22
1.6.1. Qeyri metal keçirici materialların, həmçinin kontakt materiallarının xassələrini və tətbiq
sahələrini izah edir
Qeyri metal keçirici materialların, həmçinin kontakt materiallarının
xassələri və tətbiq sahələri
Elektrik kömür materialından elektrik maşınları üçün fırçalar, elektrik sobaları
üçün
elektrodlar, kontakt hissələri, yüksəkomlu kömür müqavimətləri və bəzi
başqa məmulatlar hazırlanır.
Elektrik-kömür məmulatlarından ən geniş tətbiq
olunan elektrik fırçalarıdır, onları çox vaxt fırça
adlandırıllar. Onlar dörd əsas qrupa bölünür: qrafit,
kömür-qrafit, metal-qrafit və elektroqrafitlənmiş.
Qrafit fırçalar əlaqələndirici tətbiq etməklə və
etməməklə təbii qrafitdən hazırlanır.
Kömür-qrafit fırçaları başqa
karbonlu materiallar
(qurum, koks) və əlaqələndirici maddələr (qatranlar,
külçələr) daxil etməklə qrafitdən hazırlanır.
Kömür-qrafit fırçalar yüksək bərkliyə və
mexaniki
möhkəmliyə malikdir. Onlar müəyyən abrazivliyə
malikdir, yəni çirklənmiş (dartı elektrik mühərrikləri və s.)
kollektorlar və halqalar üzərindəki oksid pərdələrini özləri
təmizləyə bilir. Bu fırçalar kollektorların və ya halqaların
12-15 m/san (bərklər) və 20-60 m/san çevrəvi
sürətlərində tətbiq oluna bilər.
Elektroqrafitlənmiş fırçaları əlaqələndirici maddə
daxil etməklə qrafit və başqa karbonlu material (qurum, koks) tozlarından hazırlayırlar. Presləndikdən
sonra məmulatları qrafitləşdirmək üçün elektrik sobalarına daxil edirlər. Qrafitləşmə prosesi 2500-
2600 C
0
temperaturda aparıldığından başlanğıc materialları karbonlu qrafitə çevrilir.
Elektrik-kömür məmulatlarından qövs sobaları və elektroliz vannaları üçün elektrodları, qaynaq
elektrodlarını, civəli düzləndiricilər üçün anodları, elektrik kontaktlarını və elektrovozların,
trolleybusların cərəyanqəbuledici qurğuları üçün kontakt hissələrini göstərmək lazımdır.
Elektrik-kömür kontaktlarını, mis qrafitdən və gümüşqrafitdən ibarət elektrik kömürü
kütləsindən hazırlayırlar.
Kontakt elektrik-kömür hissələrini presləmə və ya müştükdən təzyiqlə çıxartmaqla hazırlayırlar.
Sürtünməyə qarşı müqaviməti yüksəltmək üçün hazır (bişirilmiş) kontakt məmulatlarını qurğuşun
qalay ərintiləri və başqa metallarla hopdururlar.
Baxılan məmulatlardan əlavə, texnikada bir sıra başqa növ elektrik–kömür məmulatlarından
istifadə olunur. (elektrik işıqlandırma kömürləri,
mikrofon
tozları, sürüşmə yastıqları və b.).
Metal-qrafit fırçaları qrafit və mis tozlarından hazırlayırlar.
Onlardan bəzilərinə qurğuşun, qalay və gümüş tozları
da daxil
edirlər.
Metal-qrafit
fırçalarını
avtomobil
və
aviasiya
generatorlarında, elektrik mühərriklərində 15
∸
35 m/san dövri
sürətlərdə, habelə sinxron maşınlarda alçaldılmış gərginlikləri
olan dartqı maşınlarda tətbiq edilir.
Şəkil 1.17. Kömür- qrafit fırça
Şəkil 1.16. Qrafit fırça
Şəkil 1.18. Metal-qrafit fırça
23
1.6.2. Tələbələr üçün fəaliyyətlər
Qrupu 3-5 nəfərdən ibarət qruplara bölün. İri ağ kağızda “Elektrik- kömür
materiallarının tərkibinə daxil olan əsas və əlavə komponentləri “karusel üsulundan
istifadə edərək qeyd edin” tapşırığı verilir. Kağızı saat əqrəbi istiqamətində digər
qruplara ötürün. “Karusel” üsulundan istifadə edərək tapşırıq verilmiş kağızı bütün
qruplara ötürərək axırda öz qrupunuza qaytarın. Sonda təqdimatı yazı lövhəsinə
yapışdırın, araşdırmalar aparıb müzakirə edin;
Do'stlaringiz bilan baham: