Азярбайъан республикасынын тящсил назирлийи



Download 1,08 Mb.
bet29/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
SOSİAL PEDAQOGİKA
ŞƏXSIYYƏTIN INKIŞAFINDA MÜHITIN ROLU
Məmmədova Tünzalə Ramazan qızı,
Bakı Dövlət Universiteti,Sosial elmlər və Psixologiya
Fakültəsinin Sosial pedaqogika üzrə magistrantı
Açar sözlər: Şəxsiyyət,mühit,şəxsiyyətin inkişafı,sosial mühitin təsiri
Ключевые слова: личность, среда, развитие личности, влияние социальная среды
Key words: personality,environment, personality’s development, the effect of environment.
Günümüzdə dünya miqyasında iqtisadiyyatda, siyasətdə, dində, ailədə, təhsildə, qisacası bir cox sahədə ciddi böhranlar yaşanmaqdadır.Şübhəsiz bu böhranlar insan qaynaqlıdır. İnsan digər canlılardan fərqli olaraq, illər alan uzun bir təhsil nəticəsində həyatda təsirli və rol sahibi bir fərd olaraq yer ala bilir. Hər sahədə böhranlar yaşandığına görə,insana verilən təhsildə ciddi yalnışlıqlar və eksikliklər mövcuddur. Bilindiyi kimi, təhsil; ailə, ən geniş mənası ilə mühit və məktəb üçlüsünün əsəridir. İnsan aldığı təhsil nəticəsində bir şəxsiyyətə sahib olur və həyatda o şəxsiyyətlə rolunu oynayır. Vəziyət belə olduqda insan şəxsiyyətinin necə formalaşdığı, hansı mərhələlərdən keçdiyi, hansı mövzuların daha cox təsirli olduğu kimi məsələlərin lupa altına alınması lazım gəlir.
Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə,mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür. Şüurluluq və fəallıq şəxsiyyətin əsas atributlarını təşkil edir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və.s) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər.
Şəxsiyyətin inkişafının cox mühüm göstəricisi onun əxlaqi yetkinlik dərəcəsidir.Hələ insan uşaq ikən insan “yaxsı” və “pisin”nə olduğunu anlamağa başlayır. Bu prosesdə əvvəlcə şəxsi fəalliq üstün yer tutsa da, bir müddət keçdikdən sonra onda başqalarının bəyəndiyi əməllərə, təriflənən hərəkətlərə meyl güclənir. Yetkinləşdikdən sonra şəxsiyyətdə mənəvi borc anlayışı formalaşır. Bu onun öz davranışının cəmiyyət tərəfindən qəbul olunmuş əxlaqi normalar və qaydalar ilə uyğunlaşdırılmasında ifadə olunur. Borcun başa düşülərək edilməsi şərəf anlayışını,özünə hörmət hissini əmələ gətirir.
Beləliklə, şəxsiyyət inkişaf etdikcə o, öz davranışının və daxili aləminin subyekti kimi çıxış edir.Bu proses birdən birə baş vermir, öz inkişafında müəyyən mərhələlərdən keçir.
İnsan şəxsiyyətinə müxtəlif dərəcələrdə bərabər zamanda təsir edən amillər ayırd edilir: irsiyyət, mühit, və iradə.
Bu amillərdən birincisi olan irsiyyət inkişaf edib yetkinləşərkən , temperament, xarakter, xasiyyət, eqo(mənlik) və fərdiyyət təbii olaraq inşa edilir. İrsiyyətin ünsürləri içərisində ruh,ağıl, qəlb,nəfs, vicdan, iradə, şüuraltı, şüur, duyğular, istəklər, vərdişlər, bağlılıqlar yer alır. İnsan təbiətində yaxşılıq, gözəllik, ədalətlə yanaşı, pislik, zülm, öfkə, kin, nifrət, həsəd, paxıllığ kimi mənfi duyğularda mövcuddur.
İnsana təsir edən ikinci amil içində doğulduğu sosial-iqtisadi və mədəni sistemi təyin edən mühitdir. Zamanın ruhunu əks etdirən sosial-iqtisadi və mədəni ünsürlər, şüuraltının, xarakterin və eqonun inkişafına birbaşa təsir edir.
İnkişaf prosesində şəxsiyyət xarici şərait ilə münasibətlərində öz yerini düzgün müəyyənləşdirməyi bacarır. Bu halda şəxsiyyətin yüksək şüurluluğu, onun həyat yolunun təşkili, tənzimetmə, bütövlüyünü təminetmə funksiyaları yerinə yetirilir. Şəxsiyyət öz həyatının subyektidir, yəni həyat dinamikasının mənbəyi və hərəkətverici qüvvəsidir. İnkişafetmiş şəxsiyyətin mühüm bir xüsusiyyəti odur ki, o həyatda qarşıya çıxan problemləri həll etməyi bacarır. Bu isə çox mühümdür. Çünki insan həyatı daim müəyyən problemlərlə bağlıdır.
İnsan şəxsiyyətinin inkişafında ən önəmli və təsirli ünsür isə iradədir. Bir başqa ifadəylə, iradi və şüurlu seçim və qərarlarıdır. Çünki insan hər an şüursuz və şüurlu, avtomatik və iradi olaraq secim edən və qərarverən dinamik bir varlıqdır.
İnsan şəxsiyyətinin inkişafında mühitin roluna nəzər yetirək.
Mühit anlayışı məzmunca geniş olub, insana təsir göstərən xarici amillər sistemini –insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şəraiti əhatə edir.
Aparılan bütün tədqiqatlarda şəxsiyyətin, millətin, xalqın formalaşmasında mühitin, etnogenin və tərbiyənin rolu göstərilmişdir. Q.Lebon, Z.Freyd və başqalarının fikrincə irsiyyət əsas, aparıcı təsir və əhəmiyyətə, mühit və tərbiyə isə ötəri, keçici, ikinci dərəcəli rola malikdir.V.Bexterev, Q.Tard, E.Stouns və digərləri isə mühitin həlledici rol oynadığı fikrini ön plana çəkirlər. İnsan yalnız cəmiyyətdə təbiətin ona bəxş etdiyi mövqeyi tuta bilər. Sivilizasiya olmasaydi, o, ən miskin,ən düşüncəsiz heyvandan fərqlənməzdi.
Mühit insanı, əlbəttə, fiziki və mənəvi cəhətdən dəyişdirir.Bütün bunlar isə tərbiyə ilə birgə insanin həyat tərzindən asılı olaraq az təsir gücünə malikdir.Mühit o zaman real təsir gücünə malik olur ki,irsiyyətin təsiri uzun müddət eyni istiqamətli olsun.
Qustav Lebonun şəxsiyyətin həyat tərzinin, ictimai quruluşun ,yəni mühitin təsirini azaltmağa çalışan fikirləri ilə tamamilə razilaşmaq qeyri-mümkündür.
Gəldiyi nəticələr barədə Lebon yazır:” Xalqin taleyini dirilər yox, ölmüş nəsillər həll edir”.
“Bizim bütün həqiqi və ya saxta fikir və biliklərimiz, pis və ya yaxşı arzu və hisslərimizin hamısı öz mənbəyini təcrübədən götürür” deyən Mixaylovski mühitin insana təsirini qeyd şərtsiz qəbul edir.
“Mənə ictimai mənşəyini de,deyimki sənin əşya,hadisələrə münasibətin necədir” fikrini əsaslandırarkən irsiyyətin rolunu qəbul edir. Lakin bütün hallarda o, mühit və irsiyyəti bir-birindən ayırmır.
Kütlə və şəxsiyyətdən bəhs edən Mixaylovski göstərirki, tənha insan və kütlə icərisində insan bir-birindən tamamilə fərqlənən varlıqdır.
Mühit dedikdə,həm təbii-coğrafi,həm də sosial mühit başa düşülür. Təbii-coğrafi mühitə insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır. Dağ yerlerində, eləcə də şəhər mühitində böyüyən insanlarla, aran və kənd yerlərində yaşayanlar arasında müəyyən fərqlər (məs., fiziki, cinsi, estetik, sosial yetkinlik baxımından) vardır. Kosmik amillər də canlılara, o cümlədən insana təsirsiz qalmır. Belə təsiri öyrənən elm sahələri də vardır (heliobiologiya, astropsixologiya və b.). Hazırda insanlarda astroloji təqvimlərə, ulduz fallarına müəyyən maraq yaranmışdır. Eyni bürcdən olan adamlarda ümumi cəhətlər, keyfiyyətlər müşahidə olunur.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər.İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, fəhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insanların bir-birinə münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə daxildir.
İnsanın fərdi sosial inkişafı, tərbiyəsi və fəaliyyəti mühitdən asıllıdır.Mühit insanın özünüreallaşdırdığı yerdir.Yəni insanın inkişafının səviyyəsi bilavasitə mühitdən asılıdır. Mühit insanın daxil olduğu münasibətlər məcmusudur. İnsan bu münasibətlər məcmusunu məhz mühitdə əxz edir. Düzdür, tədqiqatlar göstərir ki, iki insan eyni mühiti eyni cür mənimsəmir. İnsanların mədəniyyəti, inkişaf və tərbiyəlilik səviyyəsi arasındakı fərqlər də məhz bunun nəticəsində yaranır. Müxtəlif mühitdə böyümüş insanların da mədəniyyəti,inkişaf və tərbiyəlilik səviyyələri arasındakı fərqlər mövcud olur. Mühit amili sosial tərbiyə prosesinə stimullaşdırıcı təsir göstərə, məzmunlaşdıra, neytrallaşdıra və hətta əks təsir göstərə bilər. Şəxsiyyətin inkişafında mühiti nəzərə almaq üçün mühitin təsirini qabaqcadan müəyyənləşdirməyi bacarmaq, müsbət təsirlərdən yetəri qədər çox istifadə etmək və eyni zamanda mənfini neytrallaşdırmağa və ya maksimum dərəcədə aşağı salmağa çalışmaq, mühit amilinin fasiləsiz olaraq hər bir insana təsir göstərəcəyini daim diqqət mərkəzində saxlamaq, mühitin təsirinin xarakterini müəyyənləşdirmək və sosial-pedaqoji işdə ondan məqsədyönlü şəkildə istifadə etmək lazımdır.
İnsanın şəxsiyyət kimi formalaşmasına sosial mühit daha cox təsir edir.Sosial mühit iki cürdür: mikro və makro mühit.
Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti ).
Ailə şəxsiyyətin inkisafına təsir edən mikromühit amilləri arasında xüsusi yer tutur. N.Smelzerin fikrinə görə ,uşaqlar yaşlı rolu üçün zəruri olan əsas bilikləri məhz ailədə mənimsəyirlər. Hər bir ailə öz təcrübəsində yazılmamış tərbiyə konsepsiyasına söykənir. Bu konsepsiya Azərbaycan Xalq Pedaqogikasının prinsiplərindən faydalanır və hər bir ailə özünəməxsus xüsusiyyətlərlə meydana cıxır.
Ailədə uşaqların sosiallaşması prosesində valideynlərin rolu önəmlidir. Mütəxəssislər bu prosesdə imitasiya və identifikasiya mexanizmlərinin əhəmiyyətini xüsusilə qeyd edirlər.Uşaqlar insan münasibətlərini ata və ananın vasitəsilə mənimsəyirlər, xüsusilə müəyyən yaşa qədər dünyaya onların gözü ilə baxır, insan münasibətlərini onların dəyərləri ilə qavrayır, mənimsəyirlər.
Qız anadan görməyincə, öyüd almaz,
Oğul atadan görməyincə, süfrə acmaz.
“Kitabi-Dədə Qorqudda əks olunmuş bu bənzərsiz həqiqətlər əsrlərin, qərinələrin qovşağında Azərbaycan xalq pedaqogikasının başlıca qanunları kimi səslənmişdi.
Ayaq tutub yeridikcə uşaqların sosial əlaqələri də genişlənir.Onların sosiallaşmasında yaşlılarla birgə həmyaşıd uşaqlar da mühüm rol oynamağa başlayırlar. Həmyaşıd uşaqlar əslində özünəməxsus “cəmiyyətdir”.Hələ kiçik məktəbli yaşı dövründə formalaşan bu “cəmiyyəti” yeniyetməlik və gənclik yaşı dövrlərində yeni xüsusiyyətlərlə xarakterizə edirlər. Bu dövrlərdə onların dünyaya baxışı ferqli aspektdən olur.Kücə mühitində yaxud daxil olduqları qruplarda ozlərini sübut etməyə çalışır, bu proseslər onların özünüdərk etməsində köklü rol oynayır.
N.Smelzerin tədqiqatlarında məktəbdə və evdə sosiallasmaya təsir edən amillər köklü surətdə fərqləndiyi vurğulanır.
S.Manigeymin fikrincə məktəb mahiyytcə, uşağa yad olan rəsmi şəraiti ilə fərqlənir.Sinifdə 30 və ya 40 şagird olanda, müəllim valideyn kimi zərif və gülərüz ola bilmir.Uşaqlar gərək buna alışsınlar ki, onlar sinifə daxil olan kimi artıq bir yerdə oynayan 3-4 uşaqdan ibarət kiçik qrup deyil, böyuk bir kollektivin üzvü olurlar.Nəhayət, sinifdə şərait ailədə şəraitdən kəskin fərqlənir.Sinifdə partalar sərt qaydalarla cərgələrə düzülüb.Uşaqlar dərs vaxtı nə istədikdə müəllimdən icazə almalıdırlar.Onlar ancaq tənəffüs vaxtı oynaya bilərlər.Sosioloqların fikrincə, evlə məktəb arasındakı bu fərqlərə adaptasiya sosiallaşma prosesinin və böyük sosiumda-cəmiyyətdə yaşamaq üçün hazırlaşmağın önəmli vəsiləsidir.
Uşaqlıq və məktəb illərində şəxsiyyətin inkişafı və sosiallaşmasında bilavasitə ətraf mühit-mikro mühit güclü təsir göstərir. Körpəlikdən heyvan sürüsunə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.Mikromühit geniş sosial mühitin tərkib hissəsidir.Cəmiyyətdə gedən proseslər ailədə,məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi,ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir.Valideynlərdən biri məhşur fizik Pifaqordan soruşmuşdu: “Övladımı tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmuyacaq”.
Makromühit isə cəmiyyət həyatıdır,geniş sosial mühitdir. Cəmiyyət həyatı,onun maddi və mənəvi sərvəti tərbiyə işində həlledici şərtdir.Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.
Müasir elmi texniki inqilabın törətdiyi əsaslı texnoloji çevriliş təkcə iqtisadiyyatda deyil, ictimai həyatın bütün sahə və tərəflərində hiss olunur. Bu mənada elmi-texniki inqilab bəşəriyyətin ümumi yüksəlişinin , gələcək inkişafının çox mühüm amili kimi çıxış edir. Təsadüfi deyildir ki, gələcək cəmiyyətdə humanist idealların həyata keçirilməsində sosial və siyasi dəyişikliklərlə yanaşı, elmi-texniki amillərə də böyük yer verilir.
Elmi-texniki inqilabın ictimai həyatdakı, o cümlədən şəxsiyyətin inkişafındakı rolu xüsusilə böyükdür. Elm və texnikanın tərəqqisi ilə insanın özünün inkişafı arasında dialektik qarşılıqlı əlaqə mövcuddur. Onun mexanizmi aşağıdakı kimidir:
Bir tərəfdən insan öz fəaliyyətində elmi-texniki inqilabın müxtəlif istiqamətli təsirini getdikcə daha çox hiss edir.Digər tərəfdən isə elmi-texniki tərəqqinin maddi istehsala və mənəvi həyat sferalarına nüfuzu dərinləşdikcə bu prosesin yaradilmasında bilavasitə iştirak edən insanların da sayı durmadan çoxalır. Sonra elmin texnoloji tətbiqi artdıqca, əmək prosesində insanın mənəvi əxlaqi keyfiyyətlərinin rolu yüksəlir. Yüksək şüurluluq, əməyə vicdanlı münasibət, intizam və məsuliyyət işçinin uğurlu əməyinin çox vacib şərtinə çevrilir.
Mühitin təsiri insana çox zaman birbaşa yox,vasitəli şəkildə -onun ətrafdakılara ,başqa adamlara ,həmyaşıdlara,müxtəlif uşaq qruplarına münasibəti vasitəsilə özünü göstərir.Bu sahədə sosial tərbiyə müəssisə və təşkilatlarının rolu böyükdür.
İnsan şəxsiyyətinin formalaşmasında mikro və makro mühitlə yanaşı mezamühit (etnomədəni amillər,yaşayış məskəninin tipi,kütləvi kommunikasiya vasitələri ) də mühüm rol oynayır. Şəxsiyyətin inkişafina təsir edən bu amillərdən yaşayış məskəninin tipi, onlar üçün yaradilan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraitini də göstərə bilərik.
İnsan şəxsiyyətinin formalaşmasında mühit və irsiyyətin təsiri kifayət qədər elmi, nəzəri, həm də inandırıcı şəkildə sübut etmişlər.Biz hər iki istiqaməti qəbul edirik. Lakin etno-amillərin (ictimai – siyasi mühitin, dövlət quruluşunun, xüsusilə ideologiyanın insan şəxsiyyətinə, onun formalaşmasına təsirini qeyd etmək istərdik.
Sovet ideologiyasının başlıca məqsədi ideologiyaya uyğun, ona xidmət edən insanəar formalaşdırmaqdan ibarət idi.Bu ideologiya həyat və fəaliyyətin bütün sahələrini əhatə edirdi.70 il ömür sürmüş sovet hakimiyyəti illərində yaşayan adamları aşağıdakı qruplara ayırmaq olar:
a) quruluş və ideologiyaya ürəkdən inanan və qeyd-şərtsiz ona qulluq edənlər;
b) Stalinin ölümünə qədər ona inanalar və onun ölümündən sonra sosializmdən uzaqlaşdığına inananlar;
c) bu quruluşa qarşı çımağa çalışanlar;
d) tamamilə inanib sonradan aldadildiqlarına inananlar, peşimançılıq çəkənlər;
e) inanıb aldananlar və özünə sui – qəsd edənlər.
Karel Çapek yazır ki, ideallar, mənəvi dəyərlər, prinsiplər – bütün bunlar əxlaqi, mən deyərdim ki, dini kateqoriyadır. Lakin onlar insana, onun şəxsi həyatına xidmət etmirsə, puç bir şeydir. Mən insanın sosialist inam və əqidəsinə inanmıram, əgər onun ətrafdakı adamlara münasibəti təmiz deyilsə.
Sosialist ideologiyası insanın təbiətinə yad idi.Bu ideologiya insanı yalnız sosial varlıq kimi görür, qəbul edir və bütün fəaliyyətini bu əsasda qururdu.
Hələ 1931-ci ildə SSRİ-də olmuş məhşur yaziçi Bernard Şou yazırdı ki, bu ölkənin vətəndaçları üçün vəzifə tutmaq böyük müvəffəqiyyət hesab olunurdu.Vəzifə tutan şəxs rüşvət almaq və insanlarla istədiyi şəkildə davranmaq səlahiyyəti qazanır.
Beləliklə vəzifə hər şeydən, hətta, insanın canından da şirin olur.Çünki vəzifədə qalmaq xalqa xidmət etmək üçün canını, zəkasını qabiliyyətini fəda etmək yox, xalqın hımin şəxsə və ya şəxslərə xidmət etməsinə cevrilir.Beləliklə, həmin şəxs həyatını, sağlamlığını belə təhlükə qarşısında qoymaqdan çəkinmir.
Göründüyü kimi yalnış ideologiyalar cəmiyyətdə faydasız, əxlaqi cəhətdən xəstə insanların yaranmasına yol aça bilir.
Mezo-amillər sırasında kütləvi informasiya vasitələri mühüm əhəmiyyət kəsb edir.
Uşaqlar cəmiyyətdəki davraniş qaydalarını və sosial rolları həm də televiziya verlişləri, qəzetlər, filmlər və b. Kütləvi informasiya vasitələri ilə mənimsəyirlər. Kütləvi informasiya vasitələri müuəyyən dəyərlərin və davranış nümunələrinin formalaşmasında mühüm rol oynayır, özlərinin simvolik məzmunu ilə sosiallaşma prosesinə dərin təsir göstərirlər. Hətta bəzi tədqiqatçılar belə hesab edirlər ki, sosiallaşma vasitəsi kimi televiziyanın təsiri valideynlərin təsiri qədər böyükdür. Televiziya kütləvi informasiya vasitələrinin nisbətən geniş yayılmış formasıdır.Hal-hazırda kommersiya və kabel televiziya şəbəkəsi vüsətlə inkişaf edib.N. Smelzerin sosioloji araşdırmalarına görə, 2 yaşda 11 yaşına qədər uşaqlar həftədə orta hesabla təxminən 27,6 saat televiziyanın qarşısında olurlar.Orta səviyyəli məktəb məzunu televerlişlərə baxmağa orta hesabla 15 min saat sərf edir.
N.Smelzerin tədqiqatlarından aydın olur ki, televiziya verlişləri informasiyanın mühüm mənbəyidir.Bəzi proqramlar – elmi kütləvi filmlər, ədəbi verlişlər, sənədli filmlər həm yaşlıların, həm də uşaqların dünya haqqında biliklərini genişləndirir və onlar üçün eyni dərəcədə faydalıdır. Bu verlışlərin sayəsində uşaqlar onlara tanış olmayan mühitdə rol modellərini qavrayırlar.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir.Mühitin təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Müxtəlif inkişaf səviyyəsində olan iki adam hətta eyni şəraitdə böyüsələr belə,onu eyni şəkildə başa düşmürlər. Deməli, mühit onlar üçün eyni məna kəsb etmir. Bu zəmində də insanla ətraf mühit arasında özünəməxsus münasibət formalaşır. Eyni mühitdə (ailədə,məhəllədə ) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla izah edilə bilər.
Odur ki, insanın daxili mövqeyi,tələbatları, meylləri nə qədər düzgün formalaşarsa, mühitin mənfi təsirinə onun müqavimət gücü bir o qədər artar.
Ədəbiyyat:
1) M.İsmixanov. Ali məktəb pedaqogikası. B.: 2011
2) H.Əlizadə. Sosial Pedaqogika. B.: 2010
3) Z.Hacıyev. Fəlsəfə. B.: 2009
SUMMARY:
Personality development environment plays a major role in developing a sense of respect, which corresponds to the quality of social active life position. No doubt the influence of natural and geographical environment on the physical, mental and aesthetic development of the person.
Micro- (family, school, employment, etc..) and macro- (social environment in the broad sense) environment in the formation of personality influences on the development of knowledge and skills. But man is not a passive object environment. It can have an impact on the real possibilities of the medium, and education, and even heredity.
РЕЗЮМЕ:
B развитие личности среда играет большую роль в формировании чувства уважения, что соответствует социальному качеству активной жизненной позиции. Несомненно также влияние природно-географической среды на физическое, умственное и эстетическое развитие человека.
Микро- (семейное, школьное, трудовое и др.) и макро- (социальная среда в широком смысле) среда в формировании личности влияет на становление знаний, умений и навыков. Но человек не пассивный объект среды. Он может оказать влияние на реальные возможности среды и воспитания, и даже на наследственность.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish