Əlavə M: Beynəlxalq transsərhəd sularla bağlı öhdəliklər
-
Qırğızıstanın Su Məcəlləsi (2005-ci il)
18-ci Fəsil –Su Münasibətləri Sahəsində Beynəlxalq Əməkdaşlıq
98-ci maddə. Qırğızıstan Respublikasının su tutarlarından, su ehtiyatlarından və su təsərrüfatı qurğularından ölkələr-arası istifadə.
Su ehtiyatlarından, su tutarlardan və su təsərrüfatı qurğularından ölkələr-arası istifadə, habelə Qırğızıstan Respublikasının su ehtiyatlarının qorunması Qırğızıstan Respublikasının Konstitusiyası, Qırğızıstan Respublikasının qanunları, Qırğızıstan Respublikasının beynəlxalq sazişləri, habelə beynəlxalq hüququn tətbiq oluna bilən müddəaları ilə tənzimlənir.
-
Litvanın Su haqqında Qanunu (1999-cu il)
46-cı MADDƏ. Sərhəd Ərazilərdə Su Tutarlar
Sərhəd ərazilərdə su tutarlar və onların su ehtiyatlarından istifadə və bu su tutarlara və onların su ehtiyatlarına mənfi təsir göstərə biləcək iqtisadi tədbirlər Litva Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrə uyğun həyata keçirilə bilər.
47-ci MADDƏ. Beynəlxalq Müqavilələr
Litva Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə bu Qanunda olanlardan fərqli müddəalar olduqda (aralarında ziddiyyət yarandıqda), beynəlxalq müqavilələr tətbiq edilir.
-
Latviyanın Su İdarəçiliyi haqqında Qanunu (2002-ci il)
9-cu maddə. Çay hövzəsi rayonu orqanları
...
-
Dövlət Geologiya Xidməti və onun regional bölmələri (çay hövzəsi orqanları) aşağıdakıları etməlidirlər:
...
7)bütün beynəlxalq su hövzəsi rayonu üçün ətraf mühitlə bağlı məqsədlərə nail olmanı təmin etmək məqsədilə müvafiq ölkənin səlahiyyətli orqanları ilə əməkdaşlıq etmək, habelə müştərək tədbirlər proqramlarını həyata keçirmək;
10-cu maddə. Beynəlxalq əməkdaşlıq
-
Su hövzəsinin bir hissəsi Latviyanın ərazisinə və bir hissəsi Aİ-yə üzv və ya namizəd olan digər dövlətin ərazisinə düşdüyü təqdirdə, Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyi, beynəlxalq çay hövzəsi rayonunu yaratmaq və idarə etmək üçün müvafiq ölkənin səlahiyyətli orqanları ilə əməkdaşlıq etməlidirlər.
-
Beynəlxalq çay hövzəsi rayonu təsis edildiyi halda, Latviyanın müvafiq çay hövzəsi orqanı, beynəlxalq çay hövzəsi rayonunun Latviya ərazisinə düşən hissəsində inzibati tədbirlərin görülməsini təmin etməlidir.
-
Su hövzəsinin bir hissəsi Latviyanın ərazisinə və bir hissəsi Aİ-yə üzv və ya namizəd olmayan digər dövlətin ərazisinə düşdüyü təqdirdə, Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyi, çay hövzəsi boyu qanunun məqsədlərinə nail olmaq üçün müvafiq dövlətin səlahiyyətli orqanları ilə əməkdaşlıq etməlidir.
19-cu Maddə. İdarəçilik planının təsdiq olunması
...
(2)10-cu maddənin birinci bəndində qeyd olunan hallarda, Dövlət Geologiya Xidməti, beynəlxalq çay hövzəsi rayonu üçün idarəçilik planını işləyib hazırlamaq məqsədilə, müvafiq ölkənin səlahiyyətli orqanı ilə əməkdaşlıq etməlidir. Beynəlxalq çay hövzəsinin idarəçilik planı bu maddənin birinci bəndinə uyğun olaraq təsdiq edilməzdən əvvəl, Dövlət Geologiya Xidməti, beynəlxalq çay hövzəsi rayonunun Latviya ərazisinə düşən hissələri üçün idarəçilik planları hazırlayır və Nazirlər Kabineti bu planları təsdiq edir.
D.Cənubi Afrika Respublikasının Milli Su Qanunu (1998-ci il)
102. Beynəlxalq sazişlərin yerinə yetirilməsi üçün orqanların təsis olunması
Nazir, Kabinetlə məsləhətləşmə apararaq, rəsmi qəzetdə bildiriş verməklə, Cənubi Afrika Respublikası və xarici dövlət arasında aşağıdakılarla əlaqədar bağlanmış hər hansı beynəlxalq sazişi yerinə yetirmək üçün orqan təsis etməlidir –
-
Su ehtiyatlarının araşdırılması, idarə olunması, monitorinqi və qorunması;
-
Su ehtiyatları üzrə regional əməkdaşlıq;
-
Suötürücü qurğunun alınması, qurulması, dəyişdirilməsi, işlədilməsi və ya saxlanması; və ya
-
Suyun paylanması, istifadəsi və təchizatı.
103. Qurumların idarə olunması və funksiyaları
(1) 102-ci maddədə nəzərdə tutulan bildirişdə, müvafiq beynəlxalq sazişə lazımi diqqət yetriməklə, aşağıdakılar təfsilatlı şəkildə verilməlidir –
(a) qurumun idarə olunması;
(b) qurumun funksiyaları;
(c) qurumun maliyyələşdirilməsi;
(d) qurumun işlərinin yoxlanması və nəzarət mexanizmləri;
(e) 4-cü Qrafikdə hansı bəndlər quruma tətbiq edilir;
(f) qurumun ləğv edilməsi və qurumun işlərinin yekunlaşdırılması; və
(g) sazişin qüvvəyə minməsi üçün zəruri olan hər hansı digər məsələ.
(2) Nazir, qurum təsis edilərək ona həvalə olunmuş funksiyaları yerinə yetirmək üçün qurumun iş imkanlarına xələl gətiməyəcəyindən əmin olarsa, o, 102-ci maddəyə əsasən təsis edilmiş orqanı, su idarəçiliyi təşkilatlarına aşağıda qeyd olunan, lakin bununla məhdudlaşmayan xidmətlər göstərmək üçün əlavə funksiyaları yerinə yetirməyə yönləndirə bilər –
(a) idarəçilik xidmətləri;
(b) maliyyə xidmətləri;
(c) təlim; və
(d) digər dəstək xidmətləri.
(3) Qurum öz funksiyalarını Respublikadan kənarda da yerinə yetirə bilər.
104. Qurumların səlahiyyətləri
102-ci maddəyə əsasən təsis edilmiş qurum korporativ orqandır və o, aşağıdakı səlahiyyətlər istisna olmaqla tam şəkildə fiziki şəxsin səlahiyyətlərinə malikdir –
-
təbiətinə görə yalnız fiziki şəxslərə aid olan səlahiyyətlər; və ya
-
bu Qanunla və ya müvafiq beynəlxalq sazişlər istisna edilir və ya bunlara uyğun deyildir.
105. Qurumlar ayrıca bölmələr kimi müxtəlif funksiyaları yerinə yeriməlidirlər
(1) 103(2)-ci maddəyə əsasən əlavə funksiyalar verildiyi təqdirdə, qurum funksiyalarından hər birini ayrıca yerinə yetirməli və onlara görə ayrı-ayrılıqda hesabat verməlidir.
(2) Qurum ümumi qəbul edilmiş mühasibatlıq təcrübələrinə uyğun olan mühasibatlıq təcrübələrini tətbiq etməlidir.
106. Funskiyaların yerinə yetirilməsinə dair hesabatlar
(1) Beynəlxalq sazişlə digər hallar nəzərdə tutulmamışdırsa, qurum, maliyyə ili başa çatdıqdan sonra üç ay müddətində öz funksiyalarının yerinə yetirilməsinə dair hesabat verməlidir.
(2) Hesabat –
(a) qurumun həmin maliyyə ili üçün audit yoxlamasından keçmiş maliyyə hesabatları ilə birgə təqdim olunmalıdır.
(b) Nazirə və beynəxalq sazişlə tələb oluna bilən digər hər hansı bir tərəfə təqdim edilməlidir.
E.Ermənistanın Su Məcəlləsi (2002-ci il)
63-cü maddə. Transsərhəd Su Ehtiyatlarının İstifadə və Qorunma Şərtləri
Ermənistan Respublikasının ərazisindən başlayan transsərhəd su ehtiyatlarına Ermənistan Respublikasının dövlət sərhədinə qədər bu Məcəllə ilə müəyyən edilmiş normalar tətbiq edilir.
Ermənistan Respublikasının sərhədində transsərhəd su ehtiyatlarının istifadə və qorunma şərtləri Ermənistan Respublikası və qonşu ölkələr arasında dövlətlər-arası sazişlər və (və ya) müqavilələrlə müəyyən edilir.
Transsərhəd su ehtiyatlarından müştərək şəkildə istifadə və onların qorunması üzrə fəaliyyətlə bağlı problemlərin həlli daimi dövlətlər-arası komitələr tərəfindən həyata keçirilir.
64-cü maddə Ermənistan Respublikasının Transsərhəd Su Ehtiyatları üzrə Komissiyasının Səlahiyyətləri və Öhdəliklər
Ermənistan Respublikasının Transsərhəd Su Ehtiyatları üzrə Komissiyası, qonşu ölkələrin müvafiq Komissiyaları ilə əməkdaşlıq şəraitində, transsərhəd su ehtiyatlarından müştərək şəkildə istifadə və onların qorunması üzrə fəaliyyətlə bağlı problemlərin həllində aşağıdakı səlahiyyətlərə və öhdəliklərə malikdir:
-
Dövlətlər-arası sazişlərin layihələrini hazırlayır və Hökumətə təqdim edir;
-
Transsərhəd su sistemlərinin işi üçün müştərək daimi dövlətlər-arası komissiyaların təsis olunmasına dair təkliflər hazırlayır və Hökumətə təqdim edir;
-
Transsərhəd təsirlər barədə müəyyən olunmuş qaydada Ermənistan Respublikasının səlahiyyətli orqanlarına məlumat verir;
-
Daimi Dövlətlər-arası Komitənin qərarlarını Su Sistemlərini İdarəetmə Orqanına təqdim edir;
-
Beynəlxalq sazişlərlə və (və ya) müqavilələrlə tənzimlənməyən Daimi Dövlətlər-arası Komitə tərəfindən qaldırılmış və müvafiq həll tələb edən məsələləri, müəyyən olunmuş qaydada, Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim edir;
-
Daimi Dövlətlər-arası Komitədə baş vermiş mübahisələri, müəyyən olunmuş qaydada, Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim edir.
65-ci maddə. Transsərhəd Su Ehtiyatları ilə Bağlı İnformasiyanın Əlçatanlığının Təmin Olunması.
Ermənistan Respublikası transsərhəd su ehtiyatlarında suyun keyfiyyət və kəmiyyət göstəriciləri, bu sulardan istifadə şərtləri və onlara dair qonşu tərəflər arasında danışıqların nəticələri, transsərhəd təsirlərin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması istiqamətində tədbirlərlə bağlı informasiyanın əlçatanlığına zəmanət verir.
112-ci maddə. Transsərhəd Su Ehtitarlarından İstifadə və Onların Qorunması üzrə Yaranan Mübahisələrin Həlli.
Transsərhəd su ehtiyatlarından istifadə və onların qorunması üzrə yaranan mübahisələr beynəlxalq sazişlərlə müəyyən edilmiş normalara uyğun olaraq həll edilir.
Do'stlaringiz bilan baham: |