Elektrokeramika materialları.
Elektokeramiki materialları bərk daşaoxşar olub, onları ancaq abraziv alətlərlə (karborund, almaz)
emal etmək olar. Elektrokeramiki materiallara çini (farfor), steatit və s. aiddir
Keramiki materialların hamısını təyinatına görə üç qrupa bölürlər: 1) izolyator keramikası; 2)
kondensator keramikası; 3) seqnetoelektrik keramikası. Elektokeramiki materiallarının hamısı qeyri-
hidroskopikdir; onlar atmosfer təsirlərinə davamlı olub, yaxşı dielektrik və mexaniki xassələrə malikdir.
Şəkil 4.13. izolyator keramikası Şəkil 4.14. kondensator keramikası
Keramika materiallarının çoxu yüksək mexaniki möhkəmliyə, istiyədavamlılığa, yüksək elektrik
xassələrinə, elektrik və istilik köhnəlməsinə qarşı davamlılığa malikdir. Elektrotexniki farfor -
elektokeramiki materiallardan sənayedə ən çox istifadə olunandır. Bu materialları müxtəlif
izolyatorlar, izolyasiya oymaqları, rozetkalar kimi, habelə elektrik qızma cihazlarında və s. tətbiq
edirlər.
Şəkil 4.10. Mikalent
mikafoli
46
Elektrofarfor məmulatları bişirildikdə şirə əriyir və izolyatorun səthini nazik şüşəyəbənzər qatla
örtür. Şirə izolyatorun mexaniki möhkəmliyini artırır, çatları və qüsurları “hamarlayır”, izolyatorların
səthində sızma cərəyanını azaldır və səthi boşalma gərginliyini artırır.
Elektrotexniki farfordan müxtəlif tipli yüksək və alçaq gərginlikli izolyatorlar hazırlanır. Yüksək
gərginlikli dayaq izolyatorlarına:
– paylayıcı qurğular və aparatlar üçün stasionar izolyatorlar;
– elektrik veriliş xətləri üçün asma və çubuq (mil) izolyatorları aiddir.
Şəkil 4.15. Asma izolyator Şəkil 4.16. Çubuq izolyator
Elektrozolyasiya şüşələri
Elektrozolyasiya şüşələri (qeyri-üzvi şüşə), müəyyən nisbətdə götürülmüş kvars qumu, soda,
dolamit, təbaşir və digər materialların qatışığından hazırlanan ucuz materialdır. Maye şüşə
kütləsindən müxtəlif şüşə məmulatlar-izolyatorlar, kondensatorlar üçün detallar, işıq lampalarının
balonları, habelə şüşə-lif, şüşə-parça və digər materiallar hazırlayırlar.
Kimyəvi tərkibinə görə şüşələr:
– halogenid;
– xalkogenid;
– oksid şüşələrinə bölünür.
Dielektrik xassələrinə yalnız oksid şüşələri malikdir. Oksid
şüşələrin əksər hissəsinin tərkibində SiO2 (kvars) olan silikatlar təşkil
edir.
Tərkibinə görə oksid şüşələri bir sıra siniflərə bölünür:
– şüşə əmələ gətirən oksidlərə görə - silikat, borat, fosfat və s.
– qələvi oksidlərinə görə qələvisiz, az qələvi və çox qələvili.
Şüşələrin xassələri onların tərkibindən və istilik emalı rejimindən asılı olaraq dəyişir. Mexaniki
xassələrinə görə kvars və qələvisiz şüşələr üstünlük təşkil edir.
Tərkibində PbO2, Na2O, K2O olan şüşələrin mexaniki möhkəmliyi az olur.
Başqa cisimlərlə müqayisədə şüşələrin istilik keçiriciliyi çox azdır. Amorf maddə olduğu üçün
şüşələrin dəqiq ərimə temperaturu yoxdur. Qızdırıldıqda şüşələrin özlülüyü azalır.
Şüşələrin elektrik xassələri onların tərkibindən çox asılıdır.
Şüşələrin çoxu ion keçiriciliyinə malikdir. Bəzi xüsusi şüşə növlərində
elektron və ya qarışıq keçiricilik olur. Temperatur artdıqda şüşələrin
elektrik keçiriciliyi artır, bu, ionların çevikliyinin artması ilə izah
olunur.
Ayrı-ayrı liflərdən burulmuş şüşə saplardan şüşə parçalar,
lentlər və şlanqlar toxunur. Şüşə lif izolyasiyasının üzvi lif
izolyasiyasından üstünlüyü yüksək istiliyədavamlılığında, mexaniki
möhkəmliyinin az olmasında və yaxşı elektroizolyasiya xassələrinə
malik olmasındadır. Şüşə lif almaq üçün qələvili alümosilikat,
qələvisiz və az qələvili alümoborsilk şüşələrdən istifadə olunur.
Şəkil 4.17. Şüşə-parça
Şəkil 4.18. Elektrozolyasiya
şüşələri
47
Do'stlaringiz bilan baham: |