AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Download 1,74 Mb.
bet25/54
Sana26.03.2017
Hajmi1,74 Mb.
#5364
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

26. Hidrogen-kationit süzgəclərində kationitin həcmi, (12) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image254.jpg

Natrium-kationit süzgəclərində kationitin həcmi, , (13) düsturu ilə hesablanmalıdır.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image256.jpg

burada C0- yumşaldılmış suyun ümumi codluğu, qr-ekv/m3;



n- hər süzgəcin bir gündə regenerasiyalarının sayı (maddə 14);

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image258.gif-hidrogen-kationitin işçi mübadilə tutumu, qr-ekv/m3;

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image229.gif -natrium-kationitin işçi mübadilə tutumu, qr-ekv/m3;

CNa- suda natriumun qatılığıdır, qr-ekv/m3 (maddə 15).

27. Hidrogen-kationit süzgəclərində kationitin işçi mübadilə həcmi (14) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image261.jpg

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image263.gif- hidrogen-kationitin regenerasiyasının effektivlik əmsalı (cədvəl 4);



C- kalsium, maqnezium, natrium və kaliumkationitlərinin sudakı ümumi miqdarı,

qr-ekv/m3;

q- regenerasiyadan sonra kationitin yuyulmasına xüsusi su sərfi(1 m3 kationitə 4-5 m3 su hesabı ilə);

Et - neytral mühitdə kationitin pasport göstəricilərinə görə tam əvəzetmə tutumudur, qr-ekv/m3.

Cədvəl 4.



Kationitin qr/qr-ekv işçi əvəzetmə tutumu hesabına regenerasiyasına sulfat turşusunun xüsusi sərfi

50

100

150

200

Hidrogen-kationitin regenerasiyasının effektivlik əmsalıhttp://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image263.gif

0,68

0,85

0,91

0,92

Pasport göstəriciləri olmadıqda Et maddə 15-ə əsasən qəbul edilməlidir.

28. Hidrogen-kationit və natrium kationit süzgəclərinin sahəsi (15) düsturları ilə hesablan-malıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image265.jpg

burada Hk- süzgəcdə kationit layının hündürlüyüdür (maddə 16-nın göstərişlərinə əsasən qəbul edilir).

Hidrogen-kationit süzgəclərində basqı itkisi, yumşaltma intensivliyi və süzmə sürəti 18-20 maddələrinin göstərişlərinə əsasən qəbul edilməlidir.

29. Bütün gündönümü ərzində işləyən işçi hidrogen-kationit və natrium-kationit süzgəclərinin sayı ikidən az olmamalıdır.

Hidrogen-kationit süzgəclərinin sayı altıya qədər olduqda bir, bundan çox olduqda isə iki ehtiyat süzgəc qəbul edilməlidir. Ehtiyat natrium-kationit süzgəclərinin qoyulmasına ehtiyac yoxdur. Lakin maddə 25-in qeydinə əsasən ehtiyat hidrogen-kationit süzgəclərindən natrium-kationit süzgəcləri kimi istifadə edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.



30. Hidrogen-kationit süzgəclərinin regenerasiyası 1-1,5%-li sülfat turşusu məhlulu ilə yerinə yetirilməlidir. Sulfat turşusunun bilavasitə süzgəclərdən qabaq ejektorda su ilə qarışdırılaraq göstərilən qatılığa çatdırılmasına yol verilir.

Regenerasiya məhlulu kationit layından ən azı 10 m/st sürətlə keçirilməlidir. Sonra kationit layı yuxarıdan aşağı istiqamətdə ondan 10 m/st sürətlə keçirilən yumşaldılmamış su ilə yuyulmalıdır.

Yuma prosesi süzgəcin turşuluğu yumaya verilən sudakı sulfatların və xloridlərin miqdarları cəminə bərabər olana qədər davam etdirilməlidir.

Yuma suyu həcminin birinci yarısı neytrallaşdırmaya, xüsusi toplayıcı tutumlara və s., ikinci yarısı isə kationiti yumşaldanda istifadə etmək məqsədilə bunun üçün nəzərdə tutulmuş çənlərə yönəldilməlidir.



Q e y d. Əsaslandırma olduqda hidrogen-kationit süzgəclərini regenerasiya etmək üçün xlorid və azot (KU-2 kationiti üçün) turşularından istifadəyə yol verilir.

31. Hidrogen-kationit süzgəcinin bir regenerasiyasına sərf olunan 100%-li turşunun kiloqramla miqdarı (16) düsturu ilə hesablanır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image267.jpg

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image263.gif- kationitin regenerasiyası üçün turşunun xüsusi sərfi olub (qr/qr-ekv) filtratın tələb olunan codluğundan asılı olaraq şək.2-dən təyin edilə bilər.



32. Qatı turşuölçən və su qatılmış turşu məhlulu çəninin (əgər su turşuya süzgəcdən əvvəl qarışdırılmırsa) həcmləri, işçi hidrogen-kationit süzgəclərinin sayı dördə qədərdirsə bir və dörddən çox olduqda iki süzgəcin regenerasiyasına hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image269.jpg

Şək.2. Hidrogen-kationlama ilə yumşaldılan suyun ümumi codluğunu təyin etmək üçün əyrilər



33. Turşuları dozalamaq və nəql etdirmək üçün boru kəmərləri və aparatlar turşularla işlədikdə təhlükəsizlik texnikası qaydaları nəzərə alınmaqla layihələndirilməlidir.

34. Karbon qazının hidrogen-kationlama,yaxud hidrogen- və natrium-kationlamadan keçmiş su qarışığından çıxarılması ölçüsü 25x25x4 mm olan turşuyadavamlı saxsı, yaxud dörd yanlı uzun ağac xordalı taxmalarla yüklənmiş deqazatorlarda yerinə yetirilməlidir.

Deqazatorun en kəsik sahəsi saxsı taxmalar olduqda 60 m3/(st.m2), xordalı ağac taxmalar olduqda isə 40 m3/(st.m2) suvarma sıxlığına hesablanmalıdır.

Deqazatorun ventilyatoru 1 m3 suya 15 m3 hava verilməsini təmin etməlidir. Ventilyatorun yaradacağı basqı saxsı taxmaların müqaviməti nəzərə alınmaqla hesablanmalıdır. Bu müqavimət 1 m saxsı taxma hündürlüyünə 0,003 bar, xordalı ağac taxmalar üçün isə 0,001 bar qəbul edilir. Digər müqavimətlərin qiyməti 0,003-0,004 barqəbul edilməlidir.

Kationlanan suda karbon qazının miqdarını yetərincə azaltmaq üçün taxma layının tələb olunan hündürlüyü sudakı sərbəst karbon qazının (17) düsturu ilə hesablanan miqdarından asılı olaraq cədvəl 5-ə əsasən qəbul edilməlidir.



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image271.jpg

burada (CO2)s- emal olunan suda sərbəst karbon qazının miqdarı, qr/m3;



Q0 - emal olunan suyun qələviliyidir, qr-ekv/m3.

Cədvəl 5.



Deqazatora verilən suda (CO2)-nin miqdarı, qr/m3

Deqazatorda taxma layının hündürlüyü, m

turşuya davamlı saxsı

xordalı ağac

1

2

3

50

100


150

200


250

300


3

4

4,7



5,1

5,5


5,7

4

5,2


6

6,5


6,8

7


35. Hidrogen-kationit süzgəclərinin “natamam” regenerasiyası ilə işləyən və suyu ardıcıl hidrogen-natrium-kationlama ilə yumşaldan qurğu layihələndirilərkən aşağıdakılar qəbul edilməlidir:

a) hidrogen-kationit süzgəclərindən sonra filtratın (18) düsturu ilə hesablanan codluğu



http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image273.jpg

burada (Cl-)vəhttp://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image275.gif- yumşaldılmış sudaxloridlərin və sulfatların miqdarı, qr-ekv/m3;



Qq-hidrogen-kationit süzgəclərinin filtratının qalıq qələviliyi, 0,7-1,5 qr-ekv/m3;

(Na+) - yumşaldılmış sudanatriumun miqdarıdır, qr-ekv/m3.

b) hidrogen-kationit süzgəclərinin “natamam” regenerasiyasına turşu sərfi - sudan çıxarılan 1 qr-ekv karbonat codluğuna 50 qr;

c) “natamam” regenerasiya zamanı kationitlərin http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image277.gifionuna görə “şərti” mübadilə tutumu (filtratın qələviliyinin artma momentinə qədər) CK-1 sulfokömür üçün – 250-300 qr-ekv/m3, KB-4 kationiti üçün – 500-600 qr-ekv/m3.



36. Hidrogen-kationit süzgəclərinin turşunun artıq dozalarında regenerasiyası zaman ardıcıl hidrogen-natrium-kationlaşdırma sxemində, natrium-kationit süzgəcinə turş suyun düşməsinin qarşısını almaq üçün yumşaldılmamış, lakin şəffaflandırılmış suyun hidrogen-kationit süzgəclərinin filtrat axınına deqazatorlardan əvvəl verilməsi nəzərdə tutulmalıdır.

37. Turş su, yaxud filtratla görüşənaparatlar, boru kəmərləri və armatur korroziyadan müdafiə olunmalı, yaxud korroziyaya uğramayan materiallardan hazırlanmalıdır.

38. Paralelhidrogen-natrium-kationlaşdırmada ionit süzgəclərinin əsaslandırıldıqda əks axınlı, yaxud pilləli-əks axınlı sxemlə regenerasiyasının nəzərdə tutulmasına yol verilir.

39. İonit yumşaldıcı qurğuların işlənmiş regenerasiya məhlulları yerli şəraitdən asılı olaraq toplayıcılara, məişət, yaxud istehsalat kanalizasiyasına axıdılmalıdır; bu suların qatı hissəsindən təkrar istifadənin mümkünlüyü də nəzərdə tutulmalıdır.

İşlənmiş məhlullar ortalaşdırıldıqdan sonra kanalizasiyaya axıdılmazdan əvvəl ehtiyac olduqda neytrallaşdırılmalıdır. Belə hallarda kalsium karbonat çöküntüləri və magnezium iki oksid sudan çökdürülmə ilə ayrılmalı və toplayıcıya nəql etdirilməlidir.

Natrium xloridin şəffaflandırılmış məhlulları (natrium-kationit süzgəclərinin regenerasiyasından yaranan tullantı sularından) natrium-kationit süzgəclərinin regenerasiyasında təkrar istifadə edilməlidir (ehtiyac olduqda neytrallaşdırıldıqdan sonra).

Əlavə 8

(tövsiyə edilən)

 

Suyun şirinləşdirilməsi və duzsuzlaşdırılması



İon əvəzetmə

 

1. İon əvəzetmə ilə suyun duzsuzlaşdırılması suda duzun miqdarı 1500-2000 mq/l və xlorid və sulfatların cəm miqdarı 5 mq-ekv/l-dən çox olmadıqda istifadə edilməlidir.

İonit süzgəclərinə yönəldilən suda asılı maddələrin miqdarı ≤ 8 mq/l, rənglilik ≤ 300və permanqanat oksidləşməsi ≤ 7 mqO/l olmalıdır.

Bu tələblərə cavab verməyən su ilkin emal edilməlidir.



2. Bir pilləli ionəvəzetmə ilə suyun duzsuzlaşdırılması onun hidrogen-kationit və zəif əsaslı anionitdən ardıcıl süzülməsi, sonra deqazatorlarda süzülmüş sudan karbon qazının çıxarılması ilə həyata keçirilməlidir.

Bir pilləli sxemlə emal olunan suda duzun ümumi miqdarı 20 mq/l-dən çox olmamalıdır (xüsusi elektrik nəqletmə qabiliyyəti 35-45 mkOm/sm), belə hallarda silisium oksidinin miqdarı azalmır.



3. Duzsuzlaşdırmanın iki pilləli sxemində nəzərdə tutulmalıdır: birinci pillə hidrogen-kationit süzgəcləri; zəif əsaslı anionitlə yüklənmiş birinci pillə anionit süzgəcləri; ikinci pillə hidrogen-kationit süzgəcləri; karbon qazını kənar etmək üçün deqazatorlar; silikat turşusunu kənar etmək üçün güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə anionit süzgəcləri.

İki pilləli sxemlə emal edilən suda duzun miqdarı 0,5 mq/l-dən (xüsusi elektriknəqletmə qabiliyyəti 1,6-1,8 mkOm/sm) və silikat turşusu 0,1 mq/l-dən çox olmamalıdır.



4. Suyun üç pilləli duzsuzlaşdırılma sxemində 3 maddəsində göstərilən sxemə əlavə olaraq yüksək turşulu kationit və yüksək əsaslı anionitdən ibarət qarışıq yüklü üçüncü pillə süzgəc nəzərdə tutulmalıdır.

Üç pilləli sxemlə emal edilmiş suda duzun miqdarı 0,1 mq/l-dən (xüsusi elektriknəqletmə qabiliyyəti 0,3-0,4 mkOm/sm) və silikat turşusu 0,02 mq/l-dən çox olmamalıdır.



5. Birinci pillə hidrogen-kationit süzgəcləri əlavə 7-nin 26,27-ci maddələri, deqazatorlar əlavə 7-nin 34-cü maddəsinə əsasən hesablanmalıdır.

Müvafiq əsaslandırma olduqda birinci pillə hidrogen-kationit süzgəclərinin əks axınlı, yaxud pilləli-əks axınlı ionlama sxemi ilə regenerasiyası nəzərdə tutulmalıdır.



6. İkinci pillə hidrogen-kationit süzgəcləri üçün nəzərdə tutulmalıdır: süzmə sürəti- 50 m/st-a qədər; kationit layının hündürlüyü – 1,5 m; 100%-li sulfat turşusunun xüsusi sərfi – 1 qr-ekv udulan kationlara 100 qr; sulfokömürün udma tutumu – 200 qr-ekv/m3, KU-2 kationitinin udma tutumu – 400-500 qr-ekv/m3; regenerasiyadan sonra kationitin yuyulmasına su sərfi – 1 m3 kationitə 10 m3. Yuma birinci pillə anionit süzgəclərindən keçmiş su ilə aparılmalıdır.

İkinci pillə kationit süzgəclərinin yuyulmasından alınan su birinci pillə hidrogen-kationit süz-gəclərinin yükünün yumşaldılması və onlara regenerasiya məhlulu hazırlamaq üçün istifadə olun-malıdır. İkinci pillə hidrogen-kationit süzgəclərinin regenerasiya və yuyulmasının davametmə müddəti 2,5-3 st qəbul edilməlidir.



7. Birinci pillə anionit süzgəclərinin süzmə sahəsi (1) düsturu ilə hesablanmalıdır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image279.jpg

burada Q1- birinci pillə anionit süzgəclərin qurğunun sonrakı pillələrinin öz ehtiyaclarına su sərfi də nəzərə alınmaqla məhsuldarlığı, m3/sut.;



n- birinci pillə anionit süzgəclərin sutka ərzində regenerasiya sayı (1-2 qəbul edilir);

v- hesabi süzmə sürəti, m/st (4 m/st-dan az və 30 m/st-dan çox qəbul edilmir);

T- regenerasiyalar arası hər bir süzgəcin işləmə müddəti (düstur (2) ilə hesablanır);

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image281.jpg

burada http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image283.gif- süzgəclərin regenerasiyası üçünbütün əməliyyatların ümumi davametmə müddəti olub 5 st qəbul edilir (yumşaltma- 0,25 st, regenerasiya-1,5 st, anionitin yuyulması-3-3,25 st).

Birinci pillə anionit süzgəclərində anionitin həcmi (3) düsturu ilə hesablanır.

http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image284.jpg

burada C0- xam suda sulfat, xlorid və nitrationlarının miqdarının cəmi, qr-ekv/m3;



E-güclü turşuların göstərilən anionlarına görə anionitin işçi əvəzetmə tutumu, 1 m3 anionitə qr-ekv-lə, anionitin pasport göstəricilərinə əsasən qəbul edilir; belə göstəricilər olmadıqda AH-31 və AB-17 anionitləri üçün 600-700 qr-ekv/m3 qəbul edilməsinə yol verilir.

8. Birinci pillə anionit süzgəclərinin regenerasiyasını susuzlaşdırılmış sodanın 4%-li məhlulu ilə aparmaq lazımdır; sodanın xüsusi sərfi 1 qr-ekv udulan anionlara 100 qr Na2CO3 olmaqla qəbul edilməlidir.

Güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə anionit süzgəcləri olan qurğularda birinci pillə anionit süzgəclərinin regenerasiyasını ikinci pillə anionit süzgəclərinin regenerasiyasından alınan NaOH məhlulu ilə aparmağa yol verilir.

Soda və natrium hidroksidin regenerasiya məhlulları hidrogen-kationit süzgəcindən keçirilmiş su ilə hazırlanmalıdır.

Birinci pillə anionit süzgəclərinin regenerasiyadan sonra yuyulması hidrogen-kationit süzgəcindən keçirilmiş su ilə 1 m3 anionitə 10 m3olmaqla yerinə yetirilməlidir.



9. İkinci pillə anionit süzgəcləri 1,5 m hündürlükdə güclü əsaslı anionitlə yüklənməlidir. Bu süzgəclərdə süzmə sürəti 15-25 m/st həddində qəbul edilməlidir.

Güclü əsaslı anionitin silisium tutumu pasport göstəricilərinə görə, yaxud aşağıdakı cədvəldən götürülməlidir.

 


Güclü əsaslı anionit

Anionitin filtrata http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image286.gif-ün (mq/l) keçməsinə qədərki silisium tutumuqr-ekv/m3

Filtratda http://e-qanun.az/alpidata/framework/data/30/f_30516.files/image286.gif-ün minimal qalıq miqdarı,mq/l

0,1

0,5

1

AB-17

420

530

560

0,05

Güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə süzgəclərin regenerasiyası natrium hidroksidin 4%-li məhlulu ilə aparılmalıdır. 100%-li natrium hidroksidin xüsusi sərfi 1 m3anionit hesabına 120-140 kq qəbul edilməlidir.

10. Yüksək əsaslı anionitdən ibarət qarışıq yüklü süzgəclər üçün aşağıdakı parametrlər qəbul edilməlidir: süzmə sürəti -40-50 m/st, kationit və anionit laylarının hər birinin hündürlüyü - 0,6 m.

Süzgəclərin sayı üçdən az olmamalıdır: iki işçi və üçüncü yuyulmada, yaxud ehtiyatda.

Qarışıq yüklü süzgəclərin regenerasiyası onlardan 1 m3 ionit hesabına 10-12 min m3 su keçir-dikdən sonra aparılmalıdır.

m3 kationitin regenerasiyasına 100%-li sulfat turşusunun sərfi 70 kq, 1 manionitin regenerasiyasına 100%-li natrium hidroksidin sərfi 100 kq qəbul edilməlidir.



11. Suyun ionəvəzetmə ilə duzsuzlaşdırılma qurğusunun tərkibində süzgəclərin regenerasiyasından alınan turş və qələvi tullantı sularının qarşılıqlı neytrallaşdırılması və ehtiyac olduqda onları qarışdırdıqdan sonra əhənglə əlavə neytrallaşdırma nəzərdə tutulmalıdır.

Belə hallarda hər birinin tutumu tullantı sularının sutkalıq sərfinə bərabər olan ən azı iki neytrallaşdırıcıçən nəzərdə tutulmalıdır. İonitlərin yumşaldılması və yuyulmasından alınan sulardan təkrar istifadə edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.

İonit süzgəclərin regenerasiyasından alınan neytrallaşdırılmış tullantı suları məişət, yaxud istehsalat kanalizasiyasına, yaxud toplayıcılara axıdılmalıdır.

Elektrodializ

12. Elektrodializ (elektrokimyəvi) üsulu tərkibində 1500-7000 mq/l duz olan yeraltı və yerüstü suların şirinləşdirilməsində tətbiq edilməlidir. Bu üsulla alınan suda duzların miqdarı 500 mq/l-dən az olmur. Tərkibində daha az duz olan su almağa ehtiyac olduqda elektrodializ qurğusundan sonra suyun ionəvəzetmə ilə duzsuzlaşdırılması nəzərdə tutulmalıdır. Bəzi hallarda müvafiq əsaslandırma olduqda elektrodializdən tərkibində 10000-15000 mq/l duz olan suların şirinləşdirilməsində istifadəyə yol verilir.

13. Elektrodializ şirinləşdirici qurğulara verilən su aşağıdakı tələblərə cavab verməlidir: asılı maddələrin miqdarı - ≤ 1,5 mq/l; rənglilik - ≤ 200; permanqanat oksidləşməsi - ≤ 5 mqO/l; dəmir - ≤ 0,05 mq/l; manqan - ≤ 0,05 mq/lBO2 hesabı ilə boratlar - ≤ 3 mq/l; brom - ≤ 0,4 mq/l.

Bu tələblərə cavab verməyən su yetərincə təmizlənməlidir.

Ümumi codluğu 20 mq-ekv/l-dən çox olan şirinləşdirilmiş suyun əlavə yumşaldılmasına ehtiyacın olması əsaslandırılmalıdır.

Elektrodializlə şirinləşdirilmiş su təsərrüfat-içməli su təchizatı sisteminə verilməzdən əvvəl aktivləşdirilmiş kömürlə yüklənmiş süzgəclərdə xoşagəlməz qoxu və daddan azad edilməli və zərərsizləşdirilməlidir.



14. Elektrodializ aparatının növü istehsalçı zavodun tərtib etdiyi pasport göstəricilərinə əsasən seçilməlidir. Şirinləşdirilən suyun sərfi və xam sudakı duzun miqdarından asılı olaraq şirinləşdirmə pillələrinin və hər pillədə paralel işləyən aparatların sayı, resirkulyasiya sayı və tullanan qatı duzlu məhlulun sərfi, həmçinin bütün pillələrdəki aparatlarda cərəyan dəyişdiricinin növünün seçilməsi üçün sabit cərəyanın gərginliyi və gücü təyin edilir.

Şirinləşdirmə kameralarında, aparat daxili paylaşdırma və toplama sistemlərində, su verici və dializat, eləcə də qatı duzlu məhlulu aparan boru kəmərlərində basqı itkiləri hidravlik hesablama ilə təyin edilir.

Şirinləşdirilmiş suyun sərfi 250-400 m3/sut olan hallarda zavod istehsalı olan elektrodializ aparatları, çənləri olan axınlı-resirkulyasiyalı dializat və duz məhlulu konturları, elektrik qidalandırma, nəzarət və avtomatika blokundan ibarət kompleks elektrodializ qurğularından istifadə edilməlidir.


Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish