AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


ETİKA VƏ ONDAN KƏNARDA BAŞ VERƏN DAVRANIŞLAR



Download 300,9 Kb.
bet4/13
Sana31.01.2017
Hajmi300,9 Kb.
#1508
1   2   3   4   5   6   7   8   9   ...   13

ETİKA VƏ ONDAN KƏNARDA BAŞ VERƏN DAVRANIŞLAR
Elçin Əfəndiyev,

BDU-nun II kurs magistrantı
“Etika” əxlaq haqqında elm olaraq, fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyə əxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin əxlaqi şüurunun strukturunu, insanların əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır. Etika «insanın davranışı necə olmalıdır», «insan hansı mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları rəhbər tutmalıdır» kimi suallara cavab verməyə çalışır.

Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir. “Etika” insanın sirlərinə, onun digər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. Lakin “Etika” nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir, insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini formalaşdırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel “Nikomax etikası”nda (3, I kitab, I fəsil) yazır ki, “Etika”nın əsas məqsədi bilik yox, əməldir.

Qeyd edək ki, istər bizim, istərsə də digər cəmiyyətdə etikadan kənara çıxma halları da baş verir ki biz bunu deviant davranış olaraq şərh edirik. Deviant davranışı şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:

a) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal), küçənin, sosimun göstərdiyi xoşagəlməz təsirlər sistemi.

b) Pedаqoji psixoloji amillər: Uşaqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.

c) Fərdi psixoloji faktorlar: Cəmiyyətə zidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, əxsi sərvət meyilləri davranışın özünü tənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər. Hüquqa zidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir. Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir.Bu nəzəriyyələr hüquqa zidd davranışının bəzi psixoloji mexanizimləri,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir. Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur.

Psixoanalizdə pozuntuların əsas mənbəyi “O”-nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl-Mən”- dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünütəsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafıyla birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması seksual enerjinin sublimasiyasına, davranışın sadizm və cinayətə qədərdəyişməsinə gətirib çıxarır. Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla-nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər.

Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E.Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V.Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.

Biheviorizm və neobiheviorizmin nümayəndələri B.Skinner, E.Torndayk, D.Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünüinkişafıyla konfliktə girmişdir. Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui-istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir.

Nəzərdən keçirdiyimiz deviant davranış amili daha geniş və maraqlıdır.

Deviant (kənara çıxan) davranış spesifık sosial hadisədir. Belə davranış “məlum cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında ifadə olunur”.

Qeyd etdiyimiz sosial hadisənin daşıyıcıları müəyyən şəxslərdir, bəzi qruplardır. Onlar şüurlu və ya kortəbii surətdə cəmiyyətdə mövcud olan tələblərlə və davranış normaları ilə konfliktə girirlər. İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir.

Belə kənara çıxma halları isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi-ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər. Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qrup və ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalarının pozucusu kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir. Kənara çıxan davranışı təhlil edərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qrup özünün qaydalar sistemini, “mədəniyyətini” yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur.

Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını deviant davranış hesab etmək doğru deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar eyniləşdirildikdə bütün sosial qruplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar. Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.


KAİNATIN MÜASİR KOSMOLOJİ KONSEPSİYALARI VƏ İNKIŞAF İSTİQAMƏTLƏRİ
doktorant Sürəyya Səfərova

BDU-nun 7206.01 Təbiətin fəlsəfəsi ixtisası üzrə
İnsan yaranışının ilkin dövrlərindən başlayaraq, özünü, ətrafını və onun əhatə edən təbiəti, kainatı dərk etməyə cəhd göstərib. Bu cəhdlər dövrləri keçərək və dəyişərək müxtəlif fikirlərin, elm sahələrinin və konsepsiyaların yaranmasına gətirib çıxarıb. Kainatı anlamaq, fəth etmək istəyi kosmik konsepsiyaların yaranmasına və inkişafına səbəb olub.

Bizim başlıca məqsədimiz Kainatın mənşəyinin izahını verən müasir kosmoloji konsepsiyaları və onların inkişaf yolunu nəzərdən keçirmək və əldə olunan nəticələri bölüşərək qənəatimizi bildirməkdir.



Kainatın müasir kosmoloji konsepsiyalarını araşdırmağı aktual edən iki vacib məqam var:

*İnsan mövcud olduğu kainatla sıx əlaqəli olduğu üçün burda baş verəcək dəyişikliklərdən xəbərdar olmalıdır ki, ona uyğun həllər tapsın. Xüsusən də, antropoloji təsirin güclü olduğu dövrümüzdə Kosmosda və qalaktikalarda gedən prosesləri bilmək zəruriləşir.

*Kosmik konsepsiyaları bilmək yeni konsepsiyaların yaranması üçün bir tramplin, insanın yer üzərindəki həyatını düzgün təşkil etmək və yeni yanaşmanı formalaşdırmaq üçün bir vasitədir.

Sadalanan məqamları nəzərə alaraq, hesab edirik kainatın müasir konsepsiyalarının və inkişaf istiqamətlərinin mənimsənilməsi bu çərçivədə yeni addımların atılmasına gətirib çıxara bilər.

Qeyd etmək istərdim ki, Kainatın müasir kosmoloji konsepsiyalarının formalaşması fizika və astronomiyada əldə edilən uğurlarla birbaşa bağlıdır. Çünki bu elmlərdəki iraliləyiş olmadan kainatın dərki ilə məşğul olan tədqiqatçılar bir çox suallarına cavab tapa bilmirdilər. Bu səbəbdən də 1915-ci ilə qədər yaradılmış kosmoloji konsepsiyalar ancaq statik kainatdan bəhs etmişdir. 1915-ci ildə Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsini irəli sürməsi kainatın kosmik konsepsiyalarına baxışı dəyişdi və yeni üfüqləri açdı.

Nəticə olaraq,1922-1924-cü illərdə Aleksandr Aleksandroviç Fridman tərəfindən relyativist kosmoloji nəzəriyyə yarandı. 3 modelə əsaslanan Fridman nəzəriyyəsi kainatın üç xassəsini -- yekcinsliyini, izotropluğunu və qeyri-stasionar olmasını aşkarladı, bu xassələrdən irəli gələn genişlənən və sıxılan kainat konsepsiyasını kosmologiyaya bəxş etmiş oldu.



Nəzəri cəhətdən Fridman tərəfindən irəli sürülən konsepsiya öz təsdiqini Xabblın kəşfində tapdı. "Xabl müəyyən etdi ki, qalaktikalar getdikcə yerdən uzaqlaşırlar. Bu qanun belə bir fikir söyləməyə əsas verir ki, qalaktikaların Yerdən uzaqlaşması Kainatın genişlənməsini əks etdirir".3 Deməli, Kainat statik olmayıb, dəyişkəndir. Dəyişiklik fikri isə öz növbəsində kainatın tarixini onun yarana və yox ola bilməsini ortaya qoyur.

Genişlənmə və müvafiq olaraq sıxılma məqamının yol açdığı ikinci fikir isə kainatın ölçüsü ilə bağlıdır. Fikirləşmək olar ki, mütəmadi olaraq bu proses baş verirsə, onda kainatın ölçüsü də əvvəlki kimi deyil, yəni əvvəl kiçik olub amma davamlı genişlənmə nəticəsində böyüyüb və ya əksinə. Sinqulyarlıq adlanan qeyd etdiyimiz məqam 1965-ci ildə Stiven Xokinq tərəfindən sübuta yetirilib.

Nəzərə alaq ki, sinqulyar vəziyyətdən genişlənən kainat anlayışına keçidi Corc Qamovun 1946-cı ildə irəli sürdüyü Böyük Partlayış nəzəriyyəsi ilə də izah etmək mümkündür. Bu nəzəriyyəyə görə kainat radiusu kiçik , lakin, böyük sıxlıqlı maddənin partlaması nəticəsində yaranıb.

Böyük Partlayış nəzəriyyəsi ilə yanaşı mövcud olub, onunla ziddiyyət təşkil etməyən digər bir model isə İnflyasiya konsepsiyasıdır. Bu konsepsiya kainatın təkamülünü genişlənmə anından hesablayır. Bu nəzəriyyəyə görə kainat öz başlanğıcını yüksək aktivliyə malik vakkumdan götürür. Vakkum müxtəlif təzyiq və enerjilərin təsiri altında ola bilər. İnflyasiya fazasında tədricən şişən kainat indiki Metaqalaktikanın ölçüsünü aşır, sonra isə davamsız vakkum dağılır, kosmik itələmə gücü tükənir. Maddə və antimaddənin arasındakı simmetriya pozuntusu sistemin ahənginin pozulmasını şərtləndirir ki, bu da sistemin öz strukturunu dəyişərək yeni vəziyyətə keçməsinə səbəb olur.

Böyük partlayış və inflaysiya konsepsiyalarının elmi dairələrdə qəbul olunmasına baxmayaraq, kosmik konsepsiyalar öz inkişafının kulminasiya nöqtəsinə çatmayıb. Burda açılmayan və izahını tapmayan bir qism suallar bəzi düşüncə sahiblərinin dini yanaşmaya müraciət etmələrinə səbəb olur. Əsas problematik məqam sinqulyarlığın izahı ilə bağlıdır. Kainatın ilkin ölçüləri barəsindəki əsas sual açıq qaldığından bir çox alimlər Sinqulyarlıq vəziyyətini natamam sayırlar .

Xülasə

Kainatın mənşəyinin izahını verən müasir kosmoloji konsepsiyaları və onların inkişaf yolunu nəzərdən keçirməklə aşağıdakı məqamları aydınlaşdırdıq:

  • Müasir kosmik konsepsiyaların formalaşmasını şərtləndirən ilkin amil Ümumi Nisbilik Nəzəriyyəsidir.

  • Qalaktikaların qaçışması nəzəriyyəsi Kainatın genişlənməsi ideyasını təsdiq edir.

  • Kainatın genişlənmədən əvvəlki vəziyyəti onun Sinqulyarlıq adlanan başlanğıc halının fiziki qanunlara tabe olmadığını göstərir.

  • Genişlənən, qeyri-stasionar kainat "Böyük partlayış" nəticəsində yaranıb.

Ədəbiyyat


  1. Məmmədov Ə. Bəşirov R. Müasir təbiətşünaslığa konseptual yanaşma. - B:."Elm", - 2001. -757 s.

  2. Базалук О.А.,Владленова И.В. Философские проблемы космологии:

монография. - Х.: НТУ "ХПI", 2013.-190 c.

  1. Под ред. В.В. Казютинского.Современная космология: философские горизонты . - М.: «Канон+» РООИ <<Реабилитация», 2011.- 432 с.

  2. Хокинг С . Краткая история времени. От большого взрыва до черных дыр. - 108 c . www.koob.ru


İDEAL OBYEKT ANLAYIŞI
Məmmədova Məlahət Şaban qızı,

BDU-nun II kurs magistrantı
Gerçəkliyi müəyyən qanunlar və kateqoriyalar formasında əks etdirməklə onun adekvat inikasını yaradan elmi biliklər sistemində mühüm rol oynayan , ideal obyektlərin yaradılmasında istifadə olunan idrak üsulları və fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Maddi aləmin sirlərini öyrənmək, varlığın daha dərin və hərtərəfli dərkinə nail olmaq, gerçəkliyin zahiri və təsadüfi tərəfləri arxasında gizlənən mahiyyətə nüfuz etmək imkanı verən ideallaşdırma abstraktlaşdırma prosesinin yüksək inkişaf mərhələsi olub hissi idrakın və hətta, abstraksiya etmə prosesinin özünün də nail ola bilmədiyi bir sıra nəticələri əldə etməyə imkan verir.

İdeallaşdırma gerçəkliyin abstraktlaşdırmadan sonra baş verən sadələşdirilməsi,kasıblaşdırılması, sxemləşdirilməsidir. Bu proses fikri elementlərin, ideallaşdırılmış nəzəri obyektlərin yaradılması ilə bağlıdır. Elmi idrak məqsədilə gerçəklikdə mövcud olmayan, ümumiyyətlə, əməli surətdə həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. İdeallaşdırılmış obyektlərə "mütləq bərk cisim", "ideal qaz", "nöqtəvi yük", "maddi nöqtə" , "sıxılmayan maye", "ideal məhlul" kimi fiziki və habelə nöqtə, düz xətt, müstəvi, bərabərtərəfli üçbucaq və basqa riyazi anlayışları misal göstərmək olar. Məsələn,"ideal qaz" anlayışında molekullar arasındakı qarışılıqlı təsirlərdən və onların real ölçülərindən sərfnəzər edilmişdir.

İdeal obyektlərin quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma fəaliyyətini tələb edir. Məsələn, "mütləq bərk cisim" ideal obyektini yaratmaqla biz real cisimlərin kənar qüvvələrin təsiri altında deformasiyaetmə qabiliyyətindən abstraksiya etmiş oluruq . "Mütləq qara cisim", yəni üzərinə düşən işıq enerjisini bütünlükdə uda bilən cisim dedikdə isə biz belə bir faktdan abstraksiya etmiş oluruq ki , bütün real cisimlər üzərinə düşən işıq şüasını az və ya çox dərəcədə əks etdirmək qabiliyyətinə malikdir. İdeallaşdırma zamanı fiziki obyektlərə təbiətdə mövcud olmayan və praktiki heç cür reallaşa bilməyən xassələr isnad verilir.

Məsələn, fizikada "ideal qaz" təsəvvüründən geniş istifadə olunur. "İdeal qaz" elə anlayışdır ki, onun mütləq elastiki fərz olunan molekullarının qarışılıqlı təsirindən və real ölçülərindən sərfnəzər edilmişdir. Bu halda elə seyrəkləşdirilmiş qaz nəzərdə tutulmuşdur ki, onun molekullarının qarışılıqlı təsiri çox – çox zəif olduğundan qazın potensial enerjisindən sərfnəzər etmək olur. Məsələn, ideal obyektlərdən istifadə etmədən Qaliley özünün fikri ekspermentini ümumiyyətlə həyata keçirə bilməzdi.

Belə ki, Qalileyin mühakimələrində mühüm rol oynayan düzxətli və bərabərsürətli hərəkəti heç cür reallaşdırmaq olmaz: xarici qüvvələrin təsirindən tamamilə sərfnəzər etmək mümkün olmadığından yol boyunca itələnən arabacıq heç bir zaman bərabərsürətli və düzxətli hərəkət edə bilməz. İdeallaşdırma metodunun elmi əhəmiyyəti buradan bir daha aydın olur. İdeal obyektlərin yaradılması formalaşması prosesində abstraktlaşdırma ilə yanaşı digər fikri əməliyyatlar da iştirak edir.

İdeallaşdırma real obyektin "fikrən parçalanaraq analiz edilməsini, sonra isə sintez prosesində yenidən bir tam kimi bərpa olunmasını tələb edir". İdeallaşdırmanın digər fikri proseslərə, o cümlədən abstraktlaşdırma, ümumiləşdirmə, analiz və sintezlə əlaqəsi, hər şeydən əvvəl, bununla izah olunur ki, ideal obyektlərin quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:

a) real obyektləri onlara məxsus olan bəzi xassələrdən məhrum etmək ; b) bu obyektlərə fikrən qeyri – real , praktiki reallaşa bilməyən hipotetik xassələr əlavə etməliyik. Bu məqsədə çatmaq üçün aşağıdakı üsullardan istifadə edilir:

1. Çoxpilləli abstraksiya üsulu. İdeal obyektlərin formalaşmasının bu üsulu riyaziyyatda xüsusilə geniş tətbiq olunur. Həndəsi "nöqtə" anlayışı həmin üsulla yaradılmışdır. Real obyektləri qalınlığınnan abstraksiya etməklə biz müstəvi haqqında təsəvvür yaradırıq; daha sonra müstəvini onun xətti ölçülərinin birindən, məsələn, enindən məhrum etməklə "xətt" və nəhayət, xətti onun yeganə ölçüsündən – uzunluğundan məhrum etməklə "nöqtə" almış oluruq.

2. Cismin hər hansı bir xassəsinin inkişafında hüdud hala keçməsi . Fizikada geniş tətbiq tapan “mütləq bərk cisim“, “mütləq qara cisim“ və s. kimi ideal obyektlər bu cür yaradılmışdır. Məsələn, “mütləq qara cisim anlayışı “ bu üsulla belə yaradılmışdır: cisimləri onların üzərinə düşən işıq enerjisini udmaq qabiliyyətinin artmasına görə yerləşdirib bu sıranı fikrən uzatmaqla onun sonunda elə bir cisim təsəvvür edək ki , o, üzərinə düşən işıq şüasını tamamilə udmuş olsun.

3. İdeal obyektlərin sadə abstraksiya vasitəsilə , obyektlərin bəzi real xassələrinin atılması yolu ilə yaradılması. Bu ancaq o halda mümkün olur ki, cismin real xassələrindən sərfnəzər edilməsi ona qeyri – real, gerçəklikdə praktiki reallaşa bilməyən xassələrin daxil edilməsi ilə eyni vaxtda baş vermiş olsun.

Göründüyü kimi, nəzərdən keçirdiyimiz hər üç halda ideal obyektlərin yaradılmasında obyektlərin həm real xassələrindən sərfnəzər edilməsindən, həm də onlara hipotetik-qeyri real xassələrin isnad verilməsindən istifadə olunur.

Ədəbiyyat


1. Ə. B. Məmmədov , T. B. Zahidov. Dialektik idrak və ekspermental metod. B. Azərnəşr, 1994.

2. Мамедова С. Г. Роль метода идеализации в научном познании. Баку,

“Элм” , 1985.

3. Мəммəдбəйли H. Муhəммəд Нəсирəддин Туси . “Gəнджлик” , Бакы, 1980

4. Оруджев З. М. Диалектика как система. Политиздат, M. 1973
QLOBALLAŞMANINMİLLİDÖVLƏTLƏRƏTƏSİRİMKANLARIHAQQINDABİRNEÇƏSÖZ
HümeyrəMustafayeva,AzərbaycanDövlətİqtisadUniversitetininPolitologiyakafedrasınındosentəvəzi
Dünyadabaşverənhadisələrənəzəryetirsək, aydınsurətdəgörəbilərikki, planetimizinbütünəhaliyaşayanhissəsidünyabazarınınrəngarəngtelləriilə (əlbəttə, fərqlişəkildə) sıxəlaqələnmişdir. Ənqüdrətlidövlətlərinsiyasi, sosial-iqtisaditəsiri, elmikəşflərin, yeniliklərinnəticələri, sivilizasiyaların, dinlərinözünəməxsustəsirimkanları, müasirnəqliyyatvasitələrininvərabitəsistemlərininköməyiiləmilyonlarlainsanınkontaktı, yerdəyişməsivəs. - bütün bunlarsakinləridüşündürməyəbilməz. Hazırdagərginziddiyyətlərtəzahüretsədə, bəzənbirqrupölkənin, ayrı-ayrısivilizasiyalarınqarşıdurmasıaşkarsurətdəmüşahidəolunsada, «bəşəriyyətgetdikcədahaartıqdərəcədəözünüvahidbütövkimidərkedir» (Яковец Ю.В. Глобализация и взаимодействие цивилизаций. Изд. 2-е, дополненное и переработанное. М.:2003, с.7).

YolasaldığımızXXəsrinsononillikləridünyanın, bəşəriyyətinsosial-iqtisadi, sosial-siyasivəmənəvi-inettektualinkişafınaprinsipcəyenixüsusiyyətlərgətirmişdir. Bu, mürəkkəb, ziddiyyətli, birmənalıqiymətləndirilməyənqloballaşmaprosesindətəzahüretmişdir. Həminproseslərbəşəriyyətin, millidövlətlərinmüqəddəratınagetdikcədahafəaltəsirgöstərir, müxtəlifsferalaradamüxtəlifformalardaözünəyolaçır. Qloballaşmanışərtləndirənamillərmüxtəlifdir. Həminamillərsırasındahəmdemoqrafik-ekoloji, həmtexniki-texnoloji, həmiqtisadi, həmgeosiyasi, həmdəsosial-mədəniamillərqeydedilməlidir. Təsadüfideyildirki, ictimaihəyatınbütünsferalarınaaidolanparadiqmalarınyeniləşməsisivilizasiyalarınümumbəşərilikxüsusiyyətinibarizşəkildəüzəçıxarır.

AkademikR.Mehdiyevhaqlıolaraqqeydedirki, «bütünYerkürəsiniəhatəetmişqloballaşmamilliməkanabəzənbirmənalıolmayanşəkildəcidditəsirgöstərir. Belədəyişkənsiyasi, iqtisadivəsosial-mədəniparadiqmalarınmövcudluğuşəraitindəçalışmalıyıqki, millivarlığımızlabağlıdəyərlərəxələlgəlməsin. Tariximizi, mədəniyyətimizivəbizibirləşdirənmənəvidəyərləriqoruyubsaxlamaqindihərbirimizinənümdəvəzifəsidir» (MehdiyevR. İctimaivəhumanitarelmlər: zamankontekstindəbaxış. Bakı: 2010, s.7).

Qloballaşmaşəraitindəayrı-ayrımillidövlətlərinsiyasi-hüquqivəziyyətində, hakimiyyətmünasibətlərisistemindəmüəyyəndəyişikliklərinbaşverməsireallıqdır. Budabirhəqiqətdirki, dünyahadisələriningedişinəmüxtəlifdövlətlərintəsiribir-birindənfərqlidir. Mövcudhərbi-siyasibloklarınimkanlarıdaeynideyildir. NATOQərbin (ŞimaliAmerikavəQərbiAvropa) qüvvələrinicəmləşdirərək, bütündünyadaQərbsivilizasiyasınınmaraqlarınıqorumağaçalışır, digərölkələrin, sivilizasiyalarınmüstəqilliyiniməhdudlaşdırmağa,bəzənisəaçıqcasarsıtmağacəhdgöstərir.

Deməli, Qərbliderlərininyenidünyanizamınınyaradılmasındavəmöhkəmləndirilməsində «geosiyasiözək» rolunuNATO-yaaidetməsiciddiəsaslaraistinadedir. NATO-nunŞərqədoğrugenişlənməsiniözüüçüntəhdidhesabedənRusiyaisəmüvafiqaddımlaratacağınıqətiyyətləbildirməkləkifayətlənmir, risklimövqenümayişetdirir. OnunKrımıözünəilhaqetməsi, qoşunbirləşmələriniŞərqiUkraynayayeritməsi, yerliəhalininxeylihissəsinirəsmiKiyevəqaşısilahlandırması, Ukraynanınfederativəsaslardatəşkilinitələbetməsivəs. beynəlxalqvəziyyətinəhəmiyyətlidərəcədəgərginləşməsinə, ictimaiinkişafınbaşlıcameylinin – qloballaşmanınkifayətqədərmürəkkəb, ziddiyyətlihadisəvəprsoeslərləmüşayiətolunmasınadəlalətedir.

Müasirşəraitdəməhzqloballaşmanıntəsiriiləhakimiyyətmünasibətlərininspesifikçoxmərtəbəlipiramidasıformalaşırvəburadahakimiyyətsəlahiyyətlərinin, siyasi-hüquqinormalarınmüxtəlifsəviyyələrəgörəbölüşdürülməsindəyenixüsusiyyətlərözünügöstərir. Bələdiyyəqurumları, regionaltəşəkküllər, millidövlətlər, sivilizasionvəqlobalbirliklərarasındamünasibətlərinindikişəraitdəçoxgenişmüzakirəolunması, müxtəlif, fərqlimövqelərinortayaqoyulmasıtəsadüfideyildir.

Lakinadətənetirafedilirki, millidövlətlərçoxmərtəbəlipiramidanınmərkəzihəlqələriolaraqfəaliyyətgöstərirlər: onlardövlətsuverenliyininbaşlıcadaşıyıcılarıolaraqxalqınetimadgöstərdiyiümumifunksiyalarıhəyatakeçirirlər. Bununlabelə, mlilidövlətlərinənmüxtəlifamillərintəsiriiləşərtlənənfəaliyyəti, zərurifunksiyalarıreallaşdırmaqimkanları, dünyageosiyasiməkanındayerivəroluheçdəeynideyildir, ciddi, əsaslıfərqlərəmalikdir.

Araşdırmalaraəsasənbelədüşünməkməntiqiolarki, hərbirölkəninqloballaşmayaqoşulmasınınvəyaonaetinasızlıqgöstərməsniinspesifikcəhətləritəzahüredir. Hərbirölkəümumdünyaproseslərinəqoşularkənözününmövcudimkanlarınınəzərəalır, necədeyərlər, özxüsusiyolunuseçir. Seçimzamanıkonkretölkələr, dövlətlərözfəaliyyətiningüclüvəzəifməqamlarınımümkündərəcədənəzərəalmağa, özmillimaraqlarınıdahaoptimalsurətdəreallaşdırmağasəygöstərirlər. Etirafetməliyikki, qloballaşmanınyaratdığıimkanlardanmillidövlətləringözləntiləriiləmövcudreallıqlarvəonlarınnəticələriarasındamüxtəlifqəbildənolanziddiyyətlərdiqqətçəkənməqamlardandır.

Gözləntilərsırasındagenişinformasiyaəldəedilməsi, beynəlxalqəməkbölgüsününimkanlarındanistifadəolunması, sosialstrukturunmüasirləşdirilməsi, idarəetməninrasionallaşdırılması, demokratiyanın, vətəndaşcəmiyyətiinstitutlarınıninkişafetdirilməsivəs. qeydolunabilər. Reallıqdaisəmüxtəlifinkşafsəviyyəsindəolanvəmüəyyənproblemlərləüzləşənölkələrqloballaşmakontekstindəciddiriskliməqamlarıyaşamalıolurlar. «Qloballaşmaprosesləriningedişindəəldəolunanlarlaitkilərinkonkretnisbətiiqtisadi, təbii, demoqrafikvədigərşərtlərləvəbuproseslərdəiştirakedənölkələrinimkanlarıilə, həmçininhəminölkələrintəqibetdiklərirealməqsədlərləmüəyyənolunur. Müasirqloballaşmanınmüsbətvəmənficəhətləriyüksəktexnologiyalısənayesivəmüvafiqinfrastrukturuolanölkələrdəvəiqtsiadiyyatıəsasetibarıiləkəndtəsərrüfatıməhsullarınınvəxammalixracına, yaxudturizməəsaslananölkələrdəmüxtəlifşəkildətəzahüredir (QolenkovaZ.T., AkuliçM.M., KuznetsovV.N. Ümumisosiologiya. Dərsvəsaiti. Bakı: 2007, s.461-462).

Qloballaşmanınmillidövlətlərətəsirivəmüxtəlifsferalardafərqliamillərinmövcudluğuşəraitindəhəmintəsirinziddiyyətlixarakteriaraşdırılarkənbircəhətədədiqqətyetirilməlidir: qloballaşmaöztəbiətietibariləziddiyyətlifenomendir. Beləki, o, ümumbəşəriiləmillinin, ümumiolanlaxüsusininvətəkcəninnisbətindəahəngdarlıq, vəhdətyaradabilmir, müxtəlifsiyasiqüvvələrin, birliklərin, təsisatlarınbuməsələlərinnisbətinəmünasibətiisəadətənbirmənalıolmurvəgenişdiskussiyalarayolaçır.

Qloballaşmasayəsindəartıqqərarlaşmışictimaimünasibətlərsistemi, milyonlarlainsanlarındüşüncəvədavranışstereotipləriəhəmiyyətlidərəcədədəyişilmiş, yenilənmişdir. Dünyahadisəvəproseslərininqarşılıqlıəlaqəsi, təsiri, asılılığı, nüfuzetməsinəzərəçarpacaqdərəcədəgüclənmişdir. Əslindəbuzəmindəmaraqlıbirfenomenin – meqacəmiyyətinformalaşmasıprosesigedirvəbu, qlobalinkişafınidarəolunmasıprobleminisondərəcəaktuallaşdırır.

Deməli, qərarlaşmaqdaolanmeqacəmiyyətmilli-dövlətqurumlarınınsadəcəmüstəqilliyininartmasınıdeyil, getdikcədahaçoxümumiəsaslarüzərindəqurulan, bütövlüyü, qarşılıqlıasılılığıvəəlaqəninümayişetdirənyenidünyanizamınınformalaşmasının, təşkilolunmanınbütünsəviyyələrindəidarəçiliyintəminedilməsininəzərdətutur. Buodeməkdirki, qlobalinkişafınproqnozlaşdırılmasının, ictimaiproseslərinidarəolunmasınınkeyfiyyətgöstəriciləriönplanakeçməlidir.

AzərbaycanRespublikasındaişlənibhazırlananvəuğurlareallaşdırılansiyasəthəmqloballaşmakontekstini, həmdünyadabaşverənkonkretdəyişiklikləridiqqətlənəzərəalır, ölkəmizindavamlıinkişafıüçünmaksimuməlverişlişəraityaradır. Azərbaycanınqloballaşmaçağırışlarınaadekvatreaksiyaverməsi, birsırabeynəlxalqlayihələrintəşəbbüskarıvəfəaliştirakçısıolması, özmillitəhlükəsizliyininbütünkomponentlərininəzərəalmasıvətarazlışəkildəhəyatakeçirməyəçalışmasıbunuəyanisurətdəsübutedir.

PrezidentİlhamƏliyevinqeydetdiyikimi, hərtərəflidüşünülmüşsiyasətinnəticəsidirki, «Azərbaycanbugündünyamiqyasındaözgüclüyerinitutmuşölkədir… Azərbaycansabitlikadasıdır, inkişafməkanıdırvətəbiiki, bu, dünyabirliyitərəfindənyüksəkqiymətləndirilir» («Azərbaycan» qəzeti, 11 aprel 2015-ciil, №75).


Download 300,9 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish