçılarda yaşlılara nisbətən daha çox rast gəlinir və infarkt riski artır.Yüklənməni də digər konfliktlər kimi həll edirlər: özünə müraciət edərək: tələsmək, güclü və hərtərəfli inkişaf etmiş.
İşemik xəstələri tipik nevrotiklərlə müqayisə etmək olmaz: onlarda tormoz, emosional labillik, inamsızlıq yoxdur. Müasir aləmdə belə insanların işi və uğurunu normadançox kimi qiymətləndirmək olar.İşemiya xəstəliyi psixosomatik nöqteyi-nəzərdən 3 ardıcıl mərhələlərdən ibarətdir: hiperaktivlik, kompensasiya və uçurum.
Kardiofobik nevroz.
Kardiofobik nevroz zamanı parçalayıcı konflikt yüksək ambivalent şəxsiyyəti müəyyən edir. Bir tərəfdən özünü müdafiəyə qabiliyyət, digər tərəfdən – imkanların məhdudluğu və asılılıq. Belə bir konflikt onu əmələ gəti­rən vəziyyətdən asılıdır (ölüm, xəstəlik, köçmə) – tənhalıqla nəticələnə bilən. Be­lə xəstələrin fantaziyalarında aqressiv ölüm arzusu və gözəl bir xilas etmə mü­şahidə olunur. Simbiotik münasibətlərə meyillik göstərən kardionevrozlu xəstələrdə ana və ya ata ilə sıx əlaqələrin itirilməsi zamanı daxili və xarici çətinliklər yaranır. Ətrafdakı insanların ölümünü sanki öz şəxsi həyatı kimi qavrayırlar.
Bu xəstələr əsasən atasız böyüyən tək oğlan uşaqlarında, bir də sonbeşik olan oğlanlarda müşahidə olunur. Onlar analarına çox bağlı olurlar. Gələcək həyatda münasibətlərin yaranmasında çətinliklər yaranır. Çox erkən bağlılıq nevrozun yaranmasına səbə olur.Bağlılıq və ya öyrəşmənin ardıcıllığı və onun kəskin kəsilməsi çox pis təsir edir. Burada A və B tipli davranış tipləri var: A tipii-bilavasitə simbiotik ası­lılıq nümayiş etdirir; B tipii –belə bir «alçaldıcı» vəziyyətlərə dözmür və özü­nü nümayişkəranə azad aparır (həm dərk olunan, həm də dərk olunmayan hə­rə­kətlərində)
Xəstələrin çoxunda sadə asılılıq, həyati əlaqələrin azalması, çə­tin­lik­lərdən qaçma (fobiyalara xas olan). Bəziləri isə işləmirlər, sərbəst ya­şa­ya bilmirlər, psixoterapevtin və yaxınlarının köməyinə ehtiyacları olur. On­lar sek­sual münasibətlərdən, idmandan, fiziki işlərdən uzaq dururlar (ürək dö­yün­tü­sünü artıran proseslərdən) Bir qismi isə ürək fəaliyyətini daima izləyir, ona aid olan ədəbiyyatı oxuyurlar, bir psixoterapevtdən digərinin yanına gedirlər, öz müşahidələrini bədəninin başqa hissələrinə yönəldirlər. Kar­dionevroloji qorxu zamanı psixofizioloji dairə öz rolunu oynayır: qorxu və hə­yəcan nəticəsində adrenalin qana atılır bu isə «taxikardiyaya» gətirir. Təzyiq artır, ürəyin faydalı effekti azalır, hipoksiya əmələ gəlir, nəticədə qorxu və hə­yə­can əmələ gəlir, bu da ürəyə təsir edir. Ürək sıxılmalarının sayının artması qorxuya səbəb olur. Sadə asılılıq və inkarın və qorunmanın tipini psixoloji testlərlə tapmaq olar. MMRİ profillərində Rixter və Bekman onları A və B tipli təsvir etmişlər. Onlar ən çox infarktdan qorxurlar, lakin o elə də onlar arasında müşa­hi­də olunmur.
Ürək ritminin pozuntuları
Pristuplar (tutmalar) konfliktlərlə və situasiyalarla bağlı olan faktorlarla əmələ gəlir. Ürəyi 25 % sağlam olan pasientlərdə həyat situasiyalarla və pris­tup arasında olan əlaqə ilə müşayiət olunur. Pristuplar daxili gərginlik za­manı əmə­lə gəlir. Pasientlər öz hisslərini idarə edə bilirlər, onları gizlədə bilir­­lər, bir zəiflik kimi nəzərdən keçirirlər: «Mən bildirmirəm ki, mənə nə olub».Onlar öz emosional aləmini qoruyurlar, mübahisələrdən, qarşı­dur­ma­lardan, mübahisələrdən uzaq dururlar.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1.Бройтигам В., Кристиан П., Рад М. Психосоматическая медицина:Краткий учебник. М., 1999.
2.Bernard L.C., Crupat E. Health Psychology. Biopsychosocial Factors in Health and ness. Harcourt Brace College Publishers, 1994.
3.Bundy C. Cardiovascular and respiratory disease. Treatment // The Handbook of Clinical Adult Psychology / Ed. by S.Lindsay &G.Powell. London; New York, 1995. P.573-588
Психосоматические компоненты сердечно-сосудистых заболеваний
Резюме
Заболевания сердца и сосудов в экономически развитых странах являются самой частой причиной смерти. В последние годы кардиологи все большее значение придают психосоциальным факторам риска и их связи с соматическими факторами. Образ жизни, установки личности и положение человека в его профессиональном и семейном окружении важны для кровообращения и его физиологической регуляции. Издавна известны такие соматические факторы риска, как неправильное питание, ожирение, курение и злоупотребление алкоголем, в которых отражаются особенности личности.
Psychosomatic components of cardiovascular diseases
Abstrakt
Diseases of heart and vessels in economically developed countries are the most frequent cause of death. In recent years cardiologists attach the increasing significance to psychosocial risk factors and their communication with somatic factors. The way of life, installations of the personality and position of the person in his professional and family environment are important for blood circulation and its physiological regulation. Such somatic risk factors as improper feeding, obesity, smoking and abuse of alcohol in which features of the personality are reflected are long since known.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish