Азярбайъан кооперасийа университетинин дярсликляри



Download 5,45 Mb.
Pdf ko'rish
bet164/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   276
Bog'liq
Azf-266611

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


410 
XXVI FƏSĠL. MAKROĠQTĠSADĠ TARAZLIQ. 
MƏCMU TƏLƏB VƏ MƏCMU TƏKLĠF 
 
§1. Fərdi və məcmu tarazılıq 
 
Milli iqtisadiyyatın dayanıqlı inkişafı üçün iqtisadiyyatın 
müxtəlif sahələri və cəhətləri arasında müəyyən nisbətlərin 
gözlənilməsi zəruri olduğu kimi, bu müxtəlif sahələr və 
cəhətlər arasında müəyyən tarazılığın (müvazinətin) olması da 
zəruridir. Nisbət və tarazılıq anlayışları məzmunca bir-birinə 
yaxın olsalar da, eyni deyillər. Belə ki, tarazlıq dedikdə faktiki 
nəticələrin gözlənilməsi zəruri olan nisbətlərə yaxın olması 
nəzərdə tutulur. Məsələn, iqtisadiyyatın normal fəaliyyəti üçün 
5 mln ton neft lazım olur. Ölkədə 4,7-4,8 mln ton neftin 
çıxarılması tarazlıq vəziyyəti hesab oluna bilər. 
İqtisadi ədəbiyyatlarda bazar və məcmu tarazlıq 
(müvazinət) anlayışlarına rast gəlinir. 
Bazar tarazlığı
dedikdə, 
ayrı-ayrı bazarlarda tələb və təklifin bərabərliyi, daha doğrusu, 
tarazlığı, bir-birinə daha çox yaxın olması nəzərdə tutulur. 
Bazar tarazlığı modeli tələb və təklifin mahiyyətini, onların 
qiyməti ilə qarşılıqlı əlaqə mexanizmi aydınlaşdırmaq üçün çox 
əlverişlidir. Belə ki, tələb və təklifin bərabərliyi şəraitində 
qərarlaşan qiymətlər tarazlıq qiymətləri adlanır. Bu qiymət 
istehsalçının faydalı fəaliyyətini təmin edən qiymətdir. Tarazlıq 
qiyməti istehsalçı (satıcı) və istehlakçının (alıcının) əvvəlcədən 
nəzərdə tutduqları faydalılığı əldə etməyə imkan verir. Belə ki, 
istehsalçı əmtəəni həmin qiymətə satıb öz xərclərini ödəyir və 
gözlədiyi mənfəəti də götürür. İstehlakçı isə malik olduğu pula 
tələbatı ödəyən miqdarda əmtəə ala bilir. 
Qiymətin tarazlıq qiymətindən kənarlaşması isə həm 
alıcı, həm də satıcı üçün əlverişli deyildir. Çünkü, real qiymət 
tarazlıq qiymətindən yüksək olarsa, satıcı öz müştərilərinin bir 
hissəsini itirmiş olur, alıcı isə malik olduğu pula tələbatını 


411 
ödəyəcək miqdarda əmtəə əldə edə bilmir. Bazar qiyməti 
tarazlıq qiymətindən aşağı olduqda isə satıcı mənfəətini itirir və 
hətta istehsal xərclərinin müəyyən hissəsini də ödəyə bilmir. 
Qiymətin tarazlıq qiymətindən aşağı olması halı alıcı üçün də 
əlverişli deyildir. Çünki, müəyyən müddətdən sonra özünə 
lazım olan əmtəəni həmin qiymətə tapa bilməyəcəkdir. Bütün 
bunlara görə də hansı səbəbdənsə bazar qiymətinin tarazlıq 
qiymətindən kənarlaşması onun tarazlıq vəziyyətinə qayta- 
rılması meylini yaradır. Bu bazar fərdlərinin (bazar sub- 
yektlərinin) öz faydalılıqlarını artırmağa yönəldilmiş iqtisadi 
davranışlarının təsiri ilə olur. Ayrı-ayrı bazarlar səviyyəsində 
iqtisadi məsələlərə aydınlıq gətirən bazar tarazlığı bu bazarların 
qarşılıqlı əlaqəsindən ibarət olan, ümumilikdə iqtisadiyyatı 
səciyyələndirən makroiqtisadi problemlərinin izahına imkan 
yaratmır. 
Deməli, ÜMM-un həcmi ilə şərtlənən məcmu təklif və 
cəmiyyətin ümumi gəlirləri ilə məhdudlaşan məcmu tələb 
arasında əlaqələrin izahına, ayrı-ayrı bazarlarda yaranan 
tarazlıqla makroiqtisadi tarazlığın uyğunlaşması mexanizminin 
təhlilinə zərurət yaranır. Aydındır ki, iqtisadiyyatın müxtəlif 
sahələri bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət 
göstərmir, bir-birilə qarşılıqlı əlaqədədir. Ayrı-ayrı fərdlərin 
davranışında, ayrı-ayrı bazarlarda baş verən hər cür 
dəyişikliklər bütövlükdə iqtisadi inkişafda, makroiqtisadi 
səviyyədə öz əksini tapır. Nəzərə almaq lazımdır ki, 
makroiqtisadi tarazlıq təhlil edilərkən yalnız bazar amillərinin 
təhlili ilə kifayətlənmək olmaz. Çünkü ETT-nin, yeni 
texnologiyaların, mütərəqqi əmək üsullarının və s. təsiri 
nəticəsində iqtisadiyyatın sahələri, müəssisələri arasındakı 
qarşılıqlı əlaqələr daim dəyişir, təkmilləşir. Bu dəyişikliklər 
qeyri-iqtisadi (siyasi, sosial, demoqrafik və s.) amillərin təsi- 
rinə də məruz qalır. Bütün bunların nəticəsində isə makro- 
iqtisadi tarazlıq daim dəyişir. 


412 
İqtisadi ədəbiyyatlarda ideal və real makroiqtisadi müva- 
zinət anlayışlarına rast gəlmək mümkündür. İdeal (nəzəri, 
arzuolunan) müvazinət dedikdə adından məlum olduğu kimi, 
nəzəri cəhətdən arzuolunan müvazinət nəzərdə tutulur. Bu 
müvazinətə çatmaq üçün əsasən aşağıdakı şərtlərə əməl 
olunması tələb olunur: 
-
fərdlərin hamısı bazarda istehlak şeyləri tapmalıdır; 
-
sahibkarların hamısı bazarda onlara lazım olan istehsal 
amillərini tapmalıdır; 
-
əvvəlki ilin bütün məhsulu realizə olunmladır. 
Real makroiqtisadi tarazılıq dedikdə isə qeyri-təkmil 
rəqabət və bazara xarici amillərin təsiri nəticəsində qərarlaşan 
tarazlıq nəzərdə tutulur. Ən ümumi şəkildə iqtisadi tarazlıq 
iqtisadi 
ehtiyatlarla 
tələbatlar 
arasındakı 
uyğunluğun 
problemidir. Aydındır ki, burada tam uyğunluqdan söhbət gedə 
bilməz, çünkü, tələbatlar həmişə ehtiyatlardan artıqdır. Buna 
görə də ümumi tarazlıq tələbatlarının məhdudlaşdırılması şərti 
ilə ehtiyatlardan optimal istifadə təmin edilə bilər. 
Nəzəriyyəçilər makroiqtisadi tarazılığın müxtəlif model- 
lərini yaratmışlar. Bunlardan ən ilkini F.Kenenin ―İqtisadi 
cədvəllərində‖ təsvir olunan sadə təkrar istehsalı və tədavülü 
modelidir. Bu modeldə Fransada kənd təsərrüfatı məhsulları 
istehsalı və onun reallaşdırılması prosesi əks olunmuşdur. 
K.Marks isə kapitalist ictimai təkrar istehsalın (həm sadə, 
həm də geniş) modelini yaratmışdır. Bu modeldə makroiqtisadi 
müvazinət resursların (istehsal vasitələri və istehlak şeylərinin) 
yerdəyişmələri hesabına həyata keçirilir. Bu yerdəyişmə 
ictimai istehsalın I və II bölmələri və iqtisadi subyektlər 
arasında baş verir. 
İqtisadi ədəbiyyatlarda Leon Valras (1834-1910) azad 
rəqabət qanununun fəaliyyəti şəraitində ―ümumi iqtisadi 
müvazinət‖ modelini daha çox nəzərdən keçirir. O, belə bir 
qənaətə gəlir ki, ümumi iqtisadi tarazlıq yalnız müəyyən şərtlər 


413 
daxilində mümkündür. Bu şərtlərə isə tam azad rəqabət, 
bazarda bütün alıcıların bərabərliyi, iqtisadi vəziyyətin 
dəyişməməsi, iqtisadi sistemin qapalı olması aiddir. Varlasın 
tarazlıq modeli güclü riyazi aparat əsasında qurulmuşdur. 
L.Varlasa görə ümumi iqtisadi tarazlıq elə bir haldır ki, bu 
zaman istehsal xidmətlərinə olan səmərəli tələbi və səmərəli 
təklif xidmətlər bazarında tarazlaşır; məhsullara olan səmərəli 
tələb və səmərəli təklif məhsullar bazarında tarazlaşır və 
nəhayət, satış qiymətləri məhsuldar xidmətlərdə ifadə olunmuş 
istehsal xərclərinə bərabər olur. Valrasın modelinde ümumi 
tarazlıq istehsal xidmətləri və əmtəə bazarlarındakı tarazlıq- 
lardan törənir, başqa bazarların təsiri nəzərə alınmır. O, ümumi 
tarazlığı izah etmək üçün nisbi qiymət anlayışından istifadə 
edir. Bu məqsədlə bazarda olan əmtəələrdən biri ekvivalent 
vahidi kimi qəbul olunur və onun əsasında nisbi qiymət 
müəyyən edilir. 

L.Valrasın riyazi baza əsasında məcmu tələbi: ∑ Xki , 
məcmu təklifi isə n i=1 
∑ formulasından istifadə
i=1
Xki
edir. Burada Xki i-ci alıcının aldığı K əmtəəsinin miqdarını, 
Xki isə i-ci bazar iştirakçısında olan K məhsullarının ilkin 
ehtiyat miqdarını göstərir. Bu zaman bütün əmtəələrin məcmu 
tələbi və məcmu təklifi K növ əmtəədə ifadə olunur. Valrasa 
görə ümumi tarazlıq məcmu tələb və məcmu təklifin 
bərabərliyi zamanı 
n n - 
mümkün olur: ∑ Xki = ∑ Xki 
i=1 i=1 
Makroiqtisadi tarazılıq haqqında V. Leontyevin ―Xərclər-
buraxılış‖ modeli, C.M.Keynsin qısamüddətli iqtisadi tarazlıq 


414 
modeli, A.Marşalın, C.Veymanın və s. də modellərin də 
modelləri vardır. 
Fərdi tarazlıqdan fərqli olaraq, makroiqtisadi tarazlıq 
müxtəlif amillərin təsirindən əmələ gələn ümumiləşdirilmiş 
göstəricilərlə şərtlənir. Belə göstəricilərdən biri də qiymətin 
ümumi səviyyəsi göstəricisidir. Onu da qeyd edək ki, 
makroiqtisadi tarazlığa təsir edən müxtəlif amillər ayrı-
ayrılıqda müxtəlif zamanlarda deyil, eyni zamanda da təsir 
edir. Buna görə də real iqtisadiyyatda makroiqtisadi tarazlıq 
dayanıqlı olmayıb daim pozulandır. Bununla belə, iqtisadi 
tarazlıq daim pozulduğu kimi, onun bərpa olunması da baş 
verir. Bu baxımdan demək olar ki, makroiqtisadi tarazlıq 
iqtisadiyyatın mümkün olmayan və eyni zamanda mövcud olan 
halıdır. Bu hal iqtisadi ədəbiyyatda ―müvazinətsizliyin-
müvazinəti‖ adlanır. 
Makroiqtisadi müvazinətin müasir təhlili müəyyən 
ümumi- ləşdirmələrin köməkliyi ilə aparılır. Bunlardan ən 
mühumləri aşağıdakılardır: 
a)
müvazinətli miqdarda məhsul və xidmətləri 
birləşdirən milli istehsalın real həcmi; 
b)
bütün məhsul və xidmətlər məcmusunun qiymət 
səviyyəsi. 
Müasir iqtisadi ədəbiyyatda makroiqtisadi tarazlığın 
qrafiki aşağıdakı kimidir: 


415 
Qiymətlərin illik artım 
sürəti 
(ÜMM-un defilyatoru

AS 




-1 AD 
- 2 Real UMM-un illik artım sürəti 
Şəkil 26.1 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   160   161   162   163   164   165   166   167   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish