AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Download 300,9 Kb.
bet8/13
Sana31.01.2017
Hajmi300,9 Kb.
#1508
1   ...   5   6   7   8   9   10   11   12   13

QADINLARIN SOSİAL-PSİXOLOJİ BAXIMDAN

YARANAN CİNSİ PROBLEMLƏRİ
Abdullayeva Aygül

BDU-nun II kurs magistrantı
Qadinların sosial-psixoloji baxımdan yaranan problemlərini sıralamazdan öncə qadınların cinsi həyatını xarakterizə etmək yerinə düşərdi. Dahi psixoanalitik Freyd qadınların cinsi həyatını hələ kəşf edilməmiş ada olaraq xarakterizə edirdi. O düşünürdü ki, qadınlara bağlı aparılan araşdirmalar əslində kişilərin istəkləri üzərinə qurulmuşdur. Müasir dövrdə aparılan araşdırmalarda qadınların çox yüksək nisbətdə yaşamları boyunca ən az bir dəfə cinsəlliklə bağlı problem yaşadığı görülmüşdür. İnkişaf etmiş ölkələrdə daha çox ehtiras hissinin oyanması ilə bağlı problemlər olmasına baxmayaraq, ölkəmizdə vaginizmlə bağlı problemlər daha çox müşahidə olunur.

Cinsi problemlərə yanaşmada ölkəmizin ictimai quruluşu xüsusilə nəzərə alınmalıdır. Çünki cinsilik ölkəmizdə tabu olaraq qəbul edilməkdədir. İnsanlar cinsəlliklə bağlı məlumatı doğruluğu mübahisəli və məhdud bir şəkildə almaq şansına malikdir. Son illərdə çap olunan nəşrlər və internet sayəsində, məlumat sahənin genişlənməsi müşahidə olunmuşdur.

Söhbət cinsəllikdən getdikdə masturbasiya üzərində dayanılması vacib mövzulardan biridir. Masturbasiya insanın həyatına yetkinlik çağından daxil olur. Ancaq çox mürəkkəb bir mövzudur. Ümumiyyətlə zərərli olduğuyla bağlı səhv düşüncələr və ya ailə qurduqdan sonra edilməsi ziyanlı olduğu ilə əlaqəli bir çox əsassız fikirlər vardır. Yeniyetmə oğlanlar üçün təbii qəbul edildiyi halda, gənc qızlar üçün xüsusilə “qadağan olunmuş mövzu” olaraq qəbul edilir.

Mentalitetə əsasən gənc qızların cinsəllikdən təmamilə uzaq durmalı və ailə qurana qədər tək maraq sahəsi özünü qorumaqla bağlı olmalıdır düşüncəsi inkar edilməzdir. Düşüncələrin bu qarışıq vəziyyəti real bir məlumata söykənmədiyi üçün, ya bu sahədəki hislərin sıxışdırılmasına, ya da yaşanaraq günahkarlıq duyğusunun ortaya çıxmasına səbəb olur.Bunun nəticəsidə təbii olaraq ya cinsəlliklə bağlı psixoloji problemlərin yaranması, ya da təmin edilməmiş bir cinsi həyat olaraq ortaya çıxacaqdır.

Qadınlarda ortaya çıxan psixoloji qaynaqlı cinsi problemlər-i sıralamağa çalışarkən aşağıdakı göstəricilərə diqqət yetirilməlidir:

1.Cəmiyyətə uyğun qadın obrazı:-bizim cəmiyyətimizdə, qadınların məlum bir obrazı və davranış formaları vardır. Ətraf mühitin sıx təsiri altında böyüyən gənc qızlar, cinsəlliklə əlaqədar mövzulardan uzaq saxlanılır. Onlar üçün müəyyən edilən davranış qəlibinə uyğun davranmalı və buna uyğun bir davranış forması sərgiləməli, hətta qarşı cinsdən özünü evlilik tarixinə qədər qorumalıdırlar. Qarşı cinsdən xüsusilə uzaq durmalıdırlar. Bu şəkildə böyüyən gənc qızın, ailə quran kimi uzaq dayanmağa alışdığı qarşı cinsdən birinə fərqli və bilmədiyi bir yaxınlaşma tərzi sərgiləməyi gözlənilir.

2.Düzgün olmayan bədən quruluşu:-qadın olaraq hər kəsin öz bədən quruluşu haqqında düşüncəsi cinsi həyata təsir edən bir ünsürdür. Cəmiyyətdə gözəl olaraq qəbul edilən xüsusiyyətləri daşımadığına inanan və bu mövzunu prioritetləri arasında qiymətləndirən bir qadının, cinsi həyatı ilə əlaqədar problem yaşaması və professional dəstəyə ehtiyac duyması qaçınılmazdır. Düzgün olmayan bədən quruluşlu qadınların orqazmla bağlı problem yaşaması ehtimalı qaçınılmazdır.

3.İntrovert şəxsiyyət quruluşu:-şəxsiyyət quruluşu olaraq introvert qadınların, ekstrovert şəxsiyyət quruluşu qadınlardan daha çox cinsi funksiya pozuntuları yaşadıqları araşdırmalar yolu ilə ortaya çıxmışdır. Burada əhəmiyyətli olan faktorlar introvert qadınların cinsi əlaqədə rahat davrana bilməmələri, cinsəlliklə bağlı mövzuda yoldaşlarıyla danışmağa çətinlik çəkmələri problemlər yaşamasına gətirib çıxarır.

4.Valideynlərlə yaşanan psixoloji problemlər:-ana və ya atanın yanaşmaları və ailə içərisində yaşanmış problemlər, doğru üsullarla həll edilmədikdə, xüsusilə cinsi məzmunlu problemlərin yaşandığı görülür.

5.Psixoloji problem yaşayan şəxslər:-əslində qadın olsun, kişi olsun, psixoloji mənada problem yaşayan kəslərdə problemə paralel olaraq cinsi problemlər də tez-tez ortaya çıxır.

6.Cinsi təcavüz və ya bu sahədəki zədələr:-cinsi istismar və ya cinsi təcavüzə uğramış kəslərdə cinsi məzmunlu problemlər tez-tez rast gəlinir. Bu cür vəziyyətlərdə daha çox cinsi diksinmə pozuntusu və vaginizm başda olmaq üzrə bir çox cinsi funksiya problemləri görülür.

7.Evlilik daxili problemlər:-cütlərin arasındakı uzun müddət davam edən problemlər, cinsi əlaqədə problemlərin yaşanmasına səbəb ola bilir.

8.Yoldaşdan qaynaqlanan problemlər:-yoldaşdan qaynaqlana bəzi problemlərində cinsi xəstəliklərin səbəbi kimi göstərilə bilir. Yoldaşa marağın itkisi, yoldaşın təcrübəsizliyi, cinsi mənada uyğun olmayan yanaşmaları, ehtirasın yaranması və orgazm pozuqluqlarına səbəb ola bilər.

9.Stresli həyat hadisələri:-iş həyatındakı problemlər, çox yaxın birinin itkisi, iqtisadi problemlər kimi həyatın içindən gələn problemlər də uzun və davamlı olaraq yaşandığında, cinsi məzmunlu xəstəliklər gətirib çıxara bilir.


Ədəbiyyat
1. Женская психология.Карен Хорни.

2. Psikoanaliz kuramında kadın. Dr.Bekir Onur.

3. Kadın psikolojisi. Nevzat Tarhan.


AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ GENDER PROBLEMİ
dos.M.V.Vəliyev

BDU,psixologiya kafedrası
Qadın azadlığı, eləcə də kişi və qadın bərabərliyi problemi əvvəllər olduğu kimi, müasir dövrdə də diqqəti cəlb edən aktual problemdir. Azərbaycan qadınlarının acı taleyi, çadra altında inildəməsi, hüquqlarının tapdalanması Azərbaycan ədəbiyyatında müraciət olunan maraqlı, ürək yanğısı ilə tərənnüm olunan mövzulardandır.

Müasir dövrdə gender adlandırdığımız bu problem o zamankı qadınların kişilərlə bərabər hüquqlu olması məsələsi şair və yazıçıların, xüsusilə XII əsrdə yaşamış Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, sonrakı dövrlərdə M.Füzulinin, M.F.Axundovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin, H.Cavidin, C.Cabbarlının və bu kimi mütərəqqi fikir adamlarının yaradıcılıq fəaliyyətinin obyekti olmuşdur. Onlardan bəzilərinin gender probleminə dair baxışlarına diqqət yetirmək məqsədəuyğundur.

Azərbaycan şairəsi Məhsəti Gəncəvi istedadlı şair, musiqişünas, dünyəvi elmlərdən məlumatı olan görkəmli şəxsiyyət idi. Azərbaycanın bu böyük şairəsi bütün Şərqdə tanınırdı. O, təkcə rübai yazmaqla kifayətlənmir, eyni zamanda musiqi alətlərində nəğmələr ifa edir, şahmat oynayırdı. Şairə müsəlman qadınlarının da özü kimi azad və sərbəst olmasını istəyirdi. Onların müsəlman dünyasının yaratdığı qadın hüquqsuzluğunu ürək ağrısı ilə öz rübailərində tərənnüm edirdi. O, Şərq qadınlarını əsarətdə saxlayan adət-ənənələrə, köhnə streotiplərə, fanatizmə qarşı çıxaraq deyirdi:

Məni kam almağa qoymadı zaman,

Gücü çatan qədər eylədi divan.

Deyəsən əhd etmiş dolandıqca hey,

Məni də özüylə hərlətsin dövran...

XII əsrdə yaşayıb fəaliyyət göstərən dahi şairimiz Nizami Gəncəvi öz yaradıcılığında qadına yüksək qiymət verir, ər qeyrətli, namuslu, ağıllı qadınları kişilərlə bərabər, bəzən ondan da yüksək səviyyəyə qaldırırdı. Biz bunu Nüşabə, Şirin, hətta Fitnə obrazlarının tərənnümündə də görürük.

Nizaminin fikrincə, qadınlar fiziki cəhətdən nə qədər zəif və zərif olsalar da, intellektual və əqli cəhətdən heç də kişilərdən geri qalmır, mənəvi cəhətdən dözümlü, iradəli, müdrik olurlar. Məsələn, böyük şairin “İsgəndərnamə”sində Bərdə hökmdarı Nüşabə öz ağlı, bacarığı, fərasəti ilə böyük bir ölkəni sülh və əmin-amanlıq şəraitində idarə edən müdrik qadın kimi tərənnüm olunur.

XVI əsrdə M.Füzuli “Leyli Məcnun”da qadın hüquqsuzluğunu, XIX əsrin II yarısında M.F.Axundov komediyalarında qadınların cəhalətin, avamlığın qurbanı olduğunu tərrənüm və təsvir etmişlər.

Azərbaycanın görkəmli satirik şairi M.Ə.Sabir XX əsrin əvvəllərində cəhalətin hökm sürdüyü sosial mühitin şəxsiyyətin dünyagörüşünə, qarşılıqlı münasibətlər sisteminə göstərdiyi mənfi təsiri öz satiralarında ifadə etmişdir. O, qadınlara olan mənfi, neqativ münasibəti satira atəşinə tutmuşdur. Nümunəyə müraciət edək. Sabir “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirasında səmimi bir sadəlövlüklə deyir:

Çatlayır, Xanbacı, qəmdən ürəyim,

Qovuşub lap acığımdan kürəyim.

Nə bilirdik nə zəhirmardı kitab

Biz olan evdə haçan vardı kitab

Büsbütün gül kimi insanlarıdıq,

Nə müəllim və nə dərs anlarıdıq.

Böyük şairimizin ürək ağrısı ilə qələmə aldığı bu və digər şeirlərində qadınlarmızın, analarımızın maariflənməsinə, savadlanmasına necə fədakarlıqla can yandırdığının şahidi oluruq.

Görkəmli ədib C.Məmmədquluzadə də ürək ağrısı ilə üzünü qadınların ləyaqətini alçaldan qaniçənlərə tutub, qəzəblə hayqırırdı: “Övrətlərimizin nədir günahı ki, biz onların xüsusunda bədgüman ola-ola və onları özümüzə kölə-kəniz, aşpaz, fəhlə və oyuncaq eləmişik”.

Azərbaycanın görkəmli, müqtədir dramaturqu, filosof şairi Hüseyn Cavid “Qadın” şeirində qadınları azadlığa səsləyən çağırış etmişdir:

Qadın! Ey sevgili həmişə oyan!

Ana! Ey nazlı qadın, qalx...

Qadın! Ey sevgili şəfqətli mələk

Bu qədər səbru-təhəmmül nə demək?

O ləyaqət, o rəğbətlə sana,

Bu əsarət, bu həqarət nə rəva!?

“Ağla, hər ağla” dedim çox yanlış

Ağlamaqdan nə çıxar sanki? Çalış?

Oluyor üstə hüququn kamal,

Çalış, öyrən, ara, bul, haqqını al!

Pərdeyi-zülmət içində sıyıl!

Qəhrəmanlar kimi qovğaya atıl!

Bu misralarda dərin psixoloji məna vardır. “Pərdeyi zülmət içindən sıyıl! Qəhrəmanlar kimi qovğaya atıl!” deyən şair-dramaturq ağlayıb-sızlamağın heç bir dərdə çarə olmadığını söyləyir, qadınları aktiv fəaliyyətə, savadlanmağa, öz hüququnu anlamağa çağırırdı.

XX əsrin görkəmli dramaturqu Cəfər Cabbarlının yaradıcılığının əsas qayəsini insanların əxlaq təmizliyi, cəmiyyət, şəxsiyyət azadlığı, humanizm, qadınların öz hüquqları uğrunda ciddi mübarizə aparması və s. bu kimi məsələlər təşkil edir. Böyük dramaturqun “Sevil” və “Almaz” əsərlərində qadın azadlığı problemi ciddi şəkildə qoyulmuş və bədii təsvirini tapmışdır. Bunu nəzərə alaraq, C.Cabbarlı yaradıcılığında diqqəti cəlb edən psixoloji məsələləri təhlil etmək zəruridir.

Ədəbiyyat


  1. Axundov M.F. Komediyalar. Povest., şeirlər. Bakı, 1982

  2. “Azərbaycan qadını” jurnal, Bakı, 1998 №1-2, 1999 №1-4

  3. Cabbarlı C. Əsərləri. Bakı, 1984

  4. Füzuli M. “Leyli və Məznun”. Bakı, 1982

  5. Hüseyn C. Seçilmiş əsərləri. Bakı, 2005

  6. İbrahimbəyova R.F. “Qadın və kişi bərabərliyi, gender amili”. Bakı, 2001

  7. Quluzadə Z. Keçid dövründə respublikada gender və qadın problemləri. Bakı, 1998

  8. Məhsəti Gəncəvi “Rübailər”. Bakı, 2004

  9. Nizami Gəncəvi “İsgəndərnamə”. Bakı, 1982

  10. Sabir M.Ə. Hophopnamə. Bakı, 1992


TƏHSİL SİSTEMİNDƏ MONİTORİNQ

VƏ ONUN NÖVLƏRI
İbrahimova Günel Rafiq qızı

BDU-nun 2-сi kurs magistrantı
Monitorinq sözü latın mənşəli "monere" felindən götürülüb, "xəbərdar etmək" mənasını verir. Monitorinq müəyyən fəaliyyət növünün və onun inkişafının sistemli və məqsədli şəkildə müşahidə edilməsi və nəticələrin qeydə alınmasıdır. Monitorinq müşahidə edilən fəaliyyət növünün bütün aspektləri haqqında sistemli şəkildə məlumat toplamağa və bu məlumatları təhlil etməyə, həmin fəaliyyətin effektivlik və səmərəlilik dərəcəsini artırmağa, fəaliyyətin uyğunsuzluqları barədə məlumatın idarə edənlər və qərar verənlərə vaxtında ötürülməsinə imkan verir.

İngilis dilində isə izləmə, müşahidə və korreksiya işlərinin aparılması mənasını verən monitorinq anlayışını daha ümumi şəkildə belə təyin etmək olar: “Monitorinq müəyyən prosesin dinamikasını öyrənmək, real və ilkin vəziyyətin uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə daimi müşahidə aparmaq və ya insan fəaliyyəti ilə əlaqədar ətraf mühitdəki dəyişikliklərin müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması sistemidir.



XX əsrin ikinci yarısında monitorinq anlayışından ilk dəfə torpaqşünaslıq elmində məhsuldar torpaq qatlarının vəziyyətini daim müşahidə etmək və nazarətdə saxlamaq üçün istifadə olunmuşdur. Sonralar bu anlayışdan ekologiyada və digər elm sahələrində istifadə olunmağa başlanmışdır. Artıq elə fəaliyyət sahəsi göstərmək çətindir ki, orada monitorinqdən istifadə olunmasın. Monitorinqdən elmi araşdırma sahəsi kimi istifadə edilən sahələrə əsasən ekologiya, biologiya, sosiologiya, pedaqogika, iqtisadiyyat, psixologiya, idarəetmə nəzəriyyəsi və digərləri aid edilə bilər. 90-cı illərdən başlayaraq isə təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyini artırmaq, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə monitorinq təhsil sistemində də geniş tətbiq sahəsi tapmışdır.İndi isə monirorinqin təsnifatına ətraflı nəzər salaq.Təhsil sahəsinin xüsusiyyətlərini nəzərə alaraq idarəetmə və informasiya təminatının müasir tendensiyaları baxımından təhsildə monitorinqin bir neçə təsnifatını müəyyənləşdirmək olar.

  1. Məlumatların toplanmasına, sistemləşdirilməsinə və yayılmasına görə təhsildə monitorinqin aşağıdakı növlərindən istifadə edilə bilər:

  • İnformasiya monitorinqi - təhsil müəssisələri barədə informasiyaların toplanılması və sistemləşdirilməsidir. Bu halda məlumatların toplanması üçün xüsusi metod təşkil olunmur.

  • Əsaslı monitorinq – təhlükələrin idarəetmə səviyyəsində dərk olunana qədər müəyyənləşdirilməsidir. Bu halda təhsil müəssisəsinin monitorinqi daimi aparılır, göstəricilərin dövri ölçmələri vasitəsi ilə onların vəziyyəti tam müəyyənləşdirilir. Bu növ monitorinqin nəticələrinin müqayisəsinin aparılması üçün müxtəlif xarakterli yanaşmalardan istifadə olunur.

  • Problemli monitorinq - idarəetmə nöqteyi- nəzərindən məlum olan ən vacib problemlərin, təhlükələrin, proseslərin və qanunauyğunluqların müəyyənləşdirilməsidir. Onun məqsədi yeni təhlükələrin doğurduğu səbəblərin müəyyən edilməsidir.

  • İdarəedici monitorinq - idarəetmə sahəsində qərarların qəbulu üçün nəticələrin və ikinci dərəcəli effektlərin nizamlanmasına xidmət edir. Bu növ monitorinqin keçirilməsi zamanı müşahidə olunan effektlərin prosesə təsirinin müəyyənləşdirilməsi, həmçinin daxili və xarici faktorların təsir imkanları öyrənilməlidir.

  1. Müqayisə məqsədiylə monitorinqin hansı materiallarla, üsullarla keçirilməsindən asılı olaraq aşağıdakı növlərindən istifadə oluna bilər:

  • Dinamik monitorinq – araşdırma üçün əsas kimi bu halda o məlumatlar götürülür ki , onlar bu və ya digər təhsil müəssisəsinin, hadisənin və ya göstəricinin inkişaf dinamikasını xarakterizə edir. Nisbətən sadə sistemlər üçün və ya fiziki obyektlərin monitorinqi üçün bu yanaşmadan istifadə etmək məqsədəmüvafiqdir. Bu halda monitorinqin əsas məqsədi mümkün təhlükə barədə xəbərdarlıq etməkdir. Təhlükəni yaradan səbəb çox vaxt aydın və şəffaf olduğundan onun müəyyənləşdirilməsi deyil, onun aradan qaldırılması böyük əhəmiyyət kəsb edir. Mürəkkəb sosial sitemlər üçün bu yanaşmanın tətbiq edilməsi məqsədəuyğun sayılmır, çünki yaranmış şəraiti doğuran səbəbin və onun miqyasının müəyyənləşdirilməsində bir sira çətinliklərlə rastlaşılır. Məsələn, tutaq ki, respublikamızın müəyyən A nömrəli məktəbində təhsilin monitorinqi nəticəsində bir neçə il müddətində şagirdlərin məktəbdən getmə göstəricisi məyyənləşdirilib. Bu halda monitorinq vasitəsiylə yalnız dayanıqlı neqativ tendensiyanı qeyd etmiş oluruq, lakin təhlükəni doğuran səbəb və onun miqyası barədə fikir deyə bilmərik. Bu şəkildə monitorinq nəticəsində neqativ tendensiyanın hansı səbəbdən – məktəbdə təhsilin vəziyyətindənmi, respublika təhsil siteminin, yaxud A nömrəli məktəbin aid olduğu rayonda təhsilin vəziyyətindənmi baş verdiyi məlum olmur.

  • Rəqabətli monitorinq – Ekspertiza üçün eynitipli müxtəlif təhsil sistemlərinin araşdırılmasının nəticələri əsas kimi götürülür.Bu halda monitorinq çox seriyalı sınaqların analoqu rolunu oynayır. Təhsil sisteminin iki və daha çox altsisteminin öyrənilməsi paralel, eyni qaydada, eyni vaxtda aparılır. Nəticədə bu və ya digər alt sistemin effektinin miqyası barədə nəticə çıxarmaq mümkündür . Bundan əlavə belə yanaşma təhlükənin miqyası və böhran həddi barədə fikir yürütməyə imkan verir. Məsələn, tutaq ki, respublikanın müəyyən A, B və C nömrəli məktəblərində təhsilin monitorinqi nəticəsində bir neçə il müddətində şagirdlərin məktəbdən getmə nəticəsi müəyyənləşdirilib. Tutaq ki, A və B nömrəli məktəblər eyni rayona C nömrəli məktəb isə digər rayona aiddir. Bu halda biz monitorinq vasitəsiylə yuxarıda qeyd olunan neqativ tendensiyanı heç də respublikanın təhsil sisteminin doğurduğunu deyil, A və B nömrəli məktəblərin aid olduğu regionda təhsilin vəziyyətinin doğurduğunu müəyyən etmış oluruq.

  • Müqayisəli monitorinq – üçün əsas kimi bir yaxud iki daha yüksək səviyyəli sistemlərin eynitipli araşdırmasının nəticələri əsas kimi götürülür. Belə hal monitorinq üçün xüsusi hal hesab olunur və eksperimentlərin planlaşdırılmasında istifadə olunmur. Bu halda sistem haqqında məlumatlar daha yüksək səviyyəli sistemin məlumatları ilə müqayisə olunur.

  • Kompleks monitorinq – eksperyiza üçün bir neçə əsas komponent götürülür və sistemdə istifadə olunur.Məsələn, konkret təhsil müəssisəsində istedadlı uşaqların təliminin effektivliyinin monitorinqinin təşkili üçün respublika səviyyəsində, şəhər və rayon səviyyəsində müvafiq ümumtəhsil məktəblərində istedadlı uşaqların təlim nailiyyətlərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi zəruridir. Deməli istedadlı uşaqların təliminin effektivliyinin qiymətləndirilməsi üçün ən azı üç səviyyədə məlumatların olması lazımdır.

  1. İdarəetmə sisteminin iyerarxiyasına görə monitorinqin aşağıdakı növlərindən istifadə edilə bilər:1) Məktəb səviyyəsində 2)Rayon (şəhər) səviyyəsində 3) Respublika səviyyəsində

  2. Monitorinq prosesində istifadə olunan vasitələrə görə onun aşağıdakı növlərini göstərmək olar:pedaqoji, sosioloji, psixoloji,tibbi demoqrafik və iqtisadi monirorinq.

Bu və ya digər monitorinq üçün müxtəlif vasitələrdən istifadə olunur. Məsələn, şagirdlərin ümumtəhsil məktəblərindən getməsinin müəyyənləşdirilməsi üçün pedaqoji və sosioloji monitorinqlə yanaşı, tam mənzərənin alınması üçün həm də demoqrafik monitorinqin aparılması zəruridir.

Ədəbiyyat



  1. Qardaşov T.B, Cavadov İ.A. Təhsildə monitorinq sistemi və onun növləri, Təhsil Problemləri İnstitutunun elmi əsərləri. Bakı, 2004.

  2. M.Mərdanov,R.Ağamalıyev,A.Mehrabov,T.Qardaşov. Təhsil sistemində moniroriq və qiymətləndirmə. Bakı:Çaşıoğlu, 2003.

  3. Təranə Hacıyeva. Monitorinq, qiymətləndirmə və təhsilin keyfiyyəti. Azərbaycan müəllimi. 18 mart 2011.

MÜASİR DƏRSƏ QOYULAN TƏLƏBLƏR

Nəzirova Mehrin

BDU-nun II kurs magistrantı
Bu gün dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istfadə etmək başlıca vəzifə kimi qarşıda durur. Tədrisdə yeni pedaqoji texnologiyaların işlənib hazırlanması və bu texnologiyaların tətbiqi əsas problemlərdəndir. Dərsdə müasir təlim metodlarından istifadə bügün müasir dərsin əsas tələblərindəndir. Həyat məktəb, müəllim və şagirdlər qarşısında yeni tələblər qoyduğuna görə bu məsələlərin üzərinə daim təkrar qayıtmaq lazım gəlir. Müasir dərs elmi- texniki tərəqqinin tələblərinə əsaslanan, inkişaf etməkdə olan müstəqil dövlətimizdə cəmiyyətin məqsədlərinə cavab verən və psixoloji – pedaqoji elmlərin nailiyyətlərini nəzərə alan dərsdir. Müasir dərsdə əldə edilmiş biliklər yeni biliklərin mənimsənilməsində bir komponent kimi həyata keçirilməli, dərsdə biliklə fəaliyyətin dialektik vəhdəti və aslılığı, sualların obyektiv həqiqətdən yaranması və düşündürücü olması, şagirdlərin yaradıcı təfəkkürünün fərqləndirici xüsusiyyətinin mütləq nəzərə alınması, şagirdlərin idrak fəaliyyətinin müstəqilliyi əsas götürülməlidir.

Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji qabiliyyəti, ustalığı nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin sinifdə müstəqil mühakimələrinə geniş yer verirsə, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o dərsi müasir tələblər əsasında təşkil edə bilir.

Məlumdur ki, hər bir şagird yeni bilikləri müxtəlif cür mənimsəyir və bununda müqabilində müəllim hər bir şagirdə fərd yanaşma imkanına malik deyil. Müasir dərsin əsas vəzifəsi biliklərin fərdi şəkildə əldə edilməsinə maraq yaratmaqdır. Məktəbdən kənar mühitdə mövcud informasiya vasitələrindən daim istifadə edən şagird dərsdədə onun üçün maraqlı olanı görmək istəyir. Məhz bu zaman müəllimlərin köməyinə yeni texnologiyalar çatır ki, bunların arasında kompüter xüsusilə böyük rol oynayır.

Yeni texnologiyalardan istifadə təlimin məzmununu və məqsədini dəyişir: yeni metod və formalar yaranır. Buna görədə müəllimlərin İKT-dən istifadə bacarıqlarına malik olması dərsin daha səmərəli qurulmasına şərait yaradır. Kompüterdən istifadə intelektual imkanları genişləndirir.

Dərsləri müşahidə edərkən görürük ki, dərsin mərhələləri, müasir təlim metodlarından istifadə, qiymətləndirmə ilə bağlı bəzi problemlər hələdə qalmaqdadır. Dərsin ilkin mərhələsi Motivasiya və Problemin qoyuluşu metodik ədəbiyyatlarda göstərildiyi kimi, 3-5 dəqiqədən ibarət olmalıdır. Motivasiya sövq edici xarakterə malik olub, şagirdə qarşıya qoyulan məqsədə çatmağa yardımçı olur.

Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimlərin dərsə ciddi hazırlaşmasına sövq edir.

Buna görədə müəllim hansı priyomlardan, necə və nə zaman istifadə edəcəyini qabaqcadan bilməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan müəyyənləşdirməli, mövzuya dair yardımçı fakt və hadisələri əsas məsələlərin həllinə yönəltməyi bacarmalı, elmi texniki yeniliklərdən xəbərdar olmalı, dövrün mühüm ictimai siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq dərinləşdirməli və təkmilləşdirməlidir. Müasir dərs uşaqların dünya görüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərk etmə qabiliyyətini inkişaf etdirməlidir.

Müasir dərsə verilən tələblər bir-biri ilə sıx əlaqədə olub biri digərini tamamlayır və bunlarında əsasında hər bir fənn üçün müəyyən edilmiş təlim nəticələri və məzmun standartları , təlim strategiyaları və qiymətləndirmə standartları dayanır.Kurikulum hər bir müəllimin təlim prosesini düzgün təşkil etmək üçün istinad etdiyi əsas vasitə olmalıdır.

Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş prosesinə tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində fəal interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib şərtlərə çevrilmişdir. İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlər arası öyrənmə ünsiyyəti və əməkdaşlığı,müəllim şagird biliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya bacarıq və keyfiyyətlərə şagirdlərin yiyiələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar və vasitələrdir.

Həyatda uğur qazanmaq üçün şagirdlərdə həyati bacarıqları inkişaf etdirmək, onları dəyişən həyat şəraitinə uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq müasir təhsilin qarşısında duran əsas şərtlərdəndir. Bu zaman “necə öyrətmək?” ön plana keçir. Daha sonra “nəyi öyrətmək?” gəlir,beləliklə, fənnin məzmunu artıq vasitəyə çevrilir. Fənn kurikulumlarının tədrisində şagirdlərin fəaliyyətinə əsaslanan, bununlada onlarda bacarıq formalaşdıran fəal təlim üsullarına üstünlük verilir.

Müasir dərsin elmi ideyasını əsasını təlim, tərbiyə və təhsil haqqında vahid təsəvvür təşkil edir. Dərsin ümumi funksiyası idraki, inkişafetdirici və tərbiyəedici təlim əsasında şagirdləri hərtərəfli və inkişaf etmişşəxsiyyət kimi formalaşdırmaqdır.

İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biri olduğu üçün, eləcədə biliklərin ümumiləşdirilmiş şəkildə verilməsinə əlverişli şərait yaratdığı üçün dərsə hazırlaşarkən inteqrasiya imkanları diqqət mərkəzində saxlanılmalıdır.

Bu gün müəllimlərin qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi tələblər durur. Təhsil islahatının əsas məqsədlərindən biri ənənvi yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir.
Ədəbiyyat


  1. “Kurikulum” elmi- metodik jurnal, Bakı, 2014

  2. A. Mehrabov. Təhsilin demokratikləşməsi:problemlər, vəzifələr// Təhsil, mədəniyyət və incəsənət. Bakı,2001

3.Yeni təhsil proqramlarının (Kurikulumların) tətbiqi məsələləri. Bakı, 2014


Download 300,9 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish